Skip to content
22/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Dekabr
  • 3
  • “Azərbaycanda Kənd təsərrüfatını aqronom idarə etməlidir” – EKSPERT

“Azərbaycanda Kənd təsərrüfatını aqronom idarə etməlidir” – EKSPERT

admin 03/12/2025
kt-yeni

 

“Hollandiya 148,9 milyard dəyərində kənd təsərrüfatı məhsulları ixrac edir. Bu 2024-cü ilin statistikasıdır. Biz cəmi 1 milyard dollar dəyərində kənd təsərrüfatı məhsulları ixrac edirik, onlar yuvarlaq desək, 150 milyard dollar dəyərində məhsul ixrac edirlər. Yəni bizdən 150 dəfə çox”.

Bu barədə  kənd təsərrüfatı üzrə tanınmış ekspert Vahid Məhərrəmov deyib.

“Bu, əlbəttə, yalnız idarəetmə, aqrar siyasətin düzgün müəyyən edilməsi ilə bağlıdır. Biz bununla bağlı dəfələrlə yazmışıq və bu gün də mən yazmışam. Neçə ki, bu sahədə peşəkar yoxdur, idarə edən peşəkar deyil, dövlətin aqrar siyasətini dəqiq müəyyən etmək olmayacaq. Bu sahənin peşəkarları, ciddi mütəxəssisləri dövlətin aqrar siyasətini müəyyən etməlidir. Bir çoxları başa düşmür, hətta bəziləri yazır ki, nə fərqi var, kim idarə edir, amma peşəkar idarə etməlidir”,-deyə ekspert əlavə edib.

V.Məhərrəmov vurğulayıb ki, kənd təsərrüfatı olduqca mürəkkəb sahədir: “Kənd təsərrüfatının inkişafı bitkiçiliyin inkişafı ilə bağlıdır. Bitkiçilik inkişaf edəcəksə, həm heyvandarlıq inkişaf edəcək, həm də ümumi kənd təsərrüfatı inkişaf edəcək. Bitkiçiliyin inkişafı isə torpağın münbitləşdirilməsi ilə bağlıdır, torpaqda lazım olan elementlərin, suyun təminatı və peşəkar yanaşma ilə bağlıdır. Gərək, peşəkar olsun ki, nə etmək, nə vaxt etmək, necə etmək lazım olduğunu vaxtında bilsin. Nəyə görə, mən bunu aqrar siyasətlə bağlayıram? Ona görə ki, o peşəkar mütəxəssislər bu sahə ilə bağlı qanunun qəbul edilməsinə nail olacaqlar. Digər tərəfdən, hansı tədbirləri görmək və dövlətin, fermerin vəzifəsi nədən ibarət olmalıdır, yerli orqanlar hansı ki, hər hansı bir funksiyanı yerinə yetirirlər, onların vəzifəsi nədən ibarət olmalıdır? Bu, hamısı müəyyən edilməlidir. Dəqiq müəyyən edilməlidir ki, hərə öz işinin öhdəsindən gəlsin ki, nəticədə biz də Hollandiyada olduğu kimi, daha azsaylı işçi qüvvəsi ilə daha böyük həcmdə kənd təsərrüfatı məhsulu istehsal edə bilək”.

V.Məhərrəmov bildirib ki, Azərbaycanın potensialı resurs baxımından Hollandiyanın potensialından olduqca böyükdür: “Hollandiyanın torpaq, iqlim şəraiti bizim torpaq, iqlim şəraitimizlə müqayisə olunacaq deyil. Onlarda torpaq, əkin sahəsi iki dəfə azdır. Təsəvvür edin, onlar dənizi sıxışdırmaq hesabına əkin sahəsi artırırlar. Təsəvvür edin, dənizin altındakı torpağı necə yenidən bərpa etmək, münbitləşdirmək, necə elə bir hala gətirmək lazımdır ki, o torpaqda yüksək keyfiyyətli məhsul əldə etmək mümkün olsun. Böyük işlər görmək lazımdır. Bunun üçün də yalnız və yalnız peşəkar idarə etməlidir. Kənd təsərrüfatını Azərbaycanda aqronom idarə etməlidir. Bilirsiniz, burada hələ bu sistem qurulmayıb, oturuşmayıb. Kənd təsərrüfatı da sistemli idarəetməni tələb edir. Burada hamısı bir-birindən asılıdır, topaq, su, texnika və digər amillər burada əhəmiyyətli rol oynayır. Bunu təşkil edən də yalnız peşəkar, o sahəni dərindən bilən ola bilər. Yəni bununla bağlıdır”./hurriyyet.az

PAYLAŞIN:

Continue Reading

Previous: Beynəlxalq Əlillər Günündə “Expressbank”ın peşə bayramı təbriki? (SÖZARDI) – Bankların etik dilemmalarının sərhədi hara qədərdir?
Next: “Turistlərin axtardığı geniş əyləncə imkanları, ailəvi fəaliyyətlər və mövsümi rahatlıq baxımından Azərbaycan geri qalır” -İQTİSADÇI

OXŞAR MÖVZULAR

ali-mehkeme

Ali Məhkəmə: Xüsusi statusla mənzillə təminat yalnız bir dəfə mümkündür

admin 22/04/2026
imtahan-yeni

Keçid balları ilə bağlı abituriyentlərə şad xəbər

admin 22/04/2026
manat_180215

Azərbaycanda nə qədər insan ünvanlı sosial yardım alır? – Nazir açıqladı

admin 22/04/2026

XƏBƏR LENTİ

  • Barat Yusubov həbs edilir – Milyonlar necə yeyilib? 22/04/2026
  • Niyazi Bayramova Gəncədə kimlər ortaqlıq edib – “Gəncə Körpü tikinti-2” ASC, “Rövşən Oğuz Qrup”, “Alians” və “Reyhan Müəssisəsi” 22/04/2026
  • Bakıda bəzi sənədsiz evlər sökülür: kompensasiya kimlərə veriləcək? 22/04/2026
  • Ali Məhkəmə: Xüsusi statusla mənzillə təminat yalnız bir dəfə mümkündür 22/04/2026
  • Qiymətlər “od tutub yanacaq” 22/04/2026
  • Keçid balları ilə bağlı abituriyentlərə şad xəbər 22/04/2026
  • Azərbaycanda nə qədər insan ünvanlı sosial yardım alır? – Nazir açıqladı 22/04/2026
  • Qalibaf yox dedi, Xamenei razılaşdı: Tehranda nə baş verir? – VİDEO 22/04/2026
  • ABŞ kəşfiyyatı: İran hərbi gücünün böyük hissəsini qoruya bilib 22/04/2026
  • “Azərenerji”də 255 milyon manatlıq yoxlama – Satınalma pozuntuları aşkarlanıb 21/04/2026
  • Hesablama Palatası: Gəncədə 11 milyon manata yaxın artıq xərclər aşkarlanıb 21/04/2026
  • Bəqai: İran Vaşinqtonun ziddiyyətli hərəkətlərinə görə ABŞ ilə danışıqlara getmir 21/04/2026
  • Kallas: Aİ Azərbaycanla əlaqələri genişləndirmək niyyətindədir 21/04/2026
  • “Fitch Ratings” İranda müharibənin Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatına təsirini qiymətləndirib 21/04/2026
  • “O şirkətlərin fəaliyyəti də yoxlanılsın…” – “Daha ciddi nöqsanlar aşkara çıxacaq” 21/04/2026
  • Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? – Aqrar sektordakı “məmursayağı” əngəllər 21/04/2026
  • Ötən ilin eyni dövrü ilə müqayisədə 60%-lik artım – Mənzillər niyə bahalaşır? 21/04/2026
  • “Bu halda çox milyonluq yeyintilərin qarşısını ala bilərik” – Əli Məsimli 21/04/2026
  • Azərbaycanda rəqabətli satınalmaların say üzrə xüsusi çəkisi 50 %-i keçib 21/04/2026
  • Süni intellektlə qanunsuz materialların hazırlanıb yayılmasına qadağalar qəbul edilib 21/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.