Skip to content
01/06/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Noyabr
  • 9
  • Pensiya sistemində dəyişiklik: Yaş artacaq, ya məbləğ?

Pensiya sistemində dəyişiklik: Yaş artacaq, ya məbləğ?

admin 09/11/2025
pensiya-m
Pensiya sisteminin dayanıqlılığı üçün əlavə islahatlara ehtiyac var. Bu barədə Hesablama Palatasının 2026-cı ilin dövlət büdcəsi üzrə rəyində qeyd olunub. Sənəddə bildirilir ki, aparılan təhlillər pensiya təminatı sisteminin dayanıqlılığınıqiymətləndirmək üçün istifadə edilən əsas göstəricilərə, xüsusilə də asılılıq əmsalına diqqətin artırılmasının vacibliyini göstərir. 
Asılılıq əmsalı – sosial sığorta haqqı ödəyən şəxslərin sayının məşğul əhalinin sayına nisbəti kimi hesablanır. Bu göstərici 2024-cü ilin əvvəlinə 54,2%, ilin sonuna isə 51,7% təşkil edib. Hesablama Palatası qeyd edir ki, bu göstəricidə müəyyən müsbət meyil müşahidə olunsa da, pensiya sisteminin maliyyə sabitliyini təmin etmək üçün əlavə hüquqi baza və mexanizmlərin yaradılması zəruridir. Qurumun fikrincə, əmək bazarının rəsmləşdirilməsi və sosial sığorta ödənişlərinin artırılması pensiya sisteminin gəlirlərini sabitləşdirmək baxımından əsas istiqamətlərdən biri olmalıdır.
Ölkəmizdə hansı pensiya islahatına ehtiyac var?
İqtisadçı-ekspert Rəşad Həsənov açıqlamasında bildirib ki, əmək bazarında qeyri-formal məşğulluğun geniş yayılması bu sahədə əsas problemlərdən biridir.
Onun sözlərinə görə, Azərbaycanda məşğul əhalinin yalnız 30-35 faizi rəsmidir:
“Hesablama Palatasının səsləndirdiyi fikirlərə əsasən aydın görünür ki, ilk növbədə məcburi dövlət sosial sığorta haqqı ödəyən şəxslərin sayı artmalıdır. Çünki hazırda bu ödəyicilərlə məşğul əhali arasında ciddi fərq var. Əmək bazarında qeyri-formal məşğulluğun geniş yayılması burada əsas problemlərdən biridir.
Təcrübə göstərir ki, Azərbaycana bənzər iqtisadiyyatlarda məşğul əhalinin təxminən 70-80 faizi muzdlu çalışan, əmək müqaviləsi ilə rəsmiləşdirilmiş şəxslərdən ibarət olur. Azərbaycanda isə bu göstərici cəmi 30-35 faiz ətrafında dəyişir. Bu, özü bir indikatordur ki, məşğul şəxslərin əhəmiyyətli bir hissəsinin əmək münasibətləri qanuniləşmir”.
İqtisadçı-ekspert qeyd edib ki, ikinci məsələ xüsusilə özəl sektorda daha geniş yayılmış pozuntu ilə bağlıdır:
“Bu, əməkhaqqılarının məbləğinin tam şəkildə qanuniləşdirilməməsidir. Bir çox özəl sahibkarlıq subyektləri əmək münasibətlərini yalnız minimum əməkhaqqı tələbi çərçivəsində rəsmiləşdirirlər. Məsələn, hazırda əksər əmək müqavilələri təxminən 400 manat məbləğində rəsmiləşdirilir.
Bu isə formal olaraq əmək münasibətlərinin rəsmiləşdirilmiş kimi görünməsinə baxmayaraq, real əməkhaqqı məbləğinin düzgün göstərilməməsi səbəbindən məcburi dövlət sosial sığorta yığımlarının həcminin əhəmiyyətli dərəcədə azalmasına səbəb olur. Bu da ikinci mühüm problemdir”.
Rəşad Həsənov əlavə edib ki, üçüncü məsələ torpaq mülkiyyətçiləri və onların sosial sığorta haqqı ödənişi sistemi ilə bağlıdır:
“Bu istiqamətdə ciddi təkmilləşdirməyə ehtiyac olduğunu düşünürəm. Təbii ki, burada məqsəd maliyyə yükünü vətəndaşların üzərinə qoymaq deyil, daha optimal bir modelin hazırlanmasıdır. Belə ki, işğaldan azad olunmuş ərazilərdə məcburi dövlət sosial sığorta haqlarının müəyyən hissəsinin subsidiya edilməsi yanaşması var.
Bu istiqamətdə dövlət tərəfindən belə bir model işlənib hazırlana bilər həmin şəxslər üçün sosial sığorta ödənişlərinin müəyyən hissəsi subsidiyalaşdırılsa, bir tərəfdən uçotun dəqiqləşməsinə, digər tərəfdən isə düzgün vərdişlərin formalaşmasına səbəb olar. Gələcək mərhələlərdə isə bu yük hansısa formada tədricən dövlətin üzərindən azaldıla bilər.
Həmçinin, bugünkü şərtlər daxilində dövlət büdcəsindən Dövlət Sosial Müdafiə Fondunun büdcəsinə edilən transferlərin həcmi də azala bilər. Yəni bir istiqamətdə xərc yaransa da, digər istiqamətdə xərclərin azalması hesabına bu proses müəyyən mənada kompensasiya olunur və bunun əvəzində davranış modeli formalaşır, uçot dəqiqləşir”.
İqtisadçı vurğulayıb ki, fərdi sahibkarlıq subyektləri üzrə məcburi dövlət sosial sığorta haqqı mexanizmi hazırkı formada ədalətli deyil:
“Digər bir məsələ fərdi sahibkarlıq subyektləri ilə bağlıdır. Onların özlərinəməxsus məcburi dövlət sosial sığorta haqqı ödənişi mexanizmi hazırkı formada çox qeyri-adekvatdır. Minimum əməkhaqqının müəyyən faizi əsasında hesablanan bu ödəniş əksər sahibkarlar üçün 25 faiz həcmindədir, bəzi sahələrdə, məsələn tikinti sektorunda 50 faizdir.
Burada gəlirə əsaslanan ədalətli diferensiallaşdırma yoxdur. Belə ki, ay ərzində bank hesabına 100 manat daxil olan şəxs də 100 manat DSMF ödəyir, hesabına 100 min manat daxil olan şəxs də. Burada faizə əsaslanan sosial sığorta yığma mexanizminin tətbiq edilməsi həm ədalətsizliyin aradan qalxması, həm də bu istiqamətdə büdcənin Sosial Müdafiə Fondunun gəlirlər hissəsinin əhəmiyyətli şəkildə artmasına gətirib çıxarda bilər”.
Onun sözlərinə görə, “pensiya sistemində islahatlar” deyiləndə ilk növbədə gəlirlər hissəsində islahatların aparılması önə çıxmalıdır:
“Təbii ki, xərclər hissəsində də müəyyən düzəlişlər edilə bilər, məsələn, bəzi xüsusi və güzəştli şərtlərlə pensiya hüququnun formalaşdırılması məsələsinə baxıla bilər. Burada müəyyən düzəlişlərə ehtiyac olduğunu düşünürəm. Eyni zamanda, bəzi hallarda pensiyanın maksimum həddinə dair indikatorların tətbiqi də nəzərdən keçirilə biləcək mexanizmlərdən biridir. Amma istənilən halda bu islahatlar Azərbaycanda pensiya yaşının artırılması ilə müşayiət edilməməlidir.
 Pensiyaya çıxışı çətinləşdirmək doğru yanaşma deyil. Onsuz da Azərbaycanda pensiya sisteminin əlçatanlığı zəifdir. Pensiya ilə əlaqədar indikatorlar çox zəifdir. Pensiyaçıların əhalinin ümumi sayına nisbəti aşağıdır, minimum pensiya məbləği, orta pensiya məbləği, gözlənilən pensiya dövrü, orta yaşla pensiya yaşı arasındakı fərq kimi göstəricilər çox zəifdir.  Bu indikatorlara mənfi təsir göstərə biləcək addımlar etibarı daha da azaldır”.
Rəşad Həsənov bildirib ki, ictimai inamın aşağı düşməsi isə qeyri-formal əmək münasibətlərinin genişlənməsinə səbəb olur:
“İnsanlar əgər gələcəkdə topladıqları yığımlar hesabına rifah əldə edə bilməyəcəklərinə inanırlarsa, o zaman qısa müddətli maraqlara üstünlük verirlər. Bu isə sahibkarla işçi arasında qeyri-formal əmək münasibətlərinin formalaşmasına geniş zəmin yaradır. Etibarı təmin etmək üçün neqativ təsirli deyil, əksinə pozitiv təsir göstərəcək dəyişikliklərə ehtiyac var. Bu dəyişikliklərdən biri də pensiya yaşının azaldılması məsələsinə baxılması ola bilər”. /cümhuriyət.az
PAYLAŞIN:

Continue Reading

Previous: Hikmət Əsədov: “Laçının işğal olunma səbəblərindən biri o dövrün məşhur simalarından ibarət bir qrup “siyasətçi”nin Laçına təbliğat üçün göndərilməsi oldu”
Next: Bu gün Azərbaycanda Konstitusiya Günüdür

OXŞAR MÖVZULAR

28may

Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur

admin 28/05/2026
bayram_qurban_1211646

Azərbaycanda Qurban bayramı qeyd olunur

admin 27/05/2026
b95b8252aea94a52217e7a7839d12d68_284822736_0_91_3078_1822_1920x0_80_0_0_4404ed5b9fa9e56e258d5bc2e8904d50.jpg

Parlamentdə qadınların pensiya məbləğlərinin artırılması təklif olundu

admin 26/05/2026

XƏBƏR LENTİ

  • Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur 28/05/2026
  • Azərbaycanda Qurban bayramı qeyd olunur 27/05/2026
  • Ermənilər onu gələcək lider kimi görür – Rəqiblərini böyük üstünlüklə qabaqlayır 26/05/2026
  • Parlamentdə qadınların pensiya məbləğlərinin artırılması təklif olundu 26/05/2026
  • Tramp VƏ Sinin hesablaşmadığı “Çar”… – Putin Rusiyaya SSRİ-nin taleyini yaşadacaq? 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Böyük Kəsik stansiyasında əcnəbilərə miqrasiya xidmətləri göstərilməsinə başlanılıb 26/05/2026
  • İtaliya Prezidenti: Bakı və Roma arasındakı son əlaqələr strateji tərəfdaşlığa konkret dəyər qazandırır 26/05/2026
  • Dövlət Proqramının icrası kənd təsərrüfatı məhsullarının qiymətinin optimallaşdırılmasına gətirib çıxara bilər 26/05/2026
  • Borcla qurbanlıq almaq düzgündür? – İmkan yoxdursa… 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Kənd təsərrüfatının inkişafı üçün yeni Dövlət Proqramı təsdiqləndi 25/05/2026
  • Prezident: Son vaxtlar kənd təsərrüfatı istehsalında dinamika məni qane etmir 25/05/2026
  • Prezident: Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni Dövlət Proqramı hazırlanıb 25/05/2026
  • Prezident: Kənd təssərrüfatı sahəsində dövlət proqramına dövlət xətti 2 milyard manatdan çox vəsait lazım olacaq 25/05/2026
  • İlham Əliyev: Biz cəmi 55 % səviyyəsində özümüzü buğda ilə təmin edirik 25/05/2026
  • Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib 25/05/2026
  • Qatar işə düşdü: Turizmə necə təsir edəcək? – Azərbaycan, yoxsa Gürcüstan daha çox qazanacaq? 25/05/2026
  • Mirzoyan: “Rusiya razılaşmasa, Türkiyə sərhədinə dəmiryol xəttini çəkməyə alternativ axtaracağıq” 25/05/2026
  • Bakıda ev qiymətləri qalxır – Yatırım marağı rekord səviyyədə 25/05/2026

Sağlamlıq

cerez

Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın…

admin 19/05/2026
onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

keyn harri

Harri Keyn karyerasında ikinci dəfə “Qızıl buts” mükafatını qazanıb

admin 25/05/2026
dç-kup

DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır

admin 19/05/2026
türkiye-atakım

Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb

admin 18/05/2026
merih-demiral

Türk futbolçudan maraqlı addım – Azərbaycanlı azarkeşlərin də rəğbətini qazandı + VİDEO

admin 18/05/2026
kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.