Skip to content
16/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Yanvar
  • 12
  • Qrenlandiya Ukrayna razılaşmasının “girovu”na çevrilir – Avropa İttifaqı ABŞ ilə sövdələşməyə gedir?

Qrenlandiya Ukrayna razılaşmasının “girovu”na çevrilir – Avropa İttifaqı ABŞ ilə sövdələşməyə gedir?

admin 12/01/2026
tr-qrenl

 

Avropa ölkələrinin ABŞ-nin Qrenlandiyada rolunun genişlənməsini dəstəkləməsi Ukrayna ilə bağlı mümkün razılaşmalar paketinin bir hissəsinə çevrilə bilər.

Bu barədə “Politico” nəşri Avropa diplomatik mənbəsinə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, Avropa İttifaqı Vaşinqtonun Ukraynaya dəstəyinə dair konkret təminatlar verməsi qarşılığında ABŞ-nin Danimarka Krallığının muxtar ərazisi olan Qrenlandiyada hərbi-siyasi mövcudluğunu gücləndirməsinə razılıq verə bilər. Diplomat bu variantı “acı həb” adlandırsa da, ABŞ-nin Ukrayna üzrə danışıqlardan tam çıxmasından daha məqbul seçim kimi qiymətləndirib.

“Politico”nun mənbələri qeyd edir ki, Vaşinqtonun Qrenlandiya ilə bağlı bir neçə mümkün ssenarisi mövcuddur və bu ssenarilər arasında güc tətbiqi də istisna edilmir. Danimarkalı siyasətçilərdən biri bildirib ki, ABŞ-yə ciddi müqavimət göstərmək mümkün olmayacaq və adaya nəzarəti ələ keçirmək üçün cəmi beş helikopterlə desant endirilməsi kifayət edə bilər.

Bu arada “Bloomberg” agentliyinin mənbələri Almaniyanın Arktika regionunda təhlükəsizlik maraqlarının monitorinqi və qorunması üçün NATO-nun birgə missiyasının yaradılmasını təklif edəcəyini yazır. Məlumata görə, missiya “Arktik Mühafizəçi” adlandırıla və potensial olaraq Qrenlandiyanı da əhatə edə bilər. Bildirilir ki, bu təşəbbüs bir il əvvəl Baltik dənizində kritik infrastrukturun qorunması məqsədilə yaradılmış “Baltik Mühafizəçi” missiyasının modeli əsasında formalaşdırıla bilər.

Xatırladaq ki, Donald Tramp 2025-ci ilin yanvarında Ağ Evə qayıtdıqdan sonra Qrenlandiyanın ABŞ-yə birləşdirilməsi niyyətini dəfələrlə açıq şəkildə ifadə edib. Yanvarın 10-da Tramp Vaşinqtonun adanın sakinlərinin razılığı olmasa belə, Qrenlandiya ilə bağlı “müəyyən addımlar atmağa” hazır olduğunu bildirib. Ağ Ev Qrenlandiya üzərində nəzarətin qurulması üçün mümkün variantlar sırasında ABŞ silahlı qüvvələrinin istifadəsini, adanın satın alınmasını və digər üsulları da istisna etməyib.

Ağ Evin mətbuat katibi Karolayn Levitt daha əvvəl bəyan etmişdi ki, “Prezident Tramp Qrenlandiyanın əldə edilməsinin ABŞ-nin milli təhlükəsizliyi üçün prioritet olduğunu və Arktika regionunda rəqiblərin cilovlanması baxımından həyati əhəmiyyət daşıdığını açıq şəkildə ortaya qoyub”.

“Financial Times” isə yazır ki, NATO rəhbərliyinin Trampın Qrenlandiya ilə bağlı açıqlamalarına faktiki olaraq reaksiya verməməsi Avropada ciddi narahatlıq doğurur və alyansın Danimarkanın maraqlarını qorumaq qabiliyyəti ilə bağlı şübhələri gücləndirir. Avropa rəsmilərinin fikrincə, NATO-nun passivliyi Trampda “cəzasızlıq hissini” artıra, Aİ-nin təhlükəsizlik məsələlərində ABŞ-dan asılılığı isə Vaşinqtona əlavə təzyiq rıçaqları verə bilər.

Nəşr qeyd edir ki, ABŞ-nin bu mövqeyi NATO üçün və şəxsən alyansın baş katibi Mark Rütte üçün ciddi problem yaradıb. ABŞ-nin Qrenlandiyaya mümkün müdaxiləsi və ya adanın anneksiyası alyans daxilində birbaşa münaqişə demək olar və NATO-nun beşinci maddəsinin – kollektiv müdafiə prinsipinin faktiki olaraq sual altına düşməsinə səbəb ola bilər.

Avropalı məmurlardan biri “Financial Times”a bildirib ki, NATO rəhbərliyi “nümayişkaranə şəkildə susur” və Mark Rütte Tramp ilə dialoqda Avropanın güvənə biləcəyi fiqur olmalı olduğu halda, gözləniləndən xeyli passiv davranır.

2025-ci il ərzində Danimarka rəsmi olaraq təmkinli mövqe sərgiləsə də, artıq bu xəttdən geri çəkilib. Danimarkanın Baş naziri Mette Frederiksen bəyan edib ki, Donald Tramp Qrenlandiyanı ələ keçirmək niyyətində “son dərəcə ciddidir” və əgər ABŞ NATO üzvü olan başqa bir ölkəyə hücum edərsə, bu, “hər şeyin məhv olması” demək olacaq – o cümlədən alyansın özünün. “Financial Times” mənbələri bildirir ki, bu açıqlama Kopenhagenin NATO-nun susqunluğundan artan narazılığını və müttəfiqlərə mümkün nəticələri açıq şəkildə çatdırmaq istəyini əks etdirir. /azpolitika.info

PAYLAŞIN:

Continue Reading

Previous: Tender və kotirovkalarda dempinq limiti – Hansı halda iştirakçı kənarlaşdırılır?
Next: ARDNF-in builki neft-qaz gəlirləri bu il 5 milyard dollar proqnozlaşdırılır

OXŞAR MÖVZULAR

tramp-konf

Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru

admin 16/04/2026
iran-tehran

İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi!

admin 16/04/2026
abş-iir2

ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ

admin 15/04/2026

XƏBƏR LENTİ

  • Azərbaycanda vəziyyət tamam dəyişib: havalar belə olacaq – Ekoloq 16/04/2026
  • Aleksey Overçuk: “Ağbənd körpüsü “Şimal-Cənub” və “Şərq-Qərb” dəhlizlərinin əsas elementi olacaq” 16/04/2026
  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026
  • Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya 16/04/2026
  • Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi 16/04/2026
  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026
  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026
  • ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ 15/04/2026
  • Azərbaycanda bərpa olunan enerji kəskin artıb 15/04/2026
  • Azərbaycanda bahalaşma niyə dayanmır? – Son 6 aydakı fərq – VİDEO 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.