Skip to content
17/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Noyabr
  • 17
  • Valeh Qaraşovun müqavilə bağladığı 18 günlük MMC kimə məxsusdur – Xanım sahibkara, yoxsa…

Valeh Qaraşovun müqavilə bağladığı 18 günlük MMC kimə məxsusdur – Xanım sahibkara, yoxsa…

admin 17/11/2025
valeh-qaraş-1

 

Mil-Qarabağ və Aşağı Şirvan Kollektorunun İstismarı İdarəsi tərəfindən hidrotexniki qurğuların cari təmiri üçün materialların satın alınması üzrə 16.09.2025-ci ildə başlanılmış kotirovka sorğusuna yekun vurulub. Müsabiqənin qalibi “ENERVIA” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və tərəflər arasında 95.880,9 manat dəyərində satınalma müqaviləsinin bağlanılması planlaşdırılır. Məlumat satınalmaların portalında 13.11.2025-ci ildə dərc edilib.

Satınalmaların portalı üzərindən apardığımız araşdırmada məlum oldu ki, bu “ENERVIA” Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət satınalmalarında ilkidir.

Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “ENERVIA”  (VÖEN: 1309582181) Məhdud Məsuliyyətli Cəmiyyətinin 28.08.2025-ci il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 100 manat olan MMC-nin hüquqi ünvanının, BAKI, YASAMAL RAYONU, Ə.SALAMZADƏ,ev.121, m.34, qanuni təmsilçisi kimi isə Rüstəmova Aidə Elim qızı olduğu qeyd olunub.

Dövlət Vergi Xidmətinin məlumatlarından da göründüyü kimi “ENERVIA” MMC 28.08.2025-ci il tarixdə dövlət qeydiyyatına alınıb. Satınalmaların portalına yerləşdirilmiş məlumatlarda isə Mil-Qarabağ və Aşağı Şirvan Kollektorunun İstismarı İdarəsinin kotirovka sorğusunu 16.09.2025-ci ildə başladığı göstərilir. Göründüyü kimi Mil-Qarabağ və Aşağı Şirvan Kollektorunun İstismarı İdarəsi satınalma prosuduru başlamazdan cəmi 18 gün əvvəl dövlət qeydiyyatına alınmış bir MMC ilə müqavilə bağlamağı planlaşdırır.

Bəs qanun necə buna yol verirmi?  “Dövlət satınalmaları haqqında” Qanunun 23-cü maddəsində təchizatçıların uyğunluq göstəriciləri müəyyən edilib. Təchizatçılara dair ümumi tələblər bunlardır:

“Lisenziyalar və İcazələr” haqqında Azərbaycan Respublikasının Qanunu ilə tələb olunduqda, müvafiq sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olması;  son bir il ərzində iki dəfə və ya daha çox Azərbaycan Respublikasının Əmək Məcəlləsində  nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə maliyyə sanksiyasının və ya inzibati cərimənin tətbiq edilməsi; satınalma müqaviləsinin icrası üçün müvafiq sahədə peşəkarlığının və təcrübəsinin olması;

Göründüyü kimi Mil-Qarabağ və Aşağı Şirvan Kollektorunun İstismarı İdarəsinin Satınalma Komissiyası “ENERVIA” MMC-nin uyğunluq göstəricilərinə göz yummuş, kotirovka elanından 18 gün əvvəl dövlət qeydiyyatına alınmış bir MMC ilə müqavilə bağlamağa üstünlük vermişdir. Bəs İdarənin 95 min manat dəyərində kotirovkanı həvalə etdiyi Aidə Rüstəmova kimdir və bu sifarişi yerinə yetirmək üçün yetərincə maddi-texniki bazası varmı?

Qeyd edək ki, bizə verilən məlumatlara görə “ENERVIA” MMC Mil-Qarabağ və Aşağı Şirvan Kollektorunun İstismarı İdarəsi ilə əvvəllər də iş görmüş şəxslərdən birinə məxsusdur. Satınalmaların portalı üzərindən apardığımız araşdırmada məlum oldu ki, Mil-Qarabağ və Aşağı Şirvan Kollektorunun İstismarı İdarəsi 06.12.2024-cü ildə 2-ci yarımil üçün hidrotexniki qurğuların cari təmiri üçün materialların satın alınması üzrə “KM SERVİCES”  MMC ilə 66.704,81 manat dəyərində müqavilə bağlamışdır. Daha əvvəlki satınalmalarla bağlı məlumat yoxdu.

Qeyd edək ki, Mil-Qarabağ və Aşağı Şirvan Kollektorunun İstismarı İdarəsi Yevlax, Bərdə, Ağcabədi, Kürdəmir, Zərdab və Ağsu rayonlarına xidmət edir. İdarənin balansındakı kollektorlar vasitəsilə 173 min hektardan artıq suvarılan sahəyə xidmət göstərilir. İdarənin rəisi Valeh Qaraşovdur. O, Lənkəran rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun qardaşıdır. Ləğv edilmiş Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri olmuş Əhməd Əhmədzadənin ən sadiq kadrlarındadır. 2017-ci ildən Mil-Qarabağ və Aşağı Şirvan Kollektorunun İstismarı İdarəsinə rəhbərlik edir.  Daha əvvəllər isə Kürdəmir Suvarma Sistemləri İdarəsinin, Mollakənd Mexaniki Suvarma İdarəsinin rəisi olub.

 

Aktualinfo.net

 

 

PAYLAŞIN:

Continue Reading

Previous: Sertifikatı ləvğ edilmiş həkim QANUNSUZ fəaliyyətini Kəpəz Hospitalda necə davam etdirir?
Next: İcra Hakimiyyətindəki qəbulda qalmaqal – Vəzifəli şəxs başçının müavininə hücum etdi

OXŞAR MÖVZULAR

omd-aynur

Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar

admin 16/04/2026
read-rafiq

Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər

admin 16/04/2026
nuride memm

Lənkəran Mərkəzi Xəstəxanasının bağladığı şübhəli müqavilələr nələrdən xəbər verir – Ancaq Nuridə Məmmədova bilər…

admin 14/04/2026

XƏBƏR LENTİ

  • “Uşaq hüquqları ilə bağlı yenilik dövlətimizin və prezidentimizin vətənpərvərlik tərbiyəsinə verdiyi önəmin təzahürüdür” 16/04/2026
  • Uşaqla ünsiyyət hüququnun pozulmasına görə kompensasiya: Bu, nəyi dəyişəcək? 16/04/2026
  • Uşaqları “proqramlaşdırılmış qatilə” çevirən təhlükə: “Təkcə oyun deyil, ailə də günahkardır” 16/04/2026
  • Azərbaycanda vəziyyət tamam dəyişib: havalar belə olacaq – Ekoloq 16/04/2026
  • Aleksey Overçuk: “Ağbənd körpüsü “Şimal-Cənub” və “Şərq-Qərb” dəhlizlərinin əsas elementi olacaq” 16/04/2026
  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026
  • Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya 16/04/2026
  • Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi 16/04/2026
  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026
  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.