Skip to content
01/06/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Noyabr
  • 26
  • Trampın elçisinin Kremllə işbirliyi ifşa olundu – 28 maddəlik “Tramp planı”nın Rusiyada hazırlandığı təsdiqləndi

Trampın elçisinin Kremllə işbirliyi ifşa olundu – 28 maddəlik “Tramp planı”nın Rusiyada hazırlandığı təsdiqləndi

admin 26/11/2025
uitkoff-uşakov

 

“Bloomberg” agentliyi ABŞ Prezidenti Donal Trampın xüsusi nümayəndəsi Stiv Uitkoffla Rusiya Prezidenti Vladimir Putinin köməkçisi Yuri Uşakov arasında telefon danışıqları ilə bağlı sensasiyalı məqalə dərc edib.

Nəşr yazıb ki, Stiven Uitkoff Yuri Uşakova Ukrayna üzrə “sülh planı” üzərində birgə işləməyi təklif edib.

Məlumata görə, danışıqlar 14 oktyabrda baş tutub və 5 dəqiqədən bir qədər çox davam edib. Uitkoff söhbət zamanı Rusiya tərəfinə Kreml rəhbəri Vladimir Putinlə Donald Tramp arasında telefon danışığının təşkilini tövsiyə edib. O, bunun Zelenskinin Ağ Evə gözlənilən səfərindən əvvəl baş tutmasının vacib olduğunu deyib.

“Bloomberg”in araşdırdığı transkriptə əsasən, Uitkoff rusiyalı həmkarına bildirib ki, Vladimir Putini “dərin hörmətlə” qarşılayır və Trampa da Rusiyanın “həmişə sülh sazişinə can atdığını” dediyini vurğulayıb.

“Zelenski cümə günü Ağ Evə gələcək. Mən də həmin görüşdə olacağam. Amma düşünürəm ki, əgər mümkündürsə, biz bu görüşdən əvvəl sizin rəhbərlə danışmalıyıq”, – deyə Uitkoff bildirib.

Uşakov Putinin Trampı yığmasının faydalı olub-olmayacağını soruşub. Uitkoff isə bunu təsdiqləyərək Putinə Qəzza üzrə əldə olunan razılaşmaya görə Trampı təbrik etməyi, ABŞ Prezidentinə “sülh adamı kimi hörmətini” vurğulamağı tövsiyə edib.

Həmin telefon danışığından iki gün sonra – 16 oktyabrda Tramp və Putin arasında telefon söhbəti baş tutub. Uitkoff söhbət zamanı Rusiya ilə Ukrayna arasında mümkün sülh razılaşmasının şərtlərindən də danışıb. Onun bu fikirləri daha sonra Tramp administrasiyasının hazırladığı 28 bəndlik sülh planında əksini tapıb.

“Deyim sizə, mən sülh razılaşması üçün nə lazım olduğunu bilirəm. Ümidlə danışaq, çünki düşünürəm ki, biz razılaşmaya gələcəyik. Prezident (Tramp) mənə razılaşma üçün geniş səlahiyyət verib”, – deyə Uitkoff Uşakova bildirib.

Telefon danışıqlarından sonra Uitkoff ABŞ-də Putinin xarici ölkələrlə əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyevlə də görüşüb. Dmitriyev özü bildirib ki, 24–27 oktyabr tarixlərində Mayamidə olub.

“Bloomberg”in araşdırdığı digər bir səs yazısına əsasən, 29 oktyabrda Dmitriyev və Uşakov yenidən telefonla danışaraq Moskvanın sülh təkliflərində nə qədər “maksimum tələbkar” olmalı olduğunu müzakirə ediblər.

Uşakov ABŞ-nin mətni dəyişdirməsindən ehtiyat etdiyini deyib. Dmitriyev isə sənədi qeyri-rəsmi şəkildə ABŞ ilə bölüşməyi və Tramp administrasiyasının Rusiya təkliflərini tam olmasa da, “çox yaxın formada” qəbul edəcəyinə inandığını bildirib. O, Uşakova sənədi sonradan Uitkoffla müzakirə edə biləcəyini də deyib. “Bloomberg” yazır ki, Uitkoff–Uşakov danışığı noyabrın əvvəlində ortaya çıxan ABŞ-nin 28 bəndlik sülh planının mənbəyinin hansı ola biləcəyinə dair sualları artırır. Agentlik Rusiyanın ABŞ ilə hansı təklifləri paylaşdığını dəqiqləşdirə bilmədiyini bildirir.

Qeyd edək ki, ötən həftə Tramp administrasiyasının hazırladığı 28 maddəlik sülh planı barədə məlumat yayılmışdı. “Axios” nəşri həmin planın Kirill Dmitriyevlə Uitkoff arasında oktyabrın sonunda ABŞ-də müzakirə edildiyini yazmışdı.

ABŞ Prezidenti Donald Tramp, eləcə də Rusiya rəsmiləri qalmaqala münasibət bildiriblər. Jurnalistlər Trampdan həm dinləmənin özü, həm də Uşakov–Uitkoff dialoqunda bir tərəfin mövqeyinin “arbitrin təklifi kimi” təqdim olunmasına dair sual veriblər. Tramp bunun danışıqların adi praktikası olduğunu bildirib.

“Bu, normal haldır. O, (Uitkoff) həmin təklifləri əvvəlcə Ukraynaya “satmalı”, sonra isə Ukraynanın istəklərini Rusiyaya çatdırmalıdır. Razılaşma bağlamağı bacaran adam belə işləyir: “Baxın, onlar bunu istəyir, siz onları inandırmalısınız”. Mən bu danışığı eşitməmişəm, amma deyilənlər standart danışıqlar taktikasıdır. Ola bilər ki, eyni sözləri Ukraynaya da deyib. Hər tərəf nəyisə verməli, nəyisə almalıdır”, – deyə Tramp vurğulayıb.

ABŞ Administrasiyası da yayılan transkriptin orijinallığını təkzib etməyib, Uitkoffun “öz işini gördüyünü” bildirib.

Uşakov isə məlumatın haradan sızdığını bilmədiyini desə də, VGTRK müxbiri Pavel Zarubinlə söhbətində “Kimlərsə sızdırır, kimlərsə dinləyir, amma biz yox” deyərək faktiki olaraq transkriptin inkar edilmədiyini göstərib.

Kirill Dmitriyev isə öz danışığının transkriptini “saxta” adlandırıb və bildirib ki, “müharibə qızışdıran qüvvələr” sülh prosesini pozmağa çalışır.

Yayılan materiallar ABŞ-də siyasi müzakirələr yaradıb. Bir sıra Konqress üzvləri və analitiklər, əsasən Trampın opponentləri, Uitkoffun fəaliyyətindən narahat olduqlarını bildiriblər. Onların iddiasına görə, Uitkoff telefon danışığında Rusiyaya “ABŞ ilə necə davranmalı olduqlarını izah edən” şəxs kimi görünür.

Nə Uitkoff, nə də Ukrayna tərəfi yayılan transkriptlərlə bağlı hələliki  şərh verməyib. /azpolitika.info

PAYLAŞIN:

Continue Reading

Previous: Nazirin Zaqreb səfəri qalmaqal yaratdı- MÜĞƏNNİLƏRƏ QONORAR NECƏ VERİLİB?
Next: AFFA iclasları niyə Qurban Qurbanovun olmadığı vaxtlarda keçirir?

OXŞAR MÖVZULAR

2026-05-26-09-40-08LvT1Yu0MGy86GgrtlVid_file

Ermənilər onu gələcək lider kimi görür – Rəqiblərini böyük üstünlüklə qabaqlayır

admin 26/05/2026
acd550e8-39b6-4c61-93f5-909e6b8a13b4_740

Tramp VƏ Sinin hesablaşmadığı “Çar”… – Putin Rusiyaya SSRİ-nin taleyini yaşadacaq?

admin 26/05/2026
tramp-isrlob

İsrail lobbisi Trampı şantaj etməyə başlayıb – İranla sülh sazişi bağlamaması üçün

admin 25/05/2026

XƏBƏR LENTİ

  • Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur 28/05/2026
  • Azərbaycanda Qurban bayramı qeyd olunur 27/05/2026
  • Ermənilər onu gələcək lider kimi görür – Rəqiblərini böyük üstünlüklə qabaqlayır 26/05/2026
  • Parlamentdə qadınların pensiya məbləğlərinin artırılması təklif olundu 26/05/2026
  • Tramp VƏ Sinin hesablaşmadığı “Çar”… – Putin Rusiyaya SSRİ-nin taleyini yaşadacaq? 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Böyük Kəsik stansiyasında əcnəbilərə miqrasiya xidmətləri göstərilməsinə başlanılıb 26/05/2026
  • İtaliya Prezidenti: Bakı və Roma arasındakı son əlaqələr strateji tərəfdaşlığa konkret dəyər qazandırır 26/05/2026
  • Dövlət Proqramının icrası kənd təsərrüfatı məhsullarının qiymətinin optimallaşdırılmasına gətirib çıxara bilər 26/05/2026
  • Borcla qurbanlıq almaq düzgündür? – İmkan yoxdursa… 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Kənd təsərrüfatının inkişafı üçün yeni Dövlət Proqramı təsdiqləndi 25/05/2026
  • Prezident: Son vaxtlar kənd təsərrüfatı istehsalında dinamika məni qane etmir 25/05/2026
  • Prezident: Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni Dövlət Proqramı hazırlanıb 25/05/2026
  • Prezident: Kənd təssərrüfatı sahəsində dövlət proqramına dövlət xətti 2 milyard manatdan çox vəsait lazım olacaq 25/05/2026
  • İlham Əliyev: Biz cəmi 55 % səviyyəsində özümüzü buğda ilə təmin edirik 25/05/2026
  • Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib 25/05/2026
  • Qatar işə düşdü: Turizmə necə təsir edəcək? – Azərbaycan, yoxsa Gürcüstan daha çox qazanacaq? 25/05/2026
  • Mirzoyan: “Rusiya razılaşmasa, Türkiyə sərhədinə dəmiryol xəttini çəkməyə alternativ axtaracağıq” 25/05/2026
  • Bakıda ev qiymətləri qalxır – Yatırım marağı rekord səviyyədə 25/05/2026

Sağlamlıq

cerez

Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın…

admin 19/05/2026
onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

keyn harri

Harri Keyn karyerasında ikinci dəfə “Qızıl buts” mükafatını qazanıb

admin 25/05/2026
dç-kup

DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır

admin 19/05/2026
türkiye-atakım

Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb

admin 18/05/2026
merih-demiral

Türk futbolçudan maraqlı addım – Azərbaycanlı azarkeşlərin də rəğbətini qazandı + VİDEO

admin 18/05/2026
kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.