Skip to content
16/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Noyabr
  • 26
  • Yaşayış binalarında restoran və kafelər: təhlükəsizlik necə təmin olunur?

Yaşayış binalarında restoran və kafelər: təhlükəsizlik necə təmin olunur?

admin 26/11/2025
baku-yeni

Azərbaycanda çoxmənzilli binalarda qeyri-yaşayış sahələrinin iaşə obyekti kimi istifadəsi son illər ciddi narahatlıq doğuran məsələlərdən birinə çevrilib. Belə obyektlər bir tərəfdən sakinlərin gündəlik rahatlığına təsir göstərir, digər tərəfdən isə təhlükəsizlik baxımından ciddi risklər yaradır. Xüsusilə mətbəx avadanlıqları, qaz və elektrik qurğuları, havalandırma sistemləri, yüksək temperaturla işləyən avadanlıqlar, tullantı və pis qoxu, həmçinin gec saatlara qədər davam edən fəaliyyət bu obyektləri yaşayış məkanları üçün potensial təhlükə mənbəyinə çevirir.

Məsələ ilə bağlı hüquqşünas Babək Həmidov açıqlamasında bildirib ki, yaşayış binalarında yalnız aidiyyəti icra qurumunun təsdiqi ilə və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla qeyri-yaşayış sahələri nəzərdə tutula bilər.

“Qeyri-yaşayış sahələri texniki-təhlükəsizlik, tikinti, epidemioloji və mülki müdafiə qaydalarını nəzərə alaraq fəaliyyət göstərə bilər. Həmin sahələrdə müxtəlif ictimai iaşə obyektləri təhlükəsizlik normalarını təmin etməklə fəaliyyətlərini təşkil edə bilərlər. Bu qaydaların təmin olunması isə fəaliyyəti həyata keçirən ictimai iaşə obyektinin məsul şəxslərinin əsas vəzifəsidir”, – o əlavə edib.

Hüquqşünas qeyd edib ki, qeyri-yaşayış sahəsində istənilən təhlükəsizlik normalarının pozulması nəticəsində baş verən hadisələrlə bağlı səlahiyyətli şəxslərin və əraziyə nəzarəti həyata keçirən qurumların səhlənkarlığı araşdırılır:

“Həmçinin baş vermiş hadisə nəticəsində xəsarət, ölüm və ya mülki obyektə ciddi zərər dəyməsi hallarında məsul şəxslər cinayət və inzibati məsuliyyətə cəlb edilirlər”.

Əmlak eksperti Elnur Azadov isə açıqlamasında deyib ki, Azərbaycanda inşaat normativləri mövcuddur, lakin tikinti şirkətləri material istifadəsində qənaət etməyə çalışırlar. Nəzərə almaq lazımdır ki, bəzi inşaat materialları xüsusiyyətlərinə görə qüsurlu ola bilər.

“Azərbaycanda yeni tikilən bəzi binaların elektrik şaxtalarında yanğın və tüstülənmə halları müşahidə olunur. Hətta inşaat materialları standartlara cavab versə də, diqqət edilməli məqamlardan biri düzgün istismardır. Çoxmənzilli binalar istismara qəbul edilərkən az-çox qüsurları olsa belə, inşaat materialları istifadəyə yararlı görünür və ilkin mərhələdə hər hansı problem üzə çıxmır. Lakin zamanla xətlər həddən artıq istifadə edildikcə və aşındıqca qısa qapanma və yanğın riskləri artır””, – Azadov vurğulayıb.

Ekspert qeyd edib ki, istismar müddətində ciddi sınaqlar aparılmasa, sıradan çıxan detalların aşkarlanması mümkün olmur:

“Nəzərə almaq lazımdır ki, ölkədə 2 500-ə yaxın çoxmənzilli bina var. Bunların 98%-də qanuni boşluqlar mövcuddur. Qanunla çoxmənzilli bina istismara qəbul edildikdən sonra müştərək cəmiyyətə çevrilməlidir. Lakin ölkədə belə cəmiyyətlər cəmi 10%-i təşkil edir və müştərək cəmiyyətlərdə də qanunsuzluqlar müşahidə olunur. Qeyri-yaşayış sahələrinin idarə olunması müştərək cəmiyyətin və ya MTK-nın nizamnaməsi əsasında formalaşdırılmalıdır”.

O bildirib ki, Azərbaycanda qeyri-yaşayış sahələri tikinti şirkətlərinə və ya tikinti sahiblərinə məxsus olur:

“Onlar həmin yerləri ya icarəyə verirlər, ya da birdəfəlik satırlar. Nəticədə, bu sahələrin istismarı və idarəsi sakinlərin marağında olmur. Əksər hallarda qeyri-yaşayış sahələrində layihədə planlananlardan əlavə işlər görülür. Belə olduqda bina normadan artıq yüklənir və müəyyən müddətdən sonra texniki qəzaların baş verməsinə səbəb olur”, – deyə o əlavə edib.

Azərbaycanda inşaat normativləri var, lakin tikinti şirkətləri çalışırlar ki, materiallarının istifadəsində qənaət etsinlər. Nəzərə almaq lazımdır ki, bəzi xüsusiyyətlərinə görə inşaat materialları qüsurlu ola bilirlər.

“Azərbaycanda yeni tikilən bəzi binaların elektrik şaxtalarında yanğın, tüstülənmə kimi halların baş verməsinə şahid oluruq. Hətta inşaat materialları standartalara cavab versə də, diqqət edilməli məqamlardan biri düzgün istismardır. Çoxmənzilli binalar istismara qəbul olunarkən az-çox qüsurları olsa inşaat materialları istifadəyə yararlı görünür və ilkin mərhələdə bir fəsad üzə çıxmır. Lakin zamanla xətlər həddən çox istifadə edildikcə, aşındıqca qısa qapanma və yanğın riskləri yüklənir”.

Eksperti qeyd edib ki, istismar müddətində ciddi sınaqlar aparılmasa, sıradan çıxan detalları aşkar etmək mümkün olmur:

“Nəzərə almaq lazımdır ki, ölkədə 2500-ə yaxın çoxmənzilli bina var. Bunların 98%-də qanuni boşluqlar mövcuddur. Qanunla çoxmənzilli bina istismara qəbul edildikdən sonra müştərək cəmiyyətə çevrilməlidir. Bizim ölkədə belə cəmiyyətlər cəmi 10% təşkil edir. Müştərək cəmiyyətlərdə belə qanunsuzluq olur. Qeyri-yaşayış sahələrinin idarə olunması müştərək cəmiyyətin və yaxud MTK-nın nizamnaməsi ilə formalaşmalıdır”.

E.Azadov bildirib ki, Azərbaycanda qeyri-yaşayış sahələri tikinti şirkətlərinə və ya tikinti sahiblərinə məxsus olur. Onlar da həmin yerləri ya icarəyə verirlər, ya da birdəfəlik satırlar. Beləliklə, həmin sahələrin istismarı, idarəsi sakinlərin marağında olmur:

“Əksər hallarda qeyri-yaşayış sahələrində layihədə planlananadan əlavə işlər görülür, belə olan halda bina normadan çox yüklənir. Bu da müəyyən müddətdən sonra binada texniki qəzaların baş verməsinə səbəb olur”,-deyə o əlavə edib./trend.az

PAYLAŞIN:

Continue Reading

Previous: “Rusiyanın uçurum üçün öz planları var…” – Putinin ideoloqu Qərbi “müqəddəs müharibə” ilə hədələyir
Next: Ayda 16 manat ödəyəcək “işləyən işsizlər” kimlərdir?

OXŞAR MÖVZULAR

söküntü-1

Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya

admin 16/04/2026
vergi-v

Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi

admin 16/04/2026
ət-m

Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq

admin 16/04/2026

XƏBƏR LENTİ

  • Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya 16/04/2026
  • Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi 16/04/2026
  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026
  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026
  • ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ 15/04/2026
  • Azərbaycanda bərpa olunan enerji kəskin artıb 15/04/2026
  • Azərbaycanda bahalaşma niyə dayanmır? – Son 6 aydakı fərq – VİDEO 15/04/2026
  • Paşinyandan mesaj: “29 min kv.km-dən kənara çıxsaq…” 15/04/2026
  • Azərbaycanda vahid nəqliyyat sistemi mümkün olacaq? – Çexiya təcrübəsi öyrənilir 15/04/2026
  • Azərbaycan XİN Türkiyədə məktəblərə silahlı hücumla bağlı başsağlığı verib 15/04/2026
  • Aktau qəzası: Prinsipial mövqe və siyasi dialoq nəticə verdi – Rusiya kompensasiya ödəyəcək 15/04/2026
  • “Türkiyənin hərbi münaqişədə məğlub olma ehtimalı yoxdur” – İsrail mətbuatından maraqlı Türkiyə analizi 15/04/2026
  • Rusiya AZAL təyyarəsinin qəzaya uğramasına görə kompensasiya verəcək (RƏSMİ) 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.