Skip to content
16/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Yanvar
  • 13
  • İranda iğtişaşlar və Rusiya-Ukrayna müharibəsi – Azərbaycanın strateji planı nədir?

İranda iğtişaşlar və Rusiya-Ukrayna müharibəsi – Azərbaycanın strateji planı nədir?

admin 13/01/2026
iran-xaos

 

“Şübhəli şəxslər, agentlər, təxribatçılar və terrorçular sərhədi keçməyə cəhd edə bilərlər…”

İranda baş verən iğtişaşlar və Rusiya-Ukrayna müharibəsi regionda hansı geosiyasi dəyişikliklərə yol aça bilər? Bu proseslərin Azərbaycanın təhlükəsizliyinə, sərhəd sabitliyinə və regional münasibətlərinə təsiri necə ola bilər? Mövcud vəziyyət fonunda Azərbaycan bu çağırışlara qarşı hansı strateji addımları ata bilər?

Mövzu ilə bağlı açıqlamasında siyasi şərhçi Tofiq Abbasov bildirdi ki, Azərbaycan dövlətinin bu prosesləri izləmək və qiymətləndirmək baxımından ciddi və diqqətli müşahidə qabiliyyəti var. Biz bütün bu hadisələri yaxından izləyirik. İrana gəldikdə isə o, bizim qonşumuzdur və bizə əsas olan onun daxilində sabitliyin qorunmasıdır:

“Ukrayna-Rusiya münasibətlərinə gəldikdə isə, Azərbaycan hər iki dövlətlə etibarlı və hətta müttəfiq münasibətlərə malikdir. Bizim üçün vacib olan budur ki, bu müharibə tezliklə bitsin. Əslində, ilk gündən Azərbaycan dövlətinin mövqeyi belə olub: əgər narazılıq və ziddiyyətlər varsa, onların həlli dinc yolla təmin olunmalıdır. Lakin Rusiyanın başladığı xüsusi hərbi əməliyyat hələ də davam edir və bu, tammiqyaslı müharibə xarakteri daşıyır. Bu həm də göstərir ki, hərbi kampaniyanın tezliklə başa çatacağına ümid azdır. Mənim proqnozum budur ki, müharibə hələ yarım il davam edə bilər”.

Politoloq hesab edir ki, Azərbaycan üçün bu proseslərin təsirləri ciddi ola bilər:

“Avrasiya məkanında tarixi təcrübə göstərir ki, qanlı münaqişələr nəticəsində sərhədlər dəyişir, toqquşmalar olur, yeni dövlətlər yaranır. Bu hallar indi də baş verə bilər. Buna görə Azərbaycan özünü qorumaq üçün strateji addımlar atmalıdır. İlk növbədə, Prezident İlham Əliyevin quru sərhədləri bağlamaq qərarı çox vacib və strateji bir yanaşmanı əks etdirir. Hazırda sərhədlər boyunca risklər mövcuddur – şübhəli şəxslər, xüsusi təyinatlı agentlər, casuslar, təxribatçılar və terrorçular saxta sənədlərlə sərhədi keçməyə cəhd edə bilərlər. Lakin xüsusi xidmət orqanlarımız, sərhəd qoşunlarımız və digər mühafizə sistemləri bütün prosesləri ciddi şəkildə izləyir və qarşılayır. Bu, Azərbaycana potensial risklərdən qorunmaq imkanı verir”.

T.Abbasov qeyd etdi ki, qeyri-sabitlik və müharibələr bölgəyə yalnız zərər gətirir: iştirak edən ölkələrin itkiləri olur, infrastrukturlar dağılır, mövcud tranzit və dəhlizlər işləməz vəziyyətə düşür, hərəkətlilik və ticarət çətinləşir: “Buna görə də ölkə daxilində və ətrafımızdakı sabitliyi qorumaq əsas prioritetdir. Ermənistanla münasibətlərimiz əvvəlki illərlə müqayisədə vəziyyət nisbətən stabildir. Hazırda Nikol Paşinyan hökuməti ümumi vəziyyətə məsuliyyət daşıyır. Azərbaycan dövlətinin qüdrəti və resurs bazası yalnız milli sərhədləri qorumağa deyil, həm də bölgədə təhlükəsizliyin təminatına yönəlib. Bütün bunlarla yanaşı, Azərbaycan digər dövlətlərlə münasibətlərini inkişaf etdirir, səhvlərə yol vermədən mövqeyini qoruyur. Ermənistan istisna olmaqla, tranzit və enerji resurslarını qonşulara təmin edərək bölgədə imtiyazlı vəziyyət yaradır. Biz əlimizdən gələni edirik ki, ölkəmizdə, bölgəmizdə və Avrasiyanın həssas bölgələrində sabitlik və sülh tezliklə təmin olunsun”./azpolitika.info

PAYLAŞIN:

Continue Reading

Previous: Rusiya səfirinə təqdim olunan notada nə yazılıb? – Solovyovun çıxışı qalmaqala səbəb olub
Next: Samuxda Mahir Əliyevin müqavilə bağladığı şirkətlərin arxasında əslində kim durur

OXŞAR MÖVZULAR

azal-mbraer

Rusiya AZAL təyyarəsinin qəzaya uğramasına görə kompensasiya verəcək (RƏSMİ)

admin 15/04/2026
usa-iran-fl

ABŞ və İran razılaşmadı: bundan sonra nə baş verə bilər?

admin 13/04/2026
putin-zl

“Putinin çıxışı bu niyyətləri bir daha ifşa etdi…” – “Rusiya Qarabağı “unutmursa”, Bakıda da Şimali Qafqazı xatırlayacaqlar”

admin 10/04/2026

XƏBƏR LENTİ

  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026
  • Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya 16/04/2026
  • Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi 16/04/2026
  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026
  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026
  • ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ 15/04/2026
  • Azərbaycanda bərpa olunan enerji kəskin artıb 15/04/2026
  • Azərbaycanda bahalaşma niyə dayanmır? – Son 6 aydakı fərq – VİDEO 15/04/2026
  • Paşinyandan mesaj: “29 min kv.km-dən kənara çıxsaq…” 15/04/2026
  • Azərbaycanda vahid nəqliyyat sistemi mümkün olacaq? – Çexiya təcrübəsi öyrənilir 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.