Skip to content
17/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Yanvar
  • 14
  • Azərbaycan Neft Fondunda nə baş verir? – Hesablama Palatasından “güvəndiyimiz” fonda dair həyəcanlı statistika

Azərbaycan Neft Fondunda nə baş verir? – Hesablama Palatasından “güvəndiyimiz” fonda dair həyəcanlı statistika

admin 14/01/2026
neftfond

 

Belə görünür ki, hər zaman fəxrlə danışılan Neft Fondumuz heç də ən parlaq günlərini yaşamır. Hesablama Palatası Azərbaycan Dövlət Neft Fondunun 2025-ci ilin ilk doqquz ayı üzrə maliyyə hesabatlarını, eləcə də fondun 2026-cı il üçün büdcə parametrlərini təhlil edib. Qısa desək, vəziyyət ürəkaçan deyil. Hesabat göstərir ki, artan fiskal risklər və fondun resurs bazasının zəifliyi ilə bağlı həyəcanverici nəticələr var. Nə dünya bazarındakı neft-qaz qiymətləri, nə də ölkəmizdəki hasilat həcmi qarşıda iqtisadi yüksəlişə və Neft Fondunun artmasına ümid vermir…

Hesabata görə, Dövlət Neft Fondunun 2026-cı ildə proqnozlaşdırılan ümumi gəlirləri təxminən 7.66 milyard ABŞ dolları, yaxud 13.032. milyard manat təşkil edəcək. Bu, 2025-ci illə müqayisədə 9,8 faiz və ya 1.42 milyard manat azalma deməkdir.

Hesabata görə, gəlirlərin azalması struktur xarakterlidir və ölkəmizdə neft hasilatının davamlı azalması, eləcə də neftin orta illik ixrac qiymətinin əvvəlki ilin səviyyəsindən təxminən 5 dollar aşağı – 65 dollara düşməsi ilə əlaqəlidir.

Eləcə də 2026-cı ildə fonda neft yataqlarının yerləşdiyi torpaq sahələri üçün icarə haqqının ödənilməsi gözlənilmir. Tranzit və bonus gəlirlərinin isə minimal olacağı proqnozlaşdırılır.

Gəlirlərin azalması fonunda Hesablama Palatası fondun xərclərinin azaldığını da qeyd edir. 2026-cı ildə onların 13,2 milyard manat olacağı proqnozlaşdırılır ki, bu da demək olar, fondun gəlirlərinə bərabərdir. Yəni, artım olmayacaq. Hesabatda həmçinin qeyd olunur ki, fondun büdcəsi qiymət dalğalanmalarından olduqca asılı vəziyyətdədir və orta illik neft ixrac qiymətindəki hər 5 dollarlıq dəyişikik fonda təxminən 500 milyon dollara başa gəlir.

Eləcə də beynəlxalq təşkilatlar neft qiymətlərinin 60-65 dollar aralığında qalacağını proqnozlaşdırırlar ki, bu da nikbinlik üçün az yer qoyur.

Bütün bunların fonunda Neft Fondunun dövlət büdcəsinə transferti 2026-cı ildə əhəmiyyətli dərəcədə azaldılacaq. Bu göstərici 2025-ci illə müqayisədə 11,1 faiz və ya 1 milyard 624 milyon 900 min manat azalacaq. Fondun 2025-ci il üçün təsdiq edilmiş büdcəsində dövlət büdcəsinə 14 milyard 481 milyon manat transfert nəzərdə tutulsa da, 2026-cı ildə bu məbləğ 12 milyard 835 milyon manata endiriləcək. Beləliklə, fondun büdcəsində minimum profisit – cəmi 17 milyon manat qeydə alınacaq ki, bu da faktiki olaraq, sıfır artım – durğunluq deməkdir.

Hesablama Palatası qeyd edir ki, dövlət büdcəsinə yalnız neft və qaz gəlirləri hesabına transfertlər etmək imkanı tədricən azalır və fond getdikcə daha çox aktivlərin idarə edilməsindən əldə edilən gəlir hesabına öhdəliklərini ödəməyə məcbur olur. Bu, o deməkdir ki, fondun aktivlərinin daha səmərəli idarə edilməsinə və bundan daha çox gəlir götürülməsinə ehtiyac var. Bəs bu edilirmi? Təəssüf ki, bu statistika da ürəkaçan deyil. Məlum olduğu kimi, Azərbaycan Dövlət Neft Fondunun aktivlərinin bir hissəsi ənənəvi olaraq kommersiya daşınmaz əmlakına investisiya kimi qoyulur. İllər ərzində neft gəlirlərinin əhəmiyyətli bir hissəsi Avropa, Asiya və digər əsas bazarlarda əmlak əldə etmək üçün istifadə edilib. Lakin Hesablama Palatasının hesabatında 2025-ci il üçün bu sahədə maliyyə göstəricilərinin olduqca zəif olduğu qeyd olunur. Sənəddə göstərilir ki, fonda aid daşınmaz əmlakın gəlirliliyi 2025-ci ilin ilk doqquz ayı üçün mənfi olub. Lakin “gəlirlərin yenidən təsnif edilməsi” və yeni layihələrin daxil edilməsi nəticəsində son gəlirlilik rəqəmi rəsmi olaraq sıfıra endirilib. Buna nə cür nail olunduğu açıqlanmır, lakin hər halda, burada sual doğuran xeyli məqamlar var. Başqa sözlə, “gəlirlər yenidən təsnif ediləndən” sonra da fond üçün faktiki olaraq nə mənfəət, nə də zərər yaranmayıb və nəticə “sıfır” olub.

Hesabat dövrünün sonuna, yəni 30 sentyabr 2025-ci il tarixinə Dövlət Neft Fondunun daşınmaz əmlak alt portfelinin ümumi dəyəri 4.681.200.000 ABŞ dolları təşkil edib. Fond Londonun 78 Sent Ceyms küçəsində 195,8 milyon funt sterlinqə alınmış ofis kompleksinə, Moskvada Tverskaya küçəsi 16 ünvanında təxminən 2.823 milyon rubl (31,4 milyon ABŞ dolları) dəyərində olan Galereya Akter ofis və ticarət mərkəzinə, Parisdə 192,4 milyon avroya Vendom meydanı 8 ünvanında yerləşən daşınmaz əmlak kompleksinə və Tokioda 56.154 milyon Yen (387 milyon ABŞ dolları) dəyərində alınmış ticarət mərkəzinə və sair sahibdir. Daşınmaz əmlak portfelinə əmlakların birbaşa mülkiyyətinə əlavə olaraq, müxtəlif beynəlxalq şirkətlər tərəfindən idarə olunan beynəlxalq fondlara və strukturlara, eləcə də Azerbaijan Rigs MMC-yə investisiyalar daxildir.

Lakin Hesablama Palatası bildirir ki, 2025-ci ilin ilk doqquz ayı üçün daşınmaz əmlak alt portfeli üzrə faktiki gəlir mənfi 0,8 faiz təşkil edib. Yəni, ziyan edilib! Bununla yanaşı, fondlar və birgə layihələr vasitəsilə investisiyaların gəlirliliyi də mənfi olub və müvafiq olaraq mənfi 0,8 faiz və mənfi 8,9 faiz təşkil edib. Yalnız birbaşa investisiyalar müsbət 2,4 faiz nəticə göstərib. Nəticədə, ümumi kommersiya daşınmaz əmlak gəlirliliyi əhəmiyyətli dərəcədə azalıb.

Mənfi dinamikanın əsas səbəbləri qlobal daşınmaz əmlak sektorunda borcların yenidən maliyyələşdirilməsi ilə bağlı davam edən çətinliklər, eləcə də artan geosiyasi risklər fonunda bazarın uzun müddətli durğunluğu göstərilib.

Beləliklə, faktiki “yerində sayan” fondun 2025-ci ilinin nəticələri davam edən struktur problemlərini və investisiya sektorunun xarici makroiqtisadi və geosiyasi amillərə qarşı yüksək həssaslığını əks etdirir.

Eləcə də fondun vəsaitlərinin istifadəsi ilə bağlı bir sıra açıq qalan ciddi suallar var. Məsələn, Neft Fondunun üst-üstə 5 milyard dollardan çox vəsait yatırdığı STAR neft emalı zavodu və Cənub Qaz Dəhlizi layihələrindən 2025-ci ildə 396 milyon manatdan yuxarı dvidend gəliri daxil olmalıydı. Lakin hesabatda həmin vəsaitdən əsər-əlamət yoxdur. Üstəlik, 2026-cı ildə də bu istiqamətdən hər hansı vəsait gözlənilmir. Belə olan halda həmin 5 milyardın taleyi “qaranlıq” qalır…

Nəhayət, təəssüf ki, “güvənc yerimiz” olan Neft Fondunun Azərbaycan iqtisadiyyatına təsiri dövlət büdcəsinə transfertlərdən o yana keçmir. Ölkənin böyük valyuta ehtiyatlarının olması əlbəttə ki, müsbət haldır. Lakin onlar ölkə iqtisadiyyatının inkişafına töhfə verə bilmirsə, yalnız hipotetik strateji əhəmiyyət daşıyır və hər bir azərbaycanlının gündəlik həyatına, rifahına təsir göstərmir. Nəticədə, Azərbaycanın valyuta ehtiyatları ölkə iqtisadiyyatının güclü olmasının deyil, tam əksinə iqtisadiyyatımızın zəifliyinin göstəricisinə çevrilir. Çünki iqtisadiyyatımız bu vəsaitlərdən istifadə etmək qabiliyyətində deyil.

İnkişaf etmiş ölkələrin iqtisadiyyatı daha böyük miqdarda pul kütləsini “həzm edə” bilir. Böyük valyuta ehtiyatları isə adətən bizim kimi daxili istehsalı yox dərəcəsində olan və ehtiyaclarını xaricdən idxal hesabına təmin edən dövlətlərə lazımdır. Çünki belə dövlətlər idxaldan fəlakətli şəkildə asılıdır. Ona görə də öz milli valyutalarını xarici valyutaya çevirib, “təhlükəsizlik yastığı” kimi saxlamaq məcburiyyətindədirlər.

Norveç kimi inkişaf etmiş ölkələri çıxmaq şərtilə bizim kimi neft ixracatçısı olan ölkələrə xarakterik olan və maliyyə ehtiyatlarının toplandığı fondlar, həmin ölkələrin normal iqtisadiyyatlarının olmadığını göstərir. Göstərir ki, bu ölkələr öz maliyyə sisteminə etibar etmir. Onların iqtisadiyyatı isə bu vəsaitləri dövriyyəyə buraxmağa, “həzm etməyə” qadir deyil. Ona görə də bu pullar “gələcək nəsillər üçün” adı altında səmərəsiz şəkildə xarici hesablarda, qiymətli kağızlarda, metallarad və əmlaklarda yatır. Onların nə qədər artıb azalması isə “qara camaatı” az maraqlandırır… /azpolitika.info

PAYLAŞIN:

Continue Reading

Previous: Ceyhun Kərəmovun yoxa çıxardığı milyonlar – Peşə Təhsil Mərkəzləri pulu hara xərcləyib?
Next: Metyu Brayza: TRİPP Azərbaycanın mühüm tranzit dəhlizinin əsas halqalarından birinə çevrilməsinə imkan verəcək

OXŞAR MÖVZULAR

ailə uşaq

Uşaqla ünsiyyət hüququnun pozulmasına görə kompensasiya: Bu, nəyi dəyişəcək?

admin 16/04/2026
tel-uşaq

Uşaqları “proqramlaşdırılmış qatilə” çevirən təhlükə: “Təkcə oyun deyil, ailə də günahkardır”

admin 16/04/2026
baku-yağış

Azərbaycanda vəziyyət tamam dəyişib: havalar belə olacaq – Ekoloq

admin 16/04/2026

XƏBƏR LENTİ

  • “Uşaq hüquqları ilə bağlı yenilik dövlətimizin və prezidentimizin vətənpərvərlik tərbiyəsinə verdiyi önəmin təzahürüdür” 16/04/2026
  • Uşaqla ünsiyyət hüququnun pozulmasına görə kompensasiya: Bu, nəyi dəyişəcək? 16/04/2026
  • Uşaqları “proqramlaşdırılmış qatilə” çevirən təhlükə: “Təkcə oyun deyil, ailə də günahkardır” 16/04/2026
  • Azərbaycanda vəziyyət tamam dəyişib: havalar belə olacaq – Ekoloq 16/04/2026
  • Aleksey Overçuk: “Ağbənd körpüsü “Şimal-Cənub” və “Şərq-Qərb” dəhlizlərinin əsas elementi olacaq” 16/04/2026
  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026
  • Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya 16/04/2026
  • Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi 16/04/2026
  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026
  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.