Skip to content
24/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Dekabr
  • 8
  • ABŞ Donbas məsələsinin həlli üçün yeni idealar axtarır – Zelenskidən açıqlamalar

ABŞ Donbas məsələsinin həlli üçün yeni idealar axtarır – Zelenskidən açıqlamalar

admin 08/12/2025
zelen-teze

 

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşnerlə telefon danışığı aparıb.

Zelenskinin sözlərinə görə, danışıqlar “predmetli və konstruktiv” xarakter daşıyıb və əsas diqqət “qansızmanın dayandırılması”, Rusiyanın üçüncü dəfə genişmiqyaslı hücum ehtimalının aradan qaldırılması və Moskvanın öz öhdəliklərinə əməl etməyəcəyi risklərinin azaldılmasına yönəlib. Danışıqlarda Ukrayna Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov və Baş Qərargah rəisi Andrey Qnatov da iştirak edib. Onlar hazırda ABŞ-də səfərdədirlər.

“Axios” nəşrinin mənbələrinə görə, iki saat davam edən söhbətdə əsasən təhlükəsizlik təminatları və ərazi məsələləri müzakirə edilib. Mənbə bildirir ki, “ərazi məsələləri üzrə dialoq çətin keçib, çünki Rusiya hələ də Ukraynanın Donbasda nəzarət etdiyi ərazilərdən çıxmasını tələb edir”. ABŞ isə bu məsələnin həlli üçün yeni ideyalar axtarır.

Bununla belə, təhlükəsizlik təminatları üzrə tərəflər müəyyən irəliləyiş əldə edib və mövqelər bir qədər yaxınlaşıb. Mənbə deyib ki, Uitkoff və Kuşner hər iki tərəfin mövqelərini toplamaqla yanaşı, həm Putinə, həm də Zelenskiyə lazımi kompromislərə getmək üçün təzyiq göstəriblər.

ABŞ Prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kellog isə şənbə günü bildirib ki, müharibənin dayandırılması ilə bağlı razılaşma həqiqətən də çox yaxındır. Onun sözlərinə görə, proses Donbasın gələcəyi və Zaporojye AES-in statusu ilə bağlı iki əsas məsələnin həllindən asılıdır: “Düşünürəm ki, bu iki məsələ həll olunsa, qalan hissə də öz-özünə yoluna düşəcək”.

Kellog əlavə edib ki, prosesin son 10 metri ən çətin hissədir.

Vladimir Putin də Kremlin görüşündən sonra bildirib ki, Rusiya ABŞ-nin irəli sürdüyü 28 bəndlik ilkin təklifin bir sıra hissələri ilə razılaşmayıb. ABŞ sonradan bu planı dörd ayrıca “paketə” bölməyi təklif edib.

Daha əvvəl Cenevrədə Avropa İttifaqı nümayəndələrinin iştirakı ilə aparılan danışıqlardan sonra təklifdəki bəndlərin sayının 28-dən 19-a endirildiyi bildirilmişdi.

Bu sənədlər rəsmi şəkildə dərc olunmasa da, 28 bəndlik plan mətbuata sızmış və Ağ Ev onun orijinallığını təkzib etməmişdi. Ukrayna və Avropa İttifaqının bəzi nümayəndələri planın bir sıra maddələrinin Rusiyanın xeyrinə olduğunu bildirsələr də, Kiyev bu planı danışıqlar üçün əsas kimi qəbul etməyə razılıq verib. /azpolitika.info

PAYLAŞIN:

Continue Reading

Previous: Keçmiş məcburi köçkünlərə verilən müavinat dayandırılacaq – Bu tarixdən
Next: Tramp “məyusdur”… – Yenə Zelenskini günahkar çıxarır, Putini isə…

OXŞAR MÖVZULAR

tramp-barmaq

Tramp İrana qarşı nüvə silahından istifadədən və Hörmüz boğazından danışıb

admin 24/04/2026
trp-iir

Trampın 1 həftə vaxtı qalır – Müharibə ilə bağlı qəti qərara gəlməlidir

admin 23/04/2026
abş-iran5

İrana qarşı əməliyyatlar bərpa edilsə Tehran hansı addımları atacaq? – QORXUNC SSENARİ

admin 23/04/2026

XƏBƏR LENTİ

  • Gənclər və İdman Nazirliyində aşkarlanan pozuntuların başında duran “Modern Construction” kimə məxsusdur 24/04/2026
  • Dövlət Xidmətinin 8 vəzifəli şəxsi həbs edilib 24/04/2026
  • “Avromed” hemofiliyalı xəstələri dövlətlə üz-üzə qoyub: 17 milyonluq tenderin izi ilə 24/04/2026
  • Diyetoloqdan xəbərdarlıq: “Reklamlara aldanmayın” – Arıqladıcı içkilərin gerçək üzü ortaya çıxdı 24/04/2026
  • Azərbaycana məxsus 5 gəmi Avropa İttifaqının sanksiya siyahısından çıxarılıb 24/04/2026
  • Sərvət bumu: Beş il ərzində milyarderlərin sayı kəskin artacaq 24/04/2026
  • Tramp İrana qarşı nüvə silahından istifadədən və Hörmüz boğazından danışıb 24/04/2026
  • Azərbaycanda toylarla bağlı qadağalar gəlir? 23/04/2026
  • İqtisadiyyat daralır, milyarderlər çoxalır – Sayları və sərvətləri tarixi rekord vurdu + ADLAR 23/04/2026
  • Azərbaycan və ABŞ “Tramp Marşrutu” üzrə danışıqlara başlayıb 23/04/2026
  • Dövlət Xidmətinin dörd vəzifəli şəxsi həbs edildi 23/04/2026
  • Region göstəriciləri reallığı əks etdirirmi? – İqtisadçı deputatın çıxışını şərh etdi 23/04/2026
  • Trampın 1 həftə vaxtı qalır – Müharibə ilə bağlı qəti qərara gəlməlidir 23/04/2026
  • İrana qarşı əməliyyatlar bərpa edilsə Tehran hansı addımları atacaq? – QORXUNC SSENARİ 23/04/2026
  • Martın 15-i keçirilmiş buraxılış imtahanında 9 nəfər maksimal nəticə göstərib 23/04/2026
  • Azərbaycanda dövlət əmlakının uçotunda ciddi nöqsanlar aşkarlanıb 23/04/2026
  • Adil Kərimlinin iştirakı ilə sənət tənqidi barədə ictimai müzakirə keçirilib 23/04/2026
  • Azərbaycanda pul xərcləyən turistlər hara yoxa çıxıb? – Xaricə səfər ikiqat bahalaşıb 23/04/2026
  • Revanşist ritorika və geosiyasi reallıqlar: Qars müqaviləsi yenilənə bilərmi? 23/04/2026
  • Banklar kredit şərtlərini hansı hallarda yumşalda bilərlər? – Ekspertdən AÇIQLAMA 23/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

adil-ker-mli

Adil Kərimlinin iştirakı ilə sənət tənqidi barədə ictimai müzakirə keçirilib

admin 23/04/2026
rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.