Skip to content
22/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Dekabr
  • 3
  • Beynəlxalq Əlillər Günündə “Expressbank”ın peşə bayramı təbriki? (SÖZARDI) – Bankların etik dilemmalarının sərhədi hara qədərdir?

Beynəlxalq Əlillər Günündə “Expressbank”ın peşə bayramı təbriki? (SÖZARDI) – Bankların etik dilemmalarının sərhədi hara qədərdir?

admin 03/12/2025
expressbank_office

 

Son illər bankların və müxtəlif kommersiya qurumlarının SMS marketinqi geniş vüsət alıb. Əslində bu, müştəriyə operativ informasiya çatdırmağın rahat üsuludur. Lakin bəzən belə mesajların məzmunu elə olur ki, cəmiyyətdə sual doğurur. Məsələn, bu gün – heç bir peşə bayramı ilə əlaqəsi olmayan 03.12.2025-ci il tarixində telefonuma göndərilən “Peshe bayraminiz mubarek! KOMISSIYASIZ Nagd kredit ve diger bankdaki kreditini bize getirmekle 3%-dek endirim seni gozleyir: 2-11 dekabr. Etrafli: filan linkdə” tipli mesajlar kimi…

3 dekabr tarixi bütün dünyada Beynəlxalq Əlillər Günü kimi qeyd olunur. Özlüyümdə düşündüm, bəlkə SMS yanlış gedib və əlilliyi olan hər hansı şəxsə yönəldilməli imiş. Amma tutaq ki, belə olardısa, axı bu peşə bayramı deyil, beynəlxalq gündür.
Bu cür günlərin xüsusilə qolobal səviyyədə qeyd olunması cəmiyyətdə bərabərlik və inklüzivlik dəyərlərinin möhkəmlənməsinə mənəvi stimul verir. Bu gün insanlara fiziki və sosial baryerlərin ayrı-seçkilikdən daha çox birgə məsuliyyət olduğunu xatırladır. Əlilliyi olan şəxslərlə empati qurmaq, onların gündəlik çətinliklərini anlamaq və dəstək olmaq sosial birlik hissini gücləndirir, cəmiyyət daxilində müsbət münasibət formalaşdığı üçün psixoloji rahatlıq, hörmət və qarşılıqlı anlayış artır.
Amma SMS-in məqsədi başqadır…

Bu cür təbriklərin əsas məqsədi təbrik etməkdən daha çox, diqqəti cəlb edib arxasınca reklam təklifi göndərməkdir. Bankın təklifi “komissiyasız kredit”, “güzəştlər”, “endirimlər” kimi cazibədar ifadələrlə davam edir. Amma burada bir məqam ortaya çıxır: etika harda bitir, marketinq harda başlayır?

Yəqin razılaşarsınız ki, konkret peşəyə aid olmayan, heç bir rəsmi və ya qeyri-rəsmi bayramla əlaqəsi olmayan günlərdə “peşə günü” adı ilə təbrik göndərmək düzgün yanaşma sayılmır. Çünki bu, həm müştəridə çaşqınlıq yaradır, həm də təbrik anlayışını reklam məqsədi ilə manipulyasiya edir. Peşə bayramları ölkədə müəyyən sahələrə hörmət və dəyəri ifadə edir. Onları kommersiya alətinə çevirmək isə bir çoxlarına görə peşə etikası ilə ziddiyyət təşkil edir.

Marketinq mütəxəssisləri isə məsələyə bir qədər fərqli yanaşır. Onların arqumentinə görə, bu cür təbriklər standart reklam mesajlarından daha emosionaldır və müştəri diqqətini daha yaxşı çəkir. Amma burada vacib hədd var: emosional müraciət həqiqəti əvəz etməməlidir. Yalan və ya uydurma məzmunlu SMS-lər marka etibarına uzunmüddətli zərbə vura bilər.

Qanunvericilik baxımından isə problem daha çox etik çərçivədədir. Reklam haqqında qanunlar yanlış məlumatın verilməsini qadağan etsə də, “peşə bayramınız mübarək” ifadəsinin hüquqi məsuliyyət yaratması çətindir. Lakin bank sektoru kimi yüksək etibar tələb edən bir sahədə belə yanaşma, heç şübhəsiz ki, ictimai gözləntilərlə uzlaşmır.

Məsələnin ən önəmli tərəfi isə müştərinin özünü dəyər verilən deyil, manipulyasiya edilən biri kimi hiss etməsidir. Cəmiyyətin banklardan gözləntisi sadədir: aydınlıq, şəffaflıq və dürüstlük. Həqiqətə uyğun olmayan bəhanələrlə kredit təklifi göndərmək isə bu prinsiplərlə üst-üstə düşmür.

Məsələ ilə bağlı “Ekspressbank”la əlaqə saxladıq. Bildirildi ki, “…hazırda 6 dekabr Rabitə İşçilərinin Peşə Bayramı münasibətilə kampaniya var və bu sahədə çalışanlara SMS göndərilib”.

Qəribədir. Amma mən rabitə işçisi deyiləm və mesajda rabitə peşəsi barədə heç nə qeyd olunmamışdı. Əcəba bu qeyri-müəyyən dara banka hansı resurslardan daxil olub?!

Nəticə olaraq, SMS marketinqi şirkətlər üçün güclü vasitə olsa da, onun məzmunu mütləq etik sərhədlər daxilində qalmalıdır. Təbrik mesajı – təbrik olmalıdır, reklam isə reklam. Bu iki xətti qarışdırmaq yalnız müvəqqəti diqqət qazandırır, amma uzunmüddətli etibar itkisinin qarşısını ala bilmir.

P.S. İndilərdə bir də araşdırdım, görəsən bu tarixdə başqa bir ölkədə hər hansı peşə bayramı qeyd olunur?! Sən demə, Kubada həkimlərin peşə bayramı imiş. Allahdan bütün dünyada əlilliyi olan şəxslərə və həkimlərə sağlıq və firavan həyat arzulayıram! Marketoloqlarımıza isə divergent təfəkkür və yaradıcı təxəyyül uğurları!

Elnur Ağayev

PAYLAŞIN:

Continue Reading

Previous: Putin 3 məsələdə “dirəşib” – “Rusiya Donetskin qalan ərazisini 1 ildən tez işğal edə bilməyəcək”
Next: “Azərbaycanda Kənd təsərrüfatını aqronom idarə etməlidir” – EKSPERT

OXŞAR MÖVZULAR

ali-mehkeme

Ali Məhkəmə: Xüsusi statusla mənzillə təminat yalnız bir dəfə mümkündür

admin 22/04/2026
imtahan-yeni

Keçid balları ilə bağlı abituriyentlərə şad xəbər

admin 22/04/2026
manat_180215

Azərbaycanda nə qədər insan ünvanlı sosial yardım alır? – Nazir açıqladı

admin 22/04/2026

XƏBƏR LENTİ

  • Barat Yusubov həbs edilir – Milyonlar necə yeyilib? 22/04/2026
  • Niyazi Bayramova Gəncədə kimlər ortaqlıq edib – “Gəncə Körpü tikinti-2” ASC, “Rövşən Oğuz Qrup”, “Alians” və “Reyhan Müəssisəsi” 22/04/2026
  • Bakıda bəzi sənədsiz evlər sökülür: kompensasiya kimlərə veriləcək? 22/04/2026
  • Ali Məhkəmə: Xüsusi statusla mənzillə təminat yalnız bir dəfə mümkündür 22/04/2026
  • Qiymətlər “od tutub yanacaq” 22/04/2026
  • Keçid balları ilə bağlı abituriyentlərə şad xəbər 22/04/2026
  • Azərbaycanda nə qədər insan ünvanlı sosial yardım alır? – Nazir açıqladı 22/04/2026
  • Qalibaf yox dedi, Xamenei razılaşdı: Tehranda nə baş verir? – VİDEO 22/04/2026
  • ABŞ kəşfiyyatı: İran hərbi gücünün böyük hissəsini qoruya bilib 22/04/2026
  • “Azərenerji”də 255 milyon manatlıq yoxlama – Satınalma pozuntuları aşkarlanıb 21/04/2026
  • Hesablama Palatası: Gəncədə 11 milyon manata yaxın artıq xərclər aşkarlanıb 21/04/2026
  • Bəqai: İran Vaşinqtonun ziddiyyətli hərəkətlərinə görə ABŞ ilə danışıqlara getmir 21/04/2026
  • Kallas: Aİ Azərbaycanla əlaqələri genişləndirmək niyyətindədir 21/04/2026
  • “Fitch Ratings” İranda müharibənin Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatına təsirini qiymətləndirib 21/04/2026
  • “O şirkətlərin fəaliyyəti də yoxlanılsın…” – “Daha ciddi nöqsanlar aşkara çıxacaq” 21/04/2026
  • Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? – Aqrar sektordakı “məmursayağı” əngəllər 21/04/2026
  • Ötən ilin eyni dövrü ilə müqayisədə 60%-lik artım – Mənzillər niyə bahalaşır? 21/04/2026
  • “Bu halda çox milyonluq yeyintilərin qarşısını ala bilərik” – Əli Məsimli 21/04/2026
  • Azərbaycanda rəqabətli satınalmaların say üzrə xüsusi çəkisi 50 %-i keçib 21/04/2026
  • Süni intellektlə qanunsuz materialların hazırlanıb yayılmasına qadağalar qəbul edilib 21/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.