Skip to content
22/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Dekabr
  • 1
  • “Ya Rusiya çökməlidir, ya Ukrayna tam işğal olunacaq…” – “İstənilən razılaşma müharibəni bitirməyəcək…”

“Ya Rusiya çökməlidir, ya Ukrayna tam işğal olunacaq…” – “İstənilən razılaşma müharibəni bitirməyəcək…”

admin 01/12/2025
zalujnıy-1

 

“Ukraynaya “həlledici zərbə” daxildən gələ bilər…Kiyev müharibəyə aydın məqəadi olmadan daxil olub”

Ukraynanın Birləşmiş Krallıqdakı səfiri və Silahlı Qüvvələrin sabiq baş komandanı Valeri Zalujnı müharibə və onun siyasi çalarları barədə ən kəskin qiymətləndirmələrdən birini səsləndirib.

General LIGA.net portalı üçün yazdığı geniş analitik məqalədə Ukraynanın indiyədək əsas siyasi məqsədi dəqiq müəyyən etmədən müharibə apardığını vurğulayıb. Onun sözlərinə görə, bu boşluq təkcə Kiyev üçün yox, bütövlükdə Avropa üçün ciddi strateji nəticələr doğurur.

Zalujnı əsas tezisini Klauzevitsin məşhur nəzəriyyəsinə söykəyir: müharibə siyasətin başqa vasitələrlə davamıdır və siyasi məqsəd dəqiq müəyyənləşdirilmədən rasional strategiya qurmaq mümkün deyil.

Generalın fikrincə, Ukrayna tammiqyaslı müharibəyə bu cür aydın siyasi məqsəd olmadan daxil olub və elə bu şəkildə də davam etdirib. Nəticədə döyüş meydanındakı qəhrəmanlıq uzunmüddətli planlaşdırmadakı boşluqları – xüsusən səfərbərlik, iqtisadi idarəetmə və tərəfdaşlarla münasibətlərdə uyğunsuzluğu kompensasiya edə bilməyib.

O, müharibəni getdikcə “qlobal müharibə xüsusiyyətləri daşıyan” qarşıdurma kimi xarakterizə edir: burada məsələ itkilərin sayında deyil, konfliktin dünya iqtisadiyyatı və təhlükəsizlik sistemi üzərində yaratdığı təsirdədir.

Zalujnıya görə, artıq söhbət yalnız Ukraynanın ərazi bütövlüyündən getmir – Avropanın gələcək təhlükəsizlik arxitekturasının harada formalaşacağı müəyyənləşir: Kiyev və Varşavada, yoxsa Moskvada.

General məqaləsinin mühüm hissəsini Rusiyanın siyasi məqsədlərinə həsr edir və bunu açıq şəkildə belə ifadə edir:“Rusiya üçün bir nömrəli hədəf Ukraynadır – onun dövlətçiliyi, müstəqilliyi və bütün potensialı”.

Onun fikrincə, Moskva Donetsk və ya Luqansk kimi bölgələrə yalnız canlı qüvvə ehtiyatı kimi yanaşır. Əsas məqsəd Ukraynanı müstəqil dövlət kimi sıradan çıxarmaq və onun ərazisini “Avropaya giriş qapısı” kimi istifadə etməkdir. Bu isə o deməkdir ki, Ukraynanı zəif və parçalanmış vəziyyətdə qoyan və ya güclü təhlükəsizlik mexanizmlərindən kənarda saxlayan istənilən razılaşma müharibəni bitirməyəcək – sadəcə daha sonra, bəlkə də daha qərbdə yenidən başlayacaq.

Zalujnı xatırladır ki, Rusiya 2022-ci ilin əvvəlində sürətli “yox etmə” strategiyasından – Kiyevə hücum planının uğursuzluğa düçar olmasından sonra uzunmüddətli tükətmə müharibəsinə keçdi. Bu tip savaşda həlledici zərbələr ərazi qazancları deyil, rəqibin müqavimət gücünün sistemli şəkildə aşındırılmasıdır: infrastrukturun ardıcıl vurulması, ağır döyüşlər, iqtisadi təzyiq və ictimai rəyin sarsıdılmasına yönəlmiş informasiya əməliyyatları.

General xəbərdarlıq edir ki, Ukrayna üçün belə müharibədə “həlledici zərbə” məhz daxili proseslərdən gələ bilər – dövlət hərbi, iqtisadi və siyasi cəbhələri koordinasiya edə bilməsə, siyasi böhrana və hətta daxili toqquşmaya sürüklənə bilər.

Bu yanaşma Avropa üçün də xoşagəlməz nəticələr doğurur. Zalujnı hesab edir ki, Ukraynada “üzüağ” nəticə verəcək ucuz və sürətli sülh ssenarilərinə inanmaq illüziyadır.

O xatırladır ki, Qərbdə bərpa və seçkilərlə bağlı nikbin proqnozlar səsləndiyi dövrdə cəbhə xətti ardıcıl olaraq Dneprə, oradan isə Zaporojye və Xarkova doğru geri çəkilirdi. Rusiyanın siyasi məqsədlərinin yanlış anlaşılması və müharibənin sırf ərazi mübahisəsi kimi dəyərləndirilməsi Moskvanın öz mövqeyini gücləndirməsinə imkan verib.

Onun sözlərinə görə, Rusiya iqtisadiyyatını müharibəyə uyğunlaşdırıb, müdafiə istehsalını genişləndirib, qanunvericiliyi sərtləşdirib, təbliğat maşınını daha aqressiv hala gətirib. Halbuki Aİ ölkələri hələ də mərhələli yardım paketlərini müzakirə edir və sursat, hava hücumundan müdafiə istehsalının genişləndirilməsi ilə bağlı çətinlik çəkirlər. Əgər müharibəartıq sənaye ölçüsündə tükətmə mərhələsinə keçibsə, həlledici faktor Ukrayna və onun tərəfdaşlarının iqtisadi-texnoloji potensialı ilə Rusiya və müttəfiqlərinin imkanları arasındakı rəqabət olacaq.

Zalujnı təhlükəsizlik təminatları barədə də konkret danışır. Onun fikrincə, Ukrayna üçün yalnız üç real uzunmüddətli təminat mövcuddur:

-NATO-ya üzvlük;

-Ukrayna ərazisində nüvə silahlarının yerləşdirilməsi;

-Rusiyanı çəkindirə biləcək böyük xarici hərbi kontingentin daimi dislokasiyası.

General bildirir ki, hazırda bu variantların heç biri reallıqda gündəmdə deyil. Bununla belə, onun fikrincə, “sülh – hətta növbəti müharibə ehtimalı şəraitində belə – siyasi dəyişikliklər, dərin islahatlar, tam bərpa və iqtisadi inkişaf üçün imkan yaradır”.

Bütün bu arqumentlər Avropa üçün acı nəticəyə gətirir: Ukraynaya real təhlükəsizlik təminatları olmadan əldə ediləcək atəşkəs və ya “dondurulmuş” münaqişə yalnız müvəqqəti nəfəs alma imkanı verəcək, lakin qarşıdurmanı həll etməyəcək. Sanksiyalara dözüb yenidən silahlanan və işğal altındakı əraziləri möhkəmləndirən Rusiya bundan sonra Moldova, Qərbi Balkanlar və hətta NATO-nun şərq cinahına təzyiq göstərmək üçün daha əlverişli mövqedə olacaq.

Zalujnı nəticəni belə formalaşdırır: “Qələbə – Rus imperiyasının çökməsidir; məğlubiyyət – Ukraynanın dağılaraq tam işğalıdır. Qalan hər şey sadəcə müharibənin davamıdır”.

Bu sözlər Avropa üçün birbaşa siyasi resept olmasa da, Ukrayna hərbi elitasının münaqişənin mahiyyətini necə gördüyünü dəqiq şəkildə ortaya qoyur. Bu kontekstdə Avropada “müharibədən yorulma” və ya “təhlükəsizlik–rifah” dilemması barədə debatlar münaqişənin strateji mahiyyətindən uzaq görünür.

Generalın analizi Aİ hökumətlərinin seçim imkanlarını ciddi şəkildə məhdudlaşdırır. Əgər Rusiyanın məqsədi Ukrayna dövlətçiliyini məhv etməkdirsə və Moskva uzunmüddətli tükətmə müharibəsinə tam uyğunlaşıbsa, konfliktin “az xərc hesabına idarə olunması” strategiyası nəticə verməyəcək. Avropanın qarşısında iki real seçim qalır: ya Ukraynanın siyasi çökməsinin qarşısını alacaq və Rusiyanın hərbi gücünü məhdudlaşdıracaq səviyyədə dəstək vermək, ya da daha sonra daha geniş və daha bahalı müharibə ehtimalı ilə barışmaq.

Zalujnı müharibəni cəsarət və resurs sınağından daha çox, siyasi aydınlıq testi kimi qiymətləndirir. Onun Kiyevə mesajı aydındır: Ukrayna hərbi, iqtisadi və ictimai səyləri birləşdirən dəqiq siyasi məqsəd müəyyən etməlidir.

Avropaya ünvanlanmış əsas mesaj isə budur: Rusiyanın aqressiyasına qarşı vahid və aydın siyasi məqsəd formalaşdırılmayınca və bu məqsədi təmin edəcək resurslar ayrılmayınca, Moskva Avropanın təhlükəsizlik arxitekturasını faktiki olaraq öz təsir dairəsində formalaşdırmağa davam edəcək./azpolitika.info

PAYLAŞIN:

Continue Reading

Previous: Vətəndaş dəfələrlə rəsmi müraciət etsə də Gəncə İcra Hakimiyyəti XƏBƏRSİZƏM DEYİR
Next: Azərbaycan enerji sektorunda emissiyaların azaldılması ilə bağlı tədbirləri açıqlayıb

OXŞAR MÖVZULAR

beqai iir

Bəqai: İran Vaşinqtonun ziddiyyətli hərəkətlərinə görə ABŞ ilə danışıqlara getmir

admin 21/04/2026
hürmüz-clos

Hörmüz boğazı İranın “Axilles dabanı” imiş – İran anlaşmaya getməsə, Trampın hədələri gerçəyə çevriləcək

admin 21/04/2026
lukashenko (2)

Lukaşenko müharibə istəmir, Rusiyadan uzaqlaşır – Qamaş

admin 21/04/2026

XƏBƏR LENTİ

  • “Azərenerji”də 255 milyon manatlıq yoxlama – Satınalma pozuntuları aşkarlanıb 21/04/2026
  • Hesablama Palatası: Gəncədə 11 milyon manata yaxın artıq xərclər aşkarlanıb 21/04/2026
  • Bəqai: İran Vaşinqtonun ziddiyyətli hərəkətlərinə görə ABŞ ilə danışıqlara getmir 21/04/2026
  • Kallas: Aİ Azərbaycanla əlaqələri genişləndirmək niyyətindədir 21/04/2026
  • “Fitch Ratings” İranda müharibənin Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatına təsirini qiymətləndirib 21/04/2026
  • “O şirkətlərin fəaliyyəti də yoxlanılsın…” – “Daha ciddi nöqsanlar aşkara çıxacaq” 21/04/2026
  • Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? – Aqrar sektordakı “məmursayağı” əngəllər 21/04/2026
  • Ötən ilin eyni dövrü ilə müqayisədə 60%-lik artım – Mənzillər niyə bahalaşır? 21/04/2026
  • “Bu halda çox milyonluq yeyintilərin qarşısını ala bilərik” – Əli Məsimli 21/04/2026
  • Azərbaycanda rəqabətli satınalmaların say üzrə xüsusi çəkisi 50 %-i keçib 21/04/2026
  • Süni intellektlə qanunsuz materialların hazırlanıb yayılmasına qadağalar qəbul edilib 21/04/2026
  • Hesablama Palatasının sədri: “Büdcə və satınalmalar üzrə pozuntuların nisbəti dəyişməyib” 21/04/2026
  • Hörmüz boğazı İranın “Axilles dabanı” imiş – İran anlaşmaya getməsə, Trampın hədələri gerçəyə çevriləcək 21/04/2026
  • Xaricdən kiloqramı 2 manata alınan balıq niyə 35 manata satılır? – VİDEO 21/04/2026
  • Bütün imtahanları bir platformada birləşdirən “AzSınaq” istifadəyə verilir – Azərbaycanda ilk 21/04/2026
  • Azərbaycan məktəblərinin bufetlərində QADAĞAN EDİLMİŞ məhsulların siyahısı açıqlanıb 21/04/2026
  • Lukaşenko müharibə istəmir, Rusiyadan uzaqlaşır – Qamaş 21/04/2026
  • “ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır – Anar Əliyev daha yaxşı bilər 21/04/2026
  • AİB Azərbaycanın iştirakı ilə dövlət satınamaları üzrə islahatlar layihəsini nəzərdən keçirir 21/04/2026
  • Orta Dəhlizin əhəmiyyəti getdikcə artır – Elçin Əmirbəyov 21/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.