Skip to content
01/06/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Noyabr
  • 20
  • Gənclərin Bakıya axınını təbii şəkildə necə dayandırmaq olar? – İqtisadçı ekspert

Gənclərin Bakıya axınını təbii şəkildə necə dayandırmaq olar? – İqtisadçı ekspert

admin 20/11/2025
6c44aaffe7e60ae1ea8462071c5b1a2f_frg

 

“Regionlardan Bakıya gənclərin axınının azalması üçün əsas yanaşma regionları gənclər üçün daha cəlbedici və yaşamalı etməkdən keçir”.
Bunu açıqlamasında iqtisadçı ekspert Akif Nəsirli deyil. Ekspert təklif edib ki, bunun üçün əvvəlcə bölgələrdə sabit və gəlirli iş yerləri yaradılmalıdır:
“Gənclər əsasən iş imkanlarının məhdudluğuna görə paytaxta köçürlər, ona görə də sahibkarlara güzəştli kreditlər, vergi endirimləri və investisiya təşviqləri təqdim edilməli, sənaye məhəllələri, aqroparklar və logistika mərkəzləri daha çox bölgələrdə inşa olunmalıdır. Təhsil imkanlarının keyfiyyəti də gənclərin qərarına ciddi təsir edir. Regional universitetlərin və peşə məktəblərinin maddi-texniki bazası gücləndirilməli, rəqabətədavamlı ixtisaslar bölgələrdə açılmalı və müəllimlərin bölgələrdə işləməsi üçün əlavə stimullar verilməlidir. Təhsil nə qədər keyfiyyətli olarsa, gənclər paytaxta gedib oxumaq məcburiyyətində qalmaz”.
Akif Nəsirli əlavə edib ki, bölgələrdə sosial və mədəni mühitin zəifliyi də köçü artıran amillərdəndir:
“Ona görə idman zalları, kino və teatr məkanları, kitabxanalar, gənclər mərkəzləri və innovasiya məkanları artırılmalı, internet, nəqliyyat və kommunal xidmətlərin keyfiyyəti yaxşılaşdırılmalıdır. Sosial həyat zəngin olduqda gənclər öz yaşadığı şəhərdə qalmağa daha çox üstünlük verəcək. Gənclərin bölgələrdə qalması üçün maaşların rəqabətli olması və karyera imkanlarının genişlənməsi də önəmlidir. Əgər bölgələrdə yüksək ixtisas tələb edən işlər açılarsa və karyera artımı üçün şərait yaradılarsa, gənclərin Bakıya yerləşmək ehtiyacı azalacaq”.
 
Akif Nəsirli hesab edir ki, bəzi dövlət qurumlarının və iri müəssisələrin regionlara köçürülməsi həmin bölgələrdə iqtisadi canlanmaya səbəb ola bilər:
“Belə mexanizm bir çox ölkədə paytaxt üzrə yükü azaltmaq üçün istifadə olunur və özünü doğruldur. Yaşayış şəraitinin yaxşılaşdırılması, əlçatan mənzil proqramlarının genişləndirilməsi və gənclər üçün münasib yaşayış komplekslərinin tikilməsi də gənclərin bölgələrdə qalma motivasiyasını artıran vacib amillərdəndir”.
Akif Nəsirlinin fikirincə, problemin həlli təkcə köçü məhdudlaşdırmaqdan ibarət deyil:
“Əsas məqsəd regionlarda iş, təhsil, sosial həyat və inkişaf imkanlarını elə səviyyəyə çatdırmaqdır ki, gənclər üçün Bakıya köçmək bir zərurət deyil, yalnız seçim olsun. Regionların həyat keyfiyyəti yüksəldikcə gənclərin paytaxta axını da təbii şəkildə azalacaq”.
Milli Məclisin deputatı Naqif Həmzəyev gələn il üçün büdcə layihəsinin müzakirəsi zamanı regionlarda yaşayan gənclərin Bakı şəhərinə axınının qarşısının alınması üçün xüsusi tədbirlərin həyata keçirilməsinin vacib olduğunu bildirib:
“Bəlkə kəndlərdən şəhərlərə köçü başa düşmək olar. Amma şəhərlərdən Bakıya köç bizi düşündürməlidir”.
PAYLAŞIN:

Continue Reading

Previous: Hansı pensiyaların məbləği artırıla bilər? – Pensiya alanların sayı kəskin azalıb
Next: “Vasmoy” bazarında antisanitar vəziyyət – Məsuliyyəti kim daşıyır?

OXŞAR MÖVZULAR

28may

Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur

admin 28/05/2026
bayram_qurban_1211646

Azərbaycanda Qurban bayramı qeyd olunur

admin 27/05/2026
b95b8252aea94a52217e7a7839d12d68_284822736_0_91_3078_1822_1920x0_80_0_0_4404ed5b9fa9e56e258d5bc2e8904d50.jpg

Parlamentdə qadınların pensiya məbləğlərinin artırılması təklif olundu

admin 26/05/2026

XƏBƏR LENTİ

  • Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur 28/05/2026
  • Azərbaycanda Qurban bayramı qeyd olunur 27/05/2026
  • Ermənilər onu gələcək lider kimi görür – Rəqiblərini böyük üstünlüklə qabaqlayır 26/05/2026
  • Parlamentdə qadınların pensiya məbləğlərinin artırılması təklif olundu 26/05/2026
  • Tramp VƏ Sinin hesablaşmadığı “Çar”… – Putin Rusiyaya SSRİ-nin taleyini yaşadacaq? 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Böyük Kəsik stansiyasında əcnəbilərə miqrasiya xidmətləri göstərilməsinə başlanılıb 26/05/2026
  • İtaliya Prezidenti: Bakı və Roma arasındakı son əlaqələr strateji tərəfdaşlığa konkret dəyər qazandırır 26/05/2026
  • Dövlət Proqramının icrası kənd təsərrüfatı məhsullarının qiymətinin optimallaşdırılmasına gətirib çıxara bilər 26/05/2026
  • Borcla qurbanlıq almaq düzgündür? – İmkan yoxdursa… 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Kənd təsərrüfatının inkişafı üçün yeni Dövlət Proqramı təsdiqləndi 25/05/2026
  • Prezident: Son vaxtlar kənd təsərrüfatı istehsalında dinamika məni qane etmir 25/05/2026
  • Prezident: Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni Dövlət Proqramı hazırlanıb 25/05/2026
  • Prezident: Kənd təssərrüfatı sahəsində dövlət proqramına dövlət xətti 2 milyard manatdan çox vəsait lazım olacaq 25/05/2026
  • İlham Əliyev: Biz cəmi 55 % səviyyəsində özümüzü buğda ilə təmin edirik 25/05/2026
  • Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib 25/05/2026
  • Qatar işə düşdü: Turizmə necə təsir edəcək? – Azərbaycan, yoxsa Gürcüstan daha çox qazanacaq? 25/05/2026
  • Mirzoyan: “Rusiya razılaşmasa, Türkiyə sərhədinə dəmiryol xəttini çəkməyə alternativ axtaracağıq” 25/05/2026
  • Bakıda ev qiymətləri qalxır – Yatırım marağı rekord səviyyədə 25/05/2026

Sağlamlıq

cerez

Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın…

admin 19/05/2026
onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

keyn harri

Harri Keyn karyerasında ikinci dəfə “Qızıl buts” mükafatını qazanıb

admin 25/05/2026
dç-kup

DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır

admin 19/05/2026
türkiye-atakım

Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb

admin 18/05/2026
merih-demiral

Türk futbolçudan maraqlı addım – Azərbaycanlı azarkeşlərin də rəğbətini qazandı + VİDEO

admin 18/05/2026
kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.