Skip to content
22/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Dekabr
  • 9
  • Trampın Zelenskidən nə istədiyi məlum oldu – “ABŞ-nin yeni təklifində daha ağır şərtlər var…”

Trampın Zelenskidən nə istədiyi məlum oldu – “ABŞ-nin yeni təklifində daha ağır şərtlər var…”

admin 09/12/2025
trio-1

 

“Tramp ərazi güzəşti təklif edib, Putin daha çoxunu istəyib”

“Uitkoff-Kuşner-Putin görüşündən sonra “sülh planı” pisləşib”

ABŞ Prezidenti Donald Tramp Vladimir Putinə Ukrayna ərazisinin bir hissəsini Rusiyaya təhvil verməyi nəzərdə tutan plan təklif edib, lakin Putin bundan imtina edib. 

Bu barədə “The Guardian” qəzeti ABŞ və Ukrayna administrasiyalarındakı mənbələrə istinadla məlumat yayıb. Nəşrin məlumatına görə, Putin Trampı Rusiyanın hərbi əməliyyatları davam etdirməklə “daha çox şeyə nail ola biləcəyinə” əmin edib.

“ABŞ-nin danışıqlardakı son uğursuzluğu Trampın Ukraynaya yanaşmasındakı birtərəfli balanssızlığı bir daha nümayiş etdirdi. Rusiyanın maraqlarını nəzərə almaq prinsipindən çıxış edən Tramp, Zelenskini tənqid etməklə və silah təchizatını dayandırmaqla Ukraynanın mövqeyini zəiflətdi. Trampın vasitəçilik etmək istəyi, vasitəçiliyə lazımi təcrübəsi olmayan insanları cəl etməsi və Avropanı kənara çəkmək cəhdləri əslində Moskvanın mövqeyini gücləndirib. Trampın müdaxiləsi münaqişəni uzadır. Daha çox zərərin qarşısını almaq üçün o, prosesdən çəkilməlidir, Avropa və NATO isə Ukraynaya dəstəyini artırmalıdır: daha çox silah təmin etməli, dondurulmuş Rusiya aktivlərindən istifadə edərək kreditlər verməli, Rusiyaya qarşı enerji sanksiyalarını tam şəkildə tətbiq etməli, sabotaj və kiberhücumlara qarşı cavab tədbirlərini gücləndirməli və Rusiyanın aqressiv hərəkətləri dövrünə son qoymaq üçün daha vahid yanaşma nümayiş etdirməlidir”, – deyə nəşr yazır.

“Axios” nəşri isə öz mənbələrinə istinadla yazır ki, Ukrayna Prezidenti Volodimir Zelenski Donald Trampın “sülh planı”nın bir hissəsi olaraq ərazi və digər güzəştlərə razılaşması üçün ABŞ-nin artan təzyiqi ilə üzləşir.

Nəşr qeyd edir ki, ABŞ Zelenskiyə Putindən daha çox təzyiq göstərir və həftələrlə davam edən intensiv diplomatik danışıqlardan sonra ukraynalılar hələ də ABŞ planının bəzi aspektlərinin daha çox Moskva üçün faydalı olduğuna əmindirlər.

Nəşr onu da qeyd edir ki, adı çəkilməyən Amerika rəsmisinin dediyinə görə, mövcud layihədə Ukrayna təkliflərinə əhəmiyyətli dərəcədə yer verilib və Kuşnerlə Uitkoff Putinə Ukraynanın bəzi tələblərinə razı salmaq üçün təzyiq edib.

Adı çəkilməyən Ukrayna rəsmisi isə “Axios”-a deyib ki, Kiyevin fikrincə, Trampın vasitəçiləri Stiven Uitkoff və Cared Kuşner ötən həftə Kremldə Putinlə beş saatlıq görüş keçirdikdən sonra ABŞ-nin sülh planı pisləşib. Rəsmi əlavə edib ki, Uitkoff və Kuşner şənbə günü iki saatlıq telefon danışığı zamanı Zelenski ilə planı müzakirə edərkən ondan qəti “hə” cavabı almaq istəyiblər.

“Sanki ABŞ bizi Rusiyanın bütün Donbası ələ keçirmək imkanına müxtəlif yollarla inandırmağa çalışırdı və amerikalılar telefon danışığı zamanı Zelenskinin bütün bunlara razılaşmasını istəyirdilər”, – deyə Ukrayna rəsmisi bildirib.

ABŞ və Ukrayna rəsmilərinin sözlərinə görə, Uitkoff və Kuşnerlə telefon danışığı zamanı Zelenski ABŞ-nin təklifini cəmi bir saat əvvəl aldığını və hələ oxumadığını bildirib. ABŞ rəsmisi bunun qəribə olduğunu deyib, çünki Vaçinqton bir gün əvvəl yenilənmiş təklifi Ukrayna tərəfinə təqdim edib. Ukrayna rəsmisi isə qeyd edib ki, bəzi sənədlər doğrudan bir gün əvvəl təqdim olunsa da, digərləri sözügedən zəngdən qısa müddət əvvəl alınıb.

Ukrayna rəsmisi həmçinin iddia edib ki, ABŞ-nin yeni təklifində ərazi məsələsi və Zaporojye Atom Elektrik Stansiyası kimi məsələlərdə əvvəlki versiyalardan daha ağır şərtlər var və təhlükəsizlik zəmanətləri ilə bağlı əsas suallara cavab verilməyib. Ukrayna rəsmisinin sözlərinə görə, Amerika tərəfi Zelenskinin sadəcə telefon danışığı zamanı şərtlərlə razılaşacağını gözləyirdi. O qeyd edib ki, Tramp administrasiyası Zelenskini tez hərəkətə keçməyə məcbur edərkən, avropalılar ona ehtiyatlı və səbirli olmağı məsləhət görürlər. “Axios”-a görə, bu durum avropalıları razılaşmanın “əsas maneəsi” hesab edən bəzi Ağ Ev rəsmilərini qıcıqlandırır.

Nəşr əlavə edir ki, ukraynalılar və avropalılar da təhlükəsizlik zəmanətlərini müzakirə edirlər. Avropa rəsmisi bildirib ki, ABŞ-nin zəmanətlərin verilməsində hansı rol oynamağa hazır olduğu və Avropa müttəfiqlərindən nə gözlədiyi hələ də məlum deyil.

Nəhayət, “Axios”-un da yazdığı kimi, indiki vəziyyət Zelenski və Tramp administrasiyaları arasında mövcud olan inamsızlığı və ABŞ-nin daha çox işğalçıya deyil, təcavüzə məruz qalan tərəfə təzyiq göstərdiyini əks etdirir. /azpolitika.info

PAYLAŞIN:

Continue Reading

Previous: İcmal büdcəsində 7 milyarddan çox profisit – Bu pul niyə artıq qaldı?
Next: Ankarada “Qafqaz və Orta Dəhlizin Gələcəyi” paneli keçirilib

OXŞAR MÖVZULAR

beqai iir

Bəqai: İran Vaşinqtonun ziddiyyətli hərəkətlərinə görə ABŞ ilə danışıqlara getmir

admin 21/04/2026
hürmüz-clos

Hörmüz boğazı İranın “Axilles dabanı” imiş – İran anlaşmaya getməsə, Trampın hədələri gerçəyə çevriləcək

admin 21/04/2026
lukashenko (2)

Lukaşenko müharibə istəmir, Rusiyadan uzaqlaşır – Qamaş

admin 21/04/2026

XƏBƏR LENTİ

  • “Azərenerji”də 255 milyon manatlıq yoxlama – Satınalma pozuntuları aşkarlanıb 21/04/2026
  • Hesablama Palatası: Gəncədə 11 milyon manata yaxın artıq xərclər aşkarlanıb 21/04/2026
  • Bəqai: İran Vaşinqtonun ziddiyyətli hərəkətlərinə görə ABŞ ilə danışıqlara getmir 21/04/2026
  • Kallas: Aİ Azərbaycanla əlaqələri genişləndirmək niyyətindədir 21/04/2026
  • “Fitch Ratings” İranda müharibənin Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatına təsirini qiymətləndirib 21/04/2026
  • “O şirkətlərin fəaliyyəti də yoxlanılsın…” – “Daha ciddi nöqsanlar aşkara çıxacaq” 21/04/2026
  • Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? – Aqrar sektordakı “məmursayağı” əngəllər 21/04/2026
  • Ötən ilin eyni dövrü ilə müqayisədə 60%-lik artım – Mənzillər niyə bahalaşır? 21/04/2026
  • “Bu halda çox milyonluq yeyintilərin qarşısını ala bilərik” – Əli Məsimli 21/04/2026
  • Azərbaycanda rəqabətli satınalmaların say üzrə xüsusi çəkisi 50 %-i keçib 21/04/2026
  • Süni intellektlə qanunsuz materialların hazırlanıb yayılmasına qadağalar qəbul edilib 21/04/2026
  • Hesablama Palatasının sədri: “Büdcə və satınalmalar üzrə pozuntuların nisbəti dəyişməyib” 21/04/2026
  • Hörmüz boğazı İranın “Axilles dabanı” imiş – İran anlaşmaya getməsə, Trampın hədələri gerçəyə çevriləcək 21/04/2026
  • Xaricdən kiloqramı 2 manata alınan balıq niyə 35 manata satılır? – VİDEO 21/04/2026
  • Bütün imtahanları bir platformada birləşdirən “AzSınaq” istifadəyə verilir – Azərbaycanda ilk 21/04/2026
  • Azərbaycan məktəblərinin bufetlərində QADAĞAN EDİLMİŞ məhsulların siyahısı açıqlanıb 21/04/2026
  • Lukaşenko müharibə istəmir, Rusiyadan uzaqlaşır – Qamaş 21/04/2026
  • “ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır – Anar Əliyev daha yaxşı bilər 21/04/2026
  • AİB Azərbaycanın iştirakı ilə dövlət satınamaları üzrə islahatlar layihəsini nəzərdən keçirir 21/04/2026
  • Orta Dəhlizin əhəmiyyəti getdikcə artır – Elçin Əmirbəyov 21/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.