Skip to content
22/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Dekabr
  • 1
  • Vətəndaş dəfələrlə rəsmi müraciət etsə də Gəncə İcra Hakimiyyəti XƏBƏRSİZƏM DEYİR

Vətəndaş dəfələrlə rəsmi müraciət etsə də Gəncə İcra Hakimiyyəti XƏBƏRSİZƏM DEYİR

admin 01/12/2025
gence-ajans

Görmə qabiliyyətini itirmiş Əmirəliyev Vəli Gəncə icra hakimiyyətinə raket zərbəsi ilə dağılan evi ilə bağlı dəfələrlə müraciət edib. Ancaq İcra hakimiyyəti müraciət daxil olmadığını deyir.

Gəncə şəhər sakini Əmirəliyev Vəli Ənvər oğlu tərəfindən daxil olan şikayətə əsasən, o, raket zərbəsi nəticəsində dağılan evi ilə bağlı dəfələrlə müraciət etsə də, ona heç bir kömək göstərilməyib. Muxtar Hacıyev küçəsi, ev 9-da yaşayan vətəndaş bildirib ki, 2020-ci ildə düşmən tərəfindən atılan raket zərbəsi nəticəsində evi dağılıb. Onun sözlərinə görə, ərazi babasının adınadır. Partlayışdan sonra Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndələri və FHN-in əməkdaşları əraziyə baxış keçirib, çəkiliş aparıb və evin bərbad vəziyyətdə olduğunu görüblər. Şikayətçi hazırda evdə ailə yaşamadığını, həmçinin görmə qabiliyyətini ömürlük itirdiyini də bildirib.  Ev bərbad vəziyyətdə olduğu üçün qoruyucu çəkdiyini deyib.

Şikayətçinin sözlərinə görə, onun şəxsiyyət vəsiqəsi götürülərək akt tərtib edilib. Daha sonra ona bildirilib ki, 1000 manat məbləğində kompensasiya veriləcək və köməklik göstəriləcək. Hətta qeyd olunub ki, ev qəzalı vəziyyətdədir, buna görə də sakin müvəqqəti köçürüləcək və ev yenidən təmir ediləcək. Vətəndaş deyib ki, o, dəbdəbəli ev istəmir. Hazırda yağış yağanda evin içinə su damır, külək əsəndə hər tərəfdən içəri dolur.

O bildirib ki, Gəncə Şəhər İcra Hakimiyyətinin, həmçinin Nizami Rayon İcra Hakimiyyətinin nümayəndələrinə dəfələrlə sənədlərini təqdim edib. Lakin nəticə barədə soruşduqda ona “sənəd yoxdur” cavabı verilib. Bundan sonra sənədlər yenidən təqdim olunub. İki gözdən əlil olmasına baxmayaraq, o, çətinliklə də olsa icra hakimiyyətinin dördüncü mərtəbəsinə qalxıb. Nəhayət, 2022-ci ildə komissiya əraziyə baxış keçirdikdən sonra qeydiyyatda olması təsdiqlənib. Lakin ona bildirilib ki, komissiya məsələyə 3-4-cü dəfə yenidən baxacaq.

Şikayətçi qeyd edib ki, ona məktub da yazdırılıb, amma həmin məktuba cavab verilməyib. O, həmçinin Şəhərsalma İdarəsinə də müraciət etdiyini, lakin idarədən bunun onların səlahiyyətində olmadığı və komissiya gələndə məsələyə baxılacağı bildirilib.

Vətəndaş əlavə edib ki, çoxsaylı müraciətlərinə baxmayaraq, nəticə yoxdur. İcra başçısının qəbuluna getmək istəyib, lakin ona Gəncə şəhərində dağıdılmış evlərlə bağlı heç kimin qəbul edilmədiyi bildirilib.

Sonuncu dəfə Gəncə Şəhər İcra Hakimiyyətinə yoxlama gəldikdə, o, həmin nümayəndələrlə görüşmək istəsə də, icra hakimiyyətinin əməkdaşları bunun mümkün olmadığını, sadə vətəndaşların qəbul edilmədiyini deyiblər.

“Kimə, hara müraciət edirəmsə, heç bir nəticə yoxdur”, – deyə şikayətçi bildirib.

Mövzu ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Qurumdan bildirilib ki, bu hadisə ilə bağlı onlara müraciət daxil olmayıb:

” Məlum olduğu kimi, Ermənistan Respublikası silahlı qüvvələrinin 2020-ci il sentyabrın 27-dən etibarən Azərbaycan Respublikasına təcavüzü nəticəsində mülki əhaliyə və dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə və sahibkarlıq subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 06.11.2020-ci il tarixli 2292 nömrəli Sərəncamının icrası məqsədilə Nazirlər Kabinetinin 11 noyabr 2020-ci il tarixli 612s nömrəli Sərəncamı ilə Dövlət Komissiyasının işinin təşkili üçün aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət işçi qrupları yaradılmışdır. İşçi qrupu 2020-ci ilin noyabr və 2021-ci ilin iyun aylarında Gəncə şəhərində fəaliyyət göstərmişdir. Bu müddət ərzində şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları tərəfindən raket zərbələrinin radiusuna düşən ərazilərdə sakinlərlə mütəmadi görüşlər keçirilmiş, izahatlar verilmişdir. İşçi qrupunun fəaliyyəti zamanı Gəncə şəhəri, A.İmanquliyeva küçəsi, ev 9 ünvanında yerləşən fərdi yaşayış evinin zərər görməsi ilə bağlı müraciət daxil olmamışdır. Buna görə də həmin ünvana işçi qrup tərəfindən baxış keçirilməsi və aktın tərtib olunması mümkün olmayıb”./ajans.az

PAYLAŞIN:

Continue Reading

Previous: “Restoranlardakı servis haqqı ləğv edilə bilər” – AHRA sədri Samir Dübəndi
Next: “Ya Rusiya çökməlidir, ya Ukrayna tam işğal olunacaq…” – “İstənilən razılaşma müharibəni bitirməyəcək…”

OXŞAR MÖVZULAR

ferqane-asia

Mülkümü “REKET”LƏR ƏLİMDƏN ZORLA ALIR, ölümlə TƏHDİD EDİLİRƏM -Fərqanə Abbasovadan ŞOK ŞİKAYƏT

admin 20/04/2026
esedov

Əli Əsədovun biznes və tikinti imperiyası…

admin 17/04/2026
natiq-şam2

Kağız üzərində təhsil və paralel iş qalmaqalı

admin 16/04/2026

XƏBƏR LENTİ

  • “Azərenerji”də 255 milyon manatlıq yoxlama – Satınalma pozuntuları aşkarlanıb 21/04/2026
  • Hesablama Palatası: Gəncədə 11 milyon manata yaxın artıq xərclər aşkarlanıb 21/04/2026
  • Bəqai: İran Vaşinqtonun ziddiyyətli hərəkətlərinə görə ABŞ ilə danışıqlara getmir 21/04/2026
  • Kallas: Aİ Azərbaycanla əlaqələri genişləndirmək niyyətindədir 21/04/2026
  • “Fitch Ratings” İranda müharibənin Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatına təsirini qiymətləndirib 21/04/2026
  • “O şirkətlərin fəaliyyəti də yoxlanılsın…” – “Daha ciddi nöqsanlar aşkara çıxacaq” 21/04/2026
  • Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? – Aqrar sektordakı “məmursayağı” əngəllər 21/04/2026
  • Ötən ilin eyni dövrü ilə müqayisədə 60%-lik artım – Mənzillər niyə bahalaşır? 21/04/2026
  • “Bu halda çox milyonluq yeyintilərin qarşısını ala bilərik” – Əli Məsimli 21/04/2026
  • Azərbaycanda rəqabətli satınalmaların say üzrə xüsusi çəkisi 50 %-i keçib 21/04/2026
  • Süni intellektlə qanunsuz materialların hazırlanıb yayılmasına qadağalar qəbul edilib 21/04/2026
  • Hesablama Palatasının sədri: “Büdcə və satınalmalar üzrə pozuntuların nisbəti dəyişməyib” 21/04/2026
  • Hörmüz boğazı İranın “Axilles dabanı” imiş – İran anlaşmaya getməsə, Trampın hədələri gerçəyə çevriləcək 21/04/2026
  • Xaricdən kiloqramı 2 manata alınan balıq niyə 35 manata satılır? – VİDEO 21/04/2026
  • Bütün imtahanları bir platformada birləşdirən “AzSınaq” istifadəyə verilir – Azərbaycanda ilk 21/04/2026
  • Azərbaycan məktəblərinin bufetlərində QADAĞAN EDİLMİŞ məhsulların siyahısı açıqlanıb 21/04/2026
  • Lukaşenko müharibə istəmir, Rusiyadan uzaqlaşır – Qamaş 21/04/2026
  • “ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır – Anar Əliyev daha yaxşı bilər 21/04/2026
  • AİB Azərbaycanın iştirakı ilə dövlət satınamaları üzrə islahatlar layihəsini nəzərdən keçirir 21/04/2026
  • Orta Dəhlizin əhəmiyyəti getdikcə artır – Elçin Əmirbəyov 21/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.