Skip to content
16/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Yanvar
  • 9
  • “Mənə beynəlxalq hüquq lazım deyil”, “Məni dayandıra biləcək yeganə şey budur…” – Tramp hansı mesajları verdi?

“Mənə beynəlxalq hüquq lazım deyil”, “Məni dayandıra biləcək yeganə şey budur…” – Tramp hansı mesajları verdi?

admin 09/01/2026
ny-times

 

“Mənə beynəlxalq hüquq lazım deyil”

ABŞ Prezidenti Donald Tramp çərşənbə axşamı “The New York Times” qəzetinə verdiyi geniş müsahibədə bəyan edib ki, Ali Baş Komandan kimi onun səlahiyyətlərini məhdudlaşdıran yeganə amil “öz mənəviyyatıdır”.

O, beynəlxalq hüququ və hərbi gücdən istifadə, ölkələrə zərbə endirmə, işğal və ya təzyiq göstərmə imkanlarına qoyulan digər məhdudiyyətləri faktiki olaraq kənara qoyub.

“Bəli, bir məhdudiyyət var. Öz mənəviyyatım. Öz düşüncə tərzim. Məni dayandıra biləcək yeganə şey budur”, – deyə, o, bildirib.

Tramp əlavə edib ki, beynəlxalq hüquqa ehtiyac duymur: “Mənə beynəlxalq hüquq lazım deyil. Mən insanlara zərər vermək istəmirəm”.

Trampın hərbi, iqtisadi və siyasi gücün istənilən alətindən ABŞ-nin üstünlüyünü möhkəmləndirmək üçün sərbəst şəkildə istifadə edə biləcəyinə dair bu yanaşması onun dünyagörüşünün indiyədək ən açıq etirafı kimi qiymətləndirilir. Bu yanaşmanın mərkəzində isə qanunlar, müqavilələr və konvensiyalar deyil, milli güc olması ideyası dayanır.

Bununla yanaşı, Tramp ölkə daxilində müəyyən məhdudiyyətlərin mövcudluğunu da etiraf edib. Bu etiraf onun bəyənmədiyi institutlara qarşı cəza tədbirləri görməsi, siyasi rəqiblərindən qisas alması və ştat və yerli hakimiyyət orqanlarının etirazlarına baxmayaraq Milli Qvardiyanı şəhərlərə göndərməsi fonunda səslənib.

Tramp müsahibədə açıq şəkildə bildirib ki, o, özünün gözlənilməzliyi və hərbi gücdən tez istifadə etməyə hazır olması ilə bağlı reputasiyasından digər ölkələrə təzyiq göstərmək üçün yararlanır.

Müsahibə zamanı Donald Tramp əvvəlkindən daha da özünə güvənən və cəsarətli görünüb. O, İranın nüvə proqramına endirilən zərbənin uğurundan danışıb. Tramp bu əməliyyatda istifadə olunan B-2 bombardmançı təyyarəsinin modelini masasının üzərində saxlayır. 

Eyni zamanda, ötən həftəsonu Venesuela liderinin ələ keçirilməsini və Danimarkanın — yəni NATO müttəfiqinin — nəzarətində olan Qrenlandiya ilə bağlı planlarını xatırladıb.

Trampdan Qrenlandiyanı əldə etmək, yoxsa NATO-nu qorumaq — hansı prioritetin daha önəmli olduğu soruşulduqda, o, birbaşa cavab verməkdən yayınıb, lakin bunun “seçim ola biləcəyini” etiraf edib. O, transatlantik alyansın ABŞ olmadan faktiki olaraq faydasız olduğunu açıq şəkildə bildirib.

İkinci Dünya müharibəsindən sonra formalaşmış beynəlxalq nizamın qaydalarını bir supergüc üçün artıq yük kimi təqdim edən Tramp, Çin lideri Si Cinpinin və ya Rusiya prezidenti Vladimir Putinin eyni məntiqdən istifadə edərək ABŞ-yə zərər verə biləcəyi fikrini isə istehzayla qarşılayıb. Mövzu nə olursa-olsun, Tramp üçün əsas həlledici amilin ABŞ gücü olduğunu vurğulayıb və əvvəlki prezidentləri bu gücdən siyasi üstünlük və milli mənafe naminə istifadə etməkdə həddindən artıq ehtiyatlı olmaqda ittiham edib.

Trampın Qrenlandiyanın mütləq şəkildə ABŞ-nin tərkibinə daxil edilməli olduğu barədə israrı onun dünyagörüşünün ən bariz nümunələrindən biri kimi göstərilir. Onun fikrincə, 1951-ci il müqaviləsinə əsasən ABŞ-nin Qrenlandiyada yerləşən hərbi bazalardan istifadə hüququ kifayət deyil. Strateji baxımdan ABŞ, Avropa, Çin və Rusiya donanmalarının kəsişmə nöqtəsində yerləşən bu nəhəng əraziyə tam nəzarət edilməlidir.

Donald Tramp Qrenlandiya barədə danışarkən məsələyə tipik bir daşınmaz əmlak maqnatı gözü ilə yanaşıb və “mülkiyyətin çox vacib olduğunu” deyib. O xatırladıb ki, Qrenlandiya ərazicə Texas ştatından üç dəfə böyükdür, lakin əhalisi 60 mindən də azdır. Tramp Qrenlandiyanın ABŞ-nin yaxın NATO müttəfiqinin nəzarətində olmasının əhəmiyyətini isə faktiki olaraq önəmsiz sayıb.

Ondan bu ərazini niyə mütləq şəkildə əldə etməli olduğu soruşulduqda Tramp belə cavab verib: “Çünki psixoloji baxımdan uğur üçün bunun vacib olduğunu düşünürəm. Məncə, mülkiyyət elə bir üstünlük verir ki, bunu nə icarə, nə də müqavilə ilə əldə etmək mümkündür. Sahiblik sənə sadəcə sənəd imzalamaqla qazana bilməyəcəyin imkanlar və elementlər verir”.

Tramp dünyanın ən böyük iki nüvə gücü olan ABŞ və Rusiya arasında qalan son əsas nüvə silahlarına nəzarət sazişinin dörd həftəyə başa çatmasına da ciddi əhəmiyyət vermədiyini nümayiş etdirib. Bu sazişin bitməsi yarım əsrdən sonra ilk dəfə olaraq hər iki ölkəyə arsenalını məhdudiyyətsiz genişləndirmək imkanı verə bilər.

“Bitərsə, bitsin….Biz sadəcə daha yaxşı bir saziş bağlayacağıq”, — deyə o əlavə edib və dünyanın ən sürətlə böyüyən nüvə arsenalına malik olan Çinin də gələcək  razılaşmaya daxil edilməli olduğunu israrla vurğulayıb.

“Yəqin ki, bir neçə başqa oyunçunu da bu prosesə cəlb etmək istərdiniz”, — deyə Tramp qeyd edib.

Prezidentin Venesuelada Nikolas Maduronu hakimiyyətdən uzaqlaşdırmaq üçün Karakasa xüsusi təyinatlı qüvvələr göndərməsi qərarının Çin və ya Rusiya tərəfindən istismar olunacağı ehtimalına münasibəti də eyni dərəcədə rahat və arxayın olub. Venesueladakı əməliyyatdan sonra ABŞ-nin bu addımının Çinin Tayvana qarşı mümkün addımlarına və ya Vladimir Putinin tarixi baxımdan Rusiya imperiyasının bir hissəsi adlandırdığı Ukraynanı ələ keçirmək cəhdlərinə haqq qazandıra biləcəyi barədə fikirlər səsləndirilib.

Ondan gələcəkdə peşman ola biləcəyi bir presedent yaradıb-yaratmadığı soruşulduqda Tramp bildirib ki, Maduronun Venesuelasından gələn təhlükə ilə Si Cinpinin Tayvanla bağlı baxışı tamamilə fərqlidir.

“Bu, real təhlükə idi”, — deyə Tramp Venesuela barədə bildirib. O, “Çinə doğru insan axını olmadığını” deyərək, Maduronun ABŞ-yə dəstə üzvlərini göndərdiyi ilə bağlı tez-tez təkrarladığı iddianı yenidən səsləndirib.

Tramp əlavə edib ki, “Çinə narkotik axını yox idi, bizim üzləşdiyimiz bütün bu pis şeylər yox idi”. Onun sözlərinə görə, “Tayvanda həbsxanalar açılmayıb və insanlar Çinə axışmayıb”. Daha sonra o, oxşar vəziyyətin “Rusiyaya doğru da olmadığını” qeyd edib və cinayətkarların ora axın etmədiyini vurğulayıb.

Jurnalist Si Cinpinin Tayvanı Çin üçün separatçı təhlükə hesab etdiyini xatırlatdıqda Tramp belə cavab verib: “Bu, onun işidir, nə edəcəyinə özü qərar verəcək. Amma mən ona açıq şəkildə bildirmişəm ki, əgər belə etsə, bundan çox narazı qalacağam. Məncə, o bunu etməyəcək. Ümid edirəm ki, etməz”.

Daha sonra Trampdan son hadisələr fonunda Si Cinpinin Tayvana hücum etməsi və ya adanı blokadaya alması ehtimalı soruşulduqda o, Çin liderinin Tramp prezident olduğu müddətdə buna cəsarət etməyəcəyini iddia edib: “O, bəlkə başqa bir prezident dövründə bunu edər, amma mən prezident olduğum müddətdə edəcəyini düşünmürəm”.

Müsahibə göstərir ki, Trampın dünyagörüşündə suverenlik və milli sərhədlər ABŞ-nin Qərbin qoruyucusu kimi oynadığı unikal roldan daha az əhəmiyyət daşıyır.

O, NATO ölkələrini müdafiəyə ÜDM-in 5 faizi həcmində vəsait ayırmağa məhz özünün məcbur etdiyini bildirib və bu məsələdə sələfləri Co Baydeni və Barak Obamanı sərt tənqid edib.

“Avropa ilə münasibətlərimiz hər zaman yaxşı olacaq, amma mən onların özlərini toparlamasını istəyirəm. NATO üçün ÜDM-dən daha çox vəsait ayırmağa onları məhz mən məcbur etdim. Amma NATO-ya baxsanız, deyə bilərəm ki, Rusiya ABŞ-dən başqa heç bir ölkəni ciddi təhlükə kimi görmür”, – deyə o, bildirib.

Tramp əlavə edib: “Mən Avropaya qarşı çox sadiq olmuşam, yaxşı iş görmüşəm. Əgər mən olmasaydım, Rusiya indi Ukraynanın hamısını nəzarətə götürmüş olardı”. /azpolitika.info

PAYLAŞIN:

Continue Reading

Previous: Reabilitasiya mərkəzləri: Həbsxana, yoxsa şəfa ocağı?
Next: Müharibə əlilləri və şəhid ailələri bu rüsumdan azad edilir – Prezident təsdiqlədi

OXŞAR MÖVZULAR

tramp-konf

Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru

admin 16/04/2026
iran-tehran

İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi!

admin 16/04/2026
abş-iir2

ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ

admin 15/04/2026

XƏBƏR LENTİ

  • Azərbaycanda vəziyyət tamam dəyişib: havalar belə olacaq – Ekoloq 16/04/2026
  • Aleksey Overçuk: “Ağbənd körpüsü “Şimal-Cənub” və “Şərq-Qərb” dəhlizlərinin əsas elementi olacaq” 16/04/2026
  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026
  • Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya 16/04/2026
  • Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi 16/04/2026
  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026
  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026
  • ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ 15/04/2026
  • Azərbaycanda bərpa olunan enerji kəskin artıb 15/04/2026
  • Azərbaycanda bahalaşma niyə dayanmır? – Son 6 aydakı fərq – VİDEO 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.