Skip to content
22/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Dekabr
  • 25
  • Dövlət Tibb Müəssisələrinin analizləri kimlərin biznesinə xidmət edir?

Dövlət Tibb Müəssisələrinin analizləri kimlərin biznesinə xidmət edir?

admin 25/12/2025
vq-cavid1

 

Dövlət tibb müəssisələrində vətəndaşlardan götürülən tibbi analizlərin “mərkəz” deyilən ünvana aparılması ilə bağlı Mediatv.az-ın redaksiyasına daxil olan məlumatlar ciddi suallar doğurur. Aparılan araşdırmalar göstərir ki, sözügedən “mərkəz” əslində Referans Klinik Laboratoriya Mərkəzidir.
Məlumatlı mənbələrin bildirdiyinə görə, bir sıra dövlət tibb müəssisələrində laborator analizlər yerində yox, kənar özəl laboratoriyaya yönləndirilir. Maraqlıdır ki, vətəndaşlara bu proseslə bağlı nə yazılı məlumat verilir, nə də onların razılığı alınır. Analizlərin niyə dövlət laboratoriyalarında deyil, konkret bir özəl laboratoriyada icra olunması isə qaranlıq qalır.Vətəndaş bilməlidir: onun bioloji nümunəsi harada, hansı şəraitdə və hansı nəzarət mexanizmi ilə yoxlanılır?
Niyə yalnız Referans?

Verilən məlumata görə TƏBİB yarandığı ilk illərdə dövlət tibb müəssisələrində vətəndaşlardan götürülən laborator analizlərin yalnız bir ünvana – Referans Klinik Laboratoriya Mərkəzinə göndərilirdi.Rəsmi izah verilməsə də, bu vəziyyət bir neçə il dəyişməz qaldı və suallar cavabsız saxlanıldı:
Sonradan isə vəziyyət formal olaraq “dəyişdirildi”. Məlumata görə, tender yolu ilə daha 3 özəl laboratoriya bu prosesə cəlb olundu. Lakin bu addım problemin mahiyyətini aradan qaldırmadı, əksinə yeni suallar doğurdu. Çünki söhbət yenə də dövlət tibb müəssisələrində gördüyü işin özəl strukturlara ötürülməsindən gedir.
Tender yolu ilə daha 3 özəl laboratoriya əlavə olunması isə şəffaflıq görüntüsü yaratsa da, prosesin detalları ictimaiyyətə açıqlanmır. Tender şərtləri, qalib özəl laboratoriyanın seçilmə səbəbləri, maliyyə axını və dövlət büdcəsindən bu işə ayrılan vəsaitlər barədə açıq məlumat yoxdur.
Ortada ciddi bir sual qalır: bu sistem vətəndaşın sağlamlığına xidmət edir, yoxsa məmura məxsus klinikaların davamlı gəlir əldə etməsinə?
Aidiyyəti qurumlar bu məsələyə aydınlıq gətirməli, dövlət tibb müəssisələrində analizlərin niyə yerində aparılmadığını, özəl laboratoriyalara üstünlük verilməsinin səbəblərini və tender mexanizminin nə dərəcədə şəffaf olduğunu ictimaiyyətə izah etməlidir. Əks halda, “islahat” adı altında eyni sxemin sadəcə iştirakçılarının artırıldığı təəssüratı yaranır.Suallar isə açıq qalır:
– Dövlət tibb müəssisələrində laborator avadanlıqlar mövcud olduğu halda analizlər niyə kənara daşınır?
– Bu istiqamətləndirməni kim və hansı əsasla verir?
– Bu prosesdən dövlət büdcəsi zərər görürmü?
Seçim hansı meyarlarla aparılıb? Dövlət tibb müəssisələrinin laborator imkanları niyə kənarda qoyulub?
Söhbət minlərlə vətəndaşın sağlamlığı və dövlət səhiyyə sistemində şəffaflıqdan gedir.
Suallar cavabsız qaldıqca, “mərkəz” adı altında həyata keçirilən bu proses ictimai şübhələri daha da artırır. Dövlət tibb müəssisələrində kimə və nəyə xidmət edir – vətəndaşa, yoxsa gizli maraqlara?
Bu isə artıq səhiyyə yox, biznes maraqlarının müzakirə mövzusudur.

Daha diqqətçəkən məqam ondan ibarətdir ki, Referans Klinikasının tanınmış məmur Cavid Qurbanova məxsus olduğu bildirilir. Bu iddia rəsmi şəkildə təsdiqlənməsə də, məsələ potensial maraqlar toqquşması ehtimalını gündəmə gətirir. Əgər dövlət tibb müəssisələrinin fəaliyyəti faktiki olaraq müəyyən bir özəl laboratoriyanın maraqlarına xidmət edirsə, bu artıq təkcə tibbi deyil, həm də hüquqi və korrupsiya əməllərinə istiqamətlənmiş bir problemdir. /mediatv.az

PAYLAŞIN:

Continue Reading

Previous: Bazarlarda bayram bahalaşması… – Qarşısını necə almaq olar?
Next: Gənclər və İdman Nazirliyinin daim işbirliyi qurduğu şirkət niyə cərimələndi – Ortaya nələr çıxdı…

OXŞAR MÖVZULAR

ferqane-asia

Mülkümü “REKET”LƏR ƏLİMDƏN ZORLA ALIR, ölümlə TƏHDİD EDİLİRƏM -Fərqanə Abbasovadan ŞOK ŞİKAYƏT

admin 20/04/2026
esedov

Əli Əsədovun biznes və tikinti imperiyası…

admin 17/04/2026
natiq-şam2

Kağız üzərində təhsil və paralel iş qalmaqalı

admin 16/04/2026

XƏBƏR LENTİ

  • “Azərenerji”də 255 milyon manatlıq yoxlama – Satınalma pozuntuları aşkarlanıb 21/04/2026
  • Hesablama Palatası: Gəncədə 11 milyon manata yaxın artıq xərclər aşkarlanıb 21/04/2026
  • Bəqai: İran Vaşinqtonun ziddiyyətli hərəkətlərinə görə ABŞ ilə danışıqlara getmir 21/04/2026
  • Kallas: Aİ Azərbaycanla əlaqələri genişləndirmək niyyətindədir 21/04/2026
  • “Fitch Ratings” İranda müharibənin Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatına təsirini qiymətləndirib 21/04/2026
  • “O şirkətlərin fəaliyyəti də yoxlanılsın…” – “Daha ciddi nöqsanlar aşkara çıxacaq” 21/04/2026
  • Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? – Aqrar sektordakı “məmursayağı” əngəllər 21/04/2026
  • Ötən ilin eyni dövrü ilə müqayisədə 60%-lik artım – Mənzillər niyə bahalaşır? 21/04/2026
  • “Bu halda çox milyonluq yeyintilərin qarşısını ala bilərik” – Əli Məsimli 21/04/2026
  • Azərbaycanda rəqabətli satınalmaların say üzrə xüsusi çəkisi 50 %-i keçib 21/04/2026
  • Süni intellektlə qanunsuz materialların hazırlanıb yayılmasına qadağalar qəbul edilib 21/04/2026
  • Hesablama Palatasının sədri: “Büdcə və satınalmalar üzrə pozuntuların nisbəti dəyişməyib” 21/04/2026
  • Hörmüz boğazı İranın “Axilles dabanı” imiş – İran anlaşmaya getməsə, Trampın hədələri gerçəyə çevriləcək 21/04/2026
  • Xaricdən kiloqramı 2 manata alınan balıq niyə 35 manata satılır? – VİDEO 21/04/2026
  • Bütün imtahanları bir platformada birləşdirən “AzSınaq” istifadəyə verilir – Azərbaycanda ilk 21/04/2026
  • Azərbaycan məktəblərinin bufetlərində QADAĞAN EDİLMİŞ məhsulların siyahısı açıqlanıb 21/04/2026
  • Lukaşenko müharibə istəmir, Rusiyadan uzaqlaşır – Qamaş 21/04/2026
  • “ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır – Anar Əliyev daha yaxşı bilər 21/04/2026
  • AİB Azərbaycanın iştirakı ilə dövlət satınamaları üzrə islahatlar layihəsini nəzərdən keçirir 21/04/2026
  • Orta Dəhlizin əhəmiyyəti getdikcə artır – Elçin Əmirbəyov 21/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.