Skip to content
22/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Dekabr
  • 9
  • Ankarada “Qafqaz və Orta Dəhlizin Gələcəyi” paneli keçirilib

Ankarada “Qafqaz və Orta Dəhlizin Gələcəyi” paneli keçirilib

admin 09/12/2025
ankara-kafkas

 

Qazi Universiteti Türk Dünyası Tətbiq və Araşdırma Mərkəzinin təşkilatçılığı, Azərbaycan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Türkiyə Politika və Strateji Araşdırmalar Vəqfi (TÜRKPAV) əməkdaşlığı ilə “Qafqaz və Orta Dəhlizin Gələcəyi: İqtisadiyyat, Nəqliyyat və Enerji” mövzusunda panel Ankarada baş tutub.

Memar Kemaleddin Konfrans Salonunda keçirilən tədbirdə Qazi Universitetinin rektoru Prof. Dr. Uğur Ünal, Azərbaycanın Ankaradakı səfirliyinin missiya rəhbərinin müavini – müşavir Eldar Əliyev, Türkiyə Böyük Millət Məclisinin Bayındırlıq, İmar, Ulaşıma və Turizm Komissiyasının sədri, AK Parti Trabzon millət vəkili Adil Karaismailoğlu, Bakı Network Araşdırma Mərkəzinin sədr müavini Sahil Kərimli, Azərbaycan Beynəlxalq Münasibətlər və Təhlil Mərkəzinin eksperti Fuad Abdullayev, Azərbaycan Dövlət Televiziyasının redaktoru Mahir Qəribov və çox sayda qonaq iştirak edib.

“Əsas məqsədimiz Türk dünyasının birliyini təmin etməkdir”

Azərbaycan səfirliyinin müşaviri Eldar Əliyev çıxışında bildirib ki, Azərbaycan tarixən Türkiyə ilə Orta Asiya arasında körpü rolunu oynayıb:

“Azərbaycan və Türkiyə müstəqillikdən bu yana həyata keçirdikləri bütün layihələrdə birləşdirici rol oynayıb. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP, eləcə də Bakı-Tbilisi-Qars dəmir yolu həm iqtisadi, həm də geosiyasi əhəmiyyət daşıyır. Bu regionun əhəmiyyəti xüsusilə son günlər müzakirə olunan Zəngəzur dəhlizi ilə daha da artıb.”

O, Zəngəzur bölgəsinin tarixən Azərbaycan türklərinin yaşadığı ərazi olduğunu xatırladaraq bildirib ki, bu dəhlizin açılması Azərbaycanla Türkiyə arasında üçüncü ölkədən keçmədən birbaşa əlaqənin bərpası deməkdir:

“Bizim heç bir ölkənin torpağında gözümüz yoxdur. Əsas məqsədimiz Türk dünyasının bütövlüyünü təmin etməkdir.”

Bakı Network Araşdırma Mərkəzinin sədr müavini Sahil Kərimli çıxışında Qafqaz regionunun Avropa və Asiya arasında strateji körpü olduğunu vurğulayıb:

“Qlobal ticarət yolları dəyişir. Orta Dəhliz bu prosesdə bölgənin əhəmiyyətini daha da artırır. Bu dəhliz yükdaşımaları sürətləndirir, təhlükəsizliyi artırır, logistika və xidmət sektorunun inkişafına təkan verir.”

O, bildirib ki, Orta Dəhliz həm də Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır:

“Enerji mənbələrinin şaxələndirilməsi Avropa üçün prioritetdir və Cənubi Qafqaz bu strategiyada əsas halqadır. Region yalnız tranzit ərazi deyil, həm də beynəlxalq iqtisadi əməkdaşlıq üçün mühüm platformadır.”

Sahil Kərimli Azərbaycanın Türkiyə ilə siyasi və iqtisadi sahədə dərin əməkdaşlığına da toxunub: “Hər sahədə bir-birimizin yanındayıq.”

“Vacib yol xəritəsi formalaşdırılıb”

Qazi Universitetinin rektoru Prof. Dr. Uğur Ünal çıxışında panel iştirakçılarının bu sahədə dəyərli fikirlər səsləndirəcəyini bildirib:

“Qafqaz və Türk dünyasının gələcəyi, energetika, nəqliyyat və iqtisadi əməkdaşlıq mövzularında çox önəmli müzakirələr aparılacaq. Tarixi proseslər unudulmamalıdır. Türkiyə və Azərbaycan bu gün dövlət başçılarının ortaq vizyonu ilə çox mühüm yol xəritəsi formalaşdırıblar. Bu əməkdaşlığın davam edəcəyinə inanıram.”

Məqaləyə dair fotomateriallar:

PAYLAŞIN:

Continue Reading

Previous: Trampın Zelenskidən nə istədiyi məlum oldu – “ABŞ-nin yeni təklifində daha ağır şərtlər var…”
Next: Aylıq gəliri 3000 manatadək olanlar 60 manat, 20 min manatdan çox olanlar 400 manat ödəyəcəklər

OXŞAR MÖVZULAR

CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Kallas: Aİ Azərbaycanla əlaqələri genişləndirmək niyyətindədir

admin 21/04/2026
əli mesim

“Bu halda çox milyonluq yeyintilərin qarşısını ala bilərik” – Əli Məsimli

admin 21/04/2026
elcin_emirbeyov

Orta Dəhlizin əhəmiyyəti getdikcə artır – Elçin Əmirbəyov

admin 21/04/2026

XƏBƏR LENTİ

  • “Azərenerji”də 255 milyon manatlıq yoxlama – Satınalma pozuntuları aşkarlanıb 21/04/2026
  • Hesablama Palatası: Gəncədə 11 milyon manata yaxın artıq xərclər aşkarlanıb 21/04/2026
  • Bəqai: İran Vaşinqtonun ziddiyyətli hərəkətlərinə görə ABŞ ilə danışıqlara getmir 21/04/2026
  • Kallas: Aİ Azərbaycanla əlaqələri genişləndirmək niyyətindədir 21/04/2026
  • “Fitch Ratings” İranda müharibənin Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatına təsirini qiymətləndirib 21/04/2026
  • “O şirkətlərin fəaliyyəti də yoxlanılsın…” – “Daha ciddi nöqsanlar aşkara çıxacaq” 21/04/2026
  • Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? – Aqrar sektordakı “məmursayağı” əngəllər 21/04/2026
  • Ötən ilin eyni dövrü ilə müqayisədə 60%-lik artım – Mənzillər niyə bahalaşır? 21/04/2026
  • “Bu halda çox milyonluq yeyintilərin qarşısını ala bilərik” – Əli Məsimli 21/04/2026
  • Azərbaycanda rəqabətli satınalmaların say üzrə xüsusi çəkisi 50 %-i keçib 21/04/2026
  • Süni intellektlə qanunsuz materialların hazırlanıb yayılmasına qadağalar qəbul edilib 21/04/2026
  • Hesablama Palatasının sədri: “Büdcə və satınalmalar üzrə pozuntuların nisbəti dəyişməyib” 21/04/2026
  • Hörmüz boğazı İranın “Axilles dabanı” imiş – İran anlaşmaya getməsə, Trampın hədələri gerçəyə çevriləcək 21/04/2026
  • Xaricdən kiloqramı 2 manata alınan balıq niyə 35 manata satılır? – VİDEO 21/04/2026
  • Bütün imtahanları bir platformada birləşdirən “AzSınaq” istifadəyə verilir – Azərbaycanda ilk 21/04/2026
  • Azərbaycan məktəblərinin bufetlərində QADAĞAN EDİLMİŞ məhsulların siyahısı açıqlanıb 21/04/2026
  • Lukaşenko müharibə istəmir, Rusiyadan uzaqlaşır – Qamaş 21/04/2026
  • “ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır – Anar Əliyev daha yaxşı bilər 21/04/2026
  • AİB Azərbaycanın iştirakı ilə dövlət satınamaları üzrə islahatlar layihəsini nəzərdən keçirir 21/04/2026
  • Orta Dəhlizin əhəmiyyəti getdikcə artır – Elçin Əmirbəyov 21/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.