Skip to content
01/06/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Noyabr
  • 7
  • PƏRAKƏNDƏ SEKTORUN SƏSSİZ BÖHRANI – POS terminal komissiyaları, vergi təzyiqi və yüksələn kirayə

PƏRAKƏNDƏ SEKTORUN SƏSSİZ BÖHRANI – POS terminal komissiyaları, vergi təzyiqi və yüksələn kirayə

admin 07/11/2025
market-s

 

“Ticarət Şəbəkələrinin İnkişafı” ictimai birliyinin təhlili

İqtisadi sabitlik və pərakəndə sektorun rolu

Azərbaycanın şəbəkələşmiş pərakəndə sektoru son onillikdə ölkə iqtisadiyyatının qeyri-neft dayaqlarından birinə çevrilib. “Ticarət Şəbəkələrinin İnkişafı” ictimai birliyinin üzvləri arasında “Al”, “Araz”, “Bazarstore”, “Bolmart”, “Bravo”, “Grandmart”, “Megastore”, “Neptun”, “Novas Home”, “Oba”, “Rahat”, “Rossmann”, “Soliton”, “Spar”, “Tamstore” və digər aparıcı şəbəkələr yer alır.

Hazırda bu şəbəkələrdə 100 minə yaxın vətəndaş çalışır, gündəlik 4 milyon vətəndaşımıza və ölkəmizin qonaqlarına xidmət göstərilir. 2024-cü ildə Birliyə üzv şirkətlər tərəfindən minlərlə yerli istehsalçıdan 2 milyard manata yaxın məhsul alınmış, 1 milyard manata qədər büdcə ödənişləri və eyni qədər investisiya qoyuluşu həyata keçirilmişdir. Bu rəqəmlər pərakəndə sektorunu ölkə iqtisadiyyatının mühüm strateji sütunlarından birinə çevirir.

Lakin, iqtisadi sabitliyə baxmayaraq, inflyasiya, yeni vergi mexanizmləri və artan əməliyyat xərcləri sektorun dayanıqlığı üçün ciddi təzyiq yaradır.

İnflyasiya və şəffaflıq problemi

Azərbaycanın pərakəndə ticarətində müasir şəbəkələrin payı hələlik ümumi bazarın yalnız 30-32%-ni təşkil edir. Qalan hissə hələ də ənənəvi və tam şəffaflaşmamış ticarət subyektlərinin payına düşür. Bu, makroiqtisadi tənzimləmə tədbirlərinin effektivliyini azaldır və inflyasiyanın real təsirlərinin ölçülməsini çətinləşdirir.

Eyni zamanda, icarə qiymətlərinin kəskin artımı və hüquqi tənzimlənməməsi son aylarda sektorun əsas risklərindən birinə çevrilib. Bəzi ticarət mərkəzlərində kirayə haqlarının qısamüddətli müqavilə başa çatdıqdan sonra iki, üç, hətta dörd dəfə artırılması artıq biznesin mənfəət imkanlarını sıradan çıxarır.

Makroiqtisadi təzyiqlərin artması, qismən idxaldan asılılıq və istehsal xərclərinin yüksəlməsi nəticəsində qiymət sabitliyini qorumaq pərakəndə şəbəkələr üçün getdikcə çətinləşir. Bununla belə, şəbəkələr sosial məsuliyyət prinsipi ilə hərəkət edərək, qiymət artımının əsas hissəsini öz üzərlərinə götürməkdə davam edirlər.

Yeni fiskal təzyiqlər və beynəlxalq müqayisə

Hazırda sektorun üzləşdiyi iki əsas fiskal risk diqqət mərkəzindədir:

•POS əməliyyatları üzrə bank komissiyalarının yüksəkliyi

Hal-hazırda banklararası “interchange acquiring” komissiyaları 1.5%-dən 2.5%-ə qədər dəyişir. Halbuki Avropa Birliyində bu göstərici debit kartlarda maksimum 0.2%, kredit kartlarda 0.3%, ABŞ-da “Durbin Amendment” çərçivəsində 0.21 + 0.05%, Kanadada və Avstraliyada isə 0.8–1% arasındadır.

Yüksək komissiyalar həm satış qiymətlərinə, həm də sektorun rəqabət qabiliyyətinə birbaşa təsir edir. Bundan əlavə, hər il yüz milyonlarla manat “MasterCard”, “Visa”, “Apple Pay” və “Google Pay” kimi beynəlxalq ödəniş sistemləri vasitəsilə ölkədən çıxır ki, bu da maliyyə təhlükəsizliyi baxımından risk yaradır.

•Gəlir vergisi güzəştinin ləğvi riski

2019-cu ildən qüvvədə olan əməkhaqlarından 14%-lik gəlir vergisi güzəşti əmək bazarında şəffaflığı artırmış, minlərlə iş yerinin qorunmasına və real gəlirlərin artmasına xidmət etmişdir. Sözügedən güzəştin 2026-cı ildən etibarən qüvvədən düşməsi, pərakəndə şəbəkələrin mənfəətini mənfi zonaya keçirmək, investisiyaları zəiflətmək və kölgə iqtisadiyyatına meyli artırmaq riski daşıyır.

Texnologiyanın rolu və yeni çağırışlar

Dünya təcrübəsi göstərir ki, texnologiya və rəqəmsallaşma pərakəndə sektorun gələcəyini müəyyənləşdirən əsas amildir. Britaniyada “TikTok Shop” kimi platformalar artıq ticarətin strukturunu dəyişir və Azərbaycanda da rəqəmsal ödəniş sistemlərinin inteqrasiyası və yerli texnoloji həllərin dəstəklənməsi eyni dərəcədə vacibdir.

İctimai Birlik hesab edir ki, yerli QR kod və NFC əsaslı ödəniş sistemlərinin inkişafı, həm də POS əməliyyatlarında ədalətli tənzimləmə inflyasiyanın dolayı təzyiqlərini azaldacaq və rəqəmsal iqtisadiyyata keçidi sürətləndirəcək.

Birlik hökumətə və tənzimləyici orqanlara aşağıdakı istiqamətlər üzrə addımların atılmasını xahiş edir:

•POS komissiyalarının yuxarı həddinin müəyyən edilməsi (beynəlxalq təcrübəyə uyğun olaraq 0.5%);

•Gəlir vergisi güzəştinin ləğvinin mərhələli keçirilməsi (ilkin olaraq 2000 AZN-dək maaş alan vətəndaşlar üçün güzəştin davamı);

•Ticarət icarələrinin tənzimlənməsi (müqavilə bitdikdən sonra kəskin artımların qarşısını alan hüquqi mexanizmin yaradılması, o cümlədən qanunvericilik dəyişikləri);

•Rəqəmsal ödənişlərin genişləndirilməsi (yerli kart sistemlərinin və milli ödəniş platformalarının POS infrastrukturu ilə tam inteqrasiyası);

•Dövlət-özəl əməkdaşlığının gücləndirilməsi, sektorda şəffaflığın artması və rəqabətli mühitin qorunması üçün mütəmadi məsləhətləşmələr mexanizminin yaradılması.

Nəticə

Pərakəndə sektor yalnız iqtisadi fəaliyyət deyil, milli sabitliyin sosial dayağıdır. İnflyasiya təzyiqləri, yeni vergi mexanizmləri və texnoloji keçid prosesləri bu dayağın sarsılmaması üçün dövlət və biznesin koordinasiyalı fəaliyyətini zəruri edir.

“Ticarət Şəbəkələrinin İnkişafı” ictimai birliyi inanır ki, qeyd olunan istiqamətlərdə atılacaq balanslı qərarlar — ədalətli fiskal mühit, tənzimlənmiş icarə münasibətləri və rəqəmsallaşmaya dəstək — həm sahibkarı, həm istehlakçını, həm də dövlət maraqlarını qoruyacaq./azpolitika.info

PAYLAŞIN:

Continue Reading

Previous: Toyunda özünə şəhidlik arzuladı, Aprel döyüşlərində arzusuna çatdı…
Next: Bakıda Zəfər muzeyinin açılışı olub

OXŞAR MÖVZULAR

28may

Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur

admin 28/05/2026
bayram_qurban_1211646

Azərbaycanda Qurban bayramı qeyd olunur

admin 27/05/2026
b95b8252aea94a52217e7a7839d12d68_284822736_0_91_3078_1822_1920x0_80_0_0_4404ed5b9fa9e56e258d5bc2e8904d50.jpg

Parlamentdə qadınların pensiya məbləğlərinin artırılması təklif olundu

admin 26/05/2026

XƏBƏR LENTİ

  • Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur 28/05/2026
  • Azərbaycanda Qurban bayramı qeyd olunur 27/05/2026
  • Ermənilər onu gələcək lider kimi görür – Rəqiblərini böyük üstünlüklə qabaqlayır 26/05/2026
  • Parlamentdə qadınların pensiya məbləğlərinin artırılması təklif olundu 26/05/2026
  • Tramp VƏ Sinin hesablaşmadığı “Çar”… – Putin Rusiyaya SSRİ-nin taleyini yaşadacaq? 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Böyük Kəsik stansiyasında əcnəbilərə miqrasiya xidmətləri göstərilməsinə başlanılıb 26/05/2026
  • İtaliya Prezidenti: Bakı və Roma arasındakı son əlaqələr strateji tərəfdaşlığa konkret dəyər qazandırır 26/05/2026
  • Dövlət Proqramının icrası kənd təsərrüfatı məhsullarının qiymətinin optimallaşdırılmasına gətirib çıxara bilər 26/05/2026
  • Borcla qurbanlıq almaq düzgündür? – İmkan yoxdursa… 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Kənd təsərrüfatının inkişafı üçün yeni Dövlət Proqramı təsdiqləndi 25/05/2026
  • Prezident: Son vaxtlar kənd təsərrüfatı istehsalında dinamika məni qane etmir 25/05/2026
  • Prezident: Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni Dövlət Proqramı hazırlanıb 25/05/2026
  • Prezident: Kənd təssərrüfatı sahəsində dövlət proqramına dövlət xətti 2 milyard manatdan çox vəsait lazım olacaq 25/05/2026
  • İlham Əliyev: Biz cəmi 55 % səviyyəsində özümüzü buğda ilə təmin edirik 25/05/2026
  • Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib 25/05/2026
  • Qatar işə düşdü: Turizmə necə təsir edəcək? – Azərbaycan, yoxsa Gürcüstan daha çox qazanacaq? 25/05/2026
  • Mirzoyan: “Rusiya razılaşmasa, Türkiyə sərhədinə dəmiryol xəttini çəkməyə alternativ axtaracağıq” 25/05/2026
  • Bakıda ev qiymətləri qalxır – Yatırım marağı rekord səviyyədə 25/05/2026

Sağlamlıq

cerez

Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın…

admin 19/05/2026
onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

keyn harri

Harri Keyn karyerasında ikinci dəfə “Qızıl buts” mükafatını qazanıb

admin 25/05/2026
dç-kup

DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır

admin 19/05/2026
türkiye-atakım

Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb

admin 18/05/2026
merih-demiral

Türk futbolçudan maraqlı addım – Azərbaycanlı azarkeşlərin də rəğbətini qazandı + VİDEO

admin 18/05/2026
kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.