Skip to content
30/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Dekabr
  • 8
  • Yeni binalarda çıxarış problemi – Məsələ öz həllini necə tapacaq?

Yeni binalarda çıxarış problemi – Məsələ öz həllini necə tapacaq?

admin 08/12/2025
menzil-h

 

Keçən illərlə müqayisədə yeni tikililərdə çıxarış alınması müşkülə çevrilib. Ekspertlər bunu həm qaydaların mürəkkəbliyi, həm də MTK-ların bu prosesdə maraqlı olmaması ilə əlaqələndirirlər.

Son dövrlər yeni tikililərdə yerləşən mənzillərə çıxarışların verilməsi prosesi sanki tormozlanıb. Hazırda yüzlərlə sakin aldığı mənzil üçün rəsmi sənədini gözləyir. Halbuki bir neçə il əvvəl hökumətin müdaxiləsi nəticəsində bu proses sürətlənmiş və yeni binalardakı minlərlə mənzil sürətlə qeydiyyata alınaraq sakinlərə çıxarış verilmişdi. İndi isə vəziyyət tam əksinədir və sakinlər səbəbləri aydın olmayan bu gecikmənin narahatlığını yaşayırlar.

Maraqlıdır, proses niyə zəifləyib? Səbəblər nədən ibarətdir?

Mövzu ilə bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim edirik:

Yeni binalarda çıxarış problemi - Məsələ öz həllini necə tapacaq?

Rəqəmlər nə deyir?

Əmlak Məsələləri Dövlət Xidmətinin məlumatına görə, 2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda 300 073 daşınmaz əmlak üzərində mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışla təmin edilib.

Rəqəmləri 2024-cü ilin yanvar-oktyabr ayları ilə müqayisə etsək görərik ki, çıxarışların sayı həmin dövrdə 306 456 olub.

Statistikadan görünür ki, 2025-ci ilin göstəricisi 2024-cü ilə nisbətən aşağıdır və bu da çıxarışların verilməsində müəyyən yavaşlamaya işarə edir. Maraqlıdır ki, 2023-cü ildə ölkədə əmlakın dövlət qeydiyyatı sahəsində müsbət dinamika müşahidə olunub. Həmin ilin yanvar-oktyabr aylarında 406 180 mülkiyyət hüququ qeydiyyata alınıb ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 38.1 faiz çoxdur.

Belə görünür ki, dövlətin keçən illərdə sürətləndirdiyi proses indi öz tempini itirib.

Yeni binalarda çıxarış problemi - Məsələ öz həllini necə tapacaq?

Qanunvericiliyə yenidən baxılmasına ehtiyac var

“Azərbaycan Rieltorlar Assosiasiyası” İctimai Birliyinin icraçı direktoru Elnur Azadovun sözlərinə görə, çoxmənzilli binalara çıxarışların verilməsi prosesinin ləngiməsi qanunvericiliyə bağlı məsələdir: “Əslində 2019-cu ildən sonra bu proses xeyli sürətlənmişdi. Bunun əsas səbəbi Prezidentin müvafiq fərmanı idi. Bu fərmana uyğun olaraq 2020-ci ildən başlayaraq binalar sadələşdirilmiş şəkildə istismara qəbul edilirdi. Fərmanın müddəti bir il nəzərdə tutulsa da, sonrakı illərdə də tətbiq olundu. Lakin son bir ildə bu proses dayandırılıb və binalar artıq fərmanla sadələşdirilmiş qaydada istismara qəbul edilmir”.

Ekspert vurğulayır ki, məsələnin həlli üçün ya fərman yenidən qüvvəyə minməli, ya da yenilənməlidir: “Vətəndaşların mülkiyyət hüququ təmin olunmalıdır. Hansı yolla? Bu artıq aidiyyəti dövlət qurumlarının işidir”.

“Bəzi MTK-lar torpaqları özəlləşdirməyib”

Əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə də deyir ki, Prezidentin müvafiq fərmanından sonra çoxmənzilli binaların sənədləşdirilməsi ilə bağlı operativ işlər aparılıb: “Demək olar ki, 200-dən artıq bina üzrə işlər sürətləndirildi və sakinlər çıxarışlarla təmin olundular. Amma çıxarış verilməyən binalar da var və onların müəyyən problemləri mövcuddur. Əsas məsələ təhlükəsizlikdir. Həmin binalar dövlət tərəfindən istismara qəbul edilməyib, çünki Fövqəladə Hallar Nazirliyinin müvafiq rəyləri təqdim olunmayıb”.

Ekspert bildirir ki, digər problem torpaqla bağlıdır: “Bəzi Mənzil-Tikinti Kooperativləri və ya MMC-lər binanın torpaq sahəsini özəlləşdirməyiblər. Dövlət torpaqlarında bina inşa edən şirkətlər bəzən məlumat vermirlər. Hətta bununla bağlı bir sıra məhkəmə işləri də var. Dövlət qurumu həmin MTK-ları məhkəməyə verib və torpaq sahəsinin özəlləşdirilməsini tələb edib. Hüquqi məsələlər də problem yaradır. Baş Prokurorluq bəzi binalarda bir mənzilin bir neçə nəfərə satılması ilə bağlı işləri araşdırır. Ona görə də aidiyyəti qurumlar vətəndaşların təhlükəsizliyi baxımından bu binalara rəy vermirlər”.

“Bu üç sənəd kifayətdir ki, çıxarış alınsın”

Mütəxəssis çoxmənzilli binalarda ev almaq istəyən vətəndaşlar üçün bir sıra vacib məqamları da sadalayır: “Ev almadan öncə mütləq həmin binanın dövlət qeydiyyatına alınıb-alınmadığı barədə müvafiq sənədi tələb etsinlər. Əgər həmin bina dövlət qeydiyyatına alınıbsa, demək orada heç bir problem yoxdur və çıxarış əldə etmək rahat olacaq. Bəzən MTK-lar özləri də bu məsələdə maraqlı olmurlar. Sənədləri gecikdirir, maliyyə arayışlarını vermirlər. Bu, onlara sərf edir və əlavə qazanc əldə edirlər. Əgər vətəndaş mənzilin ödənişini tam edib, borcunu bağlayıbsa, MTK birmənalı şəkildə ona maliyyə arayışını verməlidir. Bu baxımdan, vətəndaşlar dərhal maliyyə arayışlarını, ölçü sənədləri və binanın dövlət qeydiyyatına alınması ilə bağlı qərarın surətini tələb etməlidirlər. Bu üç sənəd kifayətdir ki, Əmlak Məsələləri Dövlət Xidməti mənzilə çıxarış versin. Dövlət qeydiyyatına alınmayan binada yerləşən mənzilə isə vətəndaş istəsə belə, çıxarış almaq mümkün deyil. Məndə olan məlumata görə, hazırda təxminən 30 belə bina mövcuddur”.

Yeni binalarda çıxarış problemi - Məsələ öz həllini necə tapacaq?

“Bu prosesdə 41 komissiya rəy verməlidir”

Rieltor Nofəl Quliyev isə bildirir ki, son illərdə qanunvericilikdə edilən dəyişikliklər nəticəsində dövlət aktının alınması prosesi mürəkkəbləşib: “Hazırda bu prosesdə 41 komissiya rəy verməlidir və bu, ilk əsas səbəbdir. İkinci səbəb isə ondan ibarətdir ki, bir çox MTK rəhbəri çıxarışların verilməsini istəmir. Çünki bir mənzil bir neçə şəxsə satıldıqda MTK hər dəfə 3-5 min manat əldə edir, eyni zamanda çıxarışlı mənzillərin alqı-satqısı zamanı həmin ərazi üzrə dövlətə indeksləşmə əsasında vergi ödənilir”.

Ekspert qeyd edir ki, prosesin yenidən sürətlənməsi üçün dövlət tərəfindən müvafiq tədbirlər görülməlidir: “MTK-lara müəyyən tövsiyələr verilməli, təhvil aktının verilməsi prosesi sürətləndirilməlidir”.

PAYLAŞIN:

Continue Reading

Previous: Azərbaycan avtomobil idxalını artırıb: Bəs ehtiyat hissələr bazarında vəziyyət necədir?
Next: Tramp: ABŞ-nin Ukrayna üzrə sülh planı Rusiyanı qane edir

OXŞAR MÖVZULAR

hesablama palata

Hesablama Palatası satınalma müqavilələrində dəyişiklik qaydalarının sərtləşdirilməsini təklif edir

admin 29/04/2026
uşaqpulu-1

Azərbaycan üçün yeni uşaqpulu modeli – Ayda 100 manat…

admin 29/04/2026
gömrük-kom

Gömrük Komitəsi ölkədən çıxışa “stop” qoya biləcək? – “Komitənin səlahiyyətlərini kəskin artıran yeni qərarlar gəlir”

admin 29/04/2026

XƏBƏR LENTİ

  • 50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi.. 29/04/2026
  • İranda nizam dəyişdi – “Ali Rəhbər” erası bitdi 29/04/2026
  • Hesablama Palatası satınalma müqavilələrində dəyişiklik qaydalarının sərtləşdirilməsini təklif edir 29/04/2026
  • Azərbaycan və Ermənistan delimitasiya üzrə təlimat layihələrini razılaşdırıb 29/04/2026
  • Qalibaf: Tramp daxili ixtilaf və dəniz blokadası ilə İranın təslim olmasını istəyir 29/04/2026
  • Son bir ildə püstə qiymətləri təxminən 35 faiz yüksəlib – Səbəb 29/04/2026
  • Azərbaycan üçün yeni uşaqpulu modeli – Ayda 100 manat… 29/04/2026
  • Gömrük Komitəsi ölkədən çıxışa “stop” qoya biləcək? – “Komitənin səlahiyyətlərini kəskin artıran yeni qərarlar gəlir” 29/04/2026
  • Keyfiyyətsiz beton və qanunsuz tikililər: Azərbaycanda binaların etibarlılığı necə yoxlanılır? 29/04/2026
  • Dünya azərbaycanlıları Nyu-York merinə müraciət ediblər 29/04/2026
  • Azərbaycanda əməkhaqqı sistemi və əmək qanunvericiliyi üzrə yeni islahatlar planlaşdırılır 29/04/2026
  • Köçəryan müharibəyə səbəb olacaq iddia irəli sürdü 29/04/2026
  • Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq 29/04/2026
  • Səbail və Badamdar Bələdiyyələrinin təşkilatçılığı ilə Çernobıl faciəsinin 40-cı ildönümü ilə əlaqədar tədbir keçirilib 29/04/2026
  • Zelenskinin qəfil və sirli səfəri – Bakı hansı mesajı verir? 29/04/2026
  • Bankların kredit sirri açıldı — Bu peşə sahiblərinə şad xəbər 29/04/2026
  • Paşinyan seçilsə, Kreml nə edəcək? – Silayev 29/04/2026
  • Bakı, Sumqayıt və Abşeron üçün yeni seysmik xəritələr hazırlanır 29/04/2026
  • “Reuters”: ABŞ-də İranla müharibənin bitməsinin elan edilməsi nəzərdən keçirilir 29/04/2026
  • UEFA Çempionlar Liqası: PSJ – “Bavariya” matçında doqquz qol vuruldu – VİDEO 29/04/2026

Sağlamlıq

onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026

MƏDƏNİYYƏT

elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026
adil-ker-mli

Adil Kərimlinin iştirakı ilə sənət tənqidi barədə ictimai müzakirə keçirilib

admin 23/04/2026
rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026

İDMAN

olise-b

UEFA Çempionlar Liqası: PSJ – “Bavariya” matçında doqquz qol vuruldu – VİDEO

admin 29/04/2026
kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.