Skip to content
22/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Dekabr
  • 30
  • Tramp Putinə “yaşıl işıq” yandırdı… – ABŞ Prezidenti üçün biabırçı AÇIQLAMALAR

Tramp Putinə “yaşıl işıq” yandırdı… – ABŞ Prezidenti üçün biabırçı AÇIQLAMALAR

admin 30/12/2025
pt-tr--

 

Trampi nədən öz kəşfiyyatına yox, Putinə istinad edir?

ABŞ Prezidenti Donald Tramp Rusiyanın Ukraynanın guya Vladimir Putinin Novqorod vilayətindəki (Valday) dövlət iqamətgahına hücum etdiyi iddialarına dair açıqlama verib.

“Düzünü desəm, bu barədə heç nə bilmirəm. Bu barədə sadəcə eşitmişəm, amma belə desək, bu barədə heç nə bilmirəm. Bu, çox pis olardı, heç yaxşı olmazdı”, – Tramp İsrailin Baş naziri Binyamin Netanyahu ilə görüşündə deyib.

Bununla yanaşı, Tramp Putinlə söhbəti barədə danışıb və onun sözlərinə görə, Putin son söhbətində ona “hücum edildiyi” barədə şəxsən məlumat verib: “Prezident Putin bu barədə mənə səhər tezdən danışdı. O dedi ki, ona hücum ediblər. Bu, qəbuledilməzdir. Qətiyyən qəbuledilməzdir. Unutmayın ki, mən Ukraynaya “Tomaqavk” raketlərinin tədarükünü dayandırdım”.

Tramp Putinlə son söhbətinin “çox yaxşı” keçdiyini əlavə edib: “Biz söhbətimizi bitirəndə Rusiyada saat 2:30 idi. Çox yaxşı söhbətimiz oldu. Bizim vaxtımızla səhər saat 8-də danışırdıq və bu, çox məhsuldar bir söhbət idi”.

Tramp qeyd edib ki, Putinlə söhbəti zamanı “bir neçə çox çətin məsələni” müzakirə ediblər.

Məlum olduğu kimi, Ukrayna Prezidenti Volodimir Zelenski bir müddət əvvəl Rusiyanın Kiyevdəki hökumət binalarına hücumlar üçün zəmin hazırladığını bildirmişdi.

Rusiya Xarici işlər naziri Sergey Lavrov Ukrayna Silahlı Qüvvələrinin guya Putinin Novqorod vilayətindəki dövlət iqamətgahına hücum etməyə cəhd etdiyini bildirib. Guya “hücumda” iştirak edən 91 PUA-nın hamısı vurulub.

Lavrov həmçinin Rusiyanın “cavab zərbəsi üçün vaxtı və hədəfləri müəyyən etdiyini” bildirib. Zelenskinin sözlərinə görə, Moskvanın bu son dərəcə təhlükəli açıqlamaları açıq şəkildə Ukraynanın ABŞ Prezidenti Donald Trampın komandası ilə birgə işinin bütün nailiyyətlərini sarsıtmağa yönəlib.

Əslində isə Trampın Putindən eşitdiklərini baş vermis fakt kimi təqdim etməsi, hətta açıq şəkildə Ukraynanı günahlandırması olduqca müəmmalı və ABŞ başçısı üçün biabırçı görünür. Tramp faktiki olaraq ABŞ kəşfiyyatına yox, Putinə istinad edir. Valdaya guya edilən hücumun doğruluğunu yoxlamaq ABŞ üçün problem deyil. Lakin göründüyü kimi, Tramp bunu etmədən birbaşa “iki sözündən üçü yalan olan” Putinə istinad edir və bununla da Rusiyanın Kiyevdəki hökumət binalarına raket zərbələrinə – eskalasiyaya “yaşıl işıq” yandırır. Hətta belə təəssürat yaranır ki, Tramp-Putin telefon danışığında əldə olunan əsas “razılaşma” məhz Kiyevdəki hökumət binalarını bombalamaq və bununla Zelenskiyə, Ukraynaya təzyqiləri artırmaq olub…

Ortada Valdaya hücuma dair heç bir ciddi fakt, videogörüntü, PUA qalıqları və s. yoxdur. Yalnız yalan, saxtakarlıq iliyinə qədər işləmiş Lavrovun və Putinin bəyanatları var. Ola bilər ki, hansısa saxta, səhnələşdirilmiş görüntülər meydana atılsın. Bu Kreml üçün problem deyil. Lakin bunun əsasında Kiyevin bombalanmasına, “danışıqlarda Rusiyanın öz mövqeyinə yenidən baxmasına” əsas yaratmağa çalışıldığı aydın görünür. Tramp da bu biabırçı səhnədə baş rollarda iştirak edir…

Ən azından Putini vurmaq istəyən tərəf onun “göz bəbəyi kimi” qorunan iqamətgahına qarşı çox vaxt asanlıqla vurula bilən PUA-lardan istifadə etməzdi. Həmçinin, zatən Putinin ümumiyyətlə, orada olmadığı bildirilir. Nəhayət, bu hücum ilk növbədə indiki dönəmdə qətiyyən Ukraynanın maraqlarına uyğun olmazdı.

Beləliklə, yaxın zamanda Kiyevə, onun mərkəzinə güclü raket hücumları gözlənilir. Bu hücum nəticəsində dağıdılacaq binalara görə məsuliyyət, eləcə də ölən və yaralanan insanların qanı təkcə Putinin yox, həm də Trampın üzərində olacaq… /azpolitika.info

PAYLAŞIN:

Continue Reading

Previous: Gələn ildən internet sürətinin artırılması üçün hansı addımlar atıla bilər?
Next: İl bitdi, Aygün Əliyevanın “rəfiqə qrantları” bitmir…-TƏFSİLAT

OXŞAR MÖVZULAR

beqai iir

Bəqai: İran Vaşinqtonun ziddiyyətli hərəkətlərinə görə ABŞ ilə danışıqlara getmir

admin 21/04/2026
hürmüz-clos

Hörmüz boğazı İranın “Axilles dabanı” imiş – İran anlaşmaya getməsə, Trampın hədələri gerçəyə çevriləcək

admin 21/04/2026
lukashenko (2)

Lukaşenko müharibə istəmir, Rusiyadan uzaqlaşır – Qamaş

admin 21/04/2026

XƏBƏR LENTİ

  • “Azərenerji”də 255 milyon manatlıq yoxlama – Satınalma pozuntuları aşkarlanıb 21/04/2026
  • Hesablama Palatası: Gəncədə 11 milyon manata yaxın artıq xərclər aşkarlanıb 21/04/2026
  • Bəqai: İran Vaşinqtonun ziddiyyətli hərəkətlərinə görə ABŞ ilə danışıqlara getmir 21/04/2026
  • Kallas: Aİ Azərbaycanla əlaqələri genişləndirmək niyyətindədir 21/04/2026
  • “Fitch Ratings” İranda müharibənin Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatına təsirini qiymətləndirib 21/04/2026
  • “O şirkətlərin fəaliyyəti də yoxlanılsın…” – “Daha ciddi nöqsanlar aşkara çıxacaq” 21/04/2026
  • Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? – Aqrar sektordakı “məmursayağı” əngəllər 21/04/2026
  • Ötən ilin eyni dövrü ilə müqayisədə 60%-lik artım – Mənzillər niyə bahalaşır? 21/04/2026
  • “Bu halda çox milyonluq yeyintilərin qarşısını ala bilərik” – Əli Məsimli 21/04/2026
  • Azərbaycanda rəqabətli satınalmaların say üzrə xüsusi çəkisi 50 %-i keçib 21/04/2026
  • Süni intellektlə qanunsuz materialların hazırlanıb yayılmasına qadağalar qəbul edilib 21/04/2026
  • Hesablama Palatasının sədri: “Büdcə və satınalmalar üzrə pozuntuların nisbəti dəyişməyib” 21/04/2026
  • Hörmüz boğazı İranın “Axilles dabanı” imiş – İran anlaşmaya getməsə, Trampın hədələri gerçəyə çevriləcək 21/04/2026
  • Xaricdən kiloqramı 2 manata alınan balıq niyə 35 manata satılır? – VİDEO 21/04/2026
  • Bütün imtahanları bir platformada birləşdirən “AzSınaq” istifadəyə verilir – Azərbaycanda ilk 21/04/2026
  • Azərbaycan məktəblərinin bufetlərində QADAĞAN EDİLMİŞ məhsulların siyahısı açıqlanıb 21/04/2026
  • Lukaşenko müharibə istəmir, Rusiyadan uzaqlaşır – Qamaş 21/04/2026
  • “ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır – Anar Əliyev daha yaxşı bilər 21/04/2026
  • AİB Azərbaycanın iştirakı ilə dövlət satınamaları üzrə islahatlar layihəsini nəzərdən keçirir 21/04/2026
  • Orta Dəhlizin əhəmiyyəti getdikcə artır – Elçin Əmirbəyov 21/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.