İran və ABŞ arasında hazırda danışıqlar mümkün deyil.
Bu barədə İran xarici işlər naziri Abbas Əraqçi jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, İran danışıqlardan imtina etməyib:
“İran heç vaxt danışıqlar masasını tərk etməyib və həmişə hörmət və qarşılıqlı maraqlara əsaslanan dialoqa hazırdır. Lakin hazırda ABŞ hökumətində bu cür yanaşma mövcud deyil”.
