Skip to content
22/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Dekabr
  • 1
  • Azərbaycan narı həm ixrac edir, həm də idxal: Səbəb nədir?

Azərbaycan narı həm ixrac edir, həm də idxal: Səbəb nədir?

admin 01/12/2025
nar-g

 

Bu ilin yanvar-avqust aylarında Azərbaycan 4.4 milyon ABŞ dolları dəyərində 5 163 ton nar ixrac edib. Bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 32 faiz, kəmiyyət olaraq – 38 faiz çoxdur. Hesabat dövründə Azərbaycan 146 min ABŞ dolları dəyərində 71.2 ton nar idxal edib. Maraqlıdır, Azərbaycan nar ixracını artırsa da, özü də xaricdən nar alır. Bunun səbəbi nədir?

Mövzu ilə bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim edirik:

Mövsümdə özümüzü təmin edirik, amma…

Lənkəran Dövlət Universitetinin Aqrar və mühəndislik fakültəsinin müəllimi Nahid Əzizlinin sözlərinə görə, nar Azərbaycanın tipik payız məhsuludur: “Yerli istehsal əsasən sentyabr-noyabr aylarında ən yüksək həddə çatır. Bu aylarda məhsul bolluğu səbəbindən həm daxili bazar tam təmin olunur, həm də ixrac üçün kifayət qədər potensial yaranır. Məhz həmin dövrdə ixracın böyük hissəsi həyata keçirilir. Bunlar həm mövsümi amillər, həm də bazar tələbatı ilə bağlıdır”.

Azərbaycan narı həm ixrac edir, həm də idxal: Səbəb nədir?

N.Əzizli bildirib ki, mövsüm başa çatdıqdan sonra idxala ehtiyac duyuruq: “Digər aylarda bazarda boşluq yaranır. Yerli məhsul tədricən bazardan çəkilir, anbarlarda qalan həcmdən istifadə olunur, lakin bu, bütün ilin tələbatını qarşılamır. Mövsümdənkənar dövrdə bazarda təchizat boşluğu yarandığı üçün idxal qaçılmazdır. Bir çox ölkələr – xüsusilə İran, Türkiyə və Mərkəzi Asiya dövlətləri həmin aylarda Azərbaycan bazarına rahatlıqla təklif edə bilirlər”.

Azərbaycan narı həm ixrac edir, həm də idxal: Səbəb nədir?

“İstehlakçılar xarici sortlara üstünlük verirlər”

Müsahibimizin fikrincə, Azərbaycanın ixrac etdiyi nar növləri ilə daxili bazarda tələb olunan sortlar eyni deyil: “Azərbaycanın ixrac etdiyi nar sortları ilə daxili bazarda yüksək tələbat olan nar növləri arasında fərq var. İxrac üçün əsasən qalın qabıqlı, daşınmaya davamlı, iri və qırmızı rəngli sortlar seçilir. Daxili bazarda isə bəzi istehlakçılar daha şirəli, yumşaq toxumlu və ya dad fərqləri olan başqa ölkə sortlarına üstünlük verirlər. Bəzi istehlakçılar başqa ölkələrin sortlarına üstünlük verdiyi üçün idxal davam edir”.

Azərbaycan narı həm ixrac edir, həm də idxal: Səbəb nədir?

N.Əzizlinin sözlərinə görə, idxal olmasa, bazarda qiymətlər bahalaşa bilər: “İllik nar istehsalımız təxminən 190-195 min ton təşkil edir. Bu həcmdən cəmi 15-18 faiz ixraca gedir. Bu o deməkdir ki, Azərbaycan öz tələbatını böyük ölçüdə təmin edən ölkədir, yəni nar üzrə özünütəminetmə səviyyəsi 80 faizdən yuxarıdır. Əsas iqtisadi səbəb bazarın sabit saxlanmasıdır. Xaricdən idxal edilən nar bazarda rəqabəti qoruyur və qiymətlərin normadan artıq artmasının qarşısını alır”.

“İstehsal artdıqca, idxal azalacaq”

Ekspertin fikrincə, emal müəssisələri üçün də müəyyən növ xammal tələb oluna bilər ki, həmin çeşid yalnız xarici bazardan əldə edilir: “Bu da idxalın az da olsa davam etməsinə təsir edən amillərdən biridir. İstehsalın artması, yeni bağların salınması və emal gücünün genişlənməsi gələcəkdə həm ixrac payını artıracaq, həm də mövsümdənkənar dövrdə idxal asılılığını daha da azaldacaq”.

Azərbaycan narı həm ixrac edir, həm də idxal: Səbəb nədir?

“Yığılan narın böyük bir qismi ixrac olunur”

İqtisadçı Elçin Əkbərov da düşünür ki, nar ixracının və idxalının eyni vaxtda mövcud olmasının bir neçə əsas səbəbi var: “Nar əsasən payızda toplanır. Bu zaman pik həddə ixrac baş verir. Soyuducu anbarları, uzunmüddətli saxlama infrastrukturu və narın da uzunmüddətli saxlanma imkanları məhdud olduğu üçün yığılan narın böyük bir qismi ixrac olunur və uzunmüddətli dövr üçün ölkədaxili istehlaka saxlanılmır. Beləliklə, daxili bazarda qiymətli sortların hamısı mövcud olmaya bilər və müəyyən çeşidlər idxalla tamamlanır”.

Azərbaycan narı həm ixrac edir, həm də idxal: Səbəb nədir?

E.Əkbərovun sözlərinə görə, daxili istehlakçılar və emal müəssisələri ixrac üçün nəzərdə tutulmayan sortlara ehtiyac duyurlar: “Nar emalı (şirə, konsentrat və s.) müəssisələri tələbi yüksəldir və istehsalçı istehsal etdiyi narın bir hissəsini ixrac edir, qalan hissə isə istehsalata yönləndirilir”.

“Uzunmüddətli saxlama və logistik imkanları yaxşılaşdırılmalıdır”

İqtisadçı bildirib ki, uzunmüddətli saxlama və logistik imkanlarının yaxşılaşdırılması vacibdir ki, mövsümi ixrac daha sabit və azriskli olsun. “Made in Azerbaijan” narının beynəlxalq səviyyədə rəqabət qabiliyyətini saxlamaq üçün keyfiyyət standartları, qida təhlükəsizliyi, sertifikatlaşma sistemləri mühüm rol oynayacaq: “Artıq nar istehsalçıları arasında da beynəlxalq Global GAP sertifikasiyasının təşkil olunması ixracı diversifikasiya etməyə, yeni bazarlara çıxışı təmin etməyə imkan verəcək. İxracın artımı daxili bazarı sıxışdırarsa, qiymətlərdə oynama və daxili istehlakçıların müraciət etdiyi çeşidlərin azalması riski mümkündür”.

PAYLAŞIN:

Continue Reading

Previous: Zelenskini əvəz edəcək yeganə şəxs – ST
Next: Çarçarovlara satınalmalarda bu geniş şəraiti kimlər və niyə yaradır

OXŞAR MÖVZULAR

azenerqo

“Azərenerji”də 255 milyon manatlıq yoxlama – Satınalma pozuntuları aşkarlanıb

admin 21/04/2026
h-palata

Hesablama Palatası: Gəncədə 11 milyon manata yaxın artıq xərclər aşkarlanıb

admin 21/04/2026
fitch_ratings

“Fitch Ratings” İranda müharibənin Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatına təsirini qiymətləndirib

admin 21/04/2026

XƏBƏR LENTİ

  • “Azərenerji”də 255 milyon manatlıq yoxlama – Satınalma pozuntuları aşkarlanıb 21/04/2026
  • Hesablama Palatası: Gəncədə 11 milyon manata yaxın artıq xərclər aşkarlanıb 21/04/2026
  • Bəqai: İran Vaşinqtonun ziddiyyətli hərəkətlərinə görə ABŞ ilə danışıqlara getmir 21/04/2026
  • Kallas: Aİ Azərbaycanla əlaqələri genişləndirmək niyyətindədir 21/04/2026
  • “Fitch Ratings” İranda müharibənin Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatına təsirini qiymətləndirib 21/04/2026
  • “O şirkətlərin fəaliyyəti də yoxlanılsın…” – “Daha ciddi nöqsanlar aşkara çıxacaq” 21/04/2026
  • Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? – Aqrar sektordakı “məmursayağı” əngəllər 21/04/2026
  • Ötən ilin eyni dövrü ilə müqayisədə 60%-lik artım – Mənzillər niyə bahalaşır? 21/04/2026
  • “Bu halda çox milyonluq yeyintilərin qarşısını ala bilərik” – Əli Məsimli 21/04/2026
  • Azərbaycanda rəqabətli satınalmaların say üzrə xüsusi çəkisi 50 %-i keçib 21/04/2026
  • Süni intellektlə qanunsuz materialların hazırlanıb yayılmasına qadağalar qəbul edilib 21/04/2026
  • Hesablama Palatasının sədri: “Büdcə və satınalmalar üzrə pozuntuların nisbəti dəyişməyib” 21/04/2026
  • Hörmüz boğazı İranın “Axilles dabanı” imiş – İran anlaşmaya getməsə, Trampın hədələri gerçəyə çevriləcək 21/04/2026
  • Xaricdən kiloqramı 2 manata alınan balıq niyə 35 manata satılır? – VİDEO 21/04/2026
  • Bütün imtahanları bir platformada birləşdirən “AzSınaq” istifadəyə verilir – Azərbaycanda ilk 21/04/2026
  • Azərbaycan məktəblərinin bufetlərində QADAĞAN EDİLMİŞ məhsulların siyahısı açıqlanıb 21/04/2026
  • Lukaşenko müharibə istəmir, Rusiyadan uzaqlaşır – Qamaş 21/04/2026
  • “ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır – Anar Əliyev daha yaxşı bilər 21/04/2026
  • AİB Azərbaycanın iştirakı ilə dövlət satınamaları üzrə islahatlar layihəsini nəzərdən keçirir 21/04/2026
  • Orta Dəhlizin əhəmiyyəti getdikcə artır – Elçin Əmirbəyov 21/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.