Skip to content
01/06/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Noyabr
  • 20
  • Təcili Tibbi Yardım Mərkəzi yeni təcili yardım avtomobillərinə də ehtiyyat hissələri alır – Çox şübhəlidi

Təcili Tibbi Yardım Mərkəzi yeni təcili yardım avtomobillərinə də ehtiyyat hissələri alır – Çox şübhəlidi

admin 20/11/2025
mirelem-skoro

 

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi publik hüqauqi şəxsi “İveco Daily 35S 15/E4 V/P” markalı təcili yardım avtomaşınların cari təmiri üçün tələb olunan ehtiyat hissələrinin satınalınması üzrə 11.09.2025-ci ildə başladığı açıq tenderə yekun vurub. Müsabiqənin qalibi “AZ-TEX-IMPORT” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və tərəflər arasında 960.096,65 manat məbləğində satınalma müqaviləsi bağlanılıb.

Bundan əlavə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi “İveco Daily 35S 15/E4 V/P” markalı təcili yardım avtomaşınların əsaslı təmiri üçün tələb olunan ehtiyat hissələrinin satınalınması üzrə 29.07.2025-ci ildə başladığı açıq tenderə də yekun vurub. Bu müsabiqənin də qalibi “AZ-TEX-IMPORT” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və tərəflər arasında 600.646  manat məbləğində satınalma müqaviləsi bağlanılıb. Məlumatlar satınalmaların portalında 19.11.2025-ci ildə dərc edilib.

Göründüyü kimi, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi iyul ayının sonu, sentyabr ayının əvvəllərində başladığı, 40-45-gün ərzində təşkil etdiyi satınalma prosudurunun ikisində də “AZ-TEX-IMPORT” MMC-ni qalib seçib və ümumi dəyəri 1 560 742 manat olan iki satınalma müqaviləsi bağlayıb.

Satınalmaların portalı üzərindən apardığımız araşdırmada məlum oldu ki, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi “AZ-TEX-IMPORT” MMC  ilə “İveco Daily 35S 15/E4 V/P” markalı təcili yardım avtomaşınların cari təmiri üçün tələb olunan ehtiyat hissələrinin və mühərrik yağının satınalınması üzrə 584.820,94 manat dəyərində bir müqavilə 16.01.2025-ci ildə, “İveco Daily 35S 15/E4 V/P” markalı təcili yardım avtomaşınların əsaslı təmiri üçün tələb olunan ehtiyat hissələrinin satınalınması üzrə 204.761,1 manat dəyərində bir müqavilə də 03.12.2024-cü ildə bağlayıb. Bu da son 11 ayda “İveco Daily 35S 15/E4 V/P” markalı avtomobillərin ehtiyyat hissələrinə 2 350 305 manat vəsaitin xərclənməsi deməkdir.

İndi gəlin görək Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi “AZ-TEX-IMPORT” MMC-dən nə kimi  ehtiyyat hissələri alır.

Mərkəz 03.12.2024-cü ildə müqavilə bağladığı 96245 nömrəli müsabiqənin şərtlərinə görə adıgedən markalı təcili yardım avtomaşınları üçün 20 ədəd farsunka, 30 ədəd mühərriyin uzun sep dəsti,  30 ədəd mühərriyin başmaq dəsti, 10 ədəd ön fara, 10 ədəd arxa haca yastığı və digər ehtiyyat hissələri.

Mərkəzin 16.01.2025-ci ildə müqavilə bağladığı 94133 nömrəli müsabiqənin şərtlərinə görə 800 ədəd yağ filtri, 300 ədəd hava filtri, 150 yanacaq,300 ədəd süzgəcli yanacaq filtri, 30 ədəd şüşə silgəci, 10 ədəd ön, 10 ədəd arxa amartizator və digər ehtiyyat hissələri.

Mərkəzin 19.11.2025-ci ildə müqavilə bağladığı 116024 nömrəli müsabiqənin şərtlərinə görə 30 ədəd generator, 30 ədəd farsunka, 50 ədəd mühərriyin uzun, 50 ədəd qısa sep dəsti və digər ehtiyyat hissələri.

Mərkəzin 19.11.2025-ci ildə müqavilə bağladığı 118896 nömrəli müsabiqənin şərtlərinə görə 100 ədəd şüşə silgəci, 30 ədəd yağ radiatoru, 50 ədəd hava yastığının hava filtri, hər birindən 400 ədəd kalotka sensoru arxa və ön, 600 ədəd süzgəcli yanacaq filtri, hər birindən 500 ədəd kondisioner və hava filtri, 300 ədəd yanacaq filtri, 1500 ədəd yağ filtri və digər ehtiyyat hissələri.

Qeyd edək ki, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin ehtiyyat hissələri aldığı “İveco Daily 35S markalı avtomobillər ölkəyə ötən il gətirilib. Prezident İlham Əliyev 16.03.2024-cü ildə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən alınmış müasir təcili tibbi yardım avtomobilləri ilə tanış olub. Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev yeni ambulanslar barədə dövlət başçısına məlumat verərək bildirilib ki, ambulansların alınmasında məqsəd əhaliyə göstərilən təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin keyfiyyətini yaxşılaşdırmaqdır. Qeyd olunub ki, İtaliyanın “Iveco Daily 35S15/E4” markalı 100 ədəd təcili tibbi yardım avtomobilindən 66-sı sadə differensialı, 3-ü psixiatrik, 20-si reanimobil, 1-i portativ rentgen aparatlı və 10-u perinatal küvəzlidir. Zaur Əliyev bildirib ki, icbari tibbi sığortanın tətbiqindən sonra ümumilikdə 349 ambulans alınıb.

Bu məlumatlardan da göründüyü kimi “İveco Daily 35S 15/E4 V/P” markalı təcili yardım avtomobillərin istismara verilməsinin heç iki ili tamam olmayıb. “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” bu avtomobilləri təbii ki, zəmanətlə alıb. Rəsmi distribüter və dilerlər özlərinin zəmanət şərtləri olur.  Zəmanət şərti isə müəyyən illəri və yürüşü əhatə edə bilər. Məsələn,  3 il və ya 150.000 km zəmanət. Bunlardan hansı tez bitərsə, həmin zaman da zəmanət qurtarmış hesab olunur. Maraqlıdır, TƏBİB təcili tibbi yardım avtomobillərini neçə illik zəmanətlə və hansı şərtlərlə alıb?

Digər maraqlı nüans alınan ehtiyyat hissələri ilə bağlıdır. Məsələn Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi son yanvar ayından sonra 800 ədəd yağ filtiri alıb. Son tenderdə isə 1500 ədəd yağ filtri sifariş edib. Bu 10 ayda 2300 ədəd yağ filtiri alınması deməkdir.

Yağ filterlərinin istifadə müddəti avtomobil istehsalçısının tövsiyələrinə əsasən hər 10-15 000 kilometrdə bir dəfə dəyişdirilməlidir. Lakin bu müddət avtomobilin istismar şəraitindən asılı olaraq 6-10 000 kilometrə qədər qısala bilər. Xüsusilə, çətin şəraitdə (yüksək temperatur, dağlıq yollar, sıx şəhər tıxacları) istifadə edildikdə filtr daha tez dəyişdirilməlidir.

Qeyd edək ki, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin balansındakı “Iveco Daily 35S15/E4” markalı təcili yardım avtomobillərinin sayı dəqiq məlum olmadığından alınan yağ filterlərinin neçə avtomobil və neçə aydan bir dəyişdirilməsi üçün nəzərdə tutulduğunu da müəyyən etmək mümkün olmadı.

Bütün  bunlara baxmayaraq xüsusilə qeyd edilməlidir ki, təcili yardım avtomobillərinin əksəriyyəti yenidir. Mediada 30.08.2023-cü ildə yayılan məlumatlara görə “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxs “AZ-TEX-İmport” MMC ilə “Yeni müasir tibbi avadanlıq kompleksləri ilə təchiz olunmuş 80 ədəd təcili tibbi yardım avtomobillərinin” satın alınması üzrə 15 424 092 manat dəyərində müqavilə bağlayıb. Avtomobilin biri dövlət qurumuna 193 min manata başa gəlib.

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” nə tabeli “İnnovasiya və Təchizat Mərkəzi” publik hüquqi şəxsi 15.11.2024-cü ildə “Yeni müasir tibbi avadanlıq kompleksləri ilə təchiz olunmuş 80 ədəd təcili tibbi yardım avtomobilləri”nin satın alınması üzrə “AZ-TEX-IMPORT” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 15.874.715 manat məbləğində satınalma müqaviləsi bağlayıb.

Göründüyü kimi Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin balansında olan təcili yardım avtomobillərinin əksəriyyəti yenidir. Belə olan halda son 10 ayda “İveco Daily 35S 15/E4 V/P” markalı təcili yardım avtomaşınların cari təmiri üçün tələb olunan ehtiyat hissələrinin satın alınmasına 2 350 305 manat dövlət vəsaitin xərclənməsi hansı zərurətdən yaranıb?

Qeyd edək ki,  “Az-Tex-İmport” MMC Sumqayıt Texnologiyalar Parkının rezident şirkəti tanınır.  Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə  “Az-Tex-İmport” MMC 19 iyul 2017-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 226 010 manatdır. Hüqüqi ünvanı Bakı şəhəri Xətai rayonu, Telnov küçəsi, ev 2347/48 mənzil 290-da yerləşən “Az-Tex-İmport” MMC-nin qanuni təmsilçisi İbadullayev İlkin Sahib oğludur. Açıq mənbələrdə İlkin İbadullayev haqqında heç bir məlumata rast gəlinmir.

Bütün bu məlumatlardan da göründüyü kimi, “Az-Tex-İmport” MMC  “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi”nə və “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nə təcili yardım avtomobilləri, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə isə həmin avtomobillərin ehtiyat hissələrini satır. Üstündən heç bir il keçmədiyi halda.

Qeyd edək ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin direktoru Mirələm Caləlovdu. O, mərkəzə 2023-cü ildən rəhbərlik edir.

 

Aktualinfo.net

PAYLAŞIN:

Continue Reading

Previous: Sülh planının təfərrüatı: Rusiya bu əraziləri geri qaytarır
Next: COP prosesi çərçivəsində vacib missiyalar Azərbaycana həvalə olunur

OXŞAR MÖVZULAR

dma-agro

Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı

admin 15/05/2026
kenan-aşurlu

Kənan Aşurlu sənəd saxtalaşdıran “Kon-Lay Project” MMC ilə müqavilə bağladı – Həm də qanunu pozmaq yolu ilə

admin 14/05/2026
tibb univer

Tibb Universiteti “GSL Service” MMC ilə bu müqaviləni hansı əsaslarla bağlayıb

admin 14/05/2026

XƏBƏR LENTİ

  • Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur 28/05/2026
  • Azərbaycanda Qurban bayramı qeyd olunur 27/05/2026
  • Ermənilər onu gələcək lider kimi görür – Rəqiblərini böyük üstünlüklə qabaqlayır 26/05/2026
  • Parlamentdə qadınların pensiya məbləğlərinin artırılması təklif olundu 26/05/2026
  • Tramp VƏ Sinin hesablaşmadığı “Çar”… – Putin Rusiyaya SSRİ-nin taleyini yaşadacaq? 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Böyük Kəsik stansiyasında əcnəbilərə miqrasiya xidmətləri göstərilməsinə başlanılıb 26/05/2026
  • İtaliya Prezidenti: Bakı və Roma arasındakı son əlaqələr strateji tərəfdaşlığa konkret dəyər qazandırır 26/05/2026
  • Dövlət Proqramının icrası kənd təsərrüfatı məhsullarının qiymətinin optimallaşdırılmasına gətirib çıxara bilər 26/05/2026
  • Borcla qurbanlıq almaq düzgündür? – İmkan yoxdursa… 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Kənd təsərrüfatının inkişafı üçün yeni Dövlət Proqramı təsdiqləndi 25/05/2026
  • Prezident: Son vaxtlar kənd təsərrüfatı istehsalında dinamika məni qane etmir 25/05/2026
  • Prezident: Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni Dövlət Proqramı hazırlanıb 25/05/2026
  • Prezident: Kənd təssərrüfatı sahəsində dövlət proqramına dövlət xətti 2 milyard manatdan çox vəsait lazım olacaq 25/05/2026
  • İlham Əliyev: Biz cəmi 55 % səviyyəsində özümüzü buğda ilə təmin edirik 25/05/2026
  • Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib 25/05/2026
  • Qatar işə düşdü: Turizmə necə təsir edəcək? – Azərbaycan, yoxsa Gürcüstan daha çox qazanacaq? 25/05/2026
  • Mirzoyan: “Rusiya razılaşmasa, Türkiyə sərhədinə dəmiryol xəttini çəkməyə alternativ axtaracağıq” 25/05/2026
  • Bakıda ev qiymətləri qalxır – Yatırım marağı rekord səviyyədə 25/05/2026

Sağlamlıq

cerez

Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın…

admin 19/05/2026
onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

keyn harri

Harri Keyn karyerasında ikinci dəfə “Qızıl buts” mükafatını qazanıb

admin 25/05/2026
dç-kup

DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır

admin 19/05/2026
türkiye-atakım

Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb

admin 18/05/2026
merih-demiral

Türk futbolçudan maraqlı addım – Azərbaycanlı azarkeşlərin də rəğbətini qazandı + VİDEO

admin 18/05/2026
kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.