Skip to content
16/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Yanvar
  • 13
  • İcbari Tibbi Sığorta Agentliyinin göndəriş oyunbazlığı – “Sən pulu ödə, həkimi biz seçəcəyik”

İcbari Tibbi Sığorta Agentliyinin göndəriş oyunbazlığı – “Sən pulu ödə, həkimi biz seçəcəyik”

admin 13/01/2026
zaur_aliyev_brifing_

 

Azərbaycanda icbari tibbi sığorta sistemində özəl tibb müəssisələrinə göndərişlərin faktiki dayandırılması və vətəndaş hüquqlarının kütləvi pozulması halları acınacaqlı hal alıb. Sığorta sistemində yaranmış və vətəndaşların sağlamlığını birbaşa təhdid edən “qapalı dövrə” prinsipi çox təhlükəlidir.

Nə seçim imkanı, nə də keyfiyyətə zəmanət verilir

Azərbaycan qanunvericiliyinə əsasən, vətəndaşların əmək haqqından icbari tibbi sığorta haqqı tutulur. Bu vəsait dövlət büdcəsinin hədiyyəsi deyil, vətəndaşın alın təri ilə qazandığı və xidmət almaq üçün əvvəlcədən ödədiyi haqqıdır. Yəni vətəndaş burada sadəcə “yardım alan” deyil, həm də xidmətin haqqını əvvəlcədən ödəmiş müştəridir. Müştərinin isə xidmət təminatçısını seçmək hüququnun olması bazar iqtisadiyyatının və istehlakçı hüquqlarının təməl prinsipidir. Hazırkı modeldə İTS Agentliyi və TƏBİB əsasən dövlət xəstəxanalarını maliyyələşdirir. Yəni vəsaitlərin özəl sektora axmasının qarşısını almaq üçün “qapıları bağlayır”.

Sığorta haqqını ödəyən vətəndaşa deyilir ki, “Sən pulu ödə, amma həkimi biz seçəcəyik”. Əgər vətəndaş özəl klinikadakı həkimə güvənirsə, İTS ona bu imkanı birbaşa vermir. Bu, dolayısı ilə rəqabət mühitinin pozulması kimi dəyərləndirilə bilər. Çünki dövlət resursu (sığorta fondu) vasitəsilə dövlət xəstəxanalarına süni üstünlük verilir, özəl sektor isə kənarda qalır.

Hüquqi olaraq, tibbi xəta zamanı məsuliyyəti həkim və ya tibb müəssisəsi daşıyır. Lakin mənəvi və inzibati baxımdan, əgər sistem vətəndaşa alternativ buraxmırsa, deməli, sistemin keyfiyyətinə də dövlət birbaşa zəmanət verməlidir. Hazırda vətəndaşların narazılığı ondan qaynaqlanır ki, seçim imkanı da, keyfiyyətə zəmanət də yoxdur.

Özəl klinikalara göndəriş verilməsi qeyri-rəsmi “tapşırıq”la qadağan edilib

Azərbaycan Konstitusiyasına görə, hər kəsin sağlamlığını qorumaq hüququ var, lakin bu hüququn reallaşma mexanizmi (İTS qanunvericiliyi) hazırda dövlət sektorunu qorumağa yönəlib. Vətəndaşlara dövlət tibb müəssisələrindən özəl klinikalara göndəriş verilməsi qeyri-rəsmi “tapşırıq”la qadağan edilib. Dövlətin əsas arqumenti isə budur ki, əgər özəl sektor tam açılsa, sığorta büdcəsi sürətlə tükənə bilər. Lakin bu arqument vətəndaşın keyfiyyətli xidmət almaq hüququnu məhdudlaşdırmamalıdır.

Bu tapşırığın məqsədi “qənaət”dirsə, cərrahi əməliyyata ehtiyacı olana edilən bu “qənaət” vətəndaşın əlilliyi ilə nəticələnir.

Dövlətin bir insanda 1000-2000 manata qənaət etməsi həmin adamın əlilliyinə səbəb ola bilər. Bu, iqtisadi baxımdan da zərərlidir, çünki dövlət sonradan həmin vətəndaşa ömürboyu əlillik müavinəti ödəyəcək.

Ümumiyyətlə vay o günə ki, vətəndaş özəl klinikada işləyən həkimin yanına sığorta ilə getmək istəsin. Əgər pasiyent özəl klinikada sığorta ilə müayinə, müalicə və əməliyyat olunmaq istəyirsə (haqqıdır və bunun üçün hər ay maaşından tutulur) mütləqdir ki, həftələrlə yağışa, qara, soyuğa, küləyə baxmadan, xəstə və ya əlil halıyla yollarda qalsın, sığorta verən dövlət xəstəxanalarında və poliklinikalarda 4-6 saat növbə gözləsin.

Çox vaxt həmin poliklinikaların həkimləri xəstənin sənədlərinin natamam olmasını, eyni xidmətin dövlət müəssisəsində olmasını səbəb gətirərək, bəzən də heç bir səbəb olmadan sadəcə “özəllərə göndəriş vermirik” deyib xəstənin sığortasını rədd edir. Bəzən isə xəstə haqqını sona qədər tələb edib çətinliklə də olsa sığorta alır. Bunu yalnız ən inadkar, davakar və ya “adamı olan” pasiyentlər edə bilir. Amma tibbi xidmət “mükafat” deyil, hüquqdur. İnsan xəstəxanaya döyüşmək üçün deyil, sağalmaq üçün gəlir.

Xəstələrin “əzablı yollar”ı

Gəlin, vətəndaşın özəl klinikada işləyən həkimin müayinə və müalicəsindən sığorta ilə keçmək üçün keçdiyi “əzablı yollar”a nəzər salaq. Xəstə ilk olaraq qeydiyyatda olduğu dövlət poliklinikasına gedib, orada 4-6 saat növbə gözləməlidir, göndəriş alıb özəl klinikaya getməli, orada müayinə olunub əgər əlavə spesifik instrumental müayinəyə ehtiyacı olarsa, yenidən poliklinikaya qayıtmalıdır, yenidən 4-6 saat gözləməli, oradan həmin spesifik diaqnostik cihazdan keçmək üçün xüsusi göndəriş almalı və yenə yolunu özəl klinikadan salmalıdır. Həmin spesifik cihazdan keçdikdən sonra ona əməliyyat məsləhət görülərsə, yenidən poliklinikaya qayıtmalı, xəstə halı ilə növbə gözləməli, həkim müayinəsindən keçməli (baxmayaraq ki, özəl klinikadakı cərrah mütəxəssis artıq müayinə edib diaqnoz qoyub və əməliyyata ehtiyac olduğunu bildirib), sonda isə əməliyyata göndəriş (hazırda o da verilmir) almalıdır. O zaman xəstənin məlumatları İTS Agentliyinə göndərilir. Xəstə Agentlikdən təsdiq kodunun gəlməsini gözləməli, 3-4 gündən sonra gələn təsdiq kodu ilə əməliyyata alınmalıdır. Xüsusi olaraq vurğulamaq lazımdır ki, bu, “xoşbəxt ssenari”dir və ən sürətli variantdır – belə ki, yaxşı halda 1 həftəyə, pis halda isə 3-4 həftəyə yekunlaşır.

İndi isə əksəriyyətinin başına gələn “bədbəxt ssenari”dən danışaq. Pasiyentə müayinə üçün sığorta verilir, amma spesifik diaqnostik cihazdan keçmək üçün verilmir və ya ümumi müayinə, spesifik cihaz müayinəsi üçün verilir, amma cərrahiyə/prosedurlar üçün bu icazə verilmir. Verilməməsinin səbəbini ya kəskin formada birbaşa pasiyentə “Özəllərə sığorta vermirik” şəklində deyirlər ya da sənədlərinin natamam olmasını bəhanə gətirib həftələrlə get-gələ salıb sonda vermirlər. Bəzi hallarda pasiyentə özəl klinikada səhv diaqnoz qoyulduğunu deyib onda çaşqınlıq yaradırlar. Bəzən də pasiyentə onun istədiyi deyil, başqa bir özəl klinikada işləyən həkimi tərifləyib yönəldirlər. Bəzən də özəl müəssisələrdə həkimlərin hamısının işini pisləyib “ən yaxşısı dövlət xəstəxanasıdır” deyib manipulyasiya edirlər.

Buradan görünür ki, pasiyent eyni şikayətə görə sığorta ilə bir neçə dəfə müayinə olunur. Sadəcə “kağız” xatirinə yenidən poliklinikaya gedib, təkrar müayinədən keçməsi dövlət büdcəsinin (dolayısı ilə vətəndaşın pulunun) havaya sovrulmasıdır. Bir xəstəyə bir diaqnoz üçün dəfələrlə pul xərclənir. Bu, bir tərəfdən büdcəyə ziyan vurur, digər tərəfdən süni şəkildə növbələrin yaranmasına səbəb olur.

Dünya praktikasında “ilkin səhiyyə xidməti” (poliklinika/ailə həkimi) sistemi xəstəxana yükünü azaltmaq üçün bir “filtr” rolunu oynamalıdır. Amma bizdə bu, “divar” rolunu oynayır. Ən ağrılı məqam odur ki, poliklinikadakı terapevtin və ya dar ixtisas həkiminin, ixtisaslaşmış cərrahın qoyduğu diaqnozu şübhə altına almaq və ya dəyişdirmək səlahiyyəti (və ya cəsarəti) olur. Bu, tibbi iyerarxiyanın pozulmasıdır. Bu mənzərənin pasiyentin onsuz da pozulmuş əsəbinə, itirilmiş sağlamlığına nə qədər zərbə vurduğunu görməmək mümkün deyil. Vətəndaşlar bu bürokratik işgəncə alqoritmindən boğaza yığılıb az qala canlarına qəsd etmək həddinə gəlirlər. Tarıma çəkilmiş əsəb, ağrıyan canları ilə bürokratik mexanizmin qurbanı olub həftələrlə yollarda qalırlar. Bir çoxları rayondan gəlir, qalmağa yerləri olmur və sığorta almaq üçün məcbur edilən get-gəllərdə yol pulları da tükənir və nəhayət sığorta alsa belə əməliyyata gəlmir. Onları zəng edib çağıranda isə “Boğazımdan kəsib bir az pul yığmışdım ki, yola, dərmana verərəm, o da sığorta almaq üçün yollarda xərcləndi və indi artıq heç yeməyə də pulum yoxdu” deyirlər.

Son mənzərə budur ki, sistemin məqsədi vətəndaşa xidmət etmək yox, onu süni bürokratiya ilə bezdirməkdir. Bu mexanizmə “Səhiyyədə pasiyentin aşındırılması” taktikası demək olar. Məqsəd səbri zəif olanların, yaşlıların və ya halı pisləşənlərin “lənət olsun” deyib dövlət xəstəxanasında öz seçimi olmadığı, güvənmədiyi həkimin yanına getməməsinə nail olmaq ya da ödənişli xidmətlə (cibindən ödəməklə) özəl klinikalara üz tutmasına şərait yaratmaqdır.

İnkişaf etmiş sığorta modellərində (Türkiyə, Almaniya, Kanada) vətəndaşa seçim verilir: Özəl xəstəxanaya gedərsə, standart sığorta paketi ödəyir, vətəndaş isə sadəcə aradakı fərqi (fərq haqqını) ödəyir. Hər bir vətəndaşın pensiya kartı kimi “sağlıq kart”ı da olur, hansı ki, dövlət tərəfindən illik balans verilir və vətəndaş özü səhiyyə hesabatını idarə edir. Bizdə bu “fərq ödənişi” mexanizmi işlək deyil.

Vətəndaş özəl klinikaya gedirsə, bütün məbləği öz cibindən ödəyir, halbuki maaşından sığorta pulu kəsilib. Bu, faktiki olaraq ikiqat vergi tutma effektidir. Dolayısıyla soyğunçuluqdur. Əgər ixtisaslı həkim (özəl və ya dövlət fərqi olmadan) sistemə “əməliyyat zəruridir” rəyini daxil edirsə, vətəndaş bu rəylə birbaşa sığorta təsdiqi almalıdır. Aradakı “poliklinika vasitəçiliyi” ixtisaslaşmış diaqnozlar üçün yox, yalnız ilkin müraciətlər üçün olmalıdır. Kəskin gedişli xəstəliklərin müalicəsi saatlar və dəqiqələr içində başlanmalıdır. “Kağız-kuğuz” işləri isə günlər, bəzən həftələr çəkir. Nəticədə bürokratik prosedur xəstəliyin gedişatından daha yavaş işlədiyi üçün xəstə orqanını itirir. Bu, birbaşa sistemin xəstəyə vurduğu zərərdir.

Bu, faktiki olaraq “məni seçməsən başqasının etməsinə də imkan verməyəcəm” deməkdir. Vətəndaşın sağlamlıq və seçim hüququnun qəsdən pozulması isə cinayətdir.

“Göndəriş olmadan özəl tibb müəssisələrinə 4.2 milyon köçürülüb”

Hesablama Palatasının İcbari tibbi sığorta fondunun 2023-2024-cü illər üçün gəlir və xərclərinin icrası ilə bağlı auditinin nəticələrində də qeyd edilir ki, TƏBİB-in tabeliyində olan tibb müəssisələrinin maliyyələşmə mexanizmi sığorta prinsiplərinə uyğun deyil.

Sözügedən illərdə tibb müəssisəsinə vətəndaşlar tərəfindən müayinə və müalicə üçün birbaşa müraciət olunduğu və müvafiq göndəriş verilmədiyi halda Agentlik tərəfindən vəsait ödənildiyi müəyyən edilib.

Auditin nəticələrinə əsasən özəl müəssisələrə göndəriş olmadan özəl tibb müəssisələrinə 4.2 milyon köçürülüb. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi vətəndaşlar tərəfindən müayinə və müalicə üçün birbaşa müraciət olunduğu və müvafiq göndəriş verilmədiyi halda 14 özəl tibb müəssisəsinə 2 ildə cəmi 4273,6 min manat vəsait ödəyib.

Eləcə də, icbari tibbi sığorta haqqının adambaşına düşən məbləğinin məhz hansı xərcləri əhatə etməklə müəyyənləşdirilməsi mexanizminin hər hansı hüquqi aktla və ya metodoloji sənədlə əsaslandırılması ilə bağlı audit çərçivəsində məlumat təqdim olunmayıb. İcbari tibbi sığorta fondunun sifarişi ilə keçirilən satınalmaların planlanmasında, satınalma prosedurlarında və satınalmaların il daxilində rüblər üzrə bölgüsündə də nöqsanlara yol verilib. İcbari tibbi sığorta çərçivəsində dərmanlar da əhaliyə vaxtında çatdırılmayıb./teleqraf.az

PAYLAŞIN:

Continue Reading

Previous: Ruslar İranı satacaq, Çin müdafiə etməyəcək – ABŞ-İran toqquşması artıq qaçılmaz görünür
Next: TRIPP layihəsinin icrasına dair ABŞ-la Ermənistan arasında bəyanat qəbul olunub

OXŞAR MÖVZULAR

ailə uşaq

Uşaqla ünsiyyət hüququnun pozulmasına görə kompensasiya: Bu, nəyi dəyişəcək?

admin 16/04/2026
tel-uşaq

Uşaqları “proqramlaşdırılmış qatilə” çevirən təhlükə: “Təkcə oyun deyil, ailə də günahkardır”

admin 16/04/2026
baku-yağış

Azərbaycanda vəziyyət tamam dəyişib: havalar belə olacaq – Ekoloq

admin 16/04/2026

XƏBƏR LENTİ

  • “Uşaq hüquqları ilə bağlı yenilik dövlətimizin və prezidentimizin vətənpərvərlik tərbiyəsinə verdiyi önəmin təzahürüdür” 16/04/2026
  • Uşaqla ünsiyyət hüququnun pozulmasına görə kompensasiya: Bu, nəyi dəyişəcək? 16/04/2026
  • Uşaqları “proqramlaşdırılmış qatilə” çevirən təhlükə: “Təkcə oyun deyil, ailə də günahkardır” 16/04/2026
  • Azərbaycanda vəziyyət tamam dəyişib: havalar belə olacaq – Ekoloq 16/04/2026
  • Aleksey Overçuk: “Ağbənd körpüsü “Şimal-Cənub” və “Şərq-Qərb” dəhlizlərinin əsas elementi olacaq” 16/04/2026
  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026
  • Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya 16/04/2026
  • Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi 16/04/2026
  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026
  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.