Skip to content
01/06/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Noyabr
  • 20
  • Hansı pensiyaların məbləği artırıla bilər? – Pensiya alanların sayı kəskin azalıb

Hansı pensiyaların məbləği artırıla bilər? – Pensiya alanların sayı kəskin azalıb

admin 20/11/2025
pensiya (2)

 

Azərbaycanda 2026-cı ilin yanvarından etibarən yaşa görə aylıq sosial müavinətlərin artırılması planlaşdırılır. Bu barədə bir sıra yerli mətbu orqanlarda məlumat yayılıb. Qeyd edək ki, mövcud göstəricilərə əsasən hazırda 220 manat təşkil edən yaşa görə müavinətin məbləğinin 30 manat artırılaraq 250 manata çatdırılacağı iddia olunur.

Yaşa görə müavinət 65 yaşına çatmış, əmək pensiyası almaq hüququ olmayan və işləməyən kişilərə, 64 yaş yarıma çatmış, əmək pensiyası hüququ olmayan və işləməyən qadınlara avtomatik qaydada təyin olunur. Qadınların yaş həddi 2017-ci ilin 1 iyulundan 2027-ci ilin 1 iyulunadək hər il 6 ay artırılmaqla tənzimlənir. İyulun 1-dən etibarən Azərbaycanda qadınların pensiya yaşı 64 il 6 ay, kişilərin pensiya yaşı isə 65 yaş olaraq müəyyən edilib. Dövlət Sosial Müdafiə Fondunun məlumatına görə, 2025-ci ilin iyulunda yaşa görə aylıq sosial müavinət alanların sayı 166 min 900 nəfər olub. Onların 35%-i kişilər, 65%-i isə qadınlardan ibarətdir.

Qeyd edək ki, bir sıra hallarda yaş həddi 5 il azaldıla bilər. Bu güzəştlər aşağıdakı kateqoriyalara aiddir:

-Beş və daha çox uşağı olan qadınlar (uşaqların 8 yaşınadək sağ olması şərti ilə);

-Əlilliyi olan uşağa sahib qadınlar (uşaq 8 yaşınadək sağ olduğu müddətdə);

-Ananın vəfatı və ya valideynlik hüququnun məhdudlaşdırılması halında kişilər (beş və daha çox uşağa sahib, onların 8 yaşınadək sağ olduğu ailələrdə ananın vəfat etməsi, itkin düşməsi və ya valideynlik hüququnun məhdudlaşdırılması halında atanın yaş həddi 5 il azaldılır);

-Əlilliyi olan uşağı tək böyüdən kişilər.

Ötən il 23 092 vətəndaş pensiya yaşına çatmadan vəfat edib

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ildə Azərbaycanda 58 909 vətəndaş vəfat edib. Onlardan 32 436 nəfəri kişi, 26 473 nəfəri isə qadın olub. Həyatını itirən kişilərin 15 281 nəfəri 65 yaşına çatmayıb. Yəni ötən il ölən kişilərin təxminən 47%-i pensiya yaşını görə bilməyib. Həmin il vəfat edən 26 473 qadının isə 7 811 nəfəri pensiya yaşına çatmadan vəfat edib. Faizlə desək, qadınların təxminən 29,5%-i pensiya yaşına çatmadan dünyasını dəyişib. Ümumən götürsək, 2024-cü ildə vəfat edən 58 909 vətəndaşın 23 092 nəfəri pensiya yaşına çatmadan vəfat edib. Bu da vəfat edən şəxslərin təxminən 39,2%-i deməkdir.

Son 15 ildə pensiya alanların sayı 146 min nəfər azalıb

Digər bir statistik məlumata görə, son 15 ildə pensiya alanların sayı 146 min nəfər azalıb. Bu tendensiya 2010-cu ildən bəri özünü davamlı şəkildə göstərir. Belə ki, əgər 2010-cu ildə bu göstərici 858 min nəfərdən çox idisə, hazırda 712 min nəfər civarındadır. Təxminən 15 il ərzində pensiya alanların sayında 146 min nəfərlik və ya 17 faizlik azalma baş verib.

Bu barədə iqtisadçı Xalid Kərimli “AzPolitika”ya şərhində bildirib ki, ünvanlı dövlət sosial yardımı çıxmaq şərti ilə sosial müavinətlərin qarşıdakı aylarda artırılması ehtimalı azdır.

Onun sözlərinə görə, çünki bunun üçün büdcədə sosial xərclərdə əhəmiyyətli artımlar müşahidə olunmur: “Hökumət bir müavinəti artırmır. Əgər artırsa, demək olar ki, bütün sosial ödənişlərə yenidən baxılır. Sosial müavinətlərə isə bu ilin yayında baxılıb. Buna görə də güman etmirəm ki, hətta 2026-cı ildə belə sosial müavinətlərə yenidən baxılsın və artırılsın. Çünki büdcədə belə bir artım nəzərdə tutulmur, neftin qiymətləri də elə səviyyədə deyil ki, hökumət fikrini dəyişsin və bu xərcləri artırsın.”

Pensiyaların artırılması üçün vəsait ayrılacaq

Dövlət Sosial Müdafiə Fondunun 2026-cı il üzrə ümumi xərclərinin 8 milyard 483 milyon manat həcmində olması proqnozlaşdırılır ki, bunun da 96,6% və ya 8 milyard 196 milyon manatı əhaliyə ödənişlərin payına düşür.

Bunu isə əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Milli Məclisin bugünkü plenar iclasında “Dövlət sosial müdafiə fondunun 2026-cı il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi haqqında” qanun layihələrinin müzakirəsi zamanı deyib.

Nazir bildirib ki, bu göstərici 2024-cü illə müqayisədə 1 milyard 534 milyon manat, 2025-ci illə müqayisədə isə 788 milyon manat çoxdur. Bu məbləğin 7 milyard 993 milyon manatı əmək pensiyalarının, 203,6 milyon manatı isə sosial sığorta hesabına verilən müavinət xərclərinin payına düşür.

2026-cı il üzrə əmək pensiyalarının maliyyələşdirilməsi üçün ayrılan vəsait 2025-ci ilin təsdiqlənmiş xərcləri ilə müqayisədə 782,4 milyon manat və ya 10,9% artımla nəzərdə tutulmuşdur. Bunun 81,2%-i və ya 635,6 milyon manatı indeksasiya xərclərinin, digər hissəsi isə yeni təyin olunan və yenidən hesablanan pensiyaların məbləğlərinin maliyyələşdiriməsi ilə bağlı xərclərin payına düşür.

Proqnoz göstəricilərə əsasən, 2026-cı il üzrə indeksasiyanın təqribən 9,2% səviyyəsində olması, orta pensiyanın məbləğinin isə yenə də 9,2% artaraq 590 manata, yaşa görə pensiyanın məbləğinin isə 629 manata çatması proqnozlaşdırılır.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası xətti ilə sığortaolunanların və əmək pensiyaçılarının sanatoriya-kurort müalicəsi və sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi məqsədilə Fondun 2026-cı il büdcəsində 25 milyon manat vəsait nəzərdə tutulmuşdur.

Xatırladaq ki, yaşa görə sosial müavinətin məbləği sonuncu dəfə 2024-cü ilin yanvar ayında artırılmış və 180 manatdan 220 manata çatdırılmışdı. Bu ilin iyulunda sosial müavinətlərin və pensiyaların bir çoxunda artım olsa da, yaşa görə müavinət bu prosesdən kənarda qalmışdı.

PAYLAŞIN:

Continue Reading

Previous: Məktəblər tətilə çıxdılar, tıxaclar qismən azaldı: Monitorinq aparılırmı?
Next: Gənclərin Bakıya axınını təbii şəkildə necə dayandırmaq olar? – İqtisadçı ekspert

OXŞAR MÖVZULAR

28may

Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur

admin 28/05/2026
bayram_qurban_1211646

Azərbaycanda Qurban bayramı qeyd olunur

admin 27/05/2026
b95b8252aea94a52217e7a7839d12d68_284822736_0_91_3078_1822_1920x0_80_0_0_4404ed5b9fa9e56e258d5bc2e8904d50.jpg

Parlamentdə qadınların pensiya məbləğlərinin artırılması təklif olundu

admin 26/05/2026

XƏBƏR LENTİ

  • Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur 28/05/2026
  • Azərbaycanda Qurban bayramı qeyd olunur 27/05/2026
  • Ermənilər onu gələcək lider kimi görür – Rəqiblərini böyük üstünlüklə qabaqlayır 26/05/2026
  • Parlamentdə qadınların pensiya məbləğlərinin artırılması təklif olundu 26/05/2026
  • Tramp VƏ Sinin hesablaşmadığı “Çar”… – Putin Rusiyaya SSRİ-nin taleyini yaşadacaq? 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Böyük Kəsik stansiyasında əcnəbilərə miqrasiya xidmətləri göstərilməsinə başlanılıb 26/05/2026
  • İtaliya Prezidenti: Bakı və Roma arasındakı son əlaqələr strateji tərəfdaşlığa konkret dəyər qazandırır 26/05/2026
  • Dövlət Proqramının icrası kənd təsərrüfatı məhsullarının qiymətinin optimallaşdırılmasına gətirib çıxara bilər 26/05/2026
  • Borcla qurbanlıq almaq düzgündür? – İmkan yoxdursa… 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Kənd təsərrüfatının inkişafı üçün yeni Dövlət Proqramı təsdiqləndi 25/05/2026
  • Prezident: Son vaxtlar kənd təsərrüfatı istehsalında dinamika məni qane etmir 25/05/2026
  • Prezident: Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni Dövlət Proqramı hazırlanıb 25/05/2026
  • Prezident: Kənd təssərrüfatı sahəsində dövlət proqramına dövlət xətti 2 milyard manatdan çox vəsait lazım olacaq 25/05/2026
  • İlham Əliyev: Biz cəmi 55 % səviyyəsində özümüzü buğda ilə təmin edirik 25/05/2026
  • Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib 25/05/2026
  • Qatar işə düşdü: Turizmə necə təsir edəcək? – Azərbaycan, yoxsa Gürcüstan daha çox qazanacaq? 25/05/2026
  • Mirzoyan: “Rusiya razılaşmasa, Türkiyə sərhədinə dəmiryol xəttini çəkməyə alternativ axtaracağıq” 25/05/2026
  • Bakıda ev qiymətləri qalxır – Yatırım marağı rekord səviyyədə 25/05/2026

Sağlamlıq

cerez

Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın…

admin 19/05/2026
onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

keyn harri

Harri Keyn karyerasında ikinci dəfə “Qızıl buts” mükafatını qazanıb

admin 25/05/2026
dç-kup

DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır

admin 19/05/2026
türkiye-atakım

Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb

admin 18/05/2026
merih-demiral

Türk futbolçudan maraqlı addım – Azərbaycanlı azarkeşlərin də rəğbətini qazandı + VİDEO

admin 18/05/2026
kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.