Skip to content
22/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Dekabr
  • 15
  • Gecənin yarısı başlayan qanunsuzluq “The Place Baku” nəzarətdən yayınır?

Gecənin yarısı başlayan qanunsuzluq “The Place Baku” nəzarətdən yayınır?

admin 15/12/2025
place baku

 

Gecənin yarısı başlayan qanunsuzluq “The Place Baku” nəzarətdən yayınır?

Son illər paytaxt Bakının gecə həyatında adı tez-tez çəkilən məkanlardan biri olan “The Place Baku” cəmiyyətdə ciddi narahatlıq doğurur. Məkan adi əyləncə ünvanı olmaqdan çıxaraq, qanunvericiliyin tələblərinə zidd fəaliyyət forması ilə gənclərin fiziki və mənəvi aşınmasına xidmət edən qapalı bir sistemə çevrilib. Məsələ təkcə bir obyektin fəaliyyəti ilə bağlı deyil, burada söhbət hüququn, ictimai asayişin və milli-mənəvi dəyərlərin sistemli şəkildə görməzdən gəlinməsindən gedir.
Bakının gecə həyatında təhlükəli şəkildə fəaliyyət göstərən “The Place Baku” qanunsuzluq, nəzarətsizlik və ictimai məsuliyyətsizlik simvoludur. Cəmiyyətin gözləri önündə hüququn diqqətindən kənarda qalan məkan dövlət nəzarət mexanizmlərinin selektiv işləməsi barədə ciddi suallar doğurur.
Kimsə bu “görünməz kassanın” haradan və kimlərin himayəsi ilə fəaliyyət göstərdiyini soruşmur
Məkanda maliyyə dövriyyəsi rəsmi uçotdan kənarda aparılır, ödənişlər kassaya vurulmur, xidmət haqları kartdan-karta köçürmə adı altında gizlədilir. Bu isə artıq sadəcə qayda pozuntusu deyil, vergi sisteminə, iqtisadi şəffaflığa və hüquqi dövlət prinsipinə açıq meydan oxumaqdır. Daha təhlükəlisi isə odur ki, bu mexanizm uzun müddətdir işləyir və kimsə bu “görünməz kassanın” haradan və kimlərin himayəsi ilə fəaliyyət göstərdiyini soruşmur.
Rəsmi ödəniş mexanizmlərinin kənarda saxlanılması təkcə fiskal risk yaratmır, həm də istehlakçı hüquqlarını zəiflədir, hüquqi məsuliyyət zəncirini qırır.
               “ThePlaceBaku” pandemiyanı ciddiyə almadı
Pandemiya dövründə ölkə üzrə tətbiq edilən sərt məhdudiyyətlərin, minlərlə sahibkarın fəaliyyətini dayandırdığı, insanların sağlamlıq naminə sosial həyatından imtina etdiyi bir zamanda, “The Place Baku”nun gecəyarısından sonra qapılarını açıq saxlaması, yalnız məsuliyyətsizlik deyil, cəmiyyətə qarşı açıq hörmətsizlik idi. Bu məkan pandemiyanı ciddiyə almadı, görünür, qanun biznes sahibi üçün tövsiyə xarakteri daşıyırdı.
Yalnız tanışlar və “köhnə müştərilər”
Məkanın fəaliyyət modeli xüsusilə gənclər üçün təhlükəli bir mühit yaradır. Gecənin qaranlığında başlayan, səhərə qədər davam edən bu həyat tərzi gəncləri sağlam düşüncədən, təhsildən, ailə dəyərlərindən uzaqlaşdıraraq asılılıq yaradan bir bataqlığa sürükləyir. Burada hər cür “xidmətin” mövcud olduğu iddiaları isə artıq təkcə əxlaqi məsələ deyil, ciddi hüquqi araşdırma tələb edən təhlükəli siqnaldır.
Diqqət çəkən başqa bir məqam isə məkanın qapalı xarakter daşımasıdır. Yad şəxslərin buraxılmaması, yalnız “öz adamları” və uzunmüddətli müştərilər üzərindən biznesin qurulması, qanunsuz fəaliyyətin gizlədilməsi üçün seçilmiş klassik üsullardan biri kimi dəyərləndirilir.

Gecə həyatının bütün çılpaqlığı ilə təqdim olunduğu məkanda, gənclərə zərərli vərdişlərin təşviqi, nəzarətsiz xidmətlərin göstərilməsi adi hala çevrilib. Seçilmiş auditoriya prinsipi – yad şəxslərin buraxılmaması, yalnız tanışlar və “köhnə müştərilər” üzərindən biznesin qurulması qapalı dövriyyə və mümkün qanunsuzluqların gizlədilməsi ehtimalını daha da gücləndirir.
Mənşəyi məlum olmayan qidalar gecə saatlarında təklif olunur
İddialar sırasında ən narahatedici məqamlardan biri də qida təhlükəsizliyi ilə bağlıdır. Mənşəyi məlum olmayan qidalar gecə saatlarında təklif olunur, sanitar norma və standartlara əməl edilib-edilmədiyi isə sual altındadır. Bu cür yanaşma zəhərlənmə riskini artırmaqla yanaşı, istehlakçıların sağlamlığını birbaşa təhlükə altına qoyur.
Qida təhlükəsizliyi məsələsi məkanda tamamilə arxa plana keçib. Mənşəyi məlum olmayan qidaların gecə saatlarında gənclərə təqdim edilməsi, tüstü və ağır dumanın ətrafı bürüyərək yaxınlıqda yaşayan insanların həyat keyfiyyətini aşağı salması, artıq obyektin deyil, bütöv bir yaşayış mühitinin zəhərlənməsi deməkdir.
Cəmiyyət susduqca, bu cür mühitlər daha da cəsarətlənir
Bütün bu iddialar fonunda məsul dövlət qurumlarının mövqeyi cəmiyyət üçün həlledici əhəmiyyət daşıyır. Bakı Şəhər Polisi, Qida Təhlükəsizliyi Agentliyi, eləcə də İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi kimi qurumların məsələyə kompleks yanaşma sərgiləməsi, obyektiv araşdırma aparması və zərurət yarandığı təqdirdə qanun çərçivəsində sərt tədbirlər görməsi vacibdir. Çünki söhbət təkcə bir məkanın fəaliyyətindən deyil, yüzlərlə gəncin taleyinə, onların fiziki və mənəvi gələcəyinə təsir edən sistemli təhlükədən gedir.
Cəmiyyət susduqca, bu cür mühitlər daha da cəsarətlənir. Gecə həyatının işıqları arxasında gizlənən bu iddialar diqqətdən kənarda qalmamalı, gənclərin məhvə sürüklənməsinə yol açan hər bir faktor vaxtında və prinsipial şəkildə aradan qaldırılmalıdır. Şəffaflıq, qanunun aliliyi və ictimai məsuliyyət məhz bu üç dayağın bərpası ilə paytaxtın gecə həyatı təhlükəsiz və sağlam çərçivəyə salına bilər.
The Place Baku ətrafında səslənən iddialar paytaxtın gecə həyatının hansı dəyərlər üzərində qurulduğu, dövlət nəzarətinin nə dərəcədə effektiv işlədiyi və gənclərin hansı mühitə yönləndirildiyi suallarını gündəmə gətirən geniş sosial problemdir. İddiaların araşdırılması və nəticələrin ictimaiyyətə açıqlanması həm hüquqi ədalətin, həm də cəmiyyətin vicdan rahatlığının təminatı baxımından mühüm əhəmiyyət kəsb edir.(Heqiqixeber.az)

PAYLAŞIN:

Continue Reading

Previous: “Ayıq sürücü”lərin təhlükəli xidməti – Kriminala bağlanan “Bolt”
Next: “Ukrayna Donbası verməkdən imtina edib” – “Rusiya “Koreya varinatı”nı müzakirə etmir”

OXŞAR MÖVZULAR

ferqane-asia

Mülkümü “REKET”LƏR ƏLİMDƏN ZORLA ALIR, ölümlə TƏHDİD EDİLİRƏM -Fərqanə Abbasovadan ŞOK ŞİKAYƏT

admin 20/04/2026
esedov

Əli Əsədovun biznes və tikinti imperiyası…

admin 17/04/2026
natiq-şam2

Kağız üzərində təhsil və paralel iş qalmaqalı

admin 16/04/2026

XƏBƏR LENTİ

  • “Azərenerji”də 255 milyon manatlıq yoxlama – Satınalma pozuntuları aşkarlanıb 21/04/2026
  • Hesablama Palatası: Gəncədə 11 milyon manata yaxın artıq xərclər aşkarlanıb 21/04/2026
  • Bəqai: İran Vaşinqtonun ziddiyyətli hərəkətlərinə görə ABŞ ilə danışıqlara getmir 21/04/2026
  • Kallas: Aİ Azərbaycanla əlaqələri genişləndirmək niyyətindədir 21/04/2026
  • “Fitch Ratings” İranda müharibənin Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatına təsirini qiymətləndirib 21/04/2026
  • “O şirkətlərin fəaliyyəti də yoxlanılsın…” – “Daha ciddi nöqsanlar aşkara çıxacaq” 21/04/2026
  • Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? – Aqrar sektordakı “məmursayağı” əngəllər 21/04/2026
  • Ötən ilin eyni dövrü ilə müqayisədə 60%-lik artım – Mənzillər niyə bahalaşır? 21/04/2026
  • “Bu halda çox milyonluq yeyintilərin qarşısını ala bilərik” – Əli Məsimli 21/04/2026
  • Azərbaycanda rəqabətli satınalmaların say üzrə xüsusi çəkisi 50 %-i keçib 21/04/2026
  • Süni intellektlə qanunsuz materialların hazırlanıb yayılmasına qadağalar qəbul edilib 21/04/2026
  • Hesablama Palatasının sədri: “Büdcə və satınalmalar üzrə pozuntuların nisbəti dəyişməyib” 21/04/2026
  • Hörmüz boğazı İranın “Axilles dabanı” imiş – İran anlaşmaya getməsə, Trampın hədələri gerçəyə çevriləcək 21/04/2026
  • Xaricdən kiloqramı 2 manata alınan balıq niyə 35 manata satılır? – VİDEO 21/04/2026
  • Bütün imtahanları bir platformada birləşdirən “AzSınaq” istifadəyə verilir – Azərbaycanda ilk 21/04/2026
  • Azərbaycan məktəblərinin bufetlərində QADAĞAN EDİLMİŞ məhsulların siyahısı açıqlanıb 21/04/2026
  • Lukaşenko müharibə istəmir, Rusiyadan uzaqlaşır – Qamaş 21/04/2026
  • “ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır – Anar Əliyev daha yaxşı bilər 21/04/2026
  • AİB Azərbaycanın iştirakı ilə dövlət satınamaları üzrə islahatlar layihəsini nəzərdən keçirir 21/04/2026
  • Orta Dəhlizin əhəmiyyəti getdikcə artır – Elçin Əmirbəyov 21/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.