Skip to content
01/06/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Noyabr
  • 25
  • “Rusiyanın uçurum üçün öz planları var…” – Putinin ideoloqu Qərbi “müqəddəs müharibə” ilə hədələyir

“Rusiyanın uçurum üçün öz planları var…” – Putinin ideoloqu Qərbi “müqəddəs müharibə” ilə hədələyir

admin 25/11/2025
duqin-put

 

“Trampın planı kapitulyasiya yox, zərurətdir”

“Rusiya hədsiz sınaqlar dövrünə qədəm qoyub. Atlantik Qərb Rusiyanın ruhuna yox, onun maddi əsasına vurub”.

Bunu “Vladimir Putinin filosofu” adlandırılan, şovinsist və imperiyaçı nəzəriyyələri ilə tanınan Aleksandr Duqin son efirlərinin birində deyib.

O etiraf edib ki, Rusiya çətin iqtisadi vəziyyəti səbəbindən Qərblə savaşmaq gücündə deyil və buna görə də Donald Trampın təklif etdiyi sülh planı Rusiya üçün zəruri, qəbul edilməli sənəddir: “İqtisadi müharibə elə bir zəif yerimizi açıb ki, onu yalnız qəhrəmancasına dayanmaqla dəf etmək mümkün deyil. Rusiya sivilizasiya kimi məğlub olmayıb, lakin o, etiraf etməlidir ki, hazırkı mərhələdə güclər bərabər deyil. Və ABŞ tərəfindən təklif olunan müqavilə kapitulyasiya yox, zərurət kimi qəbul edilməlidir”.

Bununla da Duqin “Tramp planı”nın Rusiya üçün məqbul, hətta hazırkı ağır iqtisadi durumda zərurət, xilas kimi qəbul olunmasına tərəfdar çıxıb.

Lakin məlum olduğu kimi, Ukrayna və Avropanın təkidi ilə artıq “Tramp planı”na müəyyən zəruru dəyişikliklər edilib. Qərb mətbuatının yazdığına görə, plandan Ukraynanın ərazi güzəştləri, Ukrayna ordusunun sayının və uzaq mənzilli silahlarının məhdudlaşdırılması, Rusiyanın hərbi cinayətlərə görə məsuliyyətdən azad edilməsi və digər bu kimi bəzi maddələr çıxarlılaraq, plan 28 bənddən 19 bəndə endirilib. İndi onun yenidən Trampa təqdim olunacağı və yaxın günlərdə Avropa və Ukrayna liderləri ilə birgə müzakirə olunacağı deyilir.

Aleksandr Duqin isə növbəti efirində bu dəyişikliklərin Rusiya üçün qəbuledilməz olacağını bildirib və bunu qəbul edəcəyi halda, Trampın “ağlının başında olmasına” şübhə ilə yanaşdığını qeyd edib: “Əgər Tramp sülh istəyirsə, o, Ankoricdə bizimlə razılaşdığı sülh müqaviləsi versiyasını yeritməlidir. Əgər onun müştəri dövlətləri(Avropa və Ukraynanı nəzərdə tutur-red.) zatən kompromisli olan bu plana bir şey əlavə etsələr, Rusiya sadəcə onu rədd edəcək.

Tramp ağlı başındadırsa (ağlı başındadırmı?), bunu bilməyə bilməz. Əgər Tramp ABŞ-nin hesabına yaşayan müştəri dövlətlərə nəyisə güzəştə gedərsə, bu, o deməkdir ki, Tramp sülh istəmir, yaxud çox da güclü istəmir. O, mövqeyini o qədər tez-tez dəyişib ki, ondan hər şey gözləmək olar.

ABŞ hələ də güclü bir dövlətdir, lakin bütövlükdə Qərb kimi, getdikcə uçuruma doğru sürüşür. Qərb isə açıq şəkildə bəşəriyyətin qalan hissəsini də ora sürükləmək istəyir.

Rusiyanın uçurum üçün öz planları var. Tariximizin fərqli bir təyinatı var. Bu, müqəddəs sivilizasiya müharibəsini qaçılmaz edir. Beləliklə, Qərbə və rus dünyası satqınlarına qarşı müharibə gəlir. Və o, Qələbəyə qədər (və ya dünyanın sonuna qədər) davam edəcək”.

Budur, təəssüf ki, müasir Rusiya Duqin kimi “filosoflar”ın nəzəriyyələri, baxışları ilə yaşayır. Bu isə “Ağıllınız kimdir? Qabaqda gedən zəncirli” misalını xatırladır. Özü də təəssüf ki, bu misal təkcə Rusiya deyil, qarşı tərəfə də aiddir… /azpolitika.info        

PAYLAŞIN:

Continue Reading

Previous: Vatikanda Azərbaycan-Ermənistan normallaşma prosesi müzakirə edildi
Next: Yaşayış binalarında restoran və kafelər: təhlükəsizlik necə təmin olunur?

OXŞAR MÖVZULAR

2026-05-26-09-40-08LvT1Yu0MGy86GgrtlVid_file

Ermənilər onu gələcək lider kimi görür – Rəqiblərini böyük üstünlüklə qabaqlayır

admin 26/05/2026
acd550e8-39b6-4c61-93f5-909e6b8a13b4_740

Tramp VƏ Sinin hesablaşmadığı “Çar”… – Putin Rusiyaya SSRİ-nin taleyini yaşadacaq?

admin 26/05/2026
tramp-isrlob

İsrail lobbisi Trampı şantaj etməyə başlayıb – İranla sülh sazişi bağlamaması üçün

admin 25/05/2026

XƏBƏR LENTİ

  • Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur 28/05/2026
  • Azərbaycanda Qurban bayramı qeyd olunur 27/05/2026
  • Ermənilər onu gələcək lider kimi görür – Rəqiblərini böyük üstünlüklə qabaqlayır 26/05/2026
  • Parlamentdə qadınların pensiya məbləğlərinin artırılması təklif olundu 26/05/2026
  • Tramp VƏ Sinin hesablaşmadığı “Çar”… – Putin Rusiyaya SSRİ-nin taleyini yaşadacaq? 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Böyük Kəsik stansiyasında əcnəbilərə miqrasiya xidmətləri göstərilməsinə başlanılıb 26/05/2026
  • İtaliya Prezidenti: Bakı və Roma arasındakı son əlaqələr strateji tərəfdaşlığa konkret dəyər qazandırır 26/05/2026
  • Dövlət Proqramının icrası kənd təsərrüfatı məhsullarının qiymətinin optimallaşdırılmasına gətirib çıxara bilər 26/05/2026
  • Borcla qurbanlıq almaq düzgündür? – İmkan yoxdursa… 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Kənd təsərrüfatının inkişafı üçün yeni Dövlət Proqramı təsdiqləndi 25/05/2026
  • Prezident: Son vaxtlar kənd təsərrüfatı istehsalında dinamika məni qane etmir 25/05/2026
  • Prezident: Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni Dövlət Proqramı hazırlanıb 25/05/2026
  • Prezident: Kənd təssərrüfatı sahəsində dövlət proqramına dövlət xətti 2 milyard manatdan çox vəsait lazım olacaq 25/05/2026
  • İlham Əliyev: Biz cəmi 55 % səviyyəsində özümüzü buğda ilə təmin edirik 25/05/2026
  • Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib 25/05/2026
  • Qatar işə düşdü: Turizmə necə təsir edəcək? – Azərbaycan, yoxsa Gürcüstan daha çox qazanacaq? 25/05/2026
  • Mirzoyan: “Rusiya razılaşmasa, Türkiyə sərhədinə dəmiryol xəttini çəkməyə alternativ axtaracağıq” 25/05/2026
  • Bakıda ev qiymətləri qalxır – Yatırım marağı rekord səviyyədə 25/05/2026

Sağlamlıq

cerez

Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın…

admin 19/05/2026
onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

keyn harri

Harri Keyn karyerasında ikinci dəfə “Qızıl buts” mükafatını qazanıb

admin 25/05/2026
dç-kup

DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır

admin 19/05/2026
türkiye-atakım

Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb

admin 18/05/2026
merih-demiral

Türk futbolçudan maraqlı addım – Azərbaycanlı azarkeşlərin də rəğbətini qazandı + VİDEO

admin 18/05/2026
kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.