Skip to content
22/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Dekabr
  • 4
  • Kənd Təsərrüfatı Nazirliyində süni intellektə QADAĞA: Prezidentin “gələcəkdir” dediyinə nazirlik “bizə gəlmə” deyir?

Kənd Təsərrüfatı Nazirliyində süni intellektə QADAĞA: Prezidentin “gələcəkdir” dediyinə nazirlik “bizə gəlmə” deyir?

admin 04/12/2025
kt-yeni

 

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyində (KTN) süni intellekt (AI) platformalarından istifadə daxili əmr əsasında qadağan edilib.

Daxil olan məlumata görə, aparat rəhbəri Azad Cəfərli tərəfindən imzalanan daxili əmrlə nazirliyin və bütün tabeli qurumların kompüterlərindən süni intellekt əsaslı servislərə çıxış texniki olaraq bloklanıb. Sənəddə bu addım “informasiya təhlükəsizliyi” və “məxfi məlumatların qorunması” ilə əsaslandırılıb. Hətta nazirliyin internetinə qoşulan mobil telefonlarda da süni intellekt istifadəsi məhdudlaşdırılıb.

Açığı, digər daha strateji nazirlik və qurumlarda belə qərarın olmaması, ən başlıcası Prezident İlham Əliyevin beynəlxalq səhnədə tam əks istiqamətdə danışması fonunda bu qərara necə gəldikləri sual doğurur. Çünki Prezident çıxışlarında süni intellekti “ölkələrin gələcək inkişafının ayrılmaz hissəsi” adlandırır, Azərbaycanın da bu yarışda geridə qalmamalı olduğunu vurğulayır. Yəni yuxarıdan verilən siyasi mesaj aydındır: süni intellektə açılmaq, ona sərmayə yatırmaq, idarəetməyə və iqtisadiyyata inteqrasiya etmək lazımdır.

Bir tərəfdə Prezident ABŞ-dakı görüşləri başda olmaqla beynəlxalq tədbirlərdə süni intellekt barədə danışır, “gələcək budur” deyir, digər tərəfdə isə Prezident Administrasiyasından bir neçə kilometr aralıda yerləşən bir nazirlik öz kiçik bürokratik dünyasında həmin gələcəyə “gəlmə” deyib qapı bağlayır. Bu, təkcə texniki qərar deyil, siyasi xəttə açıq-aşkar daban-dabana zidd olan davranışdır.

Sanki ölkə iki paralel reallıqda yaşayır: Bir reallıqda Azərbaycan innovasiya ölkəsidir, süni intellekt strategiyası, rəqəmsal dönüş, ağıllı kəndlər, ağıllı şəhərlər, “high-tech nation” obrazı var. O biri reallıqda isə əməkdaşa deyilir: “Nə olar, nə olmaz, sən yenə ChatGPT açma”. Elə bil süni intellekt kompüterə virus salacaq, amma köhnəlmiş idarəetmə üslubu, kağızda qalan islahatlar heç bir təhlükə törətmir.

Ən ironik məqam odur ki, süni intellektdən ən çox fayda görə biləcək sahələrdən biri məhz kənd təsərrüfatıdır: məhsuldarlığın proqnozu, əkin sahələrinin optimallaşdırılması, suvarma sistemlərinin planlanması, xəstəliklərin diaqnostikası – hamısı AI ilə daha dəqiq və daha ucuz başa gələ bilər. Amma biz nə edirik? Gələcəyin alətini kənddən uzaqlaşdırıb, kağız arxivlərinin arasında “təhlükəsizlik” axtarırıq.

Əgər Prezident səviyyəsində açıq şəkildə “süni intellekt bizim gələcəyimizdir” deyilibsə, hansı məntiq, hansı cəsarət, yaxud hansı qorxu ilə bir nazirlik bu gələcəyin qarşısına qadağa şlaqbaumu qoyur? Bu, sadəcə texniki ehtiyatlılıq yox, siyasi kursa qarşı səssiz müqavimət təsiri bağışlamırmı?

Nəticə etibarilə ortaya belə bir mənzərə çıxır: Prezident süni intellekti ölkənin strateji gələcəyi kimi təqdim edir, Kənd Təsərrüfatı Nazirliyi isə həmin gələcəyi öz işçilərinin monitorundan silir. Yəqin ki, Nazirlik bu ziddiyyətə aydınlıq gətirəcək…/yenicag.az

PAYLAŞIN:

Continue Reading

Previous: “Sadə vətəndaşın şansı yoxdur!”: MİDA-nın lotereya sistemindəki “GÖRÜNMƏZ ƏLLƏR” – VİDEO
Next: Satınalma qanunları Xətai Gigiyena və Epidimiologiya Mərkəzində də işləmirmiş

OXŞAR MÖVZULAR

azenerqo

“Azərenerji”də 255 milyon manatlıq yoxlama – Satınalma pozuntuları aşkarlanıb

admin 21/04/2026
h-palata

Hesablama Palatası: Gəncədə 11 milyon manata yaxın artıq xərclər aşkarlanıb

admin 21/04/2026
fitch_ratings

“Fitch Ratings” İranda müharibənin Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatına təsirini qiymətləndirib

admin 21/04/2026

XƏBƏR LENTİ

  • “Azərenerji”də 255 milyon manatlıq yoxlama – Satınalma pozuntuları aşkarlanıb 21/04/2026
  • Hesablama Palatası: Gəncədə 11 milyon manata yaxın artıq xərclər aşkarlanıb 21/04/2026
  • Bəqai: İran Vaşinqtonun ziddiyyətli hərəkətlərinə görə ABŞ ilə danışıqlara getmir 21/04/2026
  • Kallas: Aİ Azərbaycanla əlaqələri genişləndirmək niyyətindədir 21/04/2026
  • “Fitch Ratings” İranda müharibənin Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatına təsirini qiymətləndirib 21/04/2026
  • “O şirkətlərin fəaliyyəti də yoxlanılsın…” – “Daha ciddi nöqsanlar aşkara çıxacaq” 21/04/2026
  • Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? – Aqrar sektordakı “məmursayağı” əngəllər 21/04/2026
  • Ötən ilin eyni dövrü ilə müqayisədə 60%-lik artım – Mənzillər niyə bahalaşır? 21/04/2026
  • “Bu halda çox milyonluq yeyintilərin qarşısını ala bilərik” – Əli Məsimli 21/04/2026
  • Azərbaycanda rəqabətli satınalmaların say üzrə xüsusi çəkisi 50 %-i keçib 21/04/2026
  • Süni intellektlə qanunsuz materialların hazırlanıb yayılmasına qadağalar qəbul edilib 21/04/2026
  • Hesablama Palatasının sədri: “Büdcə və satınalmalar üzrə pozuntuların nisbəti dəyişməyib” 21/04/2026
  • Hörmüz boğazı İranın “Axilles dabanı” imiş – İran anlaşmaya getməsə, Trampın hədələri gerçəyə çevriləcək 21/04/2026
  • Xaricdən kiloqramı 2 manata alınan balıq niyə 35 manata satılır? – VİDEO 21/04/2026
  • Bütün imtahanları bir platformada birləşdirən “AzSınaq” istifadəyə verilir – Azərbaycanda ilk 21/04/2026
  • Azərbaycan məktəblərinin bufetlərində QADAĞAN EDİLMİŞ məhsulların siyahısı açıqlanıb 21/04/2026
  • Lukaşenko müharibə istəmir, Rusiyadan uzaqlaşır – Qamaş 21/04/2026
  • “ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır – Anar Əliyev daha yaxşı bilər 21/04/2026
  • AİB Azərbaycanın iştirakı ilə dövlət satınamaları üzrə islahatlar layihəsini nəzərdən keçirir 21/04/2026
  • Orta Dəhlizin əhəmiyyəti getdikcə artır – Elçin Əmirbəyov 21/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.