Bu gün UEFA Çempionlar Liqasında yarımfinalın digər iki iştirakçısı müəyyənləşib.
Buna 1/4 final mərhələsinin növbəti cavab qarşılşamalarından sonra aydınlıq gəlib.
“Arsenal” İngiltərədə “Sportinq” komandası ilə qarşılaşıb və oyunda qapılardan top keçməyib. Lissabondakı birinci oyunda London klubu vurduğu 1 qol hesabına yarımfinala adlayıb.
Real Madrid” ilk oyunda doğma meydanda “Bayvariya” üzərində qələbə qazana bilməsə də, cavab görüşündə Almaniyada çətin sınaqla üzləşib. Münhendə keçirilən matç 4:3 hesabı ilə meydan sahiblərinin xeyrinə yekunlaşıb. Madrid təmsilçisinin heyətində türk futbolçu Arda Güler iki dəfə fərqlənsə də, bu kifayət etməyib və ümumi nəticəyə görə Almaniya klubu yarımfinala yüksəlib.
Bununla da “Bavariya” və “Arsenal” yarımfinala vəsiqə qazanıb.
UEFA Çempionlar Liqası
1/4 final mərhələsi, cavab oyunları
“Arsenal” (İngiltərə) – “Sportinq” (Portuqaliya) 0:0
İlk oyun – 1:0
“Bavariya” (Almaniya) – “Real” (İspaniya) 4:3
İlk oyun – 2:1
Qeyd edək ki, artıq “Atletiko” (Madrid) və PSJ (Fransa) komandaları yarımfinala vəsiqəni təmin ediblər.
