Azərbaycan Respublikası Prezidentinin 12 noyabr 2025-ci il tarixli sərəncamına əsasən bir sıra rayon və şəhər icra hakimiyyətlərinin başçıları vəzifələrindən azad edilib və yeni təyinatlar edilib.
Həmin siyahını təqdim edirik:

-
Elxan Oqtay oğlu İbrahimov Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək, Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

-
Natiq Nuşravan oğlu Ağayev Göyçay Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək, Balakən Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

-
Orxan Çingiz oğlu Mürsəlov Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək, Göyçay Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

-
Elvin Nazim oğlu Paşayev Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək, Qax Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

-
Vüqar Vahid oğlu Novruzov Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib, Göygöl Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
.jpg)
-
Elşən Nazim oğlu Həsənli Sabunçu Rayon İcra başçısı I müavini vəzifəsindən azad edilib Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
-
7. Fuad Vahid oğlu Nəcəfli Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi vəzifəsindən azad edilib. Onun yerinə Naxçıvanın baş naziri Ceyhun Ramiz oğlu Cəlilov gətirilib.Beləliklə, Prezident bu gün 5 başçını vəzifədən azad edib və onları başqa rayonlara başçı təyin edib, bir vakant başçı vəzifəsi isə artıq tutulub (Balakən rayonu).
-
Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı və Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyinat olmayıb.
-
Vəzifədən azad edilənlər içərisində yalnız Fuad Nəcəfli vəzifəsiz qalıb.
