Skip to content
22/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Dekabr
  • 8
  • Səbuhi Əhmədov Bakı və Biləsuvarda köçkün evlərinin təmirini kimlərin əli ilə aparır

Səbuhi Əhmədov Bakı və Biləsuvarda köçkün evlərinin təmirini kimlərin əli ilə aparır

admin 08/12/2025
sebuhi-qaşqın-

 

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti Bakı şəhəri və Biləsuvar rayonunda salınmış məcburi köçkün qəsəbələrində fərdi yaşayış evlərinin və mənzillərinin təmiri üzrə 20.10.2025-ci ildə başladığı açıq tenderə yekun vurub. Müsabiqənin qalibi “TD İNŞAAT”  Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və tərəflər arasında 208.114 manat dəyərində satınalma müqaviləsi bağlanılıb. Məlumat satınalmaların portalında 05.12.2025-ci ildə dərc edilib.

Məlum olduğu kimi hər il Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə ilə kifayət qədər vəsait ayrılır. Fərdi yaşayış evlərinin təmiri üçün ayrılan vəsitlərin böyük əksəriyyəti isə tender yolu ilə təyinatından kənarlaşdırılır.

Qurumun keçirdiyi tenderləri isə daha çox  Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevə və onun kadrı Departament sədri Səbuhi Əhmədova yaxın şirkətlər qazanır. Hamısı da eyni qayda olaraq dövlət vəsaitləriinin konkret olaraq hansı ünvanda və neçə fərdi yaşayış evinin təmirinə ayrıldığı göstərilmədən.

Məsələn elə Komitənin Mənzil İstismar Departamentinin keçirdiyi son tenderdə olduğu kimi. Satınalmaların portalına yerləşdirilmiş görüləcək işlərin həcmi barədə məlumalarda göstərilir ki, qalib şirkət 272,7 m(2) dam örtüyünün sinkli metal şiferdən olan yararsız hissəsinin sökülməsi, 266,2 pagon metr sinkli metaldan olan yararsız su ötürücü novalçaların sökülməsi, 254,9 m(2) xarici divarların yararsız suvağının sökülməsi,  1.102,1 m(2) xarici divarların köhnə rənginin qaşınıb təmizlənməsi, 572,3 m(2) döşəmənin yararsız taxta örtüyünün sökülməsi, 357,1 m(2) daxili divarların şpatilovka ilə üzlənməsi və sair işləri görəcək. Amma burada sual yaranır. Bu işlər harada görüləcək. Nə çoxdu Bakı şəhəri və Biləsuvar rayonunda salınmış məcburi köçkün qəsəbələrində evlər. Bu evlərin konkret ünvanı niyə göstərilmir?

Keçək Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin iki yüz min manatlıq müqavilə bağlamaq istədiyi “TD İNŞAAT” MMC nin son illərdəki fəaliyyətinə. MMC 05.11.2025-ci ildə Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası ilə İnzibati binanın cari təmir işləri üzrə 14.786,03 manat məbləğində kotirovka sorğusunun qalibi olub.

Bəs bu MMC ilə bağlı bundan başqa nə kimi məlumatlar var?

Rəsmi, Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “TD İNŞAAT” (VÖEN: 1506726861) Məhdud Məsuliyyətli Cəmiyyətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 13.03.2024-cü il tarixdə dövlət qeydiyyatına alındığı göstərilib. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı BAKI ŞƏHƏRİ, BİNƏQƏDİ RAYONU, A.KUNANBAYEV KÜÇƏSİ, ev.18, m.17, qanuni təmsilçisinin isə Mustafayev Qüvvət Allahverdi oğlu olduğu qeyd edilib. MMC-nin hazırkı günə 2007.6 manat vergi borcu var.

Reyestr məlumatlarına edilmiş dəyişiklidə MMC-nin ilk hüquqi ünvanı  BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYONU, FAİQ YUSİFOV, ev 30A, mənzil 12, təsisçisi və ilk qanuni təmsilçisi Süleymanov Toğrul Mahir oğlu olub.

Maraqlıdır ki, dövlət qeydiyyatına alındıqdan cəmi üç ay sonra,  23.07.2024-cü il tarixdə İqtisadiyyat Nazirliyindən tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işləri üzrə EL-609/2023/2 nömrəli lisenziya verib. Amma şirkətlər var ki, illərlə İqtisadiyyat Nazirliyinin qapısını döysə də bu lisenziyanı ala bilmir.

MMC-nin təsisçisi və ilk qanuni təmsilçisi Süleymanov Toğrul Mahir oğlu 2025-ci ilin yanvarında keçirilən bələdiyyə seçkilərində Xocəsən bələdiyyəsinə üzv seçilmiş, daimi komissiyanın 27.02.2025-ci il tarixli, 01 saylı iclasının qərarı ilə Yerli ekologiya məsələləri daimi komissiyasının sədri seçilmişdir.

Maraqlıdır Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentindən iki yüz min manat dəyəri olan tender udan “TD İNŞAAT” MMC-nin bu sifarişi yerinə yetirmək üçün maddi texniki bazası, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi çalışan işçi qüvvəsi varmı? Təbii ki, belə işçi qüvvəsinin olması barədə sənədlər təqdim edilib. Amma əslində isə yoxdu.

Çünki, “TD İNŞAAT”  MMC-nin qanuni təmsilçisi Qüvvət Mustafayev ətrafına fəhlə toplayaraq onları inşaat işlərində günəmuzd çalışdıran bir briqadirdir. O, bu işləri tikinti şirkətləri ilə heç bir müqavilə bağlamadan həyata keçirir. Qüvvət Mustafayev başının dəstəsi ilə 2015-2017-ci illərdə paytaxtın bir neçə rayonlarında heç bir müqavilə olmadan binaların poliuretan üzlük vurulması işlərində də podratçı şirkətlərin sifarişlərini yerini yetirib. Görsənən odur ki, “TD İNŞAAT”  MMC-nin əsl sahibi Xocəsən bələdiyyəsinin üzvü Toğrul Süleymanov da əslən Biləsuvardan olan Qüvvət Mustafayevlə işbirliyinə başlayıb Bakı şəhəri və Biləsuvar rayonunda sayı belə bəlli olmayan köçkün evlərinin təmiri işlərinə qoşulub. Bu işbirliyindən isə şübhəsiz Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin sədri Səbuhi Əhmədov daha çox qazanacaq.

 

Aktualinfo.net

 

 

PAYLAŞIN:

Continue Reading

Previous: Qarayevin Rusiya ilə əlaqələri haqda şok: Siyahıda başqa ölkə də var…
Next: Tikiş fabrikindən QHT-lərin Şuşa qrantına açılan yollar -Daha bir rəfiqəbazlıq nümunəsi!

OXŞAR MÖVZULAR

anar-eliyev

“ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır – Anar Əliyev daha yaxşı bilər

admin 21/04/2026
omd-aynur

Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar

admin 16/04/2026
read-rafiq

Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər

admin 16/04/2026

XƏBƏR LENTİ

  • “Azərenerji”də 255 milyon manatlıq yoxlama – Satınalma pozuntuları aşkarlanıb 21/04/2026
  • Hesablama Palatası: Gəncədə 11 milyon manata yaxın artıq xərclər aşkarlanıb 21/04/2026
  • Bəqai: İran Vaşinqtonun ziddiyyətli hərəkətlərinə görə ABŞ ilə danışıqlara getmir 21/04/2026
  • Kallas: Aİ Azərbaycanla əlaqələri genişləndirmək niyyətindədir 21/04/2026
  • “Fitch Ratings” İranda müharibənin Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatına təsirini qiymətləndirib 21/04/2026
  • “O şirkətlərin fəaliyyəti də yoxlanılsın…” – “Daha ciddi nöqsanlar aşkara çıxacaq” 21/04/2026
  • Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? – Aqrar sektordakı “məmursayağı” əngəllər 21/04/2026
  • Ötən ilin eyni dövrü ilə müqayisədə 60%-lik artım – Mənzillər niyə bahalaşır? 21/04/2026
  • “Bu halda çox milyonluq yeyintilərin qarşısını ala bilərik” – Əli Məsimli 21/04/2026
  • Azərbaycanda rəqabətli satınalmaların say üzrə xüsusi çəkisi 50 %-i keçib 21/04/2026
  • Süni intellektlə qanunsuz materialların hazırlanıb yayılmasına qadağalar qəbul edilib 21/04/2026
  • Hesablama Palatasının sədri: “Büdcə və satınalmalar üzrə pozuntuların nisbəti dəyişməyib” 21/04/2026
  • Hörmüz boğazı İranın “Axilles dabanı” imiş – İran anlaşmaya getməsə, Trampın hədələri gerçəyə çevriləcək 21/04/2026
  • Xaricdən kiloqramı 2 manata alınan balıq niyə 35 manata satılır? – VİDEO 21/04/2026
  • Bütün imtahanları bir platformada birləşdirən “AzSınaq” istifadəyə verilir – Azərbaycanda ilk 21/04/2026
  • Azərbaycan məktəblərinin bufetlərində QADAĞAN EDİLMİŞ məhsulların siyahısı açıqlanıb 21/04/2026
  • Lukaşenko müharibə istəmir, Rusiyadan uzaqlaşır – Qamaş 21/04/2026
  • “ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır – Anar Əliyev daha yaxşı bilər 21/04/2026
  • AİB Azərbaycanın iştirakı ilə dövlət satınamaları üzrə islahatlar layihəsini nəzərdən keçirir 21/04/2026
  • Orta Dəhlizin əhəmiyyəti getdikcə artır – Elçin Əmirbəyov 21/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.