Skip to content
17/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Yanvar
  • 19
  • Tramp BMT-yə alternativ yaradır? – İlk sədri özü olacaq və buna da o qərar verəcək…

Tramp BMT-yə alternativ yaradır? – İlk sədri özü olacaq və buna da o qərar verəcək…

admin 19/01/2026
tr-bmt

 

ABŞ Prezidenti Donald Trampın administrasiyası “Sülh Şurası”nda daimi yer əldə etmək istəyən ölkələrdən azı 1 milyard dollar məbləğində maliyyə töhfəsi verməyi tələb edir.

Bu barədə “Bloomberg” agentliyi qurumun nizamnamə layihəsi ilə tanış olaraq məlumat yayıb.

Məlumata görə, nizamnamə qüvvəyə mindikdən sonra ilk bir il ərzində tələb olunan məbləği ödəyən dövlətlər “Sülh Şurası”nda daimi üzvlük əldə edəcəklər. Digər üzvlər isə maksimum üç il müddətinə təyin olunacaqlar. Sənəddə qeyd olunur ki, Donald Tramp “Sülh Şurası”nın ilk sədri olacaq və quruma hansı ölkələrin dəvət ediləcəyinə məhz o qərar verəcək. Eyni zamanda, Tramp üzvlərin şuradan çıxarılması hüququna da malik olacaq. Bu qərar yalnız üzvlərin üçdə iki səs çoxluğu ilə bloklana bilər.

Nizamnaməyə əsasən, “Sülh Şurası”nda qərarlar sadə səs çoxluğu ilə qəbul ediləcək və hər üzv dövlət bir səs hüququna malik olacaq. Bununla belə, sənəddə vurğulanır ki, qəbul edilən bütün qərarlar sonda sədrin təsdiqindən keçməlidir.

“Bloomberg”ə danışan, adının açıqlanmasını istəməyən amerikalı rəsmi bildirib ki, toplanacaq vəsaitlər “Sülh Şurası”nın mandatı çərçivəsində Qəzza sektorunun bərpasına yönəldiləcək.

Qeyd olunur ki, “Sülh Şurası”nın yaradılması əvvəlcə Trampın Qəzza sektorundakı münaqişənin nizamlanması üzrə təqdim etdiyi sülh planının bir hissəsi olub. Lakin “Financial Times” yazır ki, nizamnamənin mətnində Qəzza sektorunun adı ümumiyyətlə çəkilmir. Sənəddə “Sülh Şurası” “münaqişələrdən təsirlənmiş və ya onların yaranma riski olan bölgələrdə sabitliyi təşviq edən, etibarlı və legitim idarəçiliyin bərpasına və davamlı sülhün təmin olunmasına çalışan beynəlxalq təşkilat” kimi təsvir edilir.

“Bloomberg”in qeyd etdiyinə görə, Trampın tənqidçiləri ABŞ Prezidentinin uzun müddətdir tənqid etdiyi BMT-yə alternativ və ya onunla rəqabət aparacaq bir qurum yaratmağa çalışdığından narahatdırlar. Daha əvvəl “Financial Times”a danışan mənbə Ağ Evin “Sülh Şurası”na “BMT-nin potensial əvəzi, Qəzza sektorundan kənarda digər münaqişələrin həlli üçün paralel və qeyri-rəsmi mexanizm” kimi baxdığını bildirib.

Məlumata əsasən, Donald Tramp artıq bir sıra dünya liderlərini “Sülh Şurası”na üzv olmağa dəvət edib. Dəvət olunanlar arasında Argentina prezidenti Xavyer Milei, Kanada Baş naziri Mark Karni və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da var. “Reuters” agentliyinin mənbələri bildirir ki, Fransa, Almaniya və Avstraliya liderləri dəvət alan ölkələr sırasındadır. Avropa İttifaqını təmsil etmək üçün isə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen dəvət olunub.

Yanvarın 16-da Ağ Ev Qəzza ilə bağlı təsis edilən icraçı şuraya yeddi nəfərin daxil olacağını açıqlayıb. Bu siyahıya ABŞ dövlət katibi Marko Rubio, prezidentin xüsusi nümayəndəsi Stiv Uitkoff, Trampın kürəkəni Cared Kuşner və Böyük Britaniyanın sabiq Baş naziri Toni Bleyer də daxildir.

Bununla yanaşı, Qəzza üzrə ayrıca icraçı şura da yaradılacaq. Bu şurada ümumilikdə 11 nəfərin yer alacağı bildirilir. Onların arasında Türkiyənin xarici işlər naziri Hakan Fidan, BMT-nin Yaxın Şərq sülh prosesi üzrə xüsusi koordinatoru Siqrid Kaaq və BƏƏ-nin beynəlxalq əməkdaşlıq naziri Rim Əl-Haşimi də var.

İsrailin baş naziri Benyamin Netanyahunun ofisindən isə bildirilib ki, şuranın tərkibindən İsrail narazı qalıbr. “Reuters” agentliyi qeyd edir ki, bu narazılıq xüsusilə Hakan Fidanın şurada yer alması ilə bağlı ola bilər, çünki İsrail Türkiyənin bu prosesdə iştirakına maneə olmağaetiraz edir. /azpolitika.info

PAYLAŞIN:

Continue Reading

Previous: “Suveren Azərbaycan və digərləri olmalı deyil…” – Putinin ideoloqu azğınlaşdı və Kremlin məqsədlərini açıqladı
Next: Hakan Fidanın açıqlamasına Rusiyadan reaksiya: Bakıya diqqət çəkdilər

OXŞAR MÖVZULAR

tramp-konf

Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru

admin 16/04/2026
iran-tehran

İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi!

admin 16/04/2026
abş-iir2

ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ

admin 15/04/2026

XƏBƏR LENTİ

  • Azərbaycan Avstriya və Avropa İttifaqı üçün, xüsusilə böhran şəraitində, dəyərli tərəfdaş olaraq qalır – Nazirlik 17/04/2026
  • Zakir Həsənov azad olunmuş ərazilərdə xidmət edən şəxsi heyətlə görüşüb 17/04/2026
  • “Uşaq hüquqları ilə bağlı yenilik dövlətimizin və prezidentimizin vətənpərvərlik tərbiyəsinə verdiyi önəmin təzahürüdür” 16/04/2026
  • Uşaqla ünsiyyət hüququnun pozulmasına görə kompensasiya: Bu, nəyi dəyişəcək? 16/04/2026
  • Uşaqları “proqramlaşdırılmış qatilə” çevirən təhlükə: “Təkcə oyun deyil, ailə də günahkardır” 16/04/2026
  • Azərbaycanda vəziyyət tamam dəyişib: havalar belə olacaq – Ekoloq 16/04/2026
  • Aleksey Overçuk: “Ağbənd körpüsü “Şimal-Cənub” və “Şərq-Qərb” dəhlizlərinin əsas elementi olacaq” 16/04/2026
  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026
  • Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya 16/04/2026
  • Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi 16/04/2026
  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.