Skip to content
22/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Dekabr
  • 25
  • Gənclər və İdman Nazirliyinin daim işbirliyi qurduğu şirkət niyə cərimələndi – Ortaya nələr çıxdı…

Gənclər və İdman Nazirliyinin daim işbirliyi qurduğu şirkət niyə cərimələndi – Ortaya nələr çıxdı…

admin 25/12/2025
gin5

 

Gənclər və İdman Nazirliyi ilə Xankəndi şəhər stadionunun təmiri üçün satınalma müqaviləsi bağlayan “Planet Construction” MMC bu işin icrası zamanı əmək qanunvericiliyinin tələblərini pozub. Nazirliklə 9 milyon 918 674 manatlıq tender müqaviləsi bağlayan şirkət Xankəndi şəhər stadionunun tikintisində işçiləri əmək müqaviləsi olmadan işlədib.

Mediada yayılan məlumatlara görə Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən toplanmış materiallar məhkəməyə göndərilib. Məhkənin qərarı ilə “Planet Construction” şirkəti 20 min manat məbləğində cərimələnib.

Qeyd edək ki, bu Gənclər və İdman Nazirliyi ilə “Planet Construction” MMC arasında bağlanan ilk satınalma müqailəsi olmayıb.

Gənclər və İdman Nazirliyi 2025-ci ilin aprel ayından dekabr ayına qədər bir mənbədən satınalma metodu tətbiq etməklə 6 satınalma müqaviləsi bağlayıb.

Xankəndi şəhər stadionunda söküntü işlərinin satın alınması üzrə 289.019,47 manat məbləğində müqavilə 09.04.2025-ci ildə bağlanılıb.

Şəki Olimpiya İdman Kompleksinin təmiri işlərinin satın alınması üzrə 6.887.701,15 manat məbləğində müqavilə 09.04.2025-ci ildə bağlanılıb.

Xankəndi şəhər stadionunun əsaslı təmiri və yenidən qurulması üzrə işlərin satın alınması üzrə 9.918.674,49 manat məbləğində müqavilə 24.07.2025-ci ildə bağlanılıb.

“Şəki rayonunda Olimpiya İdman Kompleksinin binasında əsaslı təmir işlərinin (Avadanlıqlarla birlikdə)” satın alınması üzrə 658.188,45 manat məbləğində müqavilə 08.10.2025-ci ildə bağlanılıb.

Xankəndi şəhər stadionunun xarici elektrik xəttinin çəkilməsi üzrə 1.190.096,6 manat məbləğində müqavilə 13.11.2025-ci ildə bağlanılıb.

Şəki Olimpiya İdman Kompleksində əlavə işlərin icrası üzrə 440.359,57 manat məbləğində müqavilə    24.12.2025-ci ildə bağlanılıb.

Satınalmaların portalından əldə etdiyimiz bu məlumatlardan da görsəndiyi kimi Gənclər və İdman Nazirliyi Şəki Olimpiya İdman Kompleksinin təmiri işlərinin aparılması üzrə ümumi dəyəri 7 986 248 manat olan 3 sattınalma müqaviləsi bağlayıb.

Gənclər və İdman Nazirliyi ümumi dəyəri 11 397 789 manat olan 3 sattınalma müqaviləsi də Xankəndi şəhər stadionunun yenidən qurulması üzrə bağlayıb.

Göründüyü kimi Gənclər və İdman Nazirliyi son 9 ay ərzində bir mənbədən satınalma metodu tətbiq etməklə “Planet Construction” MMC ilə 20 milyon manata yaxın dəyəri olan müqavilələr bağlayıb.

Baş Prokurorluğun yaydığı məlumatlardan da göründüyü kimi “Planet Construction” MMC Xankəndi şəhər stadionunun təmirində işin icrası zamanı əmək qanunvericiliyinin tələblərini pozub. İndi kim zəmanət verə bilər ki, analoji hala Şəki Olimpiya İdman Kompleksinin təmirində yol verilməyib.

Dövlət Vergi Xidmətinin reyestrinə daxil edilmiş məlumatlarda “Planet Construction” (VÖEN: 1005274361) Məhdud Məsuliyyətli Cəmiyyətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 05.04.2018-ci il tarixdə dövlət qeydiyyatına alındığı göstərilib. Reyestr məlumatlarında nizamnamə kapitalı 50 manat olan MMC-nin hüquqi ünvanı BAKI ŞƏHƏRİ, BİNƏQƏDİ RAYONU, BİNƏQƏDİ ŞTQ, ƏCƏMİ NAXÇIVANİ, ev.4, m.5, qanuni təmsilçisinin isə Şirinov Qafqaz Tehran oğlu olduğu qeyd edilib.

Qeyd edək ki, şirkət daha əvvəllər də cərimələnib. Medianın 2023-cü ilin martında yaydığı məlumata görə “Planet Construction” MMC barəsində informasiyadan istifadə edilməsi, onun yayılması və mühafizəsi qaydaları əleyhinə olan (Statistik məlumatların verilməsi qaydalarının pozulması) inzibati xəta protokolu tərtib edilib. Bu protokol İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsi ilə iddası ilə irəli sürülüb.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsinə görə, statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsinə görə 300 manatdan 500 manatadək məbləğdə cərimə edilir.

2025-ci ilin marında yayılan məlumata gərə  “Planet Construction” MMC Xankəndi şəhər stadionunun tikintisində çalışan fəhlələrin pulunu vermədiyini və buna görə işlərin dayandığı bildirilir. Sosial şəbəkələrdə yayılan məlumatlara görə Xankəndi şəhər stadionunun tikintisində iştirak edən fəhlələrin pulları bir neçə aya yaxındır verilmir.  İşçilərin əmək haqqlarının verilməməsinə görə şəhər stadionun tikintisi hələki yarımçıq qalıb.

Buradan ortaya suallar çıxır. Gənclər və İdman Nazirliyi 2025-ci ilin martında işçilərin əmək haqqını verməyibsə, bu da işlərin ləngiməsinə səbə olubsa “Planet Construction” MMC niyə yenidən, həm də bir mənbədən satınalma metodu ilə milyonlarla manat dəyəri olan müqavilələr bağlayıb?

 

Aktualinfo.net

PAYLAŞIN:

Continue Reading

Previous: Dövlət Tibb Müəssisələrinin analizləri kimlərin biznesinə xidmət edir?
Next: Saray qəsəbəsində Parket Fabrikinin tikintisinə necə icazə verilib?! –FOTOLAR+VİDEO

OXŞAR MÖVZULAR

anar-eliyev

“ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır – Anar Əliyev daha yaxşı bilər

admin 21/04/2026
omd-aynur

Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar

admin 16/04/2026
read-rafiq

Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər

admin 16/04/2026

XƏBƏR LENTİ

  • “Azərenerji”də 255 milyon manatlıq yoxlama – Satınalma pozuntuları aşkarlanıb 21/04/2026
  • Hesablama Palatası: Gəncədə 11 milyon manata yaxın artıq xərclər aşkarlanıb 21/04/2026
  • Bəqai: İran Vaşinqtonun ziddiyyətli hərəkətlərinə görə ABŞ ilə danışıqlara getmir 21/04/2026
  • Kallas: Aİ Azərbaycanla əlaqələri genişləndirmək niyyətindədir 21/04/2026
  • “Fitch Ratings” İranda müharibənin Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatına təsirini qiymətləndirib 21/04/2026
  • “O şirkətlərin fəaliyyəti də yoxlanılsın…” – “Daha ciddi nöqsanlar aşkara çıxacaq” 21/04/2026
  • Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? – Aqrar sektordakı “məmursayağı” əngəllər 21/04/2026
  • Ötən ilin eyni dövrü ilə müqayisədə 60%-lik artım – Mənzillər niyə bahalaşır? 21/04/2026
  • “Bu halda çox milyonluq yeyintilərin qarşısını ala bilərik” – Əli Məsimli 21/04/2026
  • Azərbaycanda rəqabətli satınalmaların say üzrə xüsusi çəkisi 50 %-i keçib 21/04/2026
  • Süni intellektlə qanunsuz materialların hazırlanıb yayılmasına qadağalar qəbul edilib 21/04/2026
  • Hesablama Palatasının sədri: “Büdcə və satınalmalar üzrə pozuntuların nisbəti dəyişməyib” 21/04/2026
  • Hörmüz boğazı İranın “Axilles dabanı” imiş – İran anlaşmaya getməsə, Trampın hədələri gerçəyə çevriləcək 21/04/2026
  • Xaricdən kiloqramı 2 manata alınan balıq niyə 35 manata satılır? – VİDEO 21/04/2026
  • Bütün imtahanları bir platformada birləşdirən “AzSınaq” istifadəyə verilir – Azərbaycanda ilk 21/04/2026
  • Azərbaycan məktəblərinin bufetlərində QADAĞAN EDİLMİŞ məhsulların siyahısı açıqlanıb 21/04/2026
  • Lukaşenko müharibə istəmir, Rusiyadan uzaqlaşır – Qamaş 21/04/2026
  • “ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır – Anar Əliyev daha yaxşı bilər 21/04/2026
  • AİB Azərbaycanın iştirakı ilə dövlət satınamaları üzrə islahatlar layihəsini nəzərdən keçirir 21/04/2026
  • Orta Dəhlizin əhəmiyyəti getdikcə artır – Elçin Əmirbəyov 21/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.