Skip to content
22/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Dekabr
  • 10
  • Bakı qəsəbələrində bir neçə stansiya tikiləcək – Şəhər ətrafı dəmiryolu xətləri işə düşəcək

Bakı qəsəbələrində bir neçə stansiya tikiləcək – Şəhər ətrafı dəmiryolu xətləri işə düşəcək

admin 10/12/2025
qatar_(3)

 

Son günlər Bakı–Xırdalan–Sumqayıt qatar xəttinin fəaliyyətinin nə vaxt bərpa olunacağı, həmçinin Saray və Ceyranbatanda yeni stansiyaların tikilməsi ilə bağlı məlumatlar sakinlərin marağına səbəb olub.

Məsələ ilə bağlı Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı açıqlamasında bildirib ki, Bakı–Xırdalan–Sumqayıt xəttinin bərpası gələn ilə planlaşdırılır:

“Avtomobil yolunun tikintisi ilə bağlı görülən işlər səbəbindən dəmiryolu xəttində müvəqqəti fasilə yaranıb. Bu, daimi deyil. Yolun təmiri ilə bağlı işlər başa çatdıqdan sonra xətt yenidən fəaliyyətə başlayacaq. Cənab Prezidentin tapşırığı ilə Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi üzrə dövlət proqramı icra olunur. Bu proqram çərçivəsində həmin ərazidə tunel tikintisi nəzərdə tutulub. Tunel hazır olduqdan sonra dəmiryolu xətti işini bərpa edəcək”.

Elməddin Muradlı Saray və Ceyranbatanda stansiya tikintisi məsələsinə də aydınlıq gətirib:

“Sarayda yeni stansiyanın tikilməsi planlaşdırılır, lakin dəqiq yer hələ müəyyənləşdirilməyib. Qatar qəsəbənin içindən keçsə də, dayanacaq olmadığından sakinlər istifadə edə bilmirdi. Sarayda stansiya açıldıqdan sonra həmin ərazidə yaşayan sakinlər yaxın ərazilərə daha rahat səfər edə biləcəklər. Ceyranbatanda stansiya tikintisi hazırda planlaşdırılmır. Hazırda bu qəsəbə AYNA ekspress avtobus xətti ilə təmin olunur ki, bu da ictimai nəqliyyata əlçatanlığı müəyyən qədər yaxşılaşdırır. Gələcəkdə Ceyranbatanda stansiya tikilməsi mümkün ola bilər”.

Nəqliyyat sahəsi üzrə ekspert Rauf Ağamirzəyev bildirib ki, yaxın illərdə bir neçə dəmir yolu xəttinin bərpası planlaşdırılır. Onun sözlərinə görə, Bakıxanov–Binə–Qala xəttinin bərpası 2026–2028-ci illərdə, Zabrat–Maştağa–Bağlar xəttinin bərpası 2028–2030-cu illərdə həyata keçiriləcək.

Bundan əlavə, Yeni Suraxanı–Hövsan xəttinin bərpası 2026–2027-ci illər üçün, Güzdək–Qaradağ xəttinin bərpası isə 2027–2029-cu illər üçün nəzərdə tutulub.

Ekspert Nəriman Nərimanov dayanacağının bərpası ilə bağlı fikir bildirib. Rauf Ağamirzəyevin sözlərinə görə, avtobusla dəmiryolu arasında mübadilənin effektiv təşkili üçün piyada infrastrukturunun uyğunlaşdırılması vacibdir:

“Bununla bağlı sovet dövründən qalan platformanın sökülməsi nəzərdə tutulur. Montin qəsəbəsi istiqamətində yeni tikililər mövcuddur və həmin tərəfdən gələn ensiz küçədə avtobusların rahat manevr etməsi üçün şərait yaradılmalıdır. Bu, həm Montin, həm də Babək qəsəbəsi istiqamətində inteqrasiyanın yaxşılaşdırılmasına imkan verəcək. Təkcə Nəriman Nərimanov stansiyası deyil, bu ilin sonunda Dərnəgül dayanacağının da istifadəyə verilməsi planlaşdırılır. Bununla yanaşı, Rəsulzadə qəsəbəsində “Binəqədi Cənub” dayanacağı, eləcə də Sumqayıt-2 və Xırdalan-2 dayanacaqları baş plana daxil edilib”.

PAYLAŞIN:

Continue Reading

Previous: Cinayət keçmişi olan Çərkəz Şirinovun kreslo həsrəti
Next: ÜDM-dəki 1,6% artım iqtisadiyyata necə təsir edəcək?

OXŞAR MÖVZULAR

ali-mehkeme

Ali Məhkəmə: Xüsusi statusla mənzillə təminat yalnız bir dəfə mümkündür

admin 22/04/2026
imtahan-yeni

Keçid balları ilə bağlı abituriyentlərə şad xəbər

admin 22/04/2026
manat_180215

Azərbaycanda nə qədər insan ünvanlı sosial yardım alır? – Nazir açıqladı

admin 22/04/2026

XƏBƏR LENTİ

  • Bakıda bəzi sənədsiz evlər sökülür: kompensasiya kimlərə veriləcək? 22/04/2026
  • Ali Məhkəmə: Xüsusi statusla mənzillə təminat yalnız bir dəfə mümkündür 22/04/2026
  • Qiymətlər “od tutub yanacaq” 22/04/2026
  • Keçid balları ilə bağlı abituriyentlərə şad xəbər 22/04/2026
  • Azərbaycanda nə qədər insan ünvanlı sosial yardım alır? – Nazir açıqladı 22/04/2026
  • Qalibaf yox dedi, Xamenei razılaşdı: Tehranda nə baş verir? – VİDEO 22/04/2026
  • ABŞ kəşfiyyatı: İran hərbi gücünün böyük hissəsini qoruya bilib 22/04/2026
  • “Azərenerji”də 255 milyon manatlıq yoxlama – Satınalma pozuntuları aşkarlanıb 21/04/2026
  • Hesablama Palatası: Gəncədə 11 milyon manata yaxın artıq xərclər aşkarlanıb 21/04/2026
  • Bəqai: İran Vaşinqtonun ziddiyyətli hərəkətlərinə görə ABŞ ilə danışıqlara getmir 21/04/2026
  • Kallas: Aİ Azərbaycanla əlaqələri genişləndirmək niyyətindədir 21/04/2026
  • “Fitch Ratings” İranda müharibənin Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatına təsirini qiymətləndirib 21/04/2026
  • “O şirkətlərin fəaliyyəti də yoxlanılsın…” – “Daha ciddi nöqsanlar aşkara çıxacaq” 21/04/2026
  • Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? – Aqrar sektordakı “məmursayağı” əngəllər 21/04/2026
  • Ötən ilin eyni dövrü ilə müqayisədə 60%-lik artım – Mənzillər niyə bahalaşır? 21/04/2026
  • “Bu halda çox milyonluq yeyintilərin qarşısını ala bilərik” – Əli Məsimli 21/04/2026
  • Azərbaycanda rəqabətli satınalmaların say üzrə xüsusi çəkisi 50 %-i keçib 21/04/2026
  • Süni intellektlə qanunsuz materialların hazırlanıb yayılmasına qadağalar qəbul edilib 21/04/2026
  • Hesablama Palatasının sədri: “Büdcə və satınalmalar üzrə pozuntuların nisbəti dəyişməyib” 21/04/2026
  • Hörmüz boğazı İranın “Axilles dabanı” imiş – İran anlaşmaya getməsə, Trampın hədələri gerçəyə çevriləcək 21/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.