Skip to content
22/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Dekabr
  • 3
  • Qlobal böhran gəlir: Azərbaycanı nə gözləyir?

Qlobal böhran gəlir: Azərbaycanı nə gözləyir?

admin 03/12/2025
baku--1

 

Dünyanı tezliklə qlobal iqtisadi böhran bürüyə bilər. 2027-ci ildə böhranın olacağı barədə məlumatlar Qərb nəşrlərində getdikcə daha intensiv yer alır. Səbəb kimi daha çox qlobal borc, süni intelekt şirkətlərinin şişirdilmiş balans dəyəri göstərilir. Belə ki, bu gün təxminən 60 ölkə həddindən artıq borc yükü zonasındadır. Və bir çox ekspertə görə, budəfəki proseslər ABŞ böhranını xatırladır. O zaman Meksika borcunu ödəməkdən imtina etdiyi üçün böhran baş vermişdi.

Məlumat üçün bildirək ki, qlobal borc rekord səviyyəyə çatıb. Dövlətlərin borcları 2024-cü ildə 102 trilyon ABŞ dolları olub. İnkişaf etməkdə olan ölkələrin dövlət borcu təxminən 31 trilyon ABŞ dolları təşkil edib. Bu dövlətlər bir il ərzində faiz şəklində 921 milyard dollar ödəyərək büdcəni yükləməklə paralel əsas dövlət xidmətlərini təxirə salıblar. Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) 2010-cu ildən bəri dərc etdiyi “Borc içində bir dünya” adlı yeni hesabatına görə, inkişaf etməkdə olan ölkələrin dövlət borcu inkişaf etmiş ölkələrə nisbətən iki dəfə sürətlə artıb. Bu gün 3,4 milyard insan faiz ödənişlərinin səhiyyə və ya təhsil xərclərini üstələdiyi dövlətlərdə yaşayır. Bir çox inkişaf etməkdə olan ölkənin borc yükü 60%-ə yaxınlaşıb. İnkişaf etmiş ölkələrdə isə bu göstərici pandemiyadan bəri 200%-i keçib.

2026-cı ildə Azərbaycanı nə gözləyir

2026-cı il üçün dövlət büdcəsinin gəlirlərinin 43 faizi və ya 16,4 milyard manatı neft-qaz sektorunun, 57 faizi və ya 22,2 milyard manatı qeyri-neft sektorunun payına düşür. Gələn il dövlət büdcəsində xam neftin bir barrelinin orta illik satış qiyməti 65 dollar səviyyəsində götürülüb. Yəni 2025-ci ilin dövlət büdcəsində xam neftin bir barreli üçün hesablanan məbləğdən 5 dollar aşağı.

Büdcəyə neft sektorundan daxilolmaların azaldılması qeyri-neft sektorunun inkişafı kimi dəyərləndirilsə də, son 10 ildə ilk dəfə Azərbaycanda dövlət büdcəsinin xərclərində cüzi artım proqnozlaşdırılıb. Belə ki, 2025-ci ilin proqnozu ilə müqayisədə 2026-cı ilin büdcəsinin gəlirləri 253 milyon manat çox olmaqla 38,6 milyard manat, xərcləri 296 milyon manat çox olmaqla 41,7 milyard manat nəzərdə tutulub. Azərbaycanda isə dövlət xərcləri artmayanda iqtisadi artım baş vermir. Bu baxımdan 2026-cı il Azərbaycan iqtisadiyyatı üçün çətin il kimi dəyərləndirilir.

Məsələnin başqa tərəfi ABŞ-nin neftin qiymətini ucuzlaşdırmaq planının baş tutacağı halda ölkədə devalvasiya riskidir. Ekspertlər hesab edir ki, Mərkəzi Bank valyuta rezervləri sayəsində manatın məzənnəsini bir il qoruyub saxlaya biləcək.

Xatırladaq ki, 2026-cı ildə ölkədə iqtisadi artım 2,9 faiz, orta illik inflyasiya səviyyəsi 4,8 faiz proqnozlaşdırılır. Neft-qaz sektoru üzrə ÜDM-in real ifadədə 2,4 faiz azalacağı, qeyri-neft ÜDM-in 5 faiz artacağı gözlənilir./axar.az

PAYLAŞIN:

Continue Reading

Previous: Sertifikatı ləvğ edilmiş Seymur Məmmədov qanunsuz əməllərini davam etdirir – Bu qanunsuz hərəkət kimlərin marağına xidmət edir?
Next: “Uitkoff Rusiyanın maraqlarını irəli sürür” – Məşhur ABŞ diplomatı Trampın elçisini sərt tənqid etdi

OXŞAR MÖVZULAR

ali-mehkeme

Ali Məhkəmə: Xüsusi statusla mənzillə təminat yalnız bir dəfə mümkündür

admin 22/04/2026
imtahan-yeni

Keçid balları ilə bağlı abituriyentlərə şad xəbər

admin 22/04/2026
manat_180215

Azərbaycanda nə qədər insan ünvanlı sosial yardım alır? – Nazir açıqladı

admin 22/04/2026

XƏBƏR LENTİ

  • Barat Yusubov həbs edilir – Milyonlar necə yeyilib? 22/04/2026
  • Niyazi Bayramova Gəncədə kimlər ortaqlıq edib – “Gəncə Körpü tikinti-2” ASC, “Rövşən Oğuz Qrup”, “Alians” və “Reyhan Müəssisəsi” 22/04/2026
  • Bakıda bəzi sənədsiz evlər sökülür: kompensasiya kimlərə veriləcək? 22/04/2026
  • Ali Məhkəmə: Xüsusi statusla mənzillə təminat yalnız bir dəfə mümkündür 22/04/2026
  • Qiymətlər “od tutub yanacaq” 22/04/2026
  • Keçid balları ilə bağlı abituriyentlərə şad xəbər 22/04/2026
  • Azərbaycanda nə qədər insan ünvanlı sosial yardım alır? – Nazir açıqladı 22/04/2026
  • Qalibaf yox dedi, Xamenei razılaşdı: Tehranda nə baş verir? – VİDEO 22/04/2026
  • ABŞ kəşfiyyatı: İran hərbi gücünün böyük hissəsini qoruya bilib 22/04/2026
  • “Azərenerji”də 255 milyon manatlıq yoxlama – Satınalma pozuntuları aşkarlanıb 21/04/2026
  • Hesablama Palatası: Gəncədə 11 milyon manata yaxın artıq xərclər aşkarlanıb 21/04/2026
  • Bəqai: İran Vaşinqtonun ziddiyyətli hərəkətlərinə görə ABŞ ilə danışıqlara getmir 21/04/2026
  • Kallas: Aİ Azərbaycanla əlaqələri genişləndirmək niyyətindədir 21/04/2026
  • “Fitch Ratings” İranda müharibənin Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatına təsirini qiymətləndirib 21/04/2026
  • “O şirkətlərin fəaliyyəti də yoxlanılsın…” – “Daha ciddi nöqsanlar aşkara çıxacaq” 21/04/2026
  • Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? – Aqrar sektordakı “məmursayağı” əngəllər 21/04/2026
  • Ötən ilin eyni dövrü ilə müqayisədə 60%-lik artım – Mənzillər niyə bahalaşır? 21/04/2026
  • “Bu halda çox milyonluq yeyintilərin qarşısını ala bilərik” – Əli Məsimli 21/04/2026
  • Azərbaycanda rəqabətli satınalmaların say üzrə xüsusi çəkisi 50 %-i keçib 21/04/2026
  • Süni intellektlə qanunsuz materialların hazırlanıb yayılmasına qadağalar qəbul edilib 21/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.