Skip to content
30/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Dekabr
  • 8
  • Azərbaycan avtomobil idxalını artırıb: Bəs ehtiyat hissələr bazarında vəziyyət necədir?

Azərbaycan avtomobil idxalını artırıb: Bəs ehtiyat hissələr bazarında vəziyyət necədir?

admin 08/12/2025
elektro-avto

 

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 2 169 147 000.43 ABŞ dolları dəyərində nəqliyyat vasitələri və onların hissələrini idxal edib. Bu, ötən ilin 9 ayı ilə müqayisədə 478 689 000 ABŞ dolları və yaxud 28.32 % çoxdur. Doqquz ay ərzində avtomobil və onların hissələrinin idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 12.94%-ni təşkil edib.

Mövzu ilə bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim edirik:

Azərbaycan avtomobil idxalını artırıb: Bəs ehtiyat hissələr bazarında vəziyyət necədir?

Son vaxtlar avtomobil parkında Çin avtomobillərinin xüsusi çəkisi sürətlə artır. Lakin insanlarda narahatlıq var ki, Çin maşınlarının ehtiyat hissələrinin tapılmasında problemlər yaşana bilər. Əvvəlki dövrlərdə biz sosial şəbəkələrdə bununla bağlı şikayətlər də müşahidə etmişik. Bəs indi bu sahədə vəziyyət necədir?

Azərbaycan avtomobil idxalını artırıb: Bəs ehtiyat hissələr bazarında vəziyyət necədir?

“Bəzi Çin avtomobillərinin ehtiyat hissələrini tapmaq çətindir”

Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının İdarə Heyətinin sədri Eyyub Əliyevin sözlərinə görə, ölkəmizdə Çin avtomobillərinin sayı artdıqca, ehtiyat hissələri çatışmazlığı problemi də yaranmağa başladı: “Ekoloji və təmiz nəqliyyat vasitələrinə edilən güzəştlərdən sonra Çin avtomobilləri, xüsusilə elektrik və hibrid modellərin sayında kifayət qədər artım müşahidə olundu. Bu da avtoparkımızın yenilənməsinə gətirib çıxardı. Lakin vacib məsələlərdən biri ehtiyat hissələri problemi idi. Təəssüf doğuran məqamlardan biri ondan ibarət idi ki, rəsmi diler olmayan, yəni fərdi şəxslər tərəfindən gətirilən bəzi Çin avtomobillərinin ehtiyat hissələrini tapmaq çətindir”.

Azərbaycan avtomobil idxalını artırıb: Bəs ehtiyat hissələr bazarında vəziyyət necədir?

E.Əliyev bildirib ki, fərdi şəxslər bu problemi aradan qaldırmaq üçün ehtiyat hissələri də idxal edirlər: “Rəsmi distribütorların salonlarında satılan avtomobillərin ehtiyat hissələri həmin şirkətlərin servis mərkəzlərində mövcuddur. Bundan əlavə, paralel idxalın və ölkəmizə gətirilən avtomobillərin sayının çoxalmasını nəzərə alaraq, kənar şəxslər tərəfindən də ehtiyat hissələri idxal edilir. Məsələn, müxtəlif şəbəkə mağazaları və ya fərdi sahibkarlar Çin avtomobillərinin ehtiyat hissələrini ölkəyə gətirirlər. Necə ki, əvvəllər digər avtomobillər üçün də rəsmi servisdən kənar ehtiyat hissələri gətirilirdi. Sözsüz ki, bu ehtiyat hissələri orijinal olmur. Lakin avtomobili zəmanətsiz alan şəxslər çarəsiz qalaraq həmin hissələrdən istifadə edirlər”.

Azərbaycan avtomobil idxalını artırıb: Bəs ehtiyat hissələr bazarında vəziyyət necədir?

“Rəsmi servis mərkəzlərindən asanlıqla tapılır”

Sədrin fikrincə, hazırda əksər ehtiyat hissələrini rəsmi servis mərkəzlərindən asanlıqla tapmaq mümkündür: “İki il öncəyə qədər bəzi avtomobillərin ehtiyat hissələrinin tapılmasında müəyyən çətinliklər var idi. Lakin hazırda rəsmi distribütorlarda bu vəziyyət xeyli yaxşılaşıb. Əlbəttə, bütün markaların ehtiyat hissələri mövcud deyil. Amma 80-90 faiz ehtiyat hissələri rəsmi servis mağazalarının anbarlarında olur. Rəsmi xətlə gətirilən avtomobillərin ehtiyat hissələrini rahatlıqla tapmaq mümkündür. Həm rəsmi servis xidmətləri, həm də kənar şəxslər tərəfindən ehtiyat hissələrinin gətirilməsi nəticəsində demək olar ki, Çin avtomobillərində ehtiyat hissələri problemi aradan qalxmaqdadır. Hətta rəsmi servis mərkəzlərindən kənar böyük servis mərkəzləri də yaranıb ki, onlar Çin avtomobillərinə texniki xidmət göstərirlər. Çin avtomobilləri bazarda artan tələblə əlaqədar hərəkətliliyin əsas iştirakçısına çevrilməkdədir”.

“Tələb artdıqca, ehtiyat hissələri də təmin olunur”

Elektromobil bloqeri İlkin Mustafayev də düşünür ki, avtomobillərə tələbat artdıqca, bu problem həll edilir: “Hazırda ehtiyat hissələri ilə bağlı ciddi problem yaşanılmır. Bir müddət Çindən idxal edilən avtomobillərdə müəyyən problemlər yaşanılsa da, artıq bu avtomobillərin kütləviliyi səbəbindən sahibkarlar və servis məntəqələri hissələrin təmini və idxalı məsələsini aktuallaşdırır. ⁠Çindən idxal edilən avtomobillər üçün də ehtiyat hissələri artıq normaya düşür. Təbii ki, hələ də hissələri tapılmayan və ya idxalını 2-3 ay gözləməli olan modellər var. Çin markalı avtomobillərdə qısa müddətdə dizayn və digər köklü dəyişiklik edildiyi üçün bəzən bu problem daha aktual olur”.

Azərbaycan avtomobil idxalını artırıb: Bəs ehtiyat hissələr bazarında vəziyyət necədir?

İ.Mustafayevin sözlərinə görə, əvvəlki illərlə müqayisədə ehtiyat hissələri bazarında Çin maşınları üzrə canlanma olduğu ortadadır: “⁠Avtomobillərin sayının artması hətta digər markalara – Avropa, ABŞ və ya Koreya markalarına xidmət göstərən servislərin artıq Çin maşınlarına da xidmət göstərməyə başlamasına gətirib çıxara bilir. Ötən illə müqayisə etsək, bu bazar artıq dolmağa başlayıb. Çünki Çin maşınları nə qədər çoxalsa, onların ehtiyat hissələrinə tələbat da bir o qədər artır. Servislər və ehtiyat hissələri idxal edən sahibkarlar da bu tələbatı nəzərə alaraq, detalların idxalını həyata keçirirlər”.

PAYLAŞIN:

Continue Reading

Previous: ABŞ Putini cəzalandıracaq sistem yaratmışdı
Next: Yeni binalarda çıxarış problemi – Məsələ öz həllini necə tapacaq?

OXŞAR MÖVZULAR

hesablama palata

Hesablama Palatası satınalma müqavilələrində dəyişiklik qaydalarının sərtləşdirilməsini təklif edir

admin 29/04/2026
uşaqpulu-1

Azərbaycan üçün yeni uşaqpulu modeli – Ayda 100 manat…

admin 29/04/2026
gömrük-kom

Gömrük Komitəsi ölkədən çıxışa “stop” qoya biləcək? – “Komitənin səlahiyyətlərini kəskin artıran yeni qərarlar gəlir”

admin 29/04/2026

XƏBƏR LENTİ

  • 50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi.. 29/04/2026
  • İranda nizam dəyişdi – “Ali Rəhbər” erası bitdi 29/04/2026
  • Hesablama Palatası satınalma müqavilələrində dəyişiklik qaydalarının sərtləşdirilməsini təklif edir 29/04/2026
  • Azərbaycan və Ermənistan delimitasiya üzrə təlimat layihələrini razılaşdırıb 29/04/2026
  • Qalibaf: Tramp daxili ixtilaf və dəniz blokadası ilə İranın təslim olmasını istəyir 29/04/2026
  • Son bir ildə püstə qiymətləri təxminən 35 faiz yüksəlib – Səbəb 29/04/2026
  • Azərbaycan üçün yeni uşaqpulu modeli – Ayda 100 manat… 29/04/2026
  • Gömrük Komitəsi ölkədən çıxışa “stop” qoya biləcək? – “Komitənin səlahiyyətlərini kəskin artıran yeni qərarlar gəlir” 29/04/2026
  • Keyfiyyətsiz beton və qanunsuz tikililər: Azərbaycanda binaların etibarlılığı necə yoxlanılır? 29/04/2026
  • Dünya azərbaycanlıları Nyu-York merinə müraciət ediblər 29/04/2026
  • Azərbaycanda əməkhaqqı sistemi və əmək qanunvericiliyi üzrə yeni islahatlar planlaşdırılır 29/04/2026
  • Köçəryan müharibəyə səbəb olacaq iddia irəli sürdü 29/04/2026
  • Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq 29/04/2026
  • Səbail və Badamdar Bələdiyyələrinin təşkilatçılığı ilə Çernobıl faciəsinin 40-cı ildönümü ilə əlaqədar tədbir keçirilib 29/04/2026
  • Zelenskinin qəfil və sirli səfəri – Bakı hansı mesajı verir? 29/04/2026
  • Bankların kredit sirri açıldı — Bu peşə sahiblərinə şad xəbər 29/04/2026
  • Paşinyan seçilsə, Kreml nə edəcək? – Silayev 29/04/2026
  • Bakı, Sumqayıt və Abşeron üçün yeni seysmik xəritələr hazırlanır 29/04/2026
  • “Reuters”: ABŞ-də İranla müharibənin bitməsinin elan edilməsi nəzərdən keçirilir 29/04/2026
  • UEFA Çempionlar Liqası: PSJ – “Bavariya” matçında doqquz qol vuruldu – VİDEO 29/04/2026

Sağlamlıq

onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026

MƏDƏNİYYƏT

elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026
adil-ker-mli

Adil Kərimlinin iştirakı ilə sənət tənqidi barədə ictimai müzakirə keçirilib

admin 23/04/2026
rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026

İDMAN

olise-b

UEFA Çempionlar Liqası: PSJ – “Bavariya” matçında doqquz qol vuruldu – VİDEO

admin 29/04/2026
kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.