Skip to content
22/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Dekabr
  • 3
  • “İlin yarısını işləyib, yarısını iş axtaran insanlar necə olacaq?”

“İlin yarısını işləyib, yarısını iş axtaran insanlar necə olacaq?”

admin 03/12/2025
sığorta-t

 

“Azərbaycanda əhalinin azı 95 faizi icbari tibbi sığorta ilə tam əhatə olunacaq”.

Bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin dekabrın 2-də keçirilən plenar iclasında “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsində bildirib.

Nazirin sözlərinə görə, dəyişikliklər cəmiyyətə yanlış təqdim edilir: “Biz göstəririk ki, bəlli bir kateqoriya insanların hamısı – uşaqlar, pensiyaçılar, əlilliyi olan insanlar, əmək qabiliyyətsiz şəxslər, işsizlər dövlətin hesabına sığortalanacaq. Nəyə görə bu, tam əksinə qeyd olunur ki, işsizlər sığortalanmayacaq?”

Onun vurğulamasına görə, əlavə olaraq təqribən 2 milyon insan da muzdlu əmək müqaviləsi ilə çalışır, onların da sığortasını əmək müqaviləsinin şərtlərinə uyğun olaraq işçi və işəgötürən qarşılayır: “Yəni, minimum əhalinin 95 faizi sığorta zərfi ilə tam şəkildə əhatə olunacaq”.

İqtisadçı Rövşən Ağayev ”Facebook”da yazır ki, maliyyə nazirinin dediklərindən ölkədə təxminən 500 min nəfərin icbari tibbi sığortanı özü ödəməli olacağı məlum olur: “Nazirin dediyinə görə, 2026-cı ildə dövlət büdcəsindən ayrılacaq 900 milyon manat 7,3-7,5 milyon manat insanı əhatə edəcək. O bura kimləri daxil edir?

Pensiyaçılar. Hazırda ölkədə pensiyaçlların sayı 1,1 milyon nəfərdir. Əlilliyə görə pensiya alanları aşağıda ayrıca sayacağıq deyə bu kateqoriyadan kənar pensiya alanların sayını ayrıca götürək – təxminən 850 min nəfər. Bunun üzərinə pensiya hüququ olmadığı üçün ahıllıq müavinəti alan 150 min nəfərdən artıq şəxsi gəlsək, şərti olaraq pensiyaçı sayını 1 milyon nəfər götürmək mümkündür.

Əlilliyi olan şəxslər. Hazırda bu kateqoriyadan olan insanların sayı 500 min nəfərə yaxındır. Bura həm pensiya hüququ olan və pensiya alan, həm də pensiya hüququ olmadıqları üçün sosial müavinət alan şəxslər daxildir. Eyni zamanda, aşağıda uşaqların sayında təkrar hesablama olmasın deyə onu da qeyd edim ki, əlilliyə görə pensiya alan şəxslərin 42 min nəfəri 18 yaşadək uşaqlardır.

18 yaşadək uşaqlar. Fiziki məhdudiyyətli uşaqlar nəzərə alınmadan (yuxarıda sayıldığı üçün) 18 yaşadək uşaqların sayı təxminən 2,6 milyon nəfərdir.

İşsizlər. Rəsmi məlumata görə dövlət məşğulluq orqanlarında rəsmi qeydiyyatı olan işsizlərin sayı 220 min nəfərə yaxındır.

Dövlətdən müavinət alan yoxsul vətəndaşlar. Bu kateqoriyadan olan şəxslərin sayı 330 min nəfərə yaxındır”.

İqtisadçı bildirir ki, qeyd etdiyi əhali qrupları məhz bu gün nazirin sadaladığı kateqoriyalardır və rəsmi mənbələr onların sayının maksimum 4,7 milyon nəfər ola biləcəyini göstərir. Amma nazir 7.3-7,5 milyon nəfər olduqlarını deyir. “Hərçənd bu müzakirələrə son qoymaq üçün rəsmi qaydada dövlətin subsidiyalaşdıracağı əhali qrupları üzrə potensial say göstərilməklə siyahı açıqlamaq da mümkün idi”, – o əlavə edir.

İkincisi, nazir deyir ki, 2 milyon nəfər muzdlu əmək müqaviləsi əsasında çalışır. Halbuki rəsmi statistika onların sayının 1,8 milyon nəfərdən də az olduğunu göstərir: “Yerdə qalır sahibkarlıq subyektərinin sayı. Bu qrup say baxımından ən mübahisəli qrupdur. Çünki vergi orqanlarının da müntəzəm açıqlamalarından görünür ki, rəsmi qeydiyyatda olan biznes subyektlərinin daima ən yaxşı halda yarısı aktiv, yəni real fəaliyyəti olan sahibkarlar olur. Məsələn, hazırda 1,5 milyondan artıq subyektdən 800 mini aktiv hesab edilir. Aktiv olmayan, davamlı tibbi sığorta ödəməyənlər necə olacaq? Məsələn, bir fərdi sahibkar il ərzində sığorta ödəmir, amma vergiyə boş hesabat təqdim elədiyi üçün aktiv ödəyici sayılır? Bunları necə sayacaqlar?”

İqtisadçı sual edir: beləliklə, muzdlu işçilərin sayı və aktiv ödəyicilərlər dövlətin subsidiyalaşdıracağı əhali qrupları nəzərə alındıqda maksimum 7,3 milyon nəfər insandan söhbət gedirsə, o zaman 3 milyon nəfərə yaxın insan hansı qrupa aid olur?

“Azərbaycanda məşğulluq statistikası ən azı 2,5 milyon nəfər şəxsin qeyri-formal məşğul olduğunu aşkar göstərir. Bunu görmək çətin deyil ki? Üstəgəl, 2 milyon nəfər artıq qeyri-iqtisadi fəal içərisindəki 1 mln. nəfərə yaxın əmək qabiliyyətli yaşda işləmək qabiliyyəti olanların sayı da aydın görünən statistikadır. Təkcə bu 2 statistika 95 yox, hətta 80%-i belə imkansız edir. Nazir bir daha vurğulayıb ki, qeyri-rəsmi çalışanlardan sığorta haqqı alınacaq, ödənmədiyi halda 10% cərimə olunacaq.

Amma aydın olmur ki, təsadüfi gəlirləri olan, mövsümi və təsadüfi işlər səbəbindən davamlı iş olmayan, ilin yarısını işləyib, yarısını iş axtaran insanlar necə olacaq? Axı bu adamların hər ay gəliri yoxdur ki, hər ay sığorta ödəsin”. /azpolitika.info

PAYLAŞIN:

Continue Reading

Previous: Bakıda ötən ay yeni tikililərdə mənzillərin qiyməti necə dəyişib?
Next: Azərbaycanda uşaqların sosial şəbəkələrə giriş QADAĞA EDİLİR?

OXŞAR MÖVZULAR

ali-mehkeme

Ali Məhkəmə: Xüsusi statusla mənzillə təminat yalnız bir dəfə mümkündür

admin 22/04/2026
imtahan-yeni

Keçid balları ilə bağlı abituriyentlərə şad xəbər

admin 22/04/2026
manat_180215

Azərbaycanda nə qədər insan ünvanlı sosial yardım alır? – Nazir açıqladı

admin 22/04/2026

XƏBƏR LENTİ

  • Barat Yusubov həbs edilir – Milyonlar necə yeyilib? 22/04/2026
  • Niyazi Bayramova Gəncədə kimlər ortaqlıq edib – “Gəncə Körpü tikinti-2” ASC, “Rövşən Oğuz Qrup”, “Alians” və “Reyhan Müəssisəsi” 22/04/2026
  • Bakıda bəzi sənədsiz evlər sökülür: kompensasiya kimlərə veriləcək? 22/04/2026
  • Ali Məhkəmə: Xüsusi statusla mənzillə təminat yalnız bir dəfə mümkündür 22/04/2026
  • Qiymətlər “od tutub yanacaq” 22/04/2026
  • Keçid balları ilə bağlı abituriyentlərə şad xəbər 22/04/2026
  • Azərbaycanda nə qədər insan ünvanlı sosial yardım alır? – Nazir açıqladı 22/04/2026
  • Qalibaf yox dedi, Xamenei razılaşdı: Tehranda nə baş verir? – VİDEO 22/04/2026
  • ABŞ kəşfiyyatı: İran hərbi gücünün böyük hissəsini qoruya bilib 22/04/2026
  • “Azərenerji”də 255 milyon manatlıq yoxlama – Satınalma pozuntuları aşkarlanıb 21/04/2026
  • Hesablama Palatası: Gəncədə 11 milyon manata yaxın artıq xərclər aşkarlanıb 21/04/2026
  • Bəqai: İran Vaşinqtonun ziddiyyətli hərəkətlərinə görə ABŞ ilə danışıqlara getmir 21/04/2026
  • Kallas: Aİ Azərbaycanla əlaqələri genişləndirmək niyyətindədir 21/04/2026
  • “Fitch Ratings” İranda müharibənin Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatına təsirini qiymətləndirib 21/04/2026
  • “O şirkətlərin fəaliyyəti də yoxlanılsın…” – “Daha ciddi nöqsanlar aşkara çıxacaq” 21/04/2026
  • Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? – Aqrar sektordakı “məmursayağı” əngəllər 21/04/2026
  • Ötən ilin eyni dövrü ilə müqayisədə 60%-lik artım – Mənzillər niyə bahalaşır? 21/04/2026
  • “Bu halda çox milyonluq yeyintilərin qarşısını ala bilərik” – Əli Məsimli 21/04/2026
  • Azərbaycanda rəqabətli satınalmaların say üzrə xüsusi çəkisi 50 %-i keçib 21/04/2026
  • Süni intellektlə qanunsuz materialların hazırlanıb yayılmasına qadağalar qəbul edilib 21/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.