Skip to content
16/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Noyabr
  • 25
  • Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –Qohumbazlıq, layihə maxinasiyaları, imtahan saxtakarlığı…

Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –Qohumbazlıq, layihə maxinasiyaları, imtahan saxtakarlığı…

admin 25/11/2025
gdu-yus-yus

 

İmtahanlara tam nəzarət məhz Vasif Həsənovun əlindədir və tələbələr tərəfindən verilən məlumatlara görə, müəyyən ödəniş qarşılığında nəticələr dəyişdirilə bilir. Bu, nəinki universitetin nüfuzunu məhv edir, həm də Gəncə Dövlət Universitetinin diplomunun etibarlılığına ölümcül zərbə vurur

Gəncə Dövlət Universitetində baş verənlər araşdırılmalı, məsul şəxslər barəsində ölçü götürülməli, universitet yenidən şəffaf və ədalətli idarəçiliyə qovuşmalıdır.         

Bu iddialar Gəncə Dövlət Universiteti ilə bağlı daxil olmuş müraciətdə yer alır. Biz bu və digər iddialarla bağlı qarşı tərəfi də, dinləmək istədik. Təəssüf ki, bu istiqamətdəki cəhdlərimiz nəticəsiz oldu.

Aktuallığını nəzərə alıb, müəyyən ixtisar və düzəlişlərlə müraciəti dərc edirik:  

Biz, Gəncə Dövlət Universitetinin çoxsaylı əməkdaşları olaraq, illərdir ki, bu ali təhsil ocağında dərinləşən özbaşınalıqlar, qeyri-şəffaf idarəçilik, qohumbazlıq, layihə maxinasiyaları, imtahan saxtakarlıqları və universitetin nüfuzunu yerlə bir edən şəxsi maraq şəbəkəsi barədə səsimizi qaldırırıq. Ancaq nədənsə heç bir tədbir görülmür. Bu gün universitet elə bir vəziyyətə düşüb ki, artıq susmaq həm mənəvi cinayətdir, həm də universitetin gələcəyinə xəyanətdir.

Kollektivin sarsıdıcı narazılığı bir məsələ üzərində cəmləşir: Universitet rəhbərliyi faktiki olaraq öz iradəsini itirib, idarəçilik isə uzun müddətdir ki, qeyri-rəsmi şəkildə bir nəfərin – Vasif  Həsənov adlı şəxsin əlinə keçib. Bu şəxs  universitetdə özünə qruplaşma belə düzəltməyə nail olub. Rektoru isə əlində bir növ oyuncağa çevirib. Vasif Həsənov rektorun ən zəif nöqtələrini bildiyi üçün artıq bütün qərarları özü verir, rektor isə bunun qarşısında tam aciz qalıb. Gəncə Dövlət Universitetində kimin maaşı artırılacaq, kim hansı vəzifəyə gətiriləcək, hansı müəllim imtahanda sualları yoxlayacaq, hansı müəllim kənara atılacaq – hamısı Vasif Həsənovun diktəsi ilə həll olunur.

Bu şəxsin keçmişi, mənşəyi və etnik kimliyi ətrafında dolaşan qalmaqallar isə kollektivdə daha da böyük narazılıq və təlatüm yaradıb. Cəmiyyətin həssas olduğu məsələlərə toxunan belə məlumatların ortaya çıxması onsuz da mənəvi olaraq çökmüş mühiti daha da ağırlaşdırır. Akademik mühitdə baş verən problemlərin etnik mövzularla gündəmə gəlməsi qəbulolunmazdır və bu faktın özü belə universitet rəhbərliyinin nə dərəcədə məsuliyyətsiz şəkildə kadr seçdiyini göstərən acı nümunədir.

Vasif  Həsənov isə … əsillidir, onun … əsilli olması universitet daxilində ciddi narahatlıq doğurur. Gəncəyə raket zərbələri zamanı dağıntılar altından  çıxarılıb xəstəxanaya aparılan Karina Qriqoryan Vasif  Həsənovun yaxın qohumudur. Lingə baxın.

https://www.youtube.com/watch?v=HNBawiG_rUo

Hətta bunula bağlı  Gəncədə bir lətifə yaranmışdı. Deyirdilər ki, bu qadın bu soyadla Gəncədə  bu qədər yaşaya bilməzdi. Yəqin ermənilər Gəncəyə raket atanda bu qadını elə raketə bağlayıb Gəncəyə atıblar. Vasif  Həsənovun … qohumluğu və vaxtaşırı olaraq Fransada … dayıları ilə vaxtaşırı görüşməsi universitet daxilində idarəçilik və təhlükəsizlik baxımından potensial risk yaradır.

Araşdırmalar göstərir ki, Vasif  Həsənovun qardaşı Asif Həsənov, bacısı və digər ailə üzvləri də universitetdə müxtəlif yüksək vəzifələrdə çalışır. Bu, açıq nepotizm nümunəsidir və akademik idarəçilikdə ciddi qüsurların olduğunu göstərir. Digər tərəfdən Vasif Həsənov bir vaxtlar öz müsahibəsində Məmməd Əmin Rəsulzadəni təhqir edən Gəncədən olan deputat Naqif Həmzəyevin qayınıdır.

MediatsVH2

                      Vasif Həsənov

Vasif Həsənovun qohumlarının universitetdə müxtəlif vəzifələrə yerləşdirilməsi artıq danılmaz bir sistemə çevrilib. Qardaşı, bacısı, digər yaxınları və ailə çevrəsi universitetin müxtəlif sahələrinə doldurulub. Hətta elə vəziyyət yaranıb ki, bir vaxtlar rektorun onun atasının dəfnində dediyi “kaş qızınızın əmri bir gün tez verilsəydi”, “yazıq kişi ölməmiş əmri görsəydi” cümlələri universitetdə gülüş doğuran lətifəyə çevrilib – çünki hər kəs yaxşı bilir ki, Gəncə Dövlət Universitetində təyinatların meyarı bacarıq və bilik yox, Vasif  Həsənova yaxınlığıdır.

İnnovasiyalar Departamenti adı altında yaradılan və içi boş şöbələr isə universitetin büdcəsini parazit qurdlar kimi soran başqa bir kanala çevrilib. Bu departamentin tərkibində fəaliyyət göstərən şöbələrin nə iş gördüyünü heç universitetin özü belə bilmir. Həmin əməkdaşlar kafedralara, dekanlıqlara öz işlərini gördürür, özləri isə günün çoxunu kabinetlərdə video izləməklə, boş vaxt keçirməklə məşğul olurlar. Amma məhz bu “boş şöbələr” professor-müəllim heyətindən iki-üç dəfə çox maaş alır. Kollektiv buna haqlı olaraq sual verir: Universitetin inkişafı üçün çalışan professor, yoxsa kabinetdə kofe içib YouTube izləyənlər yüksək maaş almalıdır?

Layihələr adı ilə həyata keçirilən fəaliyyətdə isə vəziyyət daha biabırçıdır. Layihələrə ayrılan milyonlarla manat vəsaitin taleyi tam qaranlıqdır. Bu layihələrdən universitetin bir qəpik belə fayda görməməsi, amma “layihə qrupu” adı ilə eyni şəxslərin ilboyu xarici ölkələrdə turist kimi dolaşması hamını hiddətləndirir. Türkiyə, Yunanıstan, İspaniya, Fransa – bu ölkələr artıq həmin qrup üçün “işgüzar səfərlər” yox, əyləncə marşrutuna çevrilib.

İmtahan prosesi isə ayrıca bir faciədir. Test imtahanlarına tam nəzarət məhz Vasif Həsənovun əlindədir və tələbələr tərəfindən verilən məlumatlara görə, müəyyən ödəniş qarşılığında nəticələr dəyişdirilə bilir. Bu, nəinki universitetin nüfuzunu məhv edir, həm də Gəncə Dövlət Universitetinin diplomunun etibarlılığına ölümcül zərbə vurur.

Akkreditasiya zamanı baş verənlər isə artıq universiteti rəsmi şəkildə risk altına atır. Komissiya gələndə ən güclü, nüfuzlu müəllimlər kənara çəkilir, əvəzində ən zəif, ən hazırlıqsız kadrlar müsahibəyə təqdim olunur. Bu siyahıları da hazırlayan,  elə Vasif Həsənovun özü və onun əlaltısı – bir vaxtlar Gəncənin icra başçısı Elmar Vəliyevə universitetdən donos ötürən İsmayıl İsmayılovdur.

Onlar, bu zəif, təcrübəsiz müəllimlərin siyahısını komissiyaya verir. Sonra isə rektora deyir ki, görəsən bu siyahını komissiyaya kim verib??? Bu işdə bəzi müəllimləri, kafedra müdirlərini, dekanları günahlandırır. Daha sonra isə bu proses rektora qarşı təzyiq alətinə çevrilir: “Görürsünüz, universitet zəifdir? Mən nə qədər işləyirəm, əlimdən gələni edirəm, amma alınmır, çünki kafedra müdirləri və dekanlar işləmirlər. Problem müəllimlərdədir” Bu, açıq şəkildə manipulyasiyadır.

Daha acınacaqlısı odur ki, Vasif Həsənov müəllim kimi öz vəzifəsini belə yerinə yetirmir. O, İnformatika və cəbr kafedrasının müəllimi olsa da,  ömründə bir saat belə dərs keçməyib, dərsləri ya boş qalıb, ya da kafedra müdiri İlqar Cabbarov tərəfindən başqa müəllimlərə əvəz etdirilib. Amma bütün bunlara baxmayaraq, rektor onu tədris işləri üzrə prorektor postuna təyin etdirmək istəyir. Bu, universitet tarixində görünməmiş məsuliyyətsizlikdir.

Bu şəxsin tədris sistemindən ümumiyyətlə  anlayışı yoxdur. Maraqlıdır, Yusif Yusibovun … əsilli, kollektivin Vaska deyə çağırdığı bir şəxsi tədris işləri üzrə prorektor təyin etdirməyə çalışması nə deməkdir??? Maraqlıdır, nənəsi … olan şəxslər nə vaxta qədər bizi idarə edəcək? 75 yaşlı rektor Yusif Yusibovda bu sevgi hardan yaranıb?

Çıxışlarında dövlətçilikdən, millilikdən danışan rektor … əsilli bir şəxsi niyə prorektor qoymalıdır??? Bu dəstə prorektorluq uğrunda neçə adamları ləkələdi. Vasif  Həsənovun tədrisdən ümumiyyətlə anlayışı yoxdur. Elmi şuralarda rektor ona söz verib danışdırır, bu adam hıqqıldaya-hıqqıldaya saatlarla danışır. Danışığının nə əvvəli var, nə axırı. Nə danışdığını özündən başqa heç kim başa düşə bilmir. Rektor bu adamın əlində oyuncağa çevrilib. Universitetdə hamının nifrət bəslədiyi, … əsilli bir şəxs necə prorektor ola bilər???  Bu məqsəd kollektiv tərəfindən tamamilə anlaşılmaz və təhlükəli hesab olunur.

Universitetdə  professor-müəllim heyəti 400–800 manat, Laborant heyəti 350 manat, Vasif Həsənova  bağlı dəstə üzvləri  2000 manatdan yuxarı maaş alırlar. Universitetdə kimə nə qədər maaş verilməsi kimi məsələlər bu … əsilli şəxsin təklifi ilə həll olunur, professor-müəllim heyətinin maaşları qaldırılmır.

Bu vəziyyət əməkdaşlar arasında ədalətsizliyi artırır və universitetdə sosial gərginlik yaradır.

Biz – Gəncə Dövlət Universitetinin kollektivi – bildiririk ki, universitetimiz bu qaranlıq idarəçilikdən, qeyri-rəsmi təsir qruplarından, qohumbazlıqdan, layihə maxinasiyalarından, imtahan saxtakarlığından və şəxsi maraqlar naminə universiteti girov kimi istifadə edən şəxslərdən təmizlənməlidir.

Bu ali məktəb nə bir şəxsin şəxsi mülküdür, nə də bir qrupun rahat şəkildə maaş alıb, gəzmək yeri. Bu universitet Azərbaycan təhsilinə xidmət etmək üçün yaradılıb – amma bu gün onun içi boşaldılıb, nüfuzu yerlə bir edilib, kollektivi isə əsəb və ümidsizlik içində qalıb.

Biz buradan rəsmi qurumlara, dövlət orqanlarına, təhsil strukturuna və bütün ictimaiyyətə səslənirik: Gəncə Dövlət Universitetində baş verənlər araşdırılmalı, məsul şəxslər barəsində ölçü götürülməli, universitet yenidən şəffaf və ədalətli idarəçiliyə qovuşmalıdır. Bu həm universitetimizin, həm Gəncənin, həm də Azərbaycan təhsilinin gələcəyi üçün vacibdir./yenixeber.org 

PAYLAŞIN:

Continue Reading

Previous: “Manato” vətəndaşlara hədə-qorxu gəlir: “Cinayət işi açılacaq” – FOTO
Next: Azərbaycan və Qətər Birgə Biznes Şurasının ilk iclasını keçirib

OXŞAR MÖVZULAR

abdin-asif

Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır

admin 16/04/2026
kqafarov

Biznesmen deputatın puç olan xəyalları və…

admin 16/04/2026
anar-arxkom

Baş nazir Komitə sədrini ittiham edib və… – Anar Quliyevin səlahiyyətləri alınıb -Nazirlər Kabinetinin iclasına dəvət olunmayıb

admin 15/04/2026

XƏBƏR LENTİ

  • Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya 16/04/2026
  • Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi 16/04/2026
  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026
  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026
  • ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ 15/04/2026
  • Azərbaycanda bərpa olunan enerji kəskin artıb 15/04/2026
  • Azərbaycanda bahalaşma niyə dayanmır? – Son 6 aydakı fərq – VİDEO 15/04/2026
  • Paşinyandan mesaj: “29 min kv.km-dən kənara çıxsaq…” 15/04/2026
  • Azərbaycanda vahid nəqliyyat sistemi mümkün olacaq? – Çexiya təcrübəsi öyrənilir 15/04/2026
  • Azərbaycan XİN Türkiyədə məktəblərə silahlı hücumla bağlı başsağlığı verib 15/04/2026
  • Aktau qəzası: Prinsipial mövqe və siyasi dialoq nəticə verdi – Rusiya kompensasiya ödəyəcək 15/04/2026
  • “Türkiyənin hərbi münaqişədə məğlub olma ehtimalı yoxdur” – İsrail mətbuatından maraqlı Türkiyə analizi 15/04/2026
  • Rusiya AZAL təyyarəsinin qəzaya uğramasına görə kompensasiya verəcək (RƏSMİ) 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.