Skip to content
22/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Dekabr
  • 1
  • “Restoranlardakı servis haqqı ləğv edilə bilər” – AHRA sədri Samir Dübəndi

“Restoranlardakı servis haqqı ləğv edilə bilər” – AHRA sədri Samir Dübəndi

admin 01/12/2025
servis-x

 

Türkiyənin Ticarət Nazirliyi restoran, kafe və digər iaşə müəssisələrinin müştərilərdən məcburi şəkildə servis, masa haqqı və ya başqa ad altında ödəniş tələb etməsinin qarşısını almaq üçün yeni qaydalar hazırlayır.

Müştərilər yalnız yedikləri və içdikləri məhsulların pulunu ödəyəcək. İaşə obyektləri menyularda servis və masa haqqı ilə bağlı heç bir qeyd yerləşdirə bilməyəcək. Yeganə əlavə ödəniş yalnız müştərinin öz istəyinə bağlı olan bəxşiş ola bilər.

Bəs, görəsən, servis haqqı Azərbaycanda da ləğv edilə bilərmi?

Məsələ ilə bağlı açıqlama verən Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının (AHRA) İdarə Heyətinin sədri Samir Dübəndi bildirib ki, Türkiyədə restoran və kafelərdə servis haqqının ləğvi ilə bağlı qəbul edilən qərar regionda şəffaflıq və istehlakçı hüquqlarının qorunması istiqamətində yeni standart formalaşdırır.

S.Dübəndi qeyd edib ki, Azərbaycanda da bu məsələnin yenidən müzakirəyə çıxarılması vaxtıdır.

Onun sözlərinə görə, hazırkı təcrübədə bəzən hesabın üzərinə əvvəlcədən bildirilməyən 5-15% servis haqqının əlavə olunması həm yerli müştərilərdə, həm də turistlərdə narazılıq yaradır. Bu, ölkənin qonaqpərvərlik imicinə də mənfi təsir edir:

“Bizim mövqeyimiz odur ki, xidmət haqqı yalnız tam şəffaf, əvvəlcədən göstərilən və istehlakçı tərəfindən aydın şəkildə qəbul olunan formada olmalıdır”.

Assosiasiya hesab edir ki, dövlət qurumları, turizm sektoru və sahibkarlar arasında dialoq başlasa, servis haqqı ilə bağlı üç əsas istiqamət üzrə optimal model formalaşdırmaq mümkündür:

“İlk olaraq Türkiyə modeli əsasında xidmət haqqı ayrıca tutulmadan, ümumi qiymətə daxil edilməlidir. İkincisi odur ki, əgər servis haqqı saxlanılırsa, onun məbləği menyuda, qəbzdə və obyektin girişində açıq şəkildə göstərilməlidir. Üçüncü istiqamət olaraq isə əməkhaqqı və motivasiya sistemləri yenilənməli, xidmət sahəsində çalışanların maddi təminatı gücləndirilməlidir”.

S.Dübəndi nəzərə çatdırıb ki, Azərbaycanda servis haqqı məsələsi birbaşa xüsusi qanunla tənzimlənmir, lakin “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanun, “Ticarət, ictimai iaşə və məişət xidmətləri qaydaları”, həmçinin Vergi Məcəlləsi bu sahəyə tətbiq olunan əsas hüquqi çərçivəni müəyyən edir. Bu sənədlər tələb edir ki, ictimai iaşə müəssisələri göstərdikləri xidmətin qiymətini əvvəlcədən, tam və aydın şəkildə müştəriyə təqdim etsin. Hər bir ödəniş qəbzdə ayrıca göstərilsin və gizli ödənişə yol verilməsin.

Assosiasiya sədri söyləyib ki, bu normalar servis haqqının ya açıq şəkildə göstərilməsi, ya da ümumiyyətlə ləğv edilməsi üçün hüquqi baza yaradır. Turizm zonalarında isə Dövlət Turizm Agentliyinin normativ aktları vasitəsilə əlavə tələblər menyuda aydın məlumatlandırma və qiymət şəffaflığı tətbiq oluna bilər:

“Nəticə olaraq, servis haqqının ləğvi və ya tam şəffaf şəkildə tənzimlənməsi Azərbaycanın turizm imicini gücləndirən, istehlakçı məmnuniyyətini artıran və xidmət sektorunu daha peşəkar edən vacib addım kimi qiymətləndirilə bilər”./milli.az

PAYLAŞIN:

Continue Reading

Previous: ADU akkreditasiyadan niyə keçə bilmədi – Kamal Abdulla üçün ciddi siqnal
Next: Vətəndaş dəfələrlə rəsmi müraciət etsə də Gəncə İcra Hakimiyyəti XƏBƏRSİZƏM DEYİR

OXŞAR MÖVZULAR

azenerqo

“Azərenerji”də 255 milyon manatlıq yoxlama – Satınalma pozuntuları aşkarlanıb

admin 21/04/2026
h-palata

Hesablama Palatası: Gəncədə 11 milyon manata yaxın artıq xərclər aşkarlanıb

admin 21/04/2026
fitch_ratings

“Fitch Ratings” İranda müharibənin Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatına təsirini qiymətləndirib

admin 21/04/2026

XƏBƏR LENTİ

  • “Azərenerji”də 255 milyon manatlıq yoxlama – Satınalma pozuntuları aşkarlanıb 21/04/2026
  • Hesablama Palatası: Gəncədə 11 milyon manata yaxın artıq xərclər aşkarlanıb 21/04/2026
  • Bəqai: İran Vaşinqtonun ziddiyyətli hərəkətlərinə görə ABŞ ilə danışıqlara getmir 21/04/2026
  • Kallas: Aİ Azərbaycanla əlaqələri genişləndirmək niyyətindədir 21/04/2026
  • “Fitch Ratings” İranda müharibənin Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatına təsirini qiymətləndirib 21/04/2026
  • “O şirkətlərin fəaliyyəti də yoxlanılsın…” – “Daha ciddi nöqsanlar aşkara çıxacaq” 21/04/2026
  • Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? – Aqrar sektordakı “məmursayağı” əngəllər 21/04/2026
  • Ötən ilin eyni dövrü ilə müqayisədə 60%-lik artım – Mənzillər niyə bahalaşır? 21/04/2026
  • “Bu halda çox milyonluq yeyintilərin qarşısını ala bilərik” – Əli Məsimli 21/04/2026
  • Azərbaycanda rəqabətli satınalmaların say üzrə xüsusi çəkisi 50 %-i keçib 21/04/2026
  • Süni intellektlə qanunsuz materialların hazırlanıb yayılmasına qadağalar qəbul edilib 21/04/2026
  • Hesablama Palatasının sədri: “Büdcə və satınalmalar üzrə pozuntuların nisbəti dəyişməyib” 21/04/2026
  • Hörmüz boğazı İranın “Axilles dabanı” imiş – İran anlaşmaya getməsə, Trampın hədələri gerçəyə çevriləcək 21/04/2026
  • Xaricdən kiloqramı 2 manata alınan balıq niyə 35 manata satılır? – VİDEO 21/04/2026
  • Bütün imtahanları bir platformada birləşdirən “AzSınaq” istifadəyə verilir – Azərbaycanda ilk 21/04/2026
  • Azərbaycan məktəblərinin bufetlərində QADAĞAN EDİLMİŞ məhsulların siyahısı açıqlanıb 21/04/2026
  • Lukaşenko müharibə istəmir, Rusiyadan uzaqlaşır – Qamaş 21/04/2026
  • “ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır – Anar Əliyev daha yaxşı bilər 21/04/2026
  • AİB Azərbaycanın iştirakı ilə dövlət satınamaları üzrə islahatlar layihəsini nəzərdən keçirir 21/04/2026
  • Orta Dəhlizin əhəmiyyəti getdikcə artır – Elçin Əmirbəyov 21/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.