Skip to content
16/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Yanvar
  • 13
  • Samuxda Mahir Əliyevin müqavilə bağladığı şirkətlərin arxasında əslində kim durur

Samuxda Mahir Əliyevin müqavilə bağladığı şirkətlərin arxasında əslində kim durur

admin 13/01/2026
samux-şəh

 

Samux Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi 26.12.2025-ci ildə “Bitkilər və güllər”in satın alınması üzrə “BƏRƏKƏTLI TORPAQ AQRO” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 27.950 manat məbləğində satınalma müqaviləsi bağlayıb.

MMC qısa zaman yaradılmasına baxmayaraq Gəncə şəhəri və ətraf rayonların idarə və təşkilatlarını müxtəlif gül və çiçəklər, həmişəyaşıl ağac və gül kolları ilə təchiz edir.

Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında “BƏRƏKƏTLI TORPAQ AQRO” (VÖEN: 2306206451) Məhdud Məsuliyyətli Cəmiyyətinin 07.11.2024-cü il tarixdə 12 saylı Ərazi Vergilər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının GƏNCƏ ŞƏHƏRİ, BAĞBANLAR, ev.55, döngə 2, m.0, qanuni təmsilçisi kimi isə Axundov Üfüq Sahib  oğlu qeyd olunub.

Axundov Üfüq Sahib oğlu kimdir? Samux Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 21.11.2022-ci ildə yaşıllaşdırma işlərinin görülməsi üçün malların satın alınması üzrə bir mənbədən satınalma meetodu tətbiq etməklə fiziki şəxs kimi 35.273 manat məbləğində satınalma müqaviləsi bağladığı şəxs.

Göründüyü kimi Üfüq Axundov Samux Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi ilə daim işbirliyindədir. Bu isə satınalmaların əvvəlcədən danışılmış qaydada keçirilməsi şübhələrini artırır.

Qeyd edək ki, Samux Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi bir şübhəli satınalma müqaviləsi də  “COLOUR PARK AGRO” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlayıb.

“Bir sıra mallar”ın satın alınması üzrə 03.04.2025-ci ildə başlanılmış kotirovka sorğusunda Samux Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi “COLOUR PARK ARO”G MMC-ni qalib seçib və tərəflər arasında  59.140 manat məbləğində satınalma müqaviləsi bağlanılıb. Məlumat satınalmalarının portalında 03.06.2025-ci il tarixdə dərc edilib.

Qeyd edək ki, Samux Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən nəzərdə tutulmuş “Bir sıra mallar”ın  alınmasına dair keçirilmiş kotirovka sorğusunda ehtimal olunan qiyməti 99.354,00  manat müəyyən edilmişdir. Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş bu məlumatlardan görsəndiyi kimi satınalan təşkilat olaraq Samux Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin müəyyən etdiyi ehtimal qiyməti ilə təchizatçı şirkətin təklif edərək qalib olduğu qiymətlər arasında kəskin fərq var.

Qeyd edək ki, “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda təchizatçıların satınalmadan kənarlaşdırılması müəyyən edilib. Sözügedən Qanunun 35.1.8. maddəsinə görə təchizatçının təqdim etdiyi təklifin qiyməti ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən aşağı olarsa, satınalma komissiyasının sorğusu əsasında təchizatçının təqdim etdiyi izahat və məlumatlar təhlil edildikdən sonra satınalma müqaviləsinin icrasına əsaslı şübhələr qaldıqda təchizatçı müsabiqədən kənarlaşdırılmaldır.

Amma göründüyü kimi Samux Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi kotirovka sorğusu müsabiqəsində ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən dəfələrlə aşağı qiymət təqdim etmiş “COLOUR PARK AGRO” MMC  ilə satınalma müqaviləsi bağlamışdır ki, bu da “Dövlət Satınalmaları haqqında” Qanunun tələblərinin pozulması deməkdir.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “COLOUR PARK AGRO”  (VÖEN: 2306116781) Məhdud Məsuliyyətli Cəmiyyətinin 05.08.2024-cü il tarixdə Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının GƏNCƏ ŞƏHƏRİ, BAĞBANLAR, ev.4-Dön, ev 8, m.0, qanuni təmsilçisi kimi isə Hüseynov İsrayıl İsmayıl oğlu qeyd olunub.

Apardığımız araşdırmalar zamanı məlum oldu ki Hüseynov İsrayıl İsmayıl oğlu 2022-ci ildə Göygöl şəhər Emil Vəliyev adına 5 saylı tam orta məktəbini bitirən və buraxılış imtahanında yüksək nəticə göstərən şagirdlərdən biri olub.  Buradan sual yaranır. Hazırda tələbə olan Hüseynov İsrayıl İsmayıl oğlu “COLOUR PARK AGRO” MMC-nin necə idarə edir? Yoxsa sözügedən MMC formal olaraq onun adına yaradılıb və Samux Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinə ağaclar və kollar satır.

Bütün bu məlumatlardan da göründüyü kimi “BƏRƏKƏTLI TORPAQ AQRO” MMC-nin qanuni təmsilçisi  Üfüq Axundov da, “COLOUR PARK AGRO” MMC-nin qanuni təmsilçisi İsrayıl Hüseynov da bir nəfər tərəfindən idarə olunur. O, da təbii ki, Samux Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi Mahir Əliyevdi.

Xatırladaq ki, Mahir Əliyev hələ 2006–2012-ci illərdə Samux rayon İcra Hakimiyyətinin başçısı olmuş, 2022-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin verdiyi hökmə əsasən 12 il müddətinə azadlıqdan məhrum edilmiş Vilyam Hacıyevin kadrı olub. Mahir Əliyev daha sonra 2012-2023-ci illərdə Samux rayon İcra Hakimiyyətinin başçısı olmuş Alı Qocayevlə işləyib. Nə sirdirsə Firdovsi Əliyev də onunla işləməyə üstünlük verib və vəsifəsində saxlayıb.

Qeyd edək ki, “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə görə satınalan təşkilatın rəhbəri satınalma komissiyasının sədri ola bilməz. Amma buna baxmayaraq Samux Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi Mahir Əliyev satınalmaların təşkili zamanı təchizatçılarla qeyri-rəsmi danışıqlar aparır, özünə yaxın şirkətlərin satınalmalarda qalib çıxmasına şərait yaradır. Bununla bağlı bizə çox ciddi məlumatlar verilib ki, apardığımız araşdırmalardan sonra ictimaiyyətin diqqətinə çatdıracağıq.

 

Aktualinfo.net

 

 

PAYLAŞIN:

Continue Reading

Previous: İranda iğtişaşlar və Rusiya-Ukrayna müharibəsi – Azərbaycanın strateji planı nədir?
Next: İlham Əliyev Tərtər elektromexanika zavodunun yenidənqurmadan sonra açılışında iştirak edib

OXŞAR MÖVZULAR

omd-aynur

Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar

admin 16/04/2026
read-rafiq

Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər

admin 16/04/2026
nuride memm

Lənkəran Mərkəzi Xəstəxanasının bağladığı şübhəli müqavilələr nələrdən xəbər verir – Ancaq Nuridə Məmmədova bilər…

admin 14/04/2026

XƏBƏR LENTİ

  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026
  • Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya 16/04/2026
  • Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi 16/04/2026
  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026
  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026
  • ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ 15/04/2026
  • Azərbaycanda bərpa olunan enerji kəskin artıb 15/04/2026
  • Azərbaycanda bahalaşma niyə dayanmır? – Son 6 aydakı fərq – VİDEO 15/04/2026
  • Paşinyandan mesaj: “29 min kv.km-dən kənara çıxsaq…” 15/04/2026
  • Azərbaycanda vahid nəqliyyat sistemi mümkün olacaq? – Çexiya təcrübəsi öyrənilir 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.