Skip to content
16/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Yanvar
  • 12
  • Qrant layihələri vaxtı bitən kampaniyalar kimi…-Nəzarət mexanizmi dəyişməlidir/FOTOLAR

Qrant layihələri vaxtı bitən kampaniyalar kimi…-Nəzarət mexanizmi dəyişməlidir/FOTOLAR

admin 12/01/2026
qht-aygün

 

Dövlət büdcəsi hesabına maliyyələşən qrant layihələri cəmiyyət üçün yalnız qısa müddətli tədbirlər, seminarlar və hesabatlarla yekunlaşmamalı, ciddi təsir imkanlarına və davamlılığa malik olmalıdır. Bu layihələrin əsas məntiqi davamlı dəyişiklik yaratmaq, yəni layihə başa çatdıqdan sonra da onun təsiri qalmalıdır. Əks halda qrant, sadəcə vaxtı bitən bir kampaniyaya çevrilir.

Təəssüf ki, bu gün Azərbaycanda QHT-lərin böyük əksəriyyətinin həyata keçirdiyi qrant layihələri vaxtı bitən tədbir kimidir. Layihə bitdi, onun davamlılığına nəzarət yoxdur.

Bu gün vətəndaşlarımızın verdiyi vergilərdən formalaşan büdcə əsasında ayrılan qrantların taleyi yalnız aidiyyəti qurumları deyil, eləcə də bütün cəmiyyəti düşündürməlidir.

Apardığımız müşahidələrdən və əldə etdiyimi konkret faktlardan da görürük ki, bu gün əksər qrant layihələri real dəyişiklikl yaratmır, keyfiyyət və davamlılıq yoxdur.

Davamlılıq ona görə vacibdir ki, dövlət vəsaiti bir neçə günlük effekt üçün deyil, uzunmüddətli ictimai fayda üçün xərclənir. Əgər layihənin nəticələri maliyyələşmə dayanan kimi yoxa çıxırsa, bu zaman nə sosial problem həll olunur, nə də dövlətin ayırdığı vəsait öz məqsədinə çatmış sayılır. Davamlılığı olmayan layihə ideya baxımından da məna itirir: o, problemin həllinə deyil, yalnız müvəqqəti görüntü yaratmağa xidmət edir.

Belə bir məqamda sual yaranır: qrantlar real dəyişiklik yaradırmı, yoxsa sadəcə hesabat üçün icra olunan formal fəaliyyətlər toplusudur?

Dövlət büdcəsi hesabına maliyyələşən qrant layihələrinin əsas məqsədi yalnız birdəfəlik tədbirlər keçirmək deyil, uzunmüddətli sosial fayda yaratmaqdır. Lakin mövcud mənzərə göstərir ki, bu layihələrin böyük hissəsi davamlılıq baxımından ciddi suallar doğurur.

                               Pafoslu hesabatlar, zəif nəticələr:

Diqqət etmisinizsə, rəsmi çıxışlarda və yekun hesabatlarda tez-tez “kəmiyyət”, “səmərəlilik” və “geniş təsir imkanları” kimi ifadələr səsləndirilir. Rəqəmlər çoxdur, tədbirlərin sayı boldur, təqdimatlar parlaqdır. Amma sual sadədir: bu layihələr başa çatdıqdan sonra nə qalır?

Əksər hallarda cavab məyusedicidir. Layihə bitir, maliyyələşmə dayanır və onunla birlikdə bütün fəaliyyət faktiki olaraq yox olur. Nə institusional yaddaş formalaşır, nə də real dəyişikliklər davam edir.

                                 İşləməyən saytlar – simvolik problem:

Bu vəziyyətin ən aydın göstəricilərindən biri layihələr çərçivəsində yaradılmış internet resurslarıdır. Bir zamanlar təqdim olunan, açılışları təntənə ilə keçirilən saytların böyük hissəsi bu gün ya tamamilə  fəaliyyətsizdir, ya da illərdir yenilənmir.

Bu saytlar təkcə texniki məsələ deyil. Onlar layihələrin davamlılığının, ictimaiyyətə hesabatlılığının və real təsirinin göstəricisi olmalı idi.Bu istiqamətdə apardığımız araşdırmalarla məlum olur ki, bir çoxu büdcə vəsaitinin qısamüddətli formal nəticələrə xərcləndiyini göstərən səssiz sübutlara çevrilib.

                        Konkret faktlardan bir neçəsini təqdim edirik:

Məsələn: 2023-cü ildə QHT-lərə Dövlət Dəstəyi  Agentliyinin maliyyələşdirdiyi və Beynəlxalq Avrasiya Mətbuat Fondu tərəfindən “Qərbi Azərbaycanlıların deportasiyası və soyqırımı ilə bağlı Virtual Muzeyin yaradılması” layihəsi icra olunub. Sonda təntənəli mərasim keçirilib və virtual muzey sayılan “deport.az” saytı təqdim edilib. Lakin, bu gün ölkəmiz üçün prioritet məsələlərdən birincisi olan Qərbi Azərbaycanla bağlı bu cür layihələrə biganə yanaşılır və davamlılığına heç bir nəzarət həyata keçirilmir. Artıq xeyli vaxtdır saytın “hosting” pulu ödənilmədiyi üçün fəaliyyət göstərmir. Sübut üçün saytın görüntüsünü də təqdim edirik.

Digər bir sayt nümunəsini də göstərmək istəyirik. Orada isə sayt layihə maliyyələşməsi bitdikdən bir müddət sonra yenilənməyib.

Məsələn: 2022-ci il QHT-lərə Dövlət Dəstəyi  Agentliyinin “Şuşa ili” qrant müsabiqəsi çərçivəsində “Cəmiyyətin və Medianın İnkişafı” İctimai Birliyi “loveshusha.com” saytı yaradıb. Lakin sayta ən son material 2 iyun 2023-cü ildə qoyulub. Faktiki olaraq sayt yenilənmir.

Təkcə sayt layihələri deyil, təlim, seminar, film çəkilişi layihələrində də bənzər problemlər çoxdur.

Bu problemlərin kökündə əsasən yanaşma dayanır. Çünki, qrant mexanizmi layihələrin sayına üstünlük verir, ölçüləbilən, lakin dərinliyi olmayan göstəriciləri önə çəkir və davamlılıq planlarını formal sənəd kimi qəbul edir.

Nəticədə icraçılar əsas diqqəti real təsirə deyil, hesabat üçün lazım olan rəqəmlərə yönəldir. Bu isə həm dövlət vəsaitinin səmərəliliyinə, həm də ictimai etimada zərbə vurur.

                                                 Nə dəyişməlidir?

 Tənqid yalnız problemi göstərmək üçün deyil, həll yollarını müzakirə etmək üçün vacibdir.

Qrant layihələri yalnız kağız üzərində və təqdimat slaydlarında qalırsa, deməli problem maliyyədə yox, yanaşmadadır. Davamlılıq olmadan isə heç bir layihə real ictimai dəyər yarada bilməz.

Odur ki, dövlət büdcəsindən ayrılan qrant layihələrində davamlılıq əsas qiymətləndirmə meyarlarından biri olmalı, layihə bitdikdən sonra real təsirin monitorinqi aparılmalı və işləməyən məhsullar (saytlar, platformalar və başqaları) üçün məsuliyyət mexanizmi yaradılmalıdır.

QHT-lərə Dövlət Dəstəyi Agentliyi və digər donor institutları belə məsələlərdə obyektiv yanaşma sərgiləmədikləri və maraqlı tərəf olduqları üçün, nəzarət mexanizmi başqa quruma həvalə edilməlidir.

Əks halda pafoslu çıxışlar davam edəcək, amma cəmiyyəti  eyni sual düşündürəcək: qrant layihələri bizə nə verdi?/yenixeber.org 

PAYLAŞIN:

Continue Reading

Previous: “Nakhish” MTK-ya həm cərimələr tətbiq edilir, həm də milyonluq tenderlər verilir – Bu necə olur?
Next: İrandan qaçqın seli bizi və Türkiyəni indidən düşündürməlidir – Fazil Mustafanın yazısı

OXŞAR MÖVZULAR

natiq-şam2

Kağız üzərində təhsil və paralel iş qalmaqalı

admin 16/04/2026
abdin-asif

Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır

admin 16/04/2026
kqafarov

Biznesmen deputatın puç olan xəyalları və…

admin 16/04/2026

XƏBƏR LENTİ

  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026
  • Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya 16/04/2026
  • Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi 16/04/2026
  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026
  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026
  • ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ 15/04/2026
  • Azərbaycanda bərpa olunan enerji kəskin artıb 15/04/2026
  • Azərbaycanda bahalaşma niyə dayanmır? – Son 6 aydakı fərq – VİDEO 15/04/2026
  • Paşinyandan mesaj: “29 min kv.km-dən kənara çıxsaq…” 15/04/2026
  • Azərbaycanda vahid nəqliyyat sistemi mümkün olacaq? – Çexiya təcrübəsi öyrənilir 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.