ABŞ Venesuelanın müvəqqəti hökumətinə təzyiq göstərir və ölkədə olduğu bildirilən Rusiya, Çin, İran və Kuba müşavirlərinin ölkədən çıxarılmasını tələb edir.
Bu barədə “The New York Times” adları açıqlanmayan ABŞ rəsmilərinə istinadla məlumat yayıb.
Bildirilib ki, ABŞ Dövlət Katibi Marko Rubio Vaşinqtonun tələblərini Venesuelanın yeni müvəqqəti Prezidenti Delsi Rodrigezə təqdim edib.
