Skip to content
17/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Yanvar
  • 14
  • Ceyhun Kərəmovun yoxa çıxardığı milyonlar – Peşə Təhsil Mərkəzləri pulu hara xərcləyib?

Ceyhun Kərəmovun yoxa çıxardığı milyonlar – Peşə Təhsil Mərkəzləri pulu hara xərcləyib?

admin 14/01/2026
etn-ceyhun

 

Hesablama Palatasının 2023-cü il üzrə apardığı maliyyə auditi Peşə Təhsili sistemində uzun illərdir səssiz şəkildə yığılan ciddi problemləri üzə çıxarıb…

Rəsmi hesabata əsasən, bir sıra Dövlət Peşə Təhsil Mərkəzlərinin maliyyə sənədlərində milyonlarla manatlıq nizamnamə kapitalı düzgün uçota alınmayıb və bu uyğunsuzluqlar bu günədək aradan qaldırılmayıb.

Söhbət texniki səhvlərdən yox, dövlətə məxsus əmlak və vəsaitlərin maliyyə hesabatlarında yerində olmamasından gedir.

Milyonlarla manat haradadır?

Hesablama Palatasının hesabatına görə, aşağıdakı Peşə Təhsil Mərkəzlərində nizamnamə fondlarının dəyəri maliyyə hesabatlarında “ödənilmiş nizamnamə (nominal) kapitalı” maddəsində əks etdirilməyib:

Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi – 10,2 milyon manat
Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi – 14,8 milyon manat
Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi – 13 milyon manat
Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Peşə Təhsil Mərkəzi – 9,2 milyon manat
Rabitə və İnformasiya Texnologiyaları üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi – 4,9 milyon manat
Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi – 4,5 milyon manat

Ümumilikdə söhbət onlarla milyon manatlıq dövlət əmlakının maliyyə uçotunda düzgün əks olunmamasından gedir.

Mütəxəssislərin fikrincə, nizamnamə kapitalının maliyyə hesabatlarında düzgün göstərilməməsi son dərəcə təhlükəli haldır. Çünki: dövlət əmlakı rəsmi sənədlərdə “görünməz” olur, real nəzarət mexanizmi sıradan çıxır, gələcəkdə həmin əmlakın istifadəsi, icarəsi və ya ötürülməsi zamanı hesabatlılıq problemi yaranır.

Digər maliyyə pozuntuları da aşkarlanıb…

Audit zamanı yalnız nizamnamə kapitalı ilə bağlı deyil, digər maliyyə uyğunsuzluqları da üzə çıxıb. Belə ki: Sənaye və Texnologiya Kollecində ehtiyatların uçotunda 41 min manatlıq fərq müəyyən edilib, Təhsil Sisteminin İnformasiyalaşdırma İdarəsində podratçı öhdəliklərini yerinə yetirmədiyi halda 182 min manat cərimə tətbiq edilməyib.

Bu faktlar Peşə Təhsili sistemində maliyyə intizamının zəif olduğunu bir daha göstərir.

Hesablama Palatası aşkar edilən uyğunsuzluqların aradan qaldırılmasını tələb etsə də, hesabatda qeyd olunur ki, audit qərarlarının icrası hazırda yalnız izlənilir. Yəni pozuntular təsdiqlənib, amma onların tam aradan qaldırılması və məsul şəxslərlə bağlı konkret addımlar hələ görünmür.

Elə isə bu milyonlarla manatlıq uyğunsuzluğa görə kim cavabdehdir və Peşə Təhsili Agentliyi və aidiyyəti qurumlar niyə vaxtında müdaxilə etməyib?

Hesablama Palatasının hesabatı göstərir ki, Peşə Təhsil Mərkəzlərində problem təkcə tədrisin keyfiyyəti ilə bağlı deyil. Milyonlarla manatlıq dövlət vəsaiti və əmlakı üzərində ciddi nəzarət boşluğu mövcuddur. Yoxlamalar davam edir və tam hesabatın yaxın vaxtlarda açıqlanacağı bildirilir. Ancaq artıq indidən aydındır ki, Peşə Təhsili sistemi təkcə islahatlara yox, şəffaflıq və real məsuliyyət mexanizmlərinə ciddi ehtiyac duyur.

Qeyd edək ki, 2023-cü ildə Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov olub. 2025-ci ildə nazir Emin Əmrullayevin əmri ilə vəzifədən azad olunub. Onun vəzifədən uzaqlaşdırılması səbəblərini Emin Əmrullayev hələ də açıqlamır. Bu gün isə ortada olan milyonluq məlumatlara baxdıqda hər şey aydın olur. Elə isə maraqlı bir sual yaranır? – Yoxa çıxan bu qədər dövlət vəsaitini kim qaytaracaq – nazir Emin Əmrullayev,  o illərdə vəzifədə olan və naməlum səbəblərdən çıxarılan Ceyhun Kərəmov, yoxsa bu gün hələ də Peşə Təhsili Mərkəzilərinin direktorları olan şəxlər?

Suallar açıq qalır və aydınlıq gətirmək Peşə Təhsili üzrə Dövlət Agentliyinin yeni direktor İlqar Bayramlıya düşür… /bizimesr.az

PAYLAŞIN:

Continue Reading

Previous: ABŞ Xameneini də oğurlaya bilər – MÜMKÜN SSENARİLƏR
Next: Azərbaycan Neft Fondunda nə baş verir? – Hesablama Palatasından “güvəndiyimiz” fonda dair həyəcanlı statistika

OXŞAR MÖVZULAR

natiq-şam2

Kağız üzərində təhsil və paralel iş qalmaqalı

admin 16/04/2026
abdin-asif

Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır

admin 16/04/2026
kqafarov

Biznesmen deputatın puç olan xəyalları və…

admin 16/04/2026

XƏBƏR LENTİ

  • “Uşaq hüquqları ilə bağlı yenilik dövlətimizin və prezidentimizin vətənpərvərlik tərbiyəsinə verdiyi önəmin təzahürüdür” 16/04/2026
  • Uşaqla ünsiyyət hüququnun pozulmasına görə kompensasiya: Bu, nəyi dəyişəcək? 16/04/2026
  • Uşaqları “proqramlaşdırılmış qatilə” çevirən təhlükə: “Təkcə oyun deyil, ailə də günahkardır” 16/04/2026
  • Azərbaycanda vəziyyət tamam dəyişib: havalar belə olacaq – Ekoloq 16/04/2026
  • Aleksey Overçuk: “Ağbənd körpüsü “Şimal-Cənub” və “Şərq-Qərb” dəhlizlərinin əsas elementi olacaq” 16/04/2026
  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026
  • Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya 16/04/2026
  • Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi 16/04/2026
  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026
  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.