Skip to content
22/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Dekabr
  • 3
  • Azərbaycanda uşaqların sosial şəbəkələrə giriş QADAĞA EDİLİR?

Azərbaycanda uşaqların sosial şəbəkələrə giriş QADAĞA EDİLİR?

admin 03/12/2025
sos-şebeke
Avstraliya hökuməti 16 yaşdan kiçik vətəndaşların sosial mediaya çıxışını məhdudlaşdıran qanunvericiliyi sərtləşdirərək siyahıya daha bir populyar platformanı – “Twitch”i daxil edib. Bu barədə məlumatı ölkənin ABC yayım şirkəti yayıb. Rəsmilər bildirirlər ki, addımın əsas məqsədi uşaqları sosial şəbəkələrin manipulyativ təsirlərindən, psixoloji risklərdən və yaşlarına uyğun olmayan real zamanlı məzmunlardan qorumaqdır.
Hazırda qadağa siyahısına “Facebook”, “Instagram”, “Threads”, “Snapchat”, “TikTok”, “X”, “YouTube”, “Reddit”, “Kick” və son olaraq “Twitch” daxil edilib. Avstraliya Rabitə Nazirliyinin nümayəndəsi Anika Uellsin sözlərinə görə, qanunvericilik dəyişiklikləri uşaqlara bu tip platformaların potensial zərərli təsirindən uzaq bir mühit təmin etməyi hədəfləyir.
Bu qərar “Twitch”in hansı xüsusiyyətlərinə görə riskli sayıldığı, platformanın uşaqlar üçün real təhlükə yaradan mexanizmlərinin nədən ibarət olduğu suallarını aktuallaşdırıb. Eyni zamanda, beynəlxalq təcrübənin fonunda belə bir addımın Azərbaycanda da tətbiq olunub-oluna bilməyəcəyi müzakirə mövzusuna çevrilib.
Azərbaycanda isə bir neçə gün əvvəl 13 yaşlı yeniyetmə qızın telefonunda tapılan “Mavi Balina” oyunundan sonra özünə qəsd etməsi şok yaradıb. Bu faciəli hadisə sual doğurur: bəs bu cür oyun və platformalar Azərbaycanda geniş yayılsa, valideyn nəzarəti və mövcud qanunvericilik yetərlidirmi?
Bakupost.az
Elvin Abbasov
Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İdarə Heyətinin sədri Elvin Abbasov mövzu ilə bağlı Musavat.com-a bunları deyib: “Avstraliya hökumətinin 16 yaşdan kiçik vətəndaşlar üçün “Twitch” də daxil olmaqla sosial media platformalarına çıxışı məhdudlaşdırması qərarı, rəqəmsal təhlükəsizlik və uşaq müdafiəsi baxımından düşünülmüş və faydalı addımdır. Bu qadağanın əsas səbəbi “Twitch”in real zamanlı yayım (Live Stream) formatından irəli gəlir; belə ki, platformada zorakılıq, qeyri-etik dil və ya qumar elementləri ehtiva edən yaşa uyğun olmayan məzmunun yayım anında süzgəcdən keçirilməsi son dərəcə mürəkkəbdir. Kütləvi maliyyələşdirmə (donatelər) mexanizmi uşaqlarda pul xərcləmə vərdişləri yaradır, real zamanlı çat (chat) isə kiber-təqib və yaşıd zorakılığı üçün əlverişli mühit formalaşdırır. Avstraliya bu qadağa ilə uşaqları bu cür manipulyasiya və təcavüz təsirindən azad etmək istəyir”.
Ekspert deyib ki, Azərbaycan kontekstində, Avstraliya modelinə bənzər bütün böyük platformaları əhatə edən kütləvi, yaşa görə tam qadağa qanunvericiliyinin qəbul edilməsi ehtimalı aşağıdır:”Lakin uşaq müdafiəsi məqsədilə rəqəmsal tənzimləmənin güclənməsi gözləniləndir. Ölkənin rəqəmsal strategiyası bu cür platformaların tam bloklanmasından daha çox, “Uşaqların zərərli məlumatlardan qorunması” haqqında qanun əsasında zərərli kontentə qarşı mübarizəni və kiber-təhlükəsizliyi gücləndirməyi hədəfləyir. Nəticə etibarı ilə, Azərbaycan daha çox valideyn nəzarəti proqramlarının təşviqinə, məlumat savadlılığının artırılmasına və zərərli kontentin fərdi bloklanmasına fokuslanacaq, çünki qlobal platformalara texniki yoxlama tələbi qoymaq həm çətindir, həm də ölkənin ümumi rəqəmsal inkişaf kursuna uyğun gəlmir”./bakupost.az
PAYLAŞIN:

Continue Reading

Previous: “İlin yarısını işləyib, yarısını iş axtaran insanlar necə olacaq?”
Next: Ticarət mərkəzləri, restoranlar niyə “dolub daşır”?

OXŞAR MÖVZULAR

CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Kallas: Aİ Azərbaycanla əlaqələri genişləndirmək niyyətindədir

admin 21/04/2026
əli mesim

“Bu halda çox milyonluq yeyintilərin qarşısını ala bilərik” – Əli Məsimli

admin 21/04/2026
elcin_emirbeyov

Orta Dəhlizin əhəmiyyəti getdikcə artır – Elçin Əmirbəyov

admin 21/04/2026

XƏBƏR LENTİ

  • Barat Yusubov həbs edilir – Milyonlar necə yeyilib? 22/04/2026
  • Niyazi Bayramova Gəncədə kimlər ortaqlıq edib – “Gəncə Körpü tikinti-2” ASC, “Rövşən Oğuz Qrup”, “Alians” və “Reyhan Müəssisəsi” 22/04/2026
  • Bakıda bəzi sənədsiz evlər sökülür: kompensasiya kimlərə veriləcək? 22/04/2026
  • Ali Məhkəmə: Xüsusi statusla mənzillə təminat yalnız bir dəfə mümkündür 22/04/2026
  • Qiymətlər “od tutub yanacaq” 22/04/2026
  • Keçid balları ilə bağlı abituriyentlərə şad xəbər 22/04/2026
  • Azərbaycanda nə qədər insan ünvanlı sosial yardım alır? – Nazir açıqladı 22/04/2026
  • Qalibaf yox dedi, Xamenei razılaşdı: Tehranda nə baş verir? – VİDEO 22/04/2026
  • ABŞ kəşfiyyatı: İran hərbi gücünün böyük hissəsini qoruya bilib 22/04/2026
  • “Azərenerji”də 255 milyon manatlıq yoxlama – Satınalma pozuntuları aşkarlanıb 21/04/2026
  • Hesablama Palatası: Gəncədə 11 milyon manata yaxın artıq xərclər aşkarlanıb 21/04/2026
  • Bəqai: İran Vaşinqtonun ziddiyyətli hərəkətlərinə görə ABŞ ilə danışıqlara getmir 21/04/2026
  • Kallas: Aİ Azərbaycanla əlaqələri genişləndirmək niyyətindədir 21/04/2026
  • “Fitch Ratings” İranda müharibənin Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatına təsirini qiymətləndirib 21/04/2026
  • “O şirkətlərin fəaliyyəti də yoxlanılsın…” – “Daha ciddi nöqsanlar aşkara çıxacaq” 21/04/2026
  • Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? – Aqrar sektordakı “məmursayağı” əngəllər 21/04/2026
  • Ötən ilin eyni dövrü ilə müqayisədə 60%-lik artım – Mənzillər niyə bahalaşır? 21/04/2026
  • “Bu halda çox milyonluq yeyintilərin qarşısını ala bilərik” – Əli Məsimli 21/04/2026
  • Azərbaycanda rəqabətli satınalmaların say üzrə xüsusi çəkisi 50 %-i keçib 21/04/2026
  • Süni intellektlə qanunsuz materialların hazırlanıb yayılmasına qadağalar qəbul edilib 21/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.