Skip to content
16/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Yanvar
  • 9
  • Reabilitasiya mərkəzləri: Həbsxana, yoxsa şəfa ocağı?

Reabilitasiya mərkəzləri: Həbsxana, yoxsa şəfa ocağı?

admin 09/01/2026
reabilitasiya
Bu gün hər kəsi narahat edən bir sual var – pasiyentlər reabilitasiya mərkəzindən niyə qaçır? Oradakı şəraitdən, aparılan müalicədənmi narazıdırlar, yoxsa başqa səbəblər var? 
Ümumiyyətlə, Bakıda fəaliyyət göstərən reabilitasiya mərkəzlərində baş verən hadisələr – mərkəzdəki ölüm faktları və xəstələrin qaçışları son günlər gündəmdən düşmür. Yadınızdadırsa, bir neçə gün bundan əvvəl “Həyat üçün şans” Reabilitasiya Mərkəzində baş verən hadisə hər kəsi şoka salmışdı. Pərviz Həsənov adında biri bacısının istəyi ilə reabilitasiya mərkəzinə oğurlanaraq zorla gətirilib. Yəni qoluna qandal vurulmuş şəkildə. Şahidlərin sözlərinə görə, Pərviz mərkəzə gətirildiyini biləndə buna qarşı çıxıb, orada qalmaq istəməyib. Pərviz Həsənov getmək istəyəndə buna qarşı çıxıblar və onu aşağı mərtəbəyə keçiriblər. Bu zaman Pərvizin ürəyi gedib. Təcili tibbi yardıma zəng edəndə isə artıq keçindiyi müəyyən olunub.
Daha bir ölüm faktı isə Xəzər rayonu Şüvəlan qəsəbəsinin ərazisində yerləşən “Birlik” reabilitasiya mərkəzində qeydə alınıb. Bakı şəhər sakini 1982-ci il təvəllüdlü Anar Şəfiyev müalicə aldığı mərkəzdə naməlum səbəbdən öldüyünə dair məlumat yayılıb. Adıçəkilən mərkəzin narkomaniya, alkoqolizm və digər asılılıqlarla mübarizə apardığı bildirilib.
Dünən axşam isə tanınmış jurnalist Nəsimi Nəbizadənin müalicə aldığı “Qurtuluş” Reabilitasiya Mərkəzindən qaçdığı bildirilib. Onun Saray qəsəbəsinə- öz doğma kəndinə getdiyinə dair məlumat alan mərkəzin direktoru çağırış edərək, hər kəsi (?) Saray qəsəbəsinə dəvət edib….
Beləliklə, adları fərqli olan mərkəzlərdə real olan nəticə – ölüm və mərkəzdən qaçış faktları…
Narkomaniya bəlasından qurtulmaq üçün çalışan, xüsusu ilə də tanınmış şəxsi müalicə olunduğu mərkəzdən qaçıran səbəb nədir?
Professor Adil Qeybulla  açıqlamasında bildirib ki, baş vermiş hadisə ilə bağlı mərkəzin direktoru ictimaiyyəti məlumatlandırmalıdır:
“Bu cür mərkəzlər xəstələri qəbul edibsə, onların təhlükəsizliyinə də cavab verməlidirlər. Bu mütləqdir. Bütün bu məsələyə aydınlıq gətirilməlidir. Mərkəzin lisenziyasının olub-olmamasına gəlincə, bununla bağlı fikir bildirmək çətindir. Düşünmürəm ki, mərkəzlər lisenziyasız fəaliyyət göstərə bilsinlər. Burada təkcə müalicə deyil, eyni zamanda psixoterapiya, sonra narkotikə aludə olmuş şəxslərin vərdişdən ayrılması yolları üçün davranış qaydaları öyrədilir. Bununla bağlı “YouTube”də videolar var və biz onları izləyirik. Bu epizodlar xoşagələn deyil, hər halda həmin mərkəzin rəhbərliyi çıxıb açıqlama verməlidir ki, bu hadisə niyə baş verib”.
Professor mərkəzə yerləşdirilmiş şəxslərin əksəriyyətinin ailələri tərəfindən etibar edildiyini vurğulayıb:
“Ailələr onları həmin mərkəzə etibar ediblər. Onların təhlkəsizlik parametrləri necə qorunur? Bu şəxslər oradan necə qaça bilir? Unutmayaq ki, qaçış zamanı onların başına hadisə gələ, yaxud da bir cinayət törədə bilərlər. Bunlar arzu olunan deyil. Əgər bir mərkəz xəstəni qəbul edibsə, onların başına gələcək hər hadisəyə cavabdehdir”.
Narkoekspert, Sosial Təşəbbüs MMC-in rəhbəri, təlimçi Emil Maqalov bu məsələnin diqqətçəkən və çox qəliz prosedur olduğunu vurğulayıb:
“Burada “12 addım” proqramından istifadə olunur. Bu adamlar tüfeyli həyat sürür, bəziləri avara olub, bəziləri isə narkotik tapmaq üçün ağır vəziyyətlərə düşüb, çox pis hərəkətlərə əl atıblar. Birdən-birə bunların mühitini dəyişmək böyük bir problemdir. “12 addım” proqramında həm psixoloq, həm həkim müayinələri və müalicələri var. Əgər ilk olaraq onlarla bağlı psixoloqlar işləyirsə, onların mühitinin dəyişməsi prosesi asan olur”.
Emil Maqalov əlavə edib ki, adətən narkotik istifadəçilərinin özləri həm psixoloqluq edir, həm də həkimlik:
“Bu səbəbdən də belə hallar baş verir. Faktiki olaraq bu gün narkomanların azalması polisdən, DSX-dən və digər aidiyyatı dövlət qurumlarından əlavə, həm də həmin bu kimi reabilitasiya mərkəzlərinin sayəsindədir. Birinci yerdə jurnalistlərdir. Onlar bu hadisələri işıqlandırır, həmin mərkəzlər bunu görür və onları müalicəyə yönəldir”.
Emil Maqalovun fikirincə, bu kimi hallar davamlı olacaq:
“Çünki bu qəliz prosedurdur. Belə bir söz var, kənardan baxana asan görsənir. Amma  elə deyil, çox çətin işdir. Bu kimi təşəbbüs və tədbirlərə dəstək verməliyik”.  /qaynarinfo.az
PAYLAŞIN:

Continue Reading

Previous: Agentlik “Sarı gəlin”in erməni mahnısı kimi təqdim olunması barədə: “Şur-Şahnaz” ancaq Azərbaycana aiddir
Next: “Mənə beynəlxalq hüquq lazım deyil”, “Məni dayandıra biləcək yeganə şey budur…” – Tramp hansı mesajları verdi?

OXŞAR MÖVZULAR

ailə uşaq

Uşaqla ünsiyyət hüququnun pozulmasına görə kompensasiya: Bu, nəyi dəyişəcək?

admin 16/04/2026
tel-uşaq

Uşaqları “proqramlaşdırılmış qatilə” çevirən təhlükə: “Təkcə oyun deyil, ailə də günahkardır”

admin 16/04/2026
baku-yağış

Azərbaycanda vəziyyət tamam dəyişib: havalar belə olacaq – Ekoloq

admin 16/04/2026

XƏBƏR LENTİ

  • “Uşaq hüquqları ilə bağlı yenilik dövlətimizin və prezidentimizin vətənpərvərlik tərbiyəsinə verdiyi önəmin təzahürüdür” 16/04/2026
  • Uşaqla ünsiyyət hüququnun pozulmasına görə kompensasiya: Bu, nəyi dəyişəcək? 16/04/2026
  • Uşaqları “proqramlaşdırılmış qatilə” çevirən təhlükə: “Təkcə oyun deyil, ailə də günahkardır” 16/04/2026
  • Azərbaycanda vəziyyət tamam dəyişib: havalar belə olacaq – Ekoloq 16/04/2026
  • Aleksey Overçuk: “Ağbənd körpüsü “Şimal-Cənub” və “Şərq-Qərb” dəhlizlərinin əsas elementi olacaq” 16/04/2026
  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026
  • Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya 16/04/2026
  • Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi 16/04/2026
  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026
  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.