Skip to content
01/06/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Noyabr
  • 13
  • SSRİ dövründə Ermənistana “bağışlanan” ərazilərimiz qaytarılacaq? – AÇIQLAMA

SSRİ dövründə Ermənistana “bağışlanan” ərazilərimiz qaytarılacaq? – AÇIQLAMA

admin 13/11/2025
az-arm-k-
“Paşinyan Zəngəzur dəhlizinin Ermənistan ərazisinə düşən hissəsində işlərin gələn ildən başlanacağını bəyan edib. Onun müavini, sərhədin delimitasiyası üzrə komissiyanın sədri Mher Qriqoryan isə qeyd edib ki, “TRİPP layihəsi Zəngəzurda qeyri-adi demarkasiya prosesi həyata keçirilə bilər””.
 Bu barədə siyasi şərhçi Asif Nərimanlı bildirib.
Onun sözlərinə görə, Vaşinqton anlaşmasından sonra amerikalı nümayəndə heyətinin İrəvana intensiv səfərləri ABŞ-nin işlərin sürətləndirilməsi üçün Ermənistanı tələsdirdiyi təəssüratını yaradır:
“Lakin layihənin reallaşması üçün dəhlizin keçdiyi istiqamətlərdə sərhədin delimitasiyası zərurəti var. Bunu dəhlizdən digər ölkələrin də istifadə etməsi və daşımaların təhlükəsizliyi amilləri də şərtləndirir. Paşinyan və Qriqoryanın açıqlamaları da təsdiq edir ki, Zəngəzur dəhlizinin Ermənistan hissəsində işlərin başlanmasına qədər – yaxın aylarda sürətli delimitasiya baş verə bilər.
Delimitasiya iki hissədə – həm Zəngilan-Mehri, həm də Qərbi Zəngəzurla Naxçıvan Muxtar Respublikası sərhədində aparılmalıdır. Bu perspektiv delimitasiya prosesində hansı ərazilərin qaytarılması suallarını da yaradır.
Zəngəzurun Ermənistana birləşdirilməsindən sonra SSRİ-nin qurulmasından dağılmasına qədərki dövrdə Azərbaycan əraziləri ermənilərə “bağışlanıb”: Naxçıvanın 657 kvadratkilometr ərazisi, Nüvədi və bir çox ərazi bura daxildir;
Delimitasiya prosesində bu ərazilərin qaytarılması, yaxud nə qədərinin qaytarılması mümkün ola bilər?”.
A.Nərimanlının fikrincə, sərhədin Qazax istiqamətində delimitasiyasında Alma-Ata bəyannaməsinə istinad və paraflanan sülh sazişində sovet dövrü xətlərinin əsas götürülməsi qeydi SSRİ dövründə verilmiş ərazilərin qaytarılmasını sual altına alsa da, iki məqam Qriqoryanın da dediyi kimi, “qeyri-adi delimitasiya”nın baş verə biləcəyi gözləntisini yaradır:
“Birincisi, Qazax istiqamətindəki delimitasiyada Ermənistanın istəyinə uyğun olaraq, Alma-Ata bəyannaməsinə istinadın əsas məqsədi 4 kəndin qaytarılması idi və rəsmi Bakı buna nail oldu;
İkincisi, paraflanan sülh sazişində Alma-Ata sənədi və SSRİ xətləri qeyd olunsa da, tərəflərin mübahisəli məsələləri dinc yolla həll etməsi də yer alır ki, bu da delimitasiyanın nəticələrinə danışıqların gedişatının təsir edə biləcəyi gözləntisini yaradır;
Bu kontekstdə rəsmi Bakı Zəngəzur dəhlizi istiqamətində sərhədin delimitasiyası zamanı maksimum nəticəyə nail olmağa çalışacaq”.
A.Nərimanlı vurğulayıb ki, gözlənilən delimitasiya prosesində Kərkinin azad edilməsi perspektivi də mümkündür:
“Paşinyanın açıqlaması bu ehtimalı gücləndirir. Erməni baş nazir bidirib ki, “Zəngəzur dəhlizindən keçəcək dəmir yolu Sovet dövründən qalma dəmir yolunun marşrutu ilə gedəcək, çünki hər hansı digər marşrut qeyri-real olardı”. Söhbət Horadiz-Mehri-Arazdəyən-Ordubad dəmir yolu xəttindən gedir ki, bu xəttin keçdiyi Arazdəyən istiqamətində sərhədin delimitasiyası üçün Kərki məsələsi həllini tapmalıdır.Son günlər Paşinyanın anklavlar məsələsinin həllini gündəmə gətirməsi də bu kontekstdə təsadüfi görünmür”./bakupost.az
PAYLAŞIN:

Continue Reading

Previous: Məcnun Məmmədov: “Kənddə alternativ iş imkanlarının yaradılmasına ehtiyac var”
Next: Azərbaycana gələn turistlərin sayında ciddi azalma var – Səbəb nədir?

OXŞAR MÖVZULAR

ncfSzA2BWrTBFZt3gTDcRtEbwKgQFPlakjVbgNBE_1200

Prezident: Son vaxtlar kənd təsərrüfatı istehsalında dinamika məni qane etmir

admin 25/05/2026
nceferli

“Proses davam edəcək və quru sərhədləri açılacaq…” – Ekspert vaxtı da AÇIQLADI

admin 21/05/2026
vuf-çin-h

WUF13-də “Şanxay Manualı” və qabaqcıl şəhər təcrübələri təqdim edildi

admin 19/05/2026

XƏBƏR LENTİ

  • Ermənistan seçkilərini bu azərbaycanlılar həll edir – Bakı və İrəvan anlaşıb? 01/06/2026
  • Qarabağ müharibəsində itkin düşən Azərbaycan vətəndaşlarının sayı yeniləndi 01/06/2026
  • Gömrük bağlamalarını bəyan etməyin ən rahat yolu – “SİMA İmza” 01/06/2026
  • Türkiyə rəqəmsal ixracı genişləndirir: Azərbaycan əsas bazarlar sırasındadır 01/06/2026
  • Pezeşkian istefa məktubu yazıb? – Prezident Administrasiyası açıqladı 01/06/2026
  • Ölüm faktının rəsmiləşdirilməsində problem: Məhkəmə qərarlarının sayı niyə artır? 01/06/2026
  • DİM saxta hesablar vasitəsilə vətəndaşların aldadılması barədə xəbərdarlıq edib 01/06/2026
  • Azərbaycanda kart ödənişləri üzrə komissiya limitləri qüvvəyə mindi 01/06/2026
  • Bioloji aktiv qida məhsullarının qeydiyyatı ilə bağlı yenilik 01/06/2026
  • İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib 01/06/2026
  • Tramp: İranla saziş, əsasən, Tehranın nüvə proqramına həsr olunub 01/06/2026
  • Putin üçün geri sayım başlayıb – Kreml üçün təhlükə artıq Ukrayna deyil … 01/06/2026
  • Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür 01/06/2026
  • Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur 28/05/2026
  • Azərbaycanda Qurban bayramı qeyd olunur 27/05/2026
  • Ermənilər onu gələcək lider kimi görür – Rəqiblərini böyük üstünlüklə qabaqlayır 26/05/2026
  • Parlamentdə qadınların pensiya məbləğlərinin artırılması təklif olundu 26/05/2026
  • Tramp VƏ Sinin hesablaşmadığı “Çar”… – Putin Rusiyaya SSRİ-nin taleyini yaşadacaq? 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Böyük Kəsik stansiyasında əcnəbilərə miqrasiya xidmətləri göstərilməsinə başlanılıb 26/05/2026

Sağlamlıq

cerez

Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın…

admin 19/05/2026
onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

keyn harri

Harri Keyn karyerasında ikinci dəfə “Qızıl buts” mükafatını qazanıb

admin 25/05/2026
dç-kup

DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır

admin 19/05/2026
türkiye-atakım

Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb

admin 18/05/2026
merih-demiral

Türk futbolçudan maraqlı addım – Azərbaycanlı azarkeşlərin də rəğbətini qazandı + VİDEO

admin 18/05/2026
kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.