Skip to content
24/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Dekabr
  • 11
  • İcbari sığorta haqqı müəmması… – Faktiki işsizlərlə qeyri-formal işləyənlər necə fərqləndiriləcək?

İcbari sığorta haqqı müəmması… – Faktiki işsizlərlə qeyri-formal işləyənlər necə fərqləndiriləcək?

admin 11/12/2025
işsiz-sğ

 

Maliyyə naziri Sahil Babayev Milli Məclisdə 2026-cı il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı icbari tibbi sığortanın (İTS) tətbiqi ilə bağlı vacib bir məqama toxunub. Nazir bildirib ki, bu sistemdə ödənişdən kənarda qalan yeganə qrup qeyri-formal (qanunsuz) şəkildə işləyənlər və gəlirlərini gizlədənlər olacaq.

Nazirin sözlərinə görə, əlillik dərəcəsi olmayan, təqaüd almayan, işsiz kimi qeydiyyatdan keçməyən və muzdla işləməyən hər kəs İTS haqqını ödəməlidir. Daha dəqiq desək: “Əmək potensialı olan, lakin heç bir kateqoriyaya daxil olmayan şəxslər (əməkhaqqı minimum 400 manatdan çox olanlar üçün) ayda 16 manat (illik 192 manat) İTS haqqı ödəməli olacaqlar”.

Bu şəxslərin müəyyənləşdirilməsi prosesi elektron qaydada, fərdiləşdirilmiş məlumatlar (FİN kodu) əsasında aparılacaq və onların gəlir mənbəyi sorğulanacaq. Nazir əlavə edib ki, qeyri-formal işləyən şəxslər üçün birdəfəlik sığorta haqqı ödəməklə tibbi xidmətlərdən yararlanmaq imkanı da yaradılıb.

Qeyd edək ki, burada əsas problem işsiz insanlarla qeyri-formal şəkildə işləyənlərin necə fərqləndiriləcəyi, işləməyənlərin bu kateqoriyalardan hansına aid olduğunun necə müəyyən ediləcəyidir. Çünki işləməyənlərin hamısı işsiz kimi qeydiyyata düşə bilmir. Xüsusilə kəndlərdə yaşayan insanların çoxunun adlarına torpaq sahəsi olduğundan işsiz kimi qeydiyyata alınmır. Ancaq eyni zamanda bu cür vətəndaşlar işsizdən o qədər də fərqlənmir. Ev təsərrüfatından il ərzində qazandıqlarını aylara bölsək, minimum əməkhaqqından belə xeyli aşağı qazanc əldə etdiklərini görə bilirik.

Buna görə də hökumətin ilk növbədə bu cür vətəndaşlarla qeyri-formal şəkildə işləyənləri ayıra biləcək kriteriyalar müəyyənləşdirməsi, bundan sonra yeni sistemi tətbiq etməsi məqsədəuyğun olardı.

Nəzərə almaq lazımdır ki, bu cür vətəndaşlar rəsmi olmasa da faktiki olaraq işsiz sayılır və onların tibbi sığortasının dövlət büdcəsi hesabına qarşılanması daha doğru olardı.

Qeyd edək ki, əksər dövlətlərdə işsizlərin tibbi sığortası məhz dövlət büdcəsi və ya sosial fondlar vasitəsilə qarşılanır.

Məsələn, Almaniya, Fransa, İtaliya kimi ölkələrdə işsizlərin tibbi sığortası dövlət tərəfindən ödənilir. İşsizlər ya sosial yardım fondları vasitəsilə, ya da işsizlik müavinətindən ayrılan hissə ilə sığortalanır. Onlardan ayrıca ödəniş tələb olunmur.

İsveç, Norveç, Danimarka kimi ölkələrdə səhiyyə tamamilə dövlət büdcəsindən maliyyələşir, işsizlərdən heç bir ödəniş tələb olunmur.

Qardaş Türkiyədə işsiz şəxslər “Genel Sağlık Sigortası” (GSS) çərçivəsində dövlət tərəfindən sığortalanır. Gəliri olmayan şəxslərin sığorta haqqı dövlət büdcəsindən ödənilir.

Postsovet ölkələrindən Gürcüstan və Qazaxıstanda işsizlər üçün dövlət tərəfindən maliyyələşdirilən minimum tibbi xidmət paketi mövcuddur.

Eyni zamanda o da nəzərə alınmalıdır ki, Azərbaycan BMT-nin “İqtisadi, sosial və mədəni hüquqlar haqqında Pakt”ına qoşulub. Bu sənəd hər kəsin “əlçatan tibbi xidmət hüququnu” tanıyır. İşsizlərdən ödəniş tələb etmək bu hüququn təmin edilməsini çətinləşdirə bilər.

Azərbaycan həmçinin Beynəlxalq Əmək Təşkilatının (İLO) bir sıra konvensiyalarına da qoşulub. Bu konvensiyalar sosial müdafiə, bərabər imkanlar və işçilərin hüquqlarını qorumağa yönəlib. Birbaşa “işsizlərdən tibbi sığorta haqqı tələb etmək olmaz” məhdudiyyəti yoxdur, amma sosial müdafiə prinsiplərinə zidd ola bilər.

Azərbaycanın imzaladığı Avropa Sosial Xartiyası da sosial müdafiə hüququnu tanıyır. Burada dövlətin işsizlərə tibbi xidmət təmin etməsi öhdəliyi vurğulanır.

Əlbəttə, qeyri-formal şəkildə işləyənlərin müəyyən olunması və onlardan icbari tibbi sığorta haqqının alınması lazımdır. Ancaq bu, faktiki işsiz olan vətəndaşlardan ödəniş tələb olunmasına gətirib çıxarmamalıdır. İşsiz şəxsdən ödəniş istəmək sosial ədalət prinsiplərinə uyğun deyil.

Qeyd edək ki, dövlətin maliyyə resursları da imkan verir ki, qeydiyyata alınmayan, ancaq faktiki işsiz insanlarla qeyri-formal şəkildə işləyənləri ayıra biləcək kriteriyalar müəyyənləşdirilənə qədər yeni sistemin tətbiqini təxirə salsın.

Belə ki, bu ilin ötən 10 ayı ərzində valyuta ehtiyatları 16–17 milyard manat artırılıb, üstəlik 5 milyard manat büdcə artığı yaranıb. Odur ki, büdcəyə əlavə 5–10 milyon manat vəsait cəlb olunmasına səbəb olacaq bir sistemin tələsik tətbiqinə zərurət görünmür. Bu, faktiki işsiz insanları çətin duruma sala və hökumətə inamsızlıq yarada bilər. /azpolitika.info

PAYLAŞIN:

Continue Reading

Previous: Turist məmnuniyyətinə ZƏRBƏ – Hotellərdə qonaqlardan niyə şəxsiyyət vəsiqəsinin surəti tələb edilir?
Next: Avro güclənir, dollar geriləyir – Ekspert səbəbləri AÇIQLADI

OXŞAR MÖVZULAR

ilham-serencam

II Dünya müharibəsi iştirakçılarına birdəfəlik maddi yardım veriləcək

admin 24/04/2026
bazar-b

Yay fəsili girən kimi bu məhsullar BAHALAŞACAQ

admin 24/04/2026
manat_2025

Ali Məhkəmə: Faiz müqabilində borc verilməsi təhlükə yarada bilər

admin 24/04/2026

XƏBƏR LENTİ

  • II Dünya müharibəsi iştirakçılarına birdəfəlik maddi yardım veriləcək 24/04/2026
  • Azərbaycan qlobal güc balansını dəyişə bilər – Almaniya KİV-i 24/04/2026
  • Yay fəsili girən kimi bu məhsullar BAHALAŞACAQ 24/04/2026
  • Ali Məhkəmə: Faiz müqabilində borc verilməsi təhlükə yarada bilər 24/04/2026
  • “Euronews”: Azərbaycan məskunlaşma məsələləri üzrə qlobal dialoq məkanıdır 24/04/2026
  • Gənclər və İdman Nazirliyində aşkarlanan pozuntuların başında duran “Modern Construction” kimə məxsusdur 24/04/2026
  • Dövlət Xidmətinin 8 vəzifəli şəxsi həbs edilib 24/04/2026
  • “Avromed” hemofiliyalı xəstələri dövlətlə üz-üzə qoyub: 17 milyonluq tenderin izi ilə 24/04/2026
  • Diyetoloqdan xəbərdarlıq: “Reklamlara aldanmayın” – Arıqladıcı içkilərin gerçək üzü ortaya çıxdı 24/04/2026
  • Azərbaycana məxsus 5 gəmi Avropa İttifaqının sanksiya siyahısından çıxarılıb 24/04/2026
  • Sərvət bumu: Beş il ərzində milyarderlərin sayı kəskin artacaq 24/04/2026
  • Tramp İrana qarşı nüvə silahından istifadədən və Hörmüz boğazından danışıb 24/04/2026
  • Azərbaycanda toylarla bağlı qadağalar gəlir? 23/04/2026
  • İqtisadiyyat daralır, milyarderlər çoxalır – Sayları və sərvətləri tarixi rekord vurdu + ADLAR 23/04/2026
  • Azərbaycan və ABŞ “Tramp Marşrutu” üzrə danışıqlara başlayıb 23/04/2026
  • Dövlət Xidmətinin dörd vəzifəli şəxsi həbs edildi 23/04/2026
  • Region göstəriciləri reallığı əks etdirirmi? – İqtisadçı deputatın çıxışını şərh etdi 23/04/2026
  • Trampın 1 həftə vaxtı qalır – Müharibə ilə bağlı qəti qərara gəlməlidir 23/04/2026
  • İrana qarşı əməliyyatlar bərpa edilsə Tehran hansı addımları atacaq? – QORXUNC SSENARİ 23/04/2026
  • Martın 15-i keçirilmiş buraxılış imtahanında 9 nəfər maksimal nəticə göstərib 23/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

adil-ker-mli

Adil Kərimlinin iştirakı ilə sənət tənqidi barədə ictimai müzakirə keçirilib

admin 23/04/2026
rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.