Skip to content
16/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Yanvar
  • 12
  • Tender və kotirovkalarda dempinq limiti – Hansı halda iştirakçı kənarlaşdırılır?

Tender və kotirovkalarda dempinq limiti – Hansı halda iştirakçı kənarlaşdırılır?

admin 12/01/2026
tender-5

 

Dövlət satınalmaları sahəsində ən çox müzakirə olunan məsələlərdən biri tender və kotirovkalarda təqdim edilən həddindən artıq aşağı qiymət təklifləridir. Bu halda mövcud qanunvericiliyə əsasən, sifarişçi qurum real bazar şərtlərinə uyğun olmayan dərəcədə aşağı qiymət təklifini şübhəli hesab edə bilər.

Araşdırmalar göstərir ki, sifarişçi qurumlar belə hallarda iştirakçıdan qiymətin necə formalaşdığı ilə bağlı yazılı əsaslandırma, maya dəyəri hesablamaları və texniki izahat tələb etmək hüququna malikdir.

Əgər təqdim olunan izah qənaətbəxş hesab olunmazsa, qiymət təklifi rədd edilə bilər. Xüsusilə də xidmət və tikinti sahəsində keçirilən satınalmalarda ehtimal qiymətindən çox aşağı təqdim edilən təkliflərin keyfiyyət və icra riskləri yaratdığı vurğulanır.

Bəs ümumilikdə, tender və kotirovkalarda ehtimal qiymətindən neçə faiz aşağı qiymət təklifi verdikdə iştirakçı kənarlaşdırılır?

İqtisadçı ekspert Əkrəm Həsənov mövzu ilə bağlı açıqlamasında satınalma prosesindəki qiymət prinsiplərindən danışıb:

“Əgər bütün iştirakçılar ehtimal olunan qiymətdən yüksək təklif veribsə, satınalma ləğv olunur. Amma qiyməti aşağı təklif olunduqda, Qanunun 35.1.8.-ci maddəsində deyilir ki, təchizatçının təqdim etdiyi təklifin qiyməti ehtimal olunan qiymətlə müqayisədə, 20%-dən aşağı olarsa, satınalma komissiyasının sorğusu əsasında, təchizatçının təqdim etdiyi izahat və məlumatlar təhlil edilir. Daha sonra isə satınalma müqaviləsinin icrasına əsaslı şübhələr qaldıqda həmin təchizatçı kənarlaşdırılır.

Məsələn, ehtimal olunan qiymət 50.000 manat olaraq təyin edilibsə, amma təchizatçı 10.000 təklif edirsə, o zaman tender komissiyası ona sorğu göndərir. Ola bilər ki, doğrudan da qiymət budur. Yəni bəlkə də, ehtimal olunan qiymətin özü düzgün deyil. Bu halda iştirakçı kənarlaşdırılmır. Məlumdur ki, dövlət qurumlarında ehtimal olunan qiymət formaldır”.

Manipulyasiya meyilləri və imkanları

İqtisadçı ekspert Rəşad Həsənov isə tender qaydalarının hüquqi əsasları barədə məlumat verib.

O, qeyd edib ki, bir çox hallarda iddia edilir ki, 20%-dən aşağı qiymət verildiyi zaman iştirakçıdan heç bir izahat tələb olunmadan satınalmadan kənarlaşdırılır:

“Lakin bu, doğru yanaşma deyil. Əslində qanunvericilik bu istiqamətdə dəqiqləşdirmələr aparılması tələbini müəyyən edir. Nəzərə almaq lazımdır ki, bu tenderlərin keçirilməsinin fəlsəfəsi məhz optimal qiymətin tapılmasıdır.

Ola bilsin ki, dövlət qurumları ehtimal qiymətin müəyyən edilməsi prosesində ciddi çətinliklərlə üzləşsinlər. Çünki bəzi hallarda bazar iştirakçılarının sayı az olur və müvafiq təhlillərin aparılması zamanı informasiya şirkətlər arasında bir-birinə ötürülməklə qiymətlərin müəyyən edilməsinə təsir göstərilir.

Burada manipulyasiya meyilləri və imkanları da genişdir. Amma buna baxmayaraq, satınalmanın məqsədi prosesi optimal qiymətlə həyata keçirməkdir. Əgər komissiya satınalmada iştirak edən şirkətlər arasında bir sövdələşmə və satınalma qiymətlərinə təzyiq meyilləri olduğunu müəyyən edərsə, bu halda da təchizatçılar kənarlaşdırıla bilər”.

Bəs tenderlərdə ehtimal qiymətindən aşağı qiymət təklifi nə zaman dempinq sayılır?

“Aşağı qiymət təklif olunduğu halda, həqiqətən də, bu qiymətin bazar qiymətindən bilərək aşağı verildiyi və fərqli məqsədlərə xidmət edildiyi müəyyən olunursa, bu, artıq dempinq olaraq qiymətləndirilə bilər. Əgər təchizatçı daha əlverişli şərtlərlə xidməti təşkil edə bildiyi üçün aşağı qiymət təklif edirsə, o zaman bu, dempinq sayılmır”, – deyə ekspert bildirib./bizim.media

PAYLAŞIN:

Continue Reading

Previous: Pəhləvini iki şəxs arzulayır: Xamenei və Netanyahu
Next: Qrenlandiya Ukrayna razılaşmasının “girovu”na çevrilir – Avropa İttifaqı ABŞ ilə sövdələşməyə gedir?

OXŞAR MÖVZULAR

söküntü-1

Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya

admin 16/04/2026
vergi-v

Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi

admin 16/04/2026
ət-m

Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq

admin 16/04/2026

XƏBƏR LENTİ

  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026
  • Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya 16/04/2026
  • Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi 16/04/2026
  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026
  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026
  • ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ 15/04/2026
  • Azərbaycanda bərpa olunan enerji kəskin artıb 15/04/2026
  • Azərbaycanda bahalaşma niyə dayanmır? – Son 6 aydakı fərq – VİDEO 15/04/2026
  • Paşinyandan mesaj: “29 min kv.km-dən kənara çıxsaq…” 15/04/2026
  • Azərbaycanda vahid nəqliyyat sistemi mümkün olacaq? – Çexiya təcrübəsi öyrənilir 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.