Skip to content
22/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Dekabr
  • 2
  • Əhalinin banklara borcu surətlə artır – Kreditlərin qaytarılmasında niyə problemlər yaranıb?

Əhalinin banklara borcu surətlə artır – Kreditlərin qaytarılmasında niyə problemlər yaranıb?

admin 02/12/2025
bank-borc

 

Bu ilin oktyabr ayının sonunda Azərbaycanın bank sektorunda problemli kreditlərin həcmi 805,3 milyon manata yüksəlib. Rəsmi göstəricilərə əsaslanan məlumatına görə, bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 14,5% çoxdur. Başqa sözlə, son bir ildə problemli kreditlərin məbləği 102 milyon manat artıb.

Artım xüsusilə ilin əvvəlindən bəri daha kəskin olub. 2024-cü ilin sonunda 655,1 milyon manat olan qeyri-işlək kreditlərin həcmi 10 ay ərzində 150 milyon manatdan çox artaraq 805,3 milyon manata çatıb. Artım əsasən istehlak kreditləri üzrə müşahidə edilib. Belə ki, ötən ilin sonunda 246,3 milyon manat olan istehlak kreditləri üzrə problemli borclar bu ilin oktyabrında 325,8 milyon manat təşkil edib. Bu da 10 ay ərzində 79,5 milyon manatlıq artım deməkdir.

Biznes kreditlərində də yüksəliş qeydə alınıb. Bu kateqoriyada problemli portfel ilin əvvəlindən bəri 72,7 milyon manat artaraq 447,4 milyon manata çatıb. İpoteka kreditləri üzrə isə fərqli dinamika müşahidə olunub. İlin əvvəlində 34 milyon manat olan problemli ipoteka borcları oktyabrda 32,1 milyon manata düşüb.

Qeyri-işlək kreditlərin ümumi kredit portfelində payı cüzi artsa da, tendensiya müsbət deyil. Bu göstərici ilin əvvəlindəki 2,6%-dən oktyabrda 2,7%-ə yüksəlib. Biznes kreditlərində nisbət 2,5%-dən 2,9%-ə, istehlak kreditlərində 2,9%-dən 3,5%-ə qalxıb. İpotekada isə əksinə — 0,8%-dən 0,7%-ə enib.

Qeyd edək ki, qeyri-işlək kreditlər əsas və ya faiz borcu üzrə 90 günü aşan gecikmələri əhatə edir.

“Bütün bu rəqəmlər göstərir ki, bank sektorunda problemli kreditlərin artımı davam edir və həm əhali, həm də biznes subyektləri kredit öhdəliklərini yerinə yetirməkdə getdikcə daha böyük çətinliklərlə üzləşir”, – bunu bank məsələləri üzrə ekspert Əkrəm Həsənov  açıqlamasında bildirib.

Ekspert qeyd edib ki, hazırkı iqtisadi şəraitdə həm vətəndaşların, həm də sahibkarların real gəlirləri azalır. Onun sözlərinə görə, gəlirlərin azalması fonunda xərclərin kəskin artması – xüsusən də qiymətlərin davamlı bahalaşması – insanların maliyyə yükünü ağırlaşdırıb. Nəticədə, çoxları götürdükləri kreditləri vaxtında bağlamaqda çətinlik çəkir.

Ekspert qeyd edib ki, bu tendensiya qarşıdakı dövrdə daha da dərinləşəcək.

Qeyd edək ki, ötən il Azərbaycanda sərəncamda qalan vəsaitin iqtisadi fəal əhalinin hər bir nəfərinə düşən orta aylıq məbləği 1 150 manat olub. Borc yükünün əhalinin sərəncamında qalan gəlirlərinə nisbətinin 18% olması o deməkdir ki, Azərbaycanda ötən il hər bir nəfərin banklara və BOKT-lara orta hesabla 207 manat aylıq borcu olub.

Müqayisə üçün bildirək ki, bu borc 2023-cü ildə 174 manat, 2022-ci ildə 140 manat, 2021-ci ildə 112 manat, 2020-ci ildə isə 93 manat olub.

Açıqlanan məlumatlardan da göründüyü kimi, əhalinin (iqtisadi fəal əhali) banklar qarşısındakı borcları son 4 ildə 2,2 dəfə artıb. /azpolitika.info

PAYLAŞIN:

Continue Reading

Previous: “Kreml “Tramp planı”na “yox” deyəcək” – Uitkoffun səfərinin uğursuz olacağı gözlənilir
Next: Vüsal Abdullayevin qanunsuz əməllərinə niyə göz yumulur?

OXŞAR MÖVZULAR

azenerqo

“Azərenerji”də 255 milyon manatlıq yoxlama – Satınalma pozuntuları aşkarlanıb

admin 21/04/2026
h-palata

Hesablama Palatası: Gəncədə 11 milyon manata yaxın artıq xərclər aşkarlanıb

admin 21/04/2026
fitch_ratings

“Fitch Ratings” İranda müharibənin Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatına təsirini qiymətləndirib

admin 21/04/2026

XƏBƏR LENTİ

  • “Azərenerji”də 255 milyon manatlıq yoxlama – Satınalma pozuntuları aşkarlanıb 21/04/2026
  • Hesablama Palatası: Gəncədə 11 milyon manata yaxın artıq xərclər aşkarlanıb 21/04/2026
  • Bəqai: İran Vaşinqtonun ziddiyyətli hərəkətlərinə görə ABŞ ilə danışıqlara getmir 21/04/2026
  • Kallas: Aİ Azərbaycanla əlaqələri genişləndirmək niyyətindədir 21/04/2026
  • “Fitch Ratings” İranda müharibənin Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatına təsirini qiymətləndirib 21/04/2026
  • “O şirkətlərin fəaliyyəti də yoxlanılsın…” – “Daha ciddi nöqsanlar aşkara çıxacaq” 21/04/2026
  • Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? – Aqrar sektordakı “məmursayağı” əngəllər 21/04/2026
  • Ötən ilin eyni dövrü ilə müqayisədə 60%-lik artım – Mənzillər niyə bahalaşır? 21/04/2026
  • “Bu halda çox milyonluq yeyintilərin qarşısını ala bilərik” – Əli Məsimli 21/04/2026
  • Azərbaycanda rəqabətli satınalmaların say üzrə xüsusi çəkisi 50 %-i keçib 21/04/2026
  • Süni intellektlə qanunsuz materialların hazırlanıb yayılmasına qadağalar qəbul edilib 21/04/2026
  • Hesablama Palatasının sədri: “Büdcə və satınalmalar üzrə pozuntuların nisbəti dəyişməyib” 21/04/2026
  • Hörmüz boğazı İranın “Axilles dabanı” imiş – İran anlaşmaya getməsə, Trampın hədələri gerçəyə çevriləcək 21/04/2026
  • Xaricdən kiloqramı 2 manata alınan balıq niyə 35 manata satılır? – VİDEO 21/04/2026
  • Bütün imtahanları bir platformada birləşdirən “AzSınaq” istifadəyə verilir – Azərbaycanda ilk 21/04/2026
  • Azərbaycan məktəblərinin bufetlərində QADAĞAN EDİLMİŞ məhsulların siyahısı açıqlanıb 21/04/2026
  • Lukaşenko müharibə istəmir, Rusiyadan uzaqlaşır – Qamaş 21/04/2026
  • “ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır – Anar Əliyev daha yaxşı bilər 21/04/2026
  • AİB Azərbaycanın iştirakı ilə dövlət satınamaları üzrə islahatlar layihəsini nəzərdən keçirir 21/04/2026
  • Orta Dəhlizin əhəmiyyəti getdikcə artır – Elçin Əmirbəyov 21/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.