Skip to content
01/06/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Noyabr
  • 21
  • Uşaqları sayıb, sonra pul verirlər… – Ölkədə 5 uşağı olan ailə niyə dövlət dəstəyindən kənarda qalıb?

Uşaqları sayıb, sonra pul verirlər… – Ölkədə 5 uşağı olan ailə niyə dövlət dəstəyindən kənarda qalıb?

admin 21/11/2025
pul-uşaq

 

Azərbaycanda 5-dən çox uşağı olan ailələrə hər uşağa görə 140 manat müavinət verilir. Yəni, 6 və daha çox uşağı olanlar bu müavinəti ala bilər.

Amma 5 uşaqlı ailə bunu ala bilməz. Niyə ala bilməz, bu barədə hər hansı ağlabatan izahat yoxdur. Bu yanaşma hədsiz dərəcədə ədalətsizdir. Dövlət çoxuşaqlı ailənin sosial dəstəyə ehtiyacı olduğunu qəbul edir, amma say limiti qoyur.

Əvvəla, müavinət saya görə qoyula bilməz, bəlkə 5, 4, hətta 3 uşaqlı ailənin gəlirləri 6 uşaqlıdan daha azdır?

Ədalətli yanaşma bütün uşaqlara görə müavinət verilməsidir, çünki dövlət uşaqların sağlam böyüməsi, inkişafı üçün öz dəstəyini göstərməlidir, bu, onun borcudur. Təəssüf ki, Azərbaycanda bu yük əsasən valideynlərin üzərindədir. Əgər iddia olunduğu kimi, bütün uşaqlara müavinət verməyə dövlətin imkanı yoxdursa (hərçənd ki, absurd arqumentdir), müavinət 3 uşaqlı ailələrdən başlamalıdır. Çünki hazırki şərtlərdə 3 uşaq böyütmək kifayət qədər böyük maliyyə vəsaiti tələb edir. Belə ki, gələn il uşaqlar üçün yaşayış minimumu 260 manat nəzərdə tutulub. Əlbəttə, çox azdır, müstəqil ekspertlərin hesablamalarına görə, 1 uşağın aylıq xərci bundan təxminən 2 dəfə çoxdur.

Tutaq ki, rəsmi göstərilən 260 manat doğrudur, o zaman 260 x 3 = 780 manat edir. Ailə valideynlərlə bərabər 5 nəfərdən ibarətdir. Gələn il əməkqabiliyyətli əhali üçün yaşayış minimumu 317 manat olacaq. O zaman 317 x 2 = 634 manat xərc də bu rəqəmin üstünə gəlir. Beləliklə, dövlətin hesabı ilə götürsək, 780+634=1514 manat bir ailənin ən minimum xərcidir.

Bəs Azərbaycanda orta aylıq maaş bu xərci ödəyirmi? Xeyr! Çünki ölkədə orta əməkhaqqı 1100 manat civarındadır. Amma muzdla çalışan əhalinin azı üçdə ikisi bu qədər qazanmr. Ölkədə median əməkhaqqı 550-600 manat civarındadır. Məsələn, bir müəllim ailəsi, əgər evdə 1 nəfər işləyirsə, 900 manata qədər maaş ala bilər. Deməli, müəllim işləyib qazandığı pulla 3 uşaq böyüdə bilməz. Əgər ailədə 2 nəfər işləyirsə, 1515 manatlıq xərci zorla ödəyər. Təbii ki, 3 nəfərlik ailənin xərci şəhərdə 2000 manatdan yüksəkdir. Kəndə də bir az aşağı rəqəm ola bilər.

İndi gəlin, dövlətin müavinət vermədiyi 5 uşaqlı ailənin xərcini hesablayaq: 260 x 5=1300 manat. İki valideynin xərci də 634 manat, onları toplayanda 1934 manat edir. Azərbaycanda bu qədər gəliri olan neçə 5 uşaqlı ailə ola bilər? Bu barədə hər hansı statistika yoxdur. Amma uşaqların sayına görə ailələrin statistikası var: 3 uşaqlı ailələr ölkədə kifayət qədər geniş yayılıb – təxminən 256 min ailə bu kateqoriyadadır.

4 və daha çox uşaqlı ailələr nisbətən azdır (Statistika Komitəsinin məlumatında 8,2 % olaraq göstərilir), amma “4 və daha çox” kateqoriyasında 110 470 ailə olduğu bildirilir. Yəni, bura 4 və 5 uşaqlı ailələr daxidlir.

6 uşaqlı ailələrin sayına gəlincə, 9 332 ailə 6 uşağa görə müavinət alır. Statistika da göstərir ki, ölkədə say limiti qoyulduğuna görə on minlərlə ailə ehtiyacı olduğu halda müavinət ala bilmir. Bu ailələrin əksəriyyətinin sosial durumu yoxsulluq həddindədir, dövlət dəstəyindən məhrum edilmələri isə mənəvi, psixoloji əzabdır.

Bu yanaşma ədalətsiz olmaqla bərabər vətəndaşların Konstitusiyada təsbit olunan hüquqlarının pozulmasıdır. Bu problemi aradan qaldırmaq üçün yanaşma dəyişdirilməlidir, ailələrin maddi gəlirlərinə görə orada böyüyən uşaqlara müavinət təyin edilməlidir. /azpolitika.info

PAYLAŞIN:

Continue Reading

Previous: Trampın Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün 28 maddəlik sülh planı – TAM MƏTN
Next: Azərbaycan bazarında Çin avtomobilləri bahalaşır (VİDEO)

OXŞAR MÖVZULAR

28may

Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur

admin 28/05/2026
bayram_qurban_1211646

Azərbaycanda Qurban bayramı qeyd olunur

admin 27/05/2026
b95b8252aea94a52217e7a7839d12d68_284822736_0_91_3078_1822_1920x0_80_0_0_4404ed5b9fa9e56e258d5bc2e8904d50.jpg

Parlamentdə qadınların pensiya məbləğlərinin artırılması təklif olundu

admin 26/05/2026

XƏBƏR LENTİ

  • Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur 28/05/2026
  • Azərbaycanda Qurban bayramı qeyd olunur 27/05/2026
  • Ermənilər onu gələcək lider kimi görür – Rəqiblərini böyük üstünlüklə qabaqlayır 26/05/2026
  • Parlamentdə qadınların pensiya məbləğlərinin artırılması təklif olundu 26/05/2026
  • Tramp VƏ Sinin hesablaşmadığı “Çar”… – Putin Rusiyaya SSRİ-nin taleyini yaşadacaq? 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Böyük Kəsik stansiyasında əcnəbilərə miqrasiya xidmətləri göstərilməsinə başlanılıb 26/05/2026
  • İtaliya Prezidenti: Bakı və Roma arasındakı son əlaqələr strateji tərəfdaşlığa konkret dəyər qazandırır 26/05/2026
  • Dövlət Proqramının icrası kənd təsərrüfatı məhsullarının qiymətinin optimallaşdırılmasına gətirib çıxara bilər 26/05/2026
  • Borcla qurbanlıq almaq düzgündür? – İmkan yoxdursa… 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Kənd təsərrüfatının inkişafı üçün yeni Dövlət Proqramı təsdiqləndi 25/05/2026
  • Prezident: Son vaxtlar kənd təsərrüfatı istehsalında dinamika məni qane etmir 25/05/2026
  • Prezident: Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni Dövlət Proqramı hazırlanıb 25/05/2026
  • Prezident: Kənd təssərrüfatı sahəsində dövlət proqramına dövlət xətti 2 milyard manatdan çox vəsait lazım olacaq 25/05/2026
  • İlham Əliyev: Biz cəmi 55 % səviyyəsində özümüzü buğda ilə təmin edirik 25/05/2026
  • Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib 25/05/2026
  • Qatar işə düşdü: Turizmə necə təsir edəcək? – Azərbaycan, yoxsa Gürcüstan daha çox qazanacaq? 25/05/2026
  • Mirzoyan: “Rusiya razılaşmasa, Türkiyə sərhədinə dəmiryol xəttini çəkməyə alternativ axtaracağıq” 25/05/2026
  • Bakıda ev qiymətləri qalxır – Yatırım marağı rekord səviyyədə 25/05/2026

Sağlamlıq

cerez

Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın…

admin 19/05/2026
onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

keyn harri

Harri Keyn karyerasında ikinci dəfə “Qızıl buts” mükafatını qazanıb

admin 25/05/2026
dç-kup

DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır

admin 19/05/2026
türkiye-atakım

Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb

admin 18/05/2026
merih-demiral

Türk futbolçudan maraqlı addım – Azərbaycanlı azarkeşlərin də rəğbətini qazandı + VİDEO

admin 18/05/2026
kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.